23 Dekabr 2024, Bazar ertəsi

Əhali haqqında demoqrafık, iqtisadi və sosial məzmunlu daha geniş məlumatların əldə edilməsi məqsədilə muxtar respublikada növbəti siyahıyaalma keçiriləcəkdir.Siyahıyaalma hər bir ölkənin, dövlətin milli statistikasının əsasını təşkil edib demoqrafık və sosial vəziyyət barədə ən vacib məlumat mənbələrindən biri hesab edilir.

 Əhalinin siyahıya alınması mühüm dövlət tədbiri kimi BMT-nin tövsiyələrinə uyğun olaraq ölkəmiz|də hər 10 ildən bir keçirilir.Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmizdə, o cümlədən, muxtar respublikada 1999 və 2009-cu illərdə əhalinin siyahıya alınması keçirilib.

Əhalinin siyahıya alınmasının nəticələri dövlətin sosial-iqtisadi siyasətinin tənzimlənməsi, prioritet milli layihələrin inkişafının əsaslandırılması, demoqrafık vəziyyətin qiymətləndirilməsi, sosial və iqtisadi sahələrdə daha çox tədbirlərin görülməsi üçün əsas olmuşdur.

Əhalinin növbəti siyahıya alınması Azərbaycan Respublikası Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya almmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən 2019-cu il oktyabrm 1-dən 10-dək keçiriləcəkdir. Siyahıyaalma vahid prinsiplər və proqram əsasında bütün ərazidə, eyni zamanda adbaad, mərkəzləşdirilmiş qaydada sorğu yolu ilə aparılacaqdır.

 Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıya alınması üzrə hazırlıq işlərinin görülməsi, onun keçirilməsi, bu sahədə müvafıq orqanlarm fəaliyyətini əlaqələndirmək məqsədilə 2016-cı il 26 dekabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıya alınmasına yardım komissiyasının yaradılması haqqında” Sərəncam imzalanmışdır.

Müvafiq sərəncamın icrası istiqamətində Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıya alınmasına yardım komissiyasının iş planı təsdiq edilib.

 İş planına əsasən Sədərək rayonunda əhalinin siyahıya alınmasına yardım komissiyası yaradılmış, rayonun yaşayış məntəqələri üzrə sxematik plan və xəritələrin hazırlanması təmin olunub, hər bir inzibati ərazi vahidi üzrə təşkilati planlar hazırlanmışdır.Təşkilati plana əsasən rayonun qəsəbə və kənd yerləri üzrə siyahıyaalma, təlimatçı və sayıcı məntəqələrinin tərkibləri müəyyənləşdirilərək siyahıyaalmanın rayonlaşdırılması başa çatdırılıb.

Ötən dövrdə rayonun yaşayış məntəqələrinin və evlərin siyahıları üzrə məlumatların sxematik plan və xəritələr, eləcə də təşkilati planlar əsasında yoxlanılması başa çatdırılmış, yaşayış məntəqələrinin adları, siyahısı və onların inzibati sərhədləri, küçə adlarının və məhəllələrin, evlərin və mənzillərin nömrələri dəqiqləşdirilib.

Rayonda yerləşən xəstəxana və əhalinin müvəqqəti toplaşdığı yerlərin sayı və başqa göstəriciləri hər bir inzibati ərazi vahidi üzrə müəyyənləşdirilib.

Əhalinin siyahıya alınması üzrə həyata keçirilən hazırlıq işləri bu mühüm dövlət tədbirinin rayonda vaxtında və mütəşəkkil keçirilməsinə imkan yaradacaqdır.       

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR