23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli Fərmanı ilə 2019-cu ilin 1-10 oktyabr tarixlərində ölkədə keçiriləcək əhalinin siyahıyaalınmasının Naxçıvan Muxtar Respublikasında təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 26 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıyaalınmasına yardım komissiyası yaradılmış və komissiyanın qərarı ilə iş planı təsdiq edilmişdir.

Ölkə üçün xüsusi əhəmiyyət daşıyan siyahıyaalınmanın muxtar respublikada yüksək səviyyədə baş tutması üçün son hazırlıq işləri gedir. Muxtar respublikanın digər yaşayış mətəqələri kimi, Naxçıvan şəhərində də siyahıyalınmaya hazırlıq işləri başa çatdırılıb. Bu məqsədlə Naxçıvan şəhərində  İcra hakimiyyəti başçısının müavinin sədrliyi və Naxçıvan Şəhər Statistika İdarəsi rəisinin müavinliyi ilə əhalinin siyahıyaalınmasına yardım komissiyası yaradılıb.

İş planına əsasən təqvim üzrə Naxçıvan şəhərinin yaşayış məntəqələri üzrə sxematik plan və xəritələrin hazırlanması təmin edilmiş, hər bir inzibati ərazi vahidi üzrə təşkilati planlar hazırlanmışdır. Təşkilati plana əsasən şəhər, qəsəbə və kənd yerləri üzrə siyahıyaalma məntəqələrinin, təlimatçı və sayıcı məntəqələrinin tərkibləri müəyyənləşdirilərək siyahıyaalmanın rayonlaşdırılması başa çatdırılmışdır.

Ötən dövrdə Naxçıvan şəhərinin yaşayış məntəqələrinin və onlardakı evlərin siyahıları üzrə məlumatların sxematik plan və xəritələr, eləcə də təşkilati planlar əsasında yoxlanılması başa çatdırılmış, yaşayış məntəqələrinin adları, siyahısı və onların inzibati sərhədləri, küçə adlarının və məhəllələrin, evlərin və mənzillərin nömrələri dəqiqləşdirilmişdir.

Mövcud qanunvericiliyə uyğun olaraq Naxçıvan şəhərində 56 şəhər, 7 kənd təlimatçı məntəqəsi, 283 şəhər, 35 kənd sayıcı məntəqəsi olmaqla bunları özündə birləşdirən 6 şəhər, 1 kənd siyahıyaalma məntəqəsi yaradılıb. Mühüm dövlət tədbirinin Naxçıvan şəhərində təşkili məqsədilə siyahıyaalmaya cəlb edilmiş şəxslər sorğu vərəqələri və digər lazımi dəftərxana ləvazimatları ilə təchiz olunmuş çantalarla təmin olunublar. Bundan əlavə, siyahıyaalmanın mütəşəkkil, sorğunun tam və əhatəli keçirilməsi  məqsədilə siyahıyaalma məntəqələrinin müdir və müavinləri, təlimatçı-nəzarətçilər və sayıcılar seminarlara  cəlb olunaraq slaydlar vasitəsilə sorğuların hansı formada işlənilməsi əyani şəkildə göstərilir.

Bu mühüm tədbirin mahiyyəti və məqsədilə bağlı muxar respublikanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq materiallar dərc edilmiş,  Naxçıvan Dövlət Televiziyasında siyahıyaalınma ilə bağlı veriliş hazırlanmış, reklam çarxı yayımlanır. Həmçinin şəhərin müxtəlif yerlərində yeləşən məlumat lövhələrində siyahıyaalmanın məqsəd və əhəmiyyətini əks etdirən plakatlar yerləşdirilib.

Dövlət Statistika Komitəsi siyahıyaalmada iştirak edən hər bir vətəndaşa dair məlumatlarının gizliliyinin qorunmasına zəmanət verir. Bu məqsədlə siyahıyaalmaya cəlb edilən şəxslərlə fərdi qaydada  Naxçıvan Şəhər Statistika İdarəsi arasında mülki - hüquqi  müqavilələr bağlanmışdır. Bu mülki-hüquqi müqavilələrə əsasən siyahıyaalma işinə cəlb edilən şəxslərdən toplanılan statistik məlumatların siyahıyaalma dövründə və siyahıyaalma qurtardıqdan sonra konfidensiallığının qoruyacağına dair iltizam alınmışdır.

Qeyd edək ki, əhalinin siyahıyaalması beynəlxalq təcrübəyə əsasən hər 10 ildən bir keçirilir. Ölkəmizdə 2009-cu ildə keçirilən əhalinin siyahıyaalınmasından artıq on il keçir.

Siyahıyaalma ənənəvi olaraq vətəndaşları fərdi qaydada yaşadıqları və olduqları yer üzrə sorğu etməklə həyata keçiriləcək. Sorğular siyahıyaalmanın keçirilməsi üçün xüsusi təlimatlandırılmış sayıcılar tərəfindən onların təhkim olunduqları sayıcı məntəqələri üzrə keçiriləcək. Siyahıyaalma və  sorğu vərəqəsində əhalinin demoqrafik və sosial vəziyyətinə dair suallar öz əksini tapıb. 

Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR