Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. 2 MeV-dən çox enerjili elektron seli və 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb.
Günəş fəallığı sentyabrın 24-dən 25-dək çox aşağı səviyyədə davam edəcək.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə normal səviyyədən orta səviyyəyə yüksələcəyi, 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.
Sentyabrın 24-də geomaqnit sahə üçün ümumən sakit şəraitin hökm sürəcəyi proqnozlaşdırılır (Kp=2, 3). Sentyabrın 25-də isə CME-nin sürüşən zərbə dalğası hesabına nisbətən fəal şərait müşahidə oluna bilər (Kp=4). Maqnit qasırğasının yaranması ehtimalı 5 faizdən aşağı qiymətləndirilir.