23 Dekabr 2024, Bazar ertəsi


Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floreslə görüşüb. Görüşdə son illərdə Azərbaycan-Meksika ikitərəfli münasibətlərinin inkişaf statistikası, iqtisadi-ticari əməkdaşlıq, turizmin imkanları, Naxçıvan Muxtar Respublikası ilə bir çox sahələrdə əlaqələr, rəsmi səfərlər və digər maraqlı məsələlərlə bağlı müzakirələr aparılıb.

22-29 sentyabr 2019-cu il tarixdə Qırğızıstanın Çok-Tal kəndində"İssık-Göl regionunun arxeoloji irsinin öyrənilməsi və qorunması: Narrativ beynəlxalq aspekt" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransın açılışında, Azərbaycan Milli Elmlər Akademiyasının vitce prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanda yayılan qayaüstü təsviri sənət nümunələri, o cümlədən Qobustan və Gəmiqaya təsvirləri haqqında məlumat vermis, Azərbaycanda tarix və mədəniyyət abidələrinin dövlət qayğısı ilə əhatə olunduğunu göstərmişdir. Vəli Baxşəliyev "Gəmiqaya təsvirlərinin məzmunu və tarixləndirilməsi" mövzusunda çıxış edərək Gəmiqaya təsvirlərini tarixi-arxeoloji aspektdə, keramika məmulatı üzərindəki rəsmləri və qaya təsvirləri müqayisəli şəkildə təhlil etmiş, bu təsvirlərin dünya incəsənətinin nadir nümunələri olduğunu, qədim tariximiz haqqında dərin məzmuna sahib olduğunu qeyd etmişdir. Çıxışda Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin dövlət qayğısı ilə əhatə olunduğu və qorunduğu xüsusilə qeyd olunmuşdur. Qobustan Milli tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev “qobustan Milli Təbii-Tarix Qoruğunun  menecmenti” mövzusunda çıxış etmiş, konfrans iştirakçılarını Qobustana dəvət etmişdir.

Xəbərlər şöbəsi

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin növbəti xidmət yerlərinə yola salınması münasibətilə tədbir keçirilib. Müxtəlif hərbi ixtisaslara yiyələnən gənc əsgərlər mərasimdə öz bacarıqlarını nümayiş etdiriblər.

Ardını oxu...

Şənbə günü doğma şəhərimizdə əsl bayram ab-havası hiss olunur, insanlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə tələsirlər. Artıq səhər saatlarından başlayaraq həmin ünvana insan kütləsi axışır. Biz də yolumuzu məhz bu qədim tarixi abidədən, festivala ev sahibliyi edən ünvandan salırıq. Yol boyu yanından ötüb keçdiyimiz insanların çöhrəsində təbəssüm duyulur. Naxçıvanqalada öyrənirik ki, festivala muxtar respublikanın bölgələrindən arıçılıq məhsulları və bal  çıxarılıb. Bölgələr sıra ilə düzülüb, bununla bağlı tanıtım lövhələri yerləşdirilib.

Ardını oxu...

Əhali haqqında demoqrafık, iqtisadi və sosial məzmunlu daha geniş məlumatların əldə edilməsi məqsədilə muxtar respublikada növbəti siyahıyaalma keçiriləcəkdir.Siyahıyaalma hər bir ölkənin, dövlətin milli statistikasının əsasını təşkil edib demoqrafık və sosial vəziyyət barədə ən vacib məlumat mənbələrindən biri hesab edilir.

 Əhalinin siyahıya alınması mühüm dövlət tədbiri kimi BMT-nin tövsiyələrinə uyğun olaraq ölkəmiz|də hər 10 ildən bir keçirilir.Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmizdə, o cümlədən, muxtar respublikada 1999 və 2009-cu illərdə əhalinin siyahıya alınması keçirilib.

Əhalinin siyahıya alınmasının nəticələri dövlətin sosial-iqtisadi siyasətinin tənzimlənməsi, prioritet milli layihələrin inkişafının əsaslandırılması, demoqrafık vəziyyətin qiymətləndirilməsi, sosial və iqtisadi sahələrdə daha çox tədbirlərin görülməsi üçün əsas olmuşdur.

Ardını oxu...

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli Fərmanı ilə 2019-cu ilin 1-10 oktyabr tarixlərində ölkədə keçiriləcək əhalinin siyahıyaalınmasının Naxçıvan Muxtar Respublikasında təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 26 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıyaalınmasına yardım komissiyası yaradılmış və komissiyanın qərarı ilə iş planı təsdiq edilmişdir.

Ölkə üçün xüsusi əhəmiyyət daşıyan siyahıyaalınmanın muxtar respublikada yüksək səviyyədə baş tutması üçün son hazırlıq işləri gedir. Muxtar respublikanın digər yaşayış mətəqələri kimi, Naxçıvan şəhərində də siyahıyalınmaya hazırlıq işləri başa çatdırılıb. Bu məqsədlə Naxçıvan şəhərində  İcra hakimiyyəti başçısının müavinin sədrliyi və Naxçıvan Şəhər Statistika İdarəsi rəisinin müavinliyi ilə əhalinin siyahıyaalınmasına yardım komissiyası yaradılıb.

İş planına əsasən təqvim üzrə Naxçıvan şəhərinin yaşayış məntəqələri üzrə sxematik plan və xəritələrin hazırlanması təmin edilmiş, hər bir inzibati ərazi vahidi üzrə təşkilati planlar hazırlanmışdır. Təşkilati plana əsasən şəhər, qəsəbə və kənd yerləri üzrə siyahıyaalma məntəqələrinin, təlimatçı və sayıcı məntəqələrinin tərkibləri müəyyənləşdirilərək siyahıyaalmanın rayonlaşdırılması başa çatdırılmışdır.

Ardını oxu...

Dünən Naxçıvan Şəhər Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin təqdimatı keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri, ixtisaslaşdırılmış, rayon (şəhər) məhkəmələrinin sədr və hakimləri, Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbəsinin əməkdaşları, rayon (şəhər) İcra və Probasiya şöbə və bölmələrinin rəisləri iştirak ediblər. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında” 2019-cu il 24 sentyabr tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birgə keçirdiyi yığıncaqda “Araz-Türk Cümhuriyyəti” elmi-tədqiqat qrupunun üzvləri müəyyənləşmişdir.

Ardını oxu...

Sentyabrın 22-25-də Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya-Azərbaycan gənclərinin VII forumu keçirilmişdir. Azərbaycandan ümumilikdə 25 gəncin qatıldığı forumda “Gənclərin yaradıcı inkişafı üçün beynəlxalq layihələr. Mədəniyyət və mədəniyyətlərarası dialoqun təşviqi”, “Gənclər üçün biznes. Sosial sahibkarlıq”, “Qeyri-formal təhsil və gənclərin QHT-lərinin bu istiqamətin inkişafındakı rolu”, “Davamlı inkişaf məqsədləri”, “Müasir media məkanı” üzrə sessiyalar təşkil edilmişdir. 

Ardını oxu...

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Çilinin Xarici İşlər naziri Teodor Ribera ilə görüşüb.

Görüşdə nazirlər iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşündə iştirak, yüksək səviyyəli tədbirə hazırlıq işləri, eləcə də Azərbaycanın Hərəkatda sədrlik prioritetləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Ardını oxu...

Şanxayda keçiriləcək II Çin Beynəlxalq İdxal Sərgisində 60-dan çox ölkənin milli pavilyonu fəaliyyət göstərəcək. Sərgidə Azərbaycanın ixracyönümlü və rəqabətqabiliyyətli məhsulları da milli pavilyonumuzda nümayiş olunacaq.

Noyabrın 5-dən 10-dək davam edəcək sərginin ekspozisiya zonasının ümumi sahəsi 330 min kvadratmetrdən çoxdur. Buraya milli pavilyonlar zonası və şirkətlərin fərdi qaydada iştirak edəcəyi zona daxildir. Builki sərgidə 150 ölkədən 3 mindən çox şirkət iştirak edəcək.

Qeyd edək ki, Çinin dövlət başçısı Si Cinpinin təşəbbüsü ilə təşkil olunan beynəlxalq idxal sərgisi xarici məhsul və xidmətlərin Çin bazarında tanıdılmasına və satışının təşkilinə dəstək məqsədi daşıyır. Bu, Çində yalnız idxal məhsullarının nümayiş olunduğu yeganə iri sərgidir. Ötən il keçirilmiş ilk idxal sərgisində 180 çeşiddən çox Azərbaycan məhsulu təqdim olunub.

AZƏRTAC

A milli komandanın meneceri və AFFA-nın futzal üzrə əlaqələndiricisi Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Bosniya və Herseqovina–Almaniya oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.

Oyun oktyabrın 15-də Zenicadakı “Bilino polie” stadionunda keçiriləcək.

AZƏRTAC

Norveçin Bude şəhəri Avropanın 2024-cü ildə mədəniyyət paytaxtı adlandırılıb.

AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, Bude 2024-cü ildə Avropanın mədəniyyət paytaxtı titulunu digər iki şəhərlə bölüşdürməli olacaq. Bunlardan biri Estoniyanın Tartu şəhəridir. Avstriyadan olacaq digər şəhər isə bu ilin sonunadək seçiləcək.

Ardını oxu...

Ölkəmizin Fransadakı səfirliyinin dəstəyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycanın Dostları Assosiasiyasının (ADA) birgə təşkilatçılığı ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizdə qadınlara səsvermə hüququn verilməsinin 100 illiyi münasibəti ilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Fransa parlamentinin fəxri üzvü Jan-Fransua Mansel sabiq prezident Jak Şirakdan, onun Azərbaycanın yaxın dostu olmasından, ümummilli lider Heydər Əliyevə hörmət və ehtiramından danışıb. Onun prezidentliyi dövründə iki ölkə arasında münasibətlərin inkişafına toxunub. Sabiq prezidentin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardını oxu...

Sizə belə bir sual versəm:

Dağlarını bulud qucan,
Daşlarından kəklik uçan,
Tarlaları ətir saçan
Hansı məkandır?

Getməyən bilməz əlbəttə. O cahana naxış kimi işlənən qədim Türk yurdu Naxçıvandır. Bunu sözlərlə izah etmək yetməz, getmək, gəzmək, görmək lazımdır…
Sovetlər Birliyinin dağılmasından sonra, ilk dəfə 1994-cü ildə Naxçıvana getmişdim. Gördüyüm mənzərə keçid dönəmində olan bir ölkə üçün normal olsa da, qardaş ölkə xalqının sıxıntı içində yaşaması qəlbimi sızladırdı. İllər sonra, 2010-cu ildə yenidən Naxçıvana gəldiyimdə gördüyüm inkişafdan çox məmnun qaldım. O gün gördüklərimi Türkiyəyə qayıdanda “Naxçıvan möcüzəsi və düşündürdükləri” adlı məqalə ilə ictimaiyyətlə bölüşdüm. Aradan 10 il keçdi. Bu yaxınlarda ailəmlə birlikdə yenidən qədim diyar Naxçıvanı ziyarət etdik. Bu səyahətdə Naxçıvan şəhərinin son bir neçə ildə inanılmaz şəkildə dəyişməsi diqqətimi çəkdi. Dilucu sərhəd qapısından Naxçıvana keçdiyinizdə mərkəzə 80 kilometrlik bir məsafə var. Bu məsafənin hər qarışı ağaclarla, çiçəklərlə bəzədilib. Eyni sistemi muxtar respublikanın digər bölgələrinə səyahət edərkən də görürük. Parklar, qəbiristanlıqlar, rəsmi qurumlar və məktəblərin baxçalarının seyrinə doymaq olmur. Naxçıvanın havası kimi hər yeri tərtəmiz və gözəldir. Ağaca, təbiətə qarşı sevgi və qayğı necə göstərilməlidir? – bunu görmək istəyənlər Naxçıvana gəlsin.
Şəhərin mərkəzinə yaxın yerləşən “Saat Meydanı” çox geniş və fərahdır. Onu əhatə edən sosial obyektlər isə müasir üslubda inşa edilib. Xüsusilə “Saat Meydanı” türk memarlıq sənətinin möhtəşəm bir nümunəsidir.

Ardını oxu...

Türkiyə Respublikasının Van şəhərində ənənəvi olaraq keçirilən “10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi”nə start verilmişdir.
16 ölkənin təmsil olunduğu sərgidə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Beynəxalq Diaspor Mərkəzinin və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin dəstəyi ilə bir qrup nümayəndə heyəti təmsil edir. Sərgidə 52 kvadrat metrlik sahədə “Naxçıvan Muxtar Respublikası” stendi qurulmuşdur. Stenddə Naxçıvan Muxtar Respublikasında yerləşən tarix-mədəniyyət abidələrinin böyük ölçülü fotoşəkilləri nümayiş etdirilir. Quraşdırılmış monitor vasitəsilə Naxçıvan Muxtar Respublikasının turizm potensialı ilə bağlı videoçarxlar sərgi iştirakçılarına nümayiş etdirilir. Həmçinin Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanmış Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Ağbulaq Kənd Turizm İstirahət Bölgəsi, Naxçıvan-Gülüstan, Naxçıvan-Duzdağ turist marşrutlarının bukletləri və Naxçıvan Muxtar Respublikasının turist xəritəsi sərgi iştirakçılarına təqdim olunur. Sirab, Badamlı, duz və digər Naxçıvan brendi məhsullar beynəlxalq sərgidə nümayiş etdirilir. Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşları tərəfindən sərgi iştirakçılarına Naxçıvan Muxtar Respublikasının turizm potensialı barədə ingilis və türk dillərində məlumatlar verilir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidentinin şəxsi təşəbbüsü ilə Azərbaycan Gənclər Fondunun sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqəyə yekun vurulub.

Bu münasibətlə universitetdə keçirilən tədbirdə rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək Azərbaycanda və muxtar respublikada uğurla həyata keçirilən gənclər siyasətindən danışıb. Rektor keçirilən bu müsabiqənin yeni təhsil ilində ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək olduğunu bildirib.

Ardını oxu...

Fransanın sabiq Prezidenti Jak Şirak 86 yaşında vəfat edib.

Bu barədə France Press agentliyi onun ailəsinə istinadla məlumat yayıb.

Jak Şirak 1995-ci ildən 2007-ci ilədək Fransanın Prezidenti olub.

 

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Amerika Birləşmiş Ştatlarının Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramının (CLDP) nümayəndəsi xanım Arzu Yazd və ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadiyyat şöbəsinin müdiri Castin Berqlə görüşüb.

Ardını oxu...

Bu gün Azərbaycan Respublikasının üçüncü peyki – “Azerspace-2” peykinin orbitə buraxılmasından 1 il keçir.

“Azərkosmos” ASC-dən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərsəyə gələn “Azerspace-2” telekommunikasiya peyki ötən il sentyabrın 26-da Fransız Qvianasında yerləşən kosmodromdan – Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb.

Ardını oxu...

Polşanın paytaxtı Varşavadakı “Nowa Stacja” ticarət mərkəzi sentyabrın 25-dən 28-dək dünyanın müxtəlif ölkələrindən gətirilmiş ekoloji təmiz qida məhsullarının satış yarmarkasını təşkil edir.

Yarmarkada müxtəlif məhsullarla yanaşı, Azərbaycan və Türkiyədən gətirilmiş halva, paxlava, zeytun, çay kimi məhsullar da təqdim olunub. Yarmarkanın birinci günündə ölkəmizin və qardaş Türkiyənin sevilən təamları yerli əhali və turistlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Yarmarkada, həmçinin Polşanın yerli istehsalı olan ət və süd məhsulları da münasib qiymətə satılır.

 Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

Əhalinin siyahıya alınması mühüm dövlət tədbiridir və dövlətin vahid statistik metodologiyası əsasında həyata keçirilir. Həmin tədbir cəmiyyətdəki vəziyyət, onun iqtisadiyyatı, sosial sahəsi, mənəvi dəyərləri və sair haqqında mühakimə yürütməyə, müəyyən problemləri daha effektiv şəkildə həll etməyə imkan verir. Bu səbəbdən müntəzəm şəkildə aparılan əhali siyahıyaalmaları demokratik cəmiyyətin ən mühüm əlamətlərindən biri hesab olunur.

Ölkəmizdə keçiriləcək əhalinin növbəti siyahıya alınması ilə bağlı Şərur rayonunda görülən işlər barədə rayon Statistika İdarəsinin rəisi Ramiz Rəsulovla həmsöhbət olduq. O bildirdi ki, indiki və gələcək nəsillər üçün dayanıqlı inkişaf proqramlarının işlənib hazırlanması, insanların rifah halının yaxşılaşdırılması məqsədilə hazırkı siyahıya­almada aktiv iştirak əhəmiyyətlidir və biz də öz işimizi bu istiqamətdə quraraq bir sıra təşkilati tədbirləri yekunlaşdırmışıq.
Siyahıyaalmanın mühüm əhəmiyyət daşıdığını qeyd edən müsahibim bildirdi ki, BMT-nin tövsiyələrinə uyğun olaraq bu, ölkəmizdə hər 10 ildən bir keçirilir. Dövlət müstəqilliyi qazanıldıqdan sonra ölkəmizdə ilk dəfə 1999-cu, ikinci dəfə isə 2009-cu ildə əhalinin siyahıya alınması reallaşdırılıb. Növbəti siyahıyaalma Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında” 2016-cı il sentyabrın 7-də imzaladığı Fərmana əsasən cari il oktyabr ayının 1-dən 10-dək ­keçiriləcəkdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə qəbul ilə əlaqədar vakant vəzifələrin tutulması üçün 1 avqust 2019-cu il tarixdə elan olunmuş müsabiqənin test imtahanları başlayıb.
İmtahanlarda zabit vəzifələrinin tutulması üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ilk zabit hərbi rütbəsi almış 35 yaşınadək həqiqi hərbi xidmət keçmiş şəxslər, mülki vəzifələrin tutulması üçün 35 yaşınadək ali təhsilli şəxslər müraciət edib.

Ardını oxu...

Sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabının təqdimatı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək demişdir ki, bu gün Azərbaycanda şahmatın inkişafı diqqət mərkəzindədir. Ölkə­mizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında şahmatın kütləvi hal alması üçün aparılan siyasət uğurla davam etdirilir. Muxtar respublikamızın bütün şəhər və rayonlarında şahmat məktəbləri tikilərək istifadəyə verilib. Hazırda Şahmat Federasiyasının məşqçi-müəllimləri uşaqlara idmanın bu növünün sirlərini öyrədirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində orta məktəblərdə tədris olunan şahmat dərslərinin sayı artırılıb, müəllimlər hərtərəfli qayğı ilə əhatə olunublar.

Ardını oxu...

Ermənistanın Vayots Dzor əyalətinin qubernatoru Trdat Sarkisyan köməkçisinin də iştirak etdiyi qalmaqallı hadisədən sonra istefa vermək qərarına gəlib.

Sentyabrın 18-də Yexeqnadzorda Ermənistan Silahlı Qüvvələrinin zabitləri ilə qubernator administrasiyasının əməkdaşları arasında dava baş verib. Nəticədə zabitlərdən biri koma vəziyyətinə düşüb. Onun vəziyyəti son dərəcə ağırdır.

Ardını oxu...

Sentyabrın 28-dən etibarən “Avro 2020” Bakı Könüllülük Proqramının müsahibə mərhələsinə start veriləcək.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, sentyabrın 25-dən başlayaraq könüllülərə dəvət göndərilir, könüllü namizədlər UEFA Fame sistemi vasitəsilə müsahibə vaxtlarını seçmək imkanına sahibdirlər.

“Avro 2020” Könüllülük Proqramında 2000 könüllü seçiləcək. İndiyədək qeydiyyatdan keçməyən könüllülər noyabrın 29-na qədər qeydiyyatdan keçə bilərlər.

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən, Bakıda keçirilən “Qafqaz Qartalı - 2019” birgə təlimi çərçivəsində xüsusi təyinatlı qüvvələr avtomat, tapança, snayper tüfəngi və birdəfəlik qumbaraatanlardan xüsusi atış çalışmaları yerinə yetiriblər.

Qarışıq atəş qrupları tərkibində icra edilən atışlar zamanı xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları uğurla icra ediblər.

AZƏRTAC

 Sentyabrın 27-də baş tutacaq Sənaye və infrastrukturun modernləşdirilməsi üzrə ənənəvi Alman-Azərbaycan biznes-forumunda Alman şirkətlərinin iştirakı gözlənilir.


Dünən Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) COMMIT Project Partners GmbH təşkilatı ilə sıx əməkdaşlığı çərçivəsində alman şirkətlərindən ibarət nümayəndə heyəti ilə artıq B2B görüşləri keçirilib.

Almaniya və Azərbaycan arasındakı iqtisadi əlaqələrin dinamik inkişafı istiqamətində növbəti addım olaraq, Alman iş adamlarından ibarət nümayəndə heyəti Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyinin dəstəyi ilə Azərbaycana səfər edib.

Dörd günlük biznes səfərinin ilk günü bank sektoru, sənaye təchizatı və xidmətləri, texniki və elektrik sınaq avadanlıqları, təhlükəsizlik və nəzarət sistemləri və digər sahələrdə fəaliyyət göstərən Almaniya və Azərbaycan iş adamları arasında B2B görüşləri baş tutub. Bayerische Landesbank (BayernLB), Hans Lehnard CEPT GmbH, Noble Products International GmbH, Kaeser Kompressoren SE, PT Plastic Technologie GmbH, Securemen GmbH, Seba Dynatronic Mess- und Ortungstechnik GmbH yerli şirkətlərlə mövcud əməkdaşlıq imkanlarını qiymətləndirmək üçün müzakirələrdə yaxından iştirak ediblər. Alman nümayəndə heyətinin gündəliyində qarşıdakı üç gün ərzində Azərbaycan hökumətinin və dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, eləcə də yerli özəl şirkətlərin rəhbərləri ilə üzbəüz görüşlər nəzərdə tutulub.

Nümayəndə heyətinin səfəri sentyabrın 28-də başa çatacaq.

Xəbərlər şöbəsi

 

 

 

Azərbaycanla Avstriya arasında daşınmaz əmlak idarəçiliyi sahəsində əməkdaşlıq genişlənir.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycanla Avropa ölkələri arasında əməkdaşlığın uğurlu inkişafı və qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı həyata keçirdiyi siyasət bütün sahələrdə olduğu kimi, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə kadastr və daşınmaz əmlak idarəçiliyinin inkişafında da əhəmiyyətli rol oynayıb. Sentyabrın 23-də Avstriyanın paytaxtı Vyanada Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndə heyəti ilə Avstriyanın Metrologiya və Mərzçəkmə Federal Qurumunun əməkdaşları arasında işgüzar görüş keçirilib.

Görüşdə daşınmaz əmlakın qeydiyyatı və kadastrı, mülkiyyət hüquqlarının reyestri və ünvanvermə işinin aparılması, eləcə də Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması sahəsində Avstriya təcrübəsi ilə yaxından tanışlıq baş tutub.

Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan biri də Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli Fərmanına əsasən milli məkan məlumatlarının formalaşdırılması, müvafiq informasiya sisteminin yaradılması və onun Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasının təmin edilməsidir. Bu baxımdan, ikitərəfli əməkdaşlıq çərçivəsində görüş zamanı Azərbaycanla Avstriyanın daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemlərinin günün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi məsələləri müzakirə edilib, milli məkan məlumatları infrastrukturunun formalaşdırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Görüşdə son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sosial-iqtisadi sahələrində olduğu kimi, daşınmaz əmlak idarəçiliyində də əldə edilən nailiyyətlər və tətbiq edilən innovasiyalar qarşı tərəfi təmsil edən nümayəndə heyətinin nəzərinə çatdırılıb.

Komitə sədri Kərəm Həsənov bildirib ki, ölkə rəhbərliyi tərəfindən daşınmaz əmlak idarəçiliyi sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycan sözügedən sahədə son illər ərzində aparıcı mövqe tutur. Bununla yanaşı, o, Azərbaycan Respublikasında əmlak idarəçiliyi sisteminin səmərəli, şəffaf və çevik şəkildə qurulduğunu və bu sahədə ölkə vətəndaşlarına 40-dan çox xidmətin elektron formada göstərildiyini qeyd edib.

Görüş çərçivəsində ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə edilib və qurumlar arasında əməkdaşlığa dair imzalanmış anlaşma memorandumunun icrası çərçivəsində 2020-ci il üçün fəaliyyət istiqamətləri müəyyən olunub.

Görüşdə Azərbaycannın Avstriyadakı səfirliyi də təmsil edilib.

AZƏRTAC

BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları hələ də Ermənistanın işğalı altındadır.

Bu fikri BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir”, - deyə Prezident vurğulayıb. Qeyd edib ki, Cənubi Qafqaz dünyanın problemli bölgələri sırasından çıxarılmalıdır.

Xəbərlər şöbəsi

Pekində dünyanın ən böyük hava limanlarından olan “Dasin” beynəlxalq aeroportunun açılış mərasimi keçirilib.

Çin Xalq Respublikasının Sədri Si Cinpin hava limanının istifadəyə verilməsini rəsmən elan edib.

Pekinin cənub hissəsində, Xebey vilayətinin Lanfan şəhəri ilə kəsişmədə yerləşən hava limanının inşasına 2014-cü ildə başlanılıb. Bu ilin yanvarında hava limanın uçuş-enmə zolağı ilk təyyarəni sınaq uçuşu ilə qəbul edib. Şəhər mərkəzindən 46 kilometr məsafədə yerləşən aeroportun əsas binasının dizayn layihəsi məşhur memar Zaha Hadidə məxsusdur. Aeroportun 4 uçuş-enmə zolağı ildə 620 min təyyarə qəbul edib, yola salacaq. Hava limanının illik sərnişin ötürmə gücünün 2021-ci ilədək 45 milyona, 2025-ci ilədək 72 milyona, 2040-cı ildə isə 100 milyona çatacağı gözlənilir. İnşası 80 milyard yuana (təxminən 11,7 milyard ABŞ dolları) başa gələn bu meqa layihə tələbatın artacağı nəzərə alınaraq tikilib. İlk sezonda (qış 2019/yaz 2020) gündə 370 uçuşun, 2025-ci ildə isə 1570 uçuşun həyata keçirilməsi planlaşdırılıb.

Ardını oxu...

Qırğızıstanda keçirilən “İssık- Kul regionunun arxeoloji irsinin öyrənilməsi” adlı beynəlxalq konfransda Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev “Qobustan Milli Tarix- Bədii Qoruğunun menecmenti” mövzusunda çıxış edib.

Qobustan abidələri, qoruqda aparılan elmi tədqiqat işləri və qoruğun idarə olunması barədə məlumatlar konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib.

Konfrans iştirakçılarının ünvanladığı sualları cavablandıran Vüqar İsayev qoruğun çox aktiv beynəlxalq əlaqələrə malik olduğunu, UNESKO-nun Dünya Mədəni İrsi statusuna malik abidə kimi Qobustanın mütəmadi olaraq bu beynəlxalq təşkilatın müvafiq strukturları ilə qarşılıqlı fəaliyyət göstərdiyini, eləcə də qoruğun Avropa Şurasının Mədəni Marşrutlar İnstitutunun “Preshistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutunun üzvü olduğunu qeyd edib, insanlığın ilk incəsənət nümunələrini, Azərbaycanın tarixi keçmişini və Qobustanın bu gününü canlı görmək üçün konfrans iştirakçılarını bu məkana dəvət edib.

AZƏRTAC

Muxtar respublika əhalisinin iməciliklər yolu ilə saldıqları meyvə bağlarından və ailə təsərrüfatlarının sahələrindən toplanan məhsulun hərbi hissələrə təhvil verilməsi ənənə halını alıb. Şahbuz rayonunun da idarə, müəssisə və təşkilatlarının kollektivləri bu xeyirxah addımı heç vaxt yaddan çıxarmır. Rayon ərazisində bu günə kimi iməciliklər yolu ilə 200 hektardan artıq yaşıllıq sahələri salınıb ki, bunların da əksəriyyəti meyvə bağlarıdır. Artıq bir neçə ildir ki, meyvə bağlarından bol məhsul toplanılır. Həmin məhsulların əksəriyyəti hərbi hissəyə təhvil verilir.

Ardını oxu...

Gürcüstan Respublikasının ölkə­mizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul ilə əlaqədar vakant vəzifələrin tutulması üçün 3 iyul 2019-cu il tarixdə elan olunmuş müsabiqənin test imtahanları keçirilib. Müsabiqəyə çıxarılmış 285 vakant vəzifənin tutulması üçün 82 nəfər tərəfindən sənəd təqdim olunub. İmtahanlarda 80 namizəd iştirak edib, onlardan 20-si keçid balını toplayıb.
Naxçıvan Musiqi Kollecində işə qəbul üçün ali təhsil müəssisələrini, uşaq musiqi, incəsənət və bədii sənətkar­lıq məktəblərinə işə qəbul üçün ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslər iştirak ediblər.
Keçid balını toplayaraq uğur qazanmış namizədlərin müsahibə mərhələsi 23 sentyabr 2019-cu il tarixdə keçirilib. Qanunvericiliyə əsasən müsahibənin keçirilməsi üçün Mədəniyyət Nazirliyindən 1, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan 1, muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələrindən müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılıb. Naxçıvan Musiqi Kollecində keçirilən müsahibə zamanı namizədlərin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyətləri yoxlanılıb.
Müsahibə mərhələsində 18 nəfər iştirak edib, onlardan 16-sı müvafiq keçid balını toplayaraq uğur qazanıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında dövlət musiqi təhsili müəssisələrinə işə qəbul ilk dəfə olaraq müsabiqə yolu ilə həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

Sentyabrın 23-24-də Berlində Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Avropa İttifaqının dəstəyi ilə Beynəlxalq Sülh Bürosu və Asiya-Avropa Xalq Forumu (AAXF), AsienHaus, Rosa Lüksemburq Fondu tərəfindən təşkil olunan "Avrasiyada ortaq təhlükəsizlik siyasətinə çağırışlar" adlı seminar keçirilib. Tədbir Asiya və Avropadakı ən aktual təhlükəsizlik problemlərini, o cümlədən mövcud münaqişələr və miqrasiya məsələlərini müzakirə etmək məqsədi daşıyıb. Bu barədə NUHÇIXAN-a BAMF-dan məlumat verilib.

Ardını oxu...

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO ekspertlərinin iştirakı ilə pedaqoji təlimatçıların treninqi keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, treninqin məqsədi aparıcı pedaqoji təlimatçıların hazırlanaraq, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin pedaqoji potensialının nazirliyin kadr resursları hesabına təkmilləşdirilməsinə yardım göstərməkdən ibarətdir.

Sentyabrın 27-dək davam edəcək treninqi müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Sentyabrın 22-də (yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan) xidməti borcunu yerinə yetirərkən həlak olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu Quba rayonunda torpağa tapşırılıb.

Ardını oxu...

Bu gün Türkiyə ictimaiyyəti 1981-ci ildə erməni ASALA təşkilatı tərəfindən vəhşicəsinə qətlə yetirilmiş diplomatlardan birinin - Camal Özənin xatirəsini anır.

Ardını oxu...

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün iki ölkənin Xarici İşlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü yenidən təmas xəttində azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı. Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq.

Ardını oxu...


Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin Baş Konsulu Ceremi P.Litl ilə görüşüb. Görüşdə Azərbaycan-ABŞ əlaqələrində Naxçıvan Muxtar Respublikası ilə münasibətlərin rolu, rəsmi səfərlər, vətəndaşlıq məsələləri haqqında və digər maraqlı müzakirələr aparılıb.

25 il ordu sıralarında xidmət edən və Silahlı Qüvvələr veteranı adını qazanan zabitlərin bir qrupu görüş keçirib.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. 2 MeV-dən çox enerjili elektron seli və 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb.

Günəş fəallığı sentyabrın 24-dən 25-dək çox aşağı səviyyədə davam edəcək.

Ardını oxu...

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb.

Ardını oxu...

Türkiyə tərəfi təcavüzkar Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasətinə qarşı bir daha qətiyyətli etirazını ifadə edib.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun “Twitter” səhifəsinə istinadla xəbər verir ki, bu barədə nazir şəbəkə oxucularını məlumatlandırıb.

Məlumatda qeyd olunur ki, İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupunun iclasında Ermənistanın hüquqdankənar əməllərini bir daha qınadıq.

 Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Köhnəqışlaq kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub. Bu məqsədlə keçirilən iclasda komitə sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli mövsümə hazırlıqla bağlı görülən tədbirlərdən danışıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya öz işini qanunverici­liyin tələblərinə uyğun olaraq yerinə yetirmiş, keçirilən imtahanlarda obyektivliyin və şəffaflığın tam təmin edilməsi üçün bu istiqamətdəki tədbirləri avqust ayında da davam etdirmişdir. Bir dövlət orqanının qanunvericiliyə uyğun olmayan qərarı ləğv etdirilmişdir.

Ardını oxu...

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv və tank əleyhinə batareyaları ilə döyüş atışlı taktiki təlimlər keçirilib.
Döyüş tapşırığının icrasına yaxınlaşdırılmış şəraitdə keçirilən təlimlərdə əsas məqsəd zabitlərin ixtisas biliklərinin təkmilləşdirilməsinə və batareyaların daim döyüşə hazır olmasına yönəldilib.
Planlı və plandankənar hədəflərin tam dəqiqliyi ilə məhv edildiyi ­təlimlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Nəriman Nəcəfov

Ötən ay Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə atılan tullantıların normadan artıq olması hallarına qarşı mübarizə məqsədilə 9 yoxlama­-reyd keçirilmişdir.
Bundan başqa, Naxçıvan şəhəri, Culfa, Ordubad, Babək və Şahbuz rayonlarının 20-dən çox yaşayış məntəqəsində ekoloji monitorinqlər aparılmışdır. Monitorinqlər zamanı su mühiti, məişət, tibbi və bərk tullantıların idarə olunması kimi fəaliyyət sahələri ekoloji cəhətdən qiymətləndirilmiş, mövcud nöqsanların aradan qaldırılması nəzarətdə saxlanılmışdır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR