23 Dekabr 2024, Bazar ertəsi

Daşkənddəki Əlişir Nəvai adına Universitetdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə nəşr olunmuş “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğətinin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin prorektoru, professor Abdulxay Sadırov layihənin uğurla həyata keçirilməsinə görə AMM-nə öz təşəkkürünü bildirib, ilk dəfə olaraq tərtib edilən lüğətin əhəmiyyətindən danışıb. O, xalqlarımızın eyni kökə və dilə malik olmasına baxmayaraq müxtəlif dövrlər ərzində dilimizə yabançı təsirlərin olması nəticəsində xeyli yeni sözlərin daxil edildiyini və başqa dillərin təsiri nəticəsində fərqlər yarandığını bildirib. Alim vurğulayıb ki, məhz mövcud çətinliklərin, boşluqların aradan qaldırılması məqsədilə bu sözlük tərtib edilib.

AMM-in direktoru Samir Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ana dilimizin qorunması, saflığı və inkişafı ilə bağlı müvafiq fərman və sərəncamlarını xatırladaraq bunları dilimizə diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib. O, Mədəniyyət Mərkəzinin fəaliyyətində ana dilimizin geniş təbliğ olunduğunu, bu məqsədlə AMM-in nəzdində tərcüməçilik məktəbinin formalaşdığını diqqətə çatdırıb. Direktor Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2014-cü ildə “Azərbaycan-özbək, özbək Azərbaycan” danışıq kitabçasının və 2019-cu ildə lüğətin tərtib edildiyini söyləyib.

Özbəkistan Elmlər Akademiyası Dil, Ədəbiyyat və Folklor İnstitutunun direktoru, professor Nizaməddin Mahmudov hər iki ölkənin dilçilik sahəsində mütəxəssislərinin ciddi səyi ilə ərsəyə gətirilən lüğətdə 23 mindən çox söz və ifadənin qarşılıqlı tərcümələrinin öz əksini tapdığını və ilk dəfə hazırlanan bu lüğətin tərtibini türk dünyası ölkələri arasında tarixi hadisə kimi dəyərləndirib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov deyib ki, lüğətin nəşrindən sonra xalqlarımız dillərimizin bir-birinə necə yaxın olduğunu əyani gördülər. Nəşrin hər iki ölkənin alimləri, tədqiqatçıları üçün yeni imkanlar açacağını qeyd edib. Alim yeni lüğətin hər iki dildə çoxlu tərcümə layihələrinin və tədqiqat əsərlərinin yaranmasına səbəb olacağını söyləyib.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar ucuzlaşaraq 58,34 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,04 dollar bahalaşaraq 52,85 dollar təşkil edib

AZƏRTAC

 

 

 

 

Yaponiyanın Haçiyoci şəhərində keçirilən Beynəlxalq Əməkdaşlıq Festivalında Azərbaycan stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Festivalda Azərbaycan ilə yanaşı, Haçiyoci şəhərində yaşayan Pakistan, ABŞ, Çin, Almaniya, Malayziya, Peru, Vyetnam, Nepal və digər ölkələrin nümayəndələri də iştirak ediblər.

Festivalın açılış mərasimində çıxış edən şəhər bələdiyyəsinin sədri Takaşi İşimori və digərləri iştirakçıları salamlayıblar. Bildirilib ki, Haçiyoci şəhərində yaşayan müxtəlif xalqların nümayəndələrinin qatıldığı festival həmin xalqların mədəniyyətini, adət-ənənələrini öyrənmək, mehriban qonşuluq və dostluq münasibətləri qurmaq baxımından əhəmiyyətlidir.

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin hazırladığı stenddə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən ölkəmiz haqqında yapon dilində dərc edilmiş nəşrlər, “İRS-İsan” jurnalının nömrələri təqdim edilib. Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu eksponatlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, elektronika sahəsində tanınmış alim Xəlil bəy Kələntər və təşkilatın üzvləri Azərbaycan, onun coğrafi mövqeyi, müstəqilliyi bərpa etdikdən sonra əldə edilən uğurlar barədə ziyarətçiləri ətraflı məlumatlandırıblar. Festival iştirakçıları və qonaqlar Azərbaycan stendinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi qeyd ediblər.

Ardını oxu...

Doğma kəndlərinə qayıdan Cocuq Mərcanlı sakinləri uzun illər həsrətini çəkdikləri torpağı həvəslə əkib-becərirlər. Sakinlərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün dövlət tərəfindən burada mühüm tədbirlər görülüb. Azərbaycan Prezidentinin müvafiq sərəncamları əsasında Cocuq Mərcanlı kəndində əkinlərin suvarma suyu ilə təmin olunması üçün nasos stansiyası, suvarma kanalı inşa edilib. Kənddə məskunlaşan ailələr taxıl, qarğıdalı, şəkər çuğunduru, pambıq, həmçinin bostan-tərəvəz bitkiləri becəriblər.

Bu il ilk dəfə pambıq becərən kənd sakini Oqtay Həziyev söhbətində məhsuldarlığın yüksək olduğunu deyib: "Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə Cocuq Mərcanlı kəndində əhalinin təhlükəsizliyi təmin olunub. Kəndin ətrafındakı sahələr uzun illərdən sonra əkin dövriyyəsinə cəlb edilib. Münbit torpaqlarımız var. Odur ki, əkilən bitkilərin məhsuldarlığı da yüksəkdir. Bu il digər kənd təsərrüfatı bitkiləri ilə yanaşı, 6 hektarda pambıq becərmişik. Aqrotexniki qaydalara düzgün və vaxtında əməl etdiyimiz üçün məhsulumuz da yaxşıdır. Artıq kombaynla birinci yığım başa çatıb. Hər hektardan 41 sentner məhsul götürmüşük. Məhsuldarlıq göstəricisi yığımın sonunadək daha da yüksələcək”.

Ardını oxu...

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi keçirilib. Təlimin keçirilməsində məqsəd birləşmə və hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanılması, mühafizədən müdafiəyə keçərkən uzlaşmış fəaliyyətə nail olunması, müdafiə döyüşünün aparılması zamanı döyüş düzülüşü elementlərinin fəaliyyətinin təkmilləşdirilməsi olub.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına uyğun olaraq, muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə təşkil olunan məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış davam edir.

Oktyabrın 5-də Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri sərgi-satışda sərgilənən sənətkarlıq nümunələrinə baxıblar.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova məlumat verərək bildirib ki, sərgi-satışda istedadlı, məhdud fiziki imkanlıların, evdar qadınların, muxtar respublikada fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin dərnək rəhbərləri və üzvlərinin, məktəb və məktəbəqədər müəssisələrin, orta ixtisas və ali təhsil müəssisələrinin, rayon və şəhər mədəniyyət şöbələrinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların və rəssamların, qadın məhkumların əl işləri sərgilənir.

Ardını oxu...

Telefonuma tanımadığım bir nömrədən zəng gəldi. Xəttin o biri başında illərin ağırlığı çökmüş yorğun səsli bir qadın özünü belə təqdim etdi: “Mən şəhid Zamin Məmmədovun anasıyam. Oktyabrın 5-i onun doğum günüdür. Yad etsəniz, sevinərəm”, – dedi. 

Ertəsi gün Zaminin dünyaya göz açdığı kəndə – Babək rayonunun Nehrəm kəndinə üz tutdum. Nərgiz ana elə qapıda gözləyirdi. Övladının həsrəti bəyaz qar kimi saçlarına hopmuş, ürəyində düşmənə nifrət, gözlərində qələbəyə ümid qığılcımı gəzdirən, bu torpağa, bu elə qəhrəman yetişdirən ana ilə görüşmək, onunla həmsöhbət olmaq həm çətin, həm də şərəfli idi mənim üçün. Azərbaycan qadınının bütün keyfiyyətlərini özündə əxz etmiş Nərgiz ananın söhbətini dinlədikcə gözümdə bir tablo canlanırdı: vətənpərvər, vətənpərvər olduğu qədər məğrur, məğrur olduğu qədər də cəsarət sahibi olan bir qəhrəman ana. Ali təhsillidir. Sovet dövründə kolxozda briqadir olub. Fəaliyyət göstərdiyi müddətdə “Qırmızı Əmək Bayrağı” ordeni alıb, yaxşı işinə görə dəfələrlə fəxri fərmanlara layiq görülüb. Ailə qurduqdan sonra əmək fəaliyyəti sonlanıb. Digər missiyasını – analıq missiyasını layiqincə yerinə yetirib. 4 övlad böyüdüb. 4-ü də ali təhsilli, cəmiyyətimizə yararlı. Zamin 3-cü övladı olub.

Nərgiz ana övladının şəkillərini göstərir, haqqında qürurla danışır. Onu dinlədikcə artıq hazır­layacağım yazının baş qəhrəmanını deyil, baş qəhrəmanlarını müəyyənləşdirmişdim. Bunlardan biri şəhid Zamin Məmmədov, digəri qəhrəmanı yetişdirən Nərgiz ana idi.
“Ailə qurmağa tələsmirdi. Atası Allahverdi kişinin və mənim təkidimdən sonra qohumlardan birinin qızı ilə nişanladıq. Toy hazırlıqlarına başladıq. Otağını bəzədik. İndi bu otaq onun xatirəsilə dolub”. Divardan asılan üçrəngli bayrağımız, Zaminin hərbi forması, şəkilləri... Sanki bir muzeydir – vətənpərvərlik muzeyi. Nərgiz ana bu otağı elə muzey kimi də qoruyur. “Hər gün işdən gəlib ilk olaraq bu otağa keçirəm. Ana-bala söhbət edirik”, – deyir Nərgiz ana.

Qəhrəman doğulurlar, qəhrəman olmurlar!

Kim idi Zamin Məmmədov? O, 1985-ci il oktyabrın 5-də Nehrəm kəndində dünyaya göz açıb. Bu kənddən başlayıb Vətən sevgisi. Əvvəl Nehrəmi, Naxçıvanı, sonra bütünlüklə Azərbaycanı sarıb. Nehrəm, əsasən, muxtar respublikanın daha çox ziyalılar yetirmiş yaşayış məskəni kimi tanınır. Anasının arzusu da Nehrəm kənd 2 nömrəli orta məktəbdə dərslərini əla qiymətlərlə oxuyan Zamini həkim görmək idi. Lakin o, qəhrəman doğulmuşdu. Onun missiyası daha ali idi. Bu missiyanın ilk işartıları da elə uşaq yaşlarından görünürdü. Əlinə keçən alüminium məftilləri əyib gah tank, gah da avtomat düzəldirdi. Nərgiz ana: “O, artıq öz yolunu seçmişdi. Bunun qarşısını almaq günah olardı. İnsan yalnız sevib seçdiyi sahədə müvəffəqiyyət qazanar. Ona görə də oğlumun seçiminə hörmətlə yanaşdıq”. Orta məktəbdə oxuyarkən artıq Sovet İttifaqı dağılmış, Azərbaycan şəhidlərin qanı bahasına əldə etdiyi müstəqilliyini qorumaq uğrunda mübarizə aparırdı. Vətənpərvərlər bu mübarizənin ön cərgələrinə qoşulurdular. Bu ərəfədə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 1998-ci ildə Naxçıvanda ilk hərbi təhsil ocağı – Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradılır. Böyük qardaşı Zaur Məmmədov bu liseyin ilk məzunlarından olur. 2000-ci ildə Zamin Məmmədov da Hərbi Liseyin kursantı olmaq şərəfinə nail olur. Artıq o, məqsədinin astanasında idi...

Ardını oxu...

Son günlər “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin marka adından sui-istifadə edilməklə kiber-kampaniya başladılıb. Təəssüf ki, bir neçə vətəndaş artıq bu cür kiber-hücumlara məruz qalıb. Naməlum kiberdələduzlar tərəfindən yaradılan və loqotipində “Azərpoçt” MMC-nin loqosu yerləşdirilən səhifələrin məzmununda bildirilir ki, “Azərpoçt” MMC tərəfindən promo-aksiya keçirilir və qiymətli əşya udulur. Həmin uduş şəxsi məlumatlar təsdiq edilməklə və cüzi məbləğ ödənilməklə qısa müddət ərzində çatdırılır. Bu cür məlumatlara etimad edərək linkə keçid edən və kart məlumatlarını daxil edən vətəndaşların hesabından böyük məbləğdə vəsaitlər silinir.

Ardını oxu...

  Kültəpə qədim yaşayış məskəni kimi təkcə ölkəmizin deyil, hətta Cənubi Qafqazın tarixşünaslıq elmində də məxsusi yerə malikdir. Hələ Sovetlər Birliyi dönəmində, daha dəqiq desək, ötən əsrin 50-60-cı illərində arxeoloq Osman Həbibullayev tərəfindən aparılan arxeoloji qazıntılar zamanı mühüm materiallar əldə edilmişdir. Amma bir kəndin, bir ölkənin zəngin keçmişi, dünya tarixindəki rolu bizi milli kimliyimizdən, yaddaşımızdan, mədəniyyətimizdən uzaq salmağa çalışan ovaxtkı imperiyanın heç də marağında deyildi.

Ardını oxu...

O, bizim ilk müəllimimiz deyildi, lakin biz onun sonuncu şagirdləri olduq. Sonuncu deyəndə ki, bir gün sağollaşıb ayrıldığımız o İşıqlı adamı sabah məktəbdə tapa  bilmədik.. Uşaq ağlım ilk dəfə idi belə acımasız şəkildə tanış olurdu  ölümlə. İlahi, müəlim də ölə bilərmiş?.. Yox, o hamıdan güclü, hamıdan savadlı, hamıdan əziz müəllimim ölümə belə asan yenilə bilməzdi. Və inanırdım (hələ də inanıram) o İşıqlı adam biryolluq yox, sadəcə müəyyən  zaman kəsiyində bizdən ayrılırdı və biz nə zamansa yenə ondan nələrisə öyrənmək üçün dərsinə tələsəcəyik.

Oxucuları və qələm dostlarının Əbülfəz İnfiloğlu kimi tanıdığı, bizimsə  sadəcə Əbülfəz müəllimimiz. Tanımayanlar üçün deyim ki, Xalq şairi Məmməd Arazın kiçik qardaşı. Nədəndir bilmirəm, ancaq onu təbiətin bir parçası, bir qaya kimi görürdüm. Torpağa, kəndə bəlkə də gözəgörünməz bir hisslə bağlı, o yerdən güc alıb, orda ülviləşən bir adam. Bizə düşüncələrini deyil, düşünməyi, var  olmağı, vətən daşı olmağı təlqin edən, bütün varlığı ilə xalqa bağlı 67 yaşlı qoca çinar.

Xatırlatmaq üçün deyim ki, İbrahimov Əbülfəz İnfil oğlu 1938-ci ildə Şahbuz rayonunun Nursu kəndində anadan olub.1956- ci ildə Azərbaycan Pedaqoji İnstitutunun  Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirib. Elə oxucusu da təxminən bu tarixdən Əbülfəz İnfiloğlu imzasını tanımağa başlayıb. Dövrün bir sıra qəzet və jurnallarında hekayələri çap olunub. 1961-ci ildən pedaqoji fəaliyyətə başlayıb, əvvəlcə qonşu kəndlərdə, 1967-ci ildən ömrünün sonuna qədər isə doğma Nursuda Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 2 oğlan , 6 qız övladı vardı. Övladlarını təhsilli və yüksək insani keyfiyyətlərə sadiq böyüdüb.

Nursu kənd məktəbinin zəngin pedaqoji ənənələri var idi. O məktəbdə dərs demək, İbrahim müəllimlə, Aşur müəllimlə, Aydın müəllimlə çiyin-çiyinə işləmək, estafeti onların əlindən almaq hər kişinin işi deyildi. Əbülfəz müəllim bunu bacarıb. Düz 42 il pedaqoji fəaliyyətlə məşğul oldu. Təkcə Nursuda deyil qonşu kəndlərdə Keçilidə, Külüsdə, Ağbulaqda dərs dedi. Şagirdlərinin sayı yüzlərlə, minlərlədir. Nursu kəndindən boy alıb həyatın müxtəlif sahələrində özünü təsdiqləyən hamının uğurunda “bir əlçim” də onun əməyi var.

Zənnimcə, müəllim sənətinin də şərəf lövhəsi olmalıdır. İşini sevərək öyrədən və özlüyündə məktəb olan işıqlı adamların adları yazılmalı o lövhəyə. Sonradan gələnlər sələflərin   yaxşı tanısın, müəllimlik sənətinin məsuliyyətini  bütövlüklə dərk etsinlər deyə.    

Bəzən dərs arasında xatirə kitabını varaqlayır, dizəcən yağan qarı güclə yarıb qonşu kəndlərə necə dərs demək üçün getdiyindən danışırdı. Ancaq heç bir çətinlik Əbülfəz müəllimi nə müəllim işləməkdən, nə də ki Nursudan uzaqlaşdıra bilmədi. Ata ocağının çırağını yandırmağı qaynar mühitdə yaşamaqdan, tanınmaqdan üstün tutdu. Amma şəhərdən çox-çox uzaq, ucqar dağ kəndində  məktəbdə müəllim işləməklə yanaşı, yaradıcılığından da əl çəkmədi, ilhamından üz döndərmədi. Kiçik bir rayondan böyük  ədəbi dünyanı heyrətləndirmək kimi ağır bir yükü çiyinlərinə aldı. Ədəbi aləmdə baş verən hadisələrə biganə qalmadı. İlk hekayələri olan “Yarımçıq ərizə” “Ulduz” , “Üzük” hekayəsi “Azərbaycan” jurnallarında  çap olunub. İlk kitabı olan “İldırım bulağı” adlı hekayələr kitabı 1984-ci ildə “Yazıçı” nəşriyyatında  işıq üzü görüb. Elə həmin ildə “Ulduz” jurnalında  “Qəribə taleli qız” povesti çap olunub. “Didərgin”, “Ana əli” hekayələri “Zorbulağın zümzüməsi” ədəbi almanaxında oxucu qarşısına gəlib.

Etiraf edim ki, güzgünün qarşısında saatlarla  dayanıb onun kimi  dərs danışmağa, onun kimi şeir deməyə çalışırdım. Elə onun kimi olmaq, onda çoxunun arzusu idi.

Kəndin də, məktəbin də ən çətin günlərində uzaqgörənliyi, təsəlliedici fikirləri  ilə nəinki, məktəbdəki şagirdlərinə  elə-obaya da  hayan olmağı bacarırdı. Və elə o çətin anlarda əllərini nəfəsi ilə isidən, ümidləri  soba kimi közərən o məktəblilərə mayak oldu. Xəyal qurmağı, inanmağı ,ümid etməyi də ondan öyrəndik. Bəlkə də əsl ziyalı, müəllim olmağın əsas meyarı da elə budur: gəncləri işıqlı gələcəyə inandırmaq. Qəlbimizdəki çırağı yandırdı və inandırdı ki ,biz gələcəyin müəllimi, həkimi, jurnalisti ola bilərik. Qara buludlar səmadan nə vaxtsa çəkiləcək, biz arzusunda olduğumuz həyata qovuşacağıq. Qocaman müəllim yanılmırdı...

Ardını oxu...

Azərbaycan Prezidenti İlham Əliyevin Soçi səfəri böyük uğurla keçib. Dövlətimizin başçısı səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb, “Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti iclasında çıxış edib.

Azərbaycan və Rusiya nümayəndə heyətlərinin görüşündə iki ölkə arasında siyasi, ticari-iqtisadi, investisiya qoyuluşu, hərbi və hərbi-texniki, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əlaqələrin inkişafı məsələləri diqqət mərkəzində olub. Görüşdə Prezident İlham Əliyev qeyd edib ki, Rusiya Azərbaycan üçün mühüm tərəfdaş, dost, mehriban qonşudur.

Ardını oxu...

Sahil Tahirli yazır

Min illərdir ki Vətənimiz, torpağımız uğrunda qanlı mübarizəmiz davam edir. Bu mübarizə bir gün, bir an belə dayanmayıb. Və hər kəs əmin ola bilər ki, yer üzündə bizdən bir nəfər belə qalsa bu mücadilə bitməyəcək... Döyüşəcəyik, şəhid olacağıq, üçrəngli bayrağa sarınıb son mənzilə gedəcəyik, amma Vətən yaşayacaq. Ölməz Bəxtiyarın ölümsüz sözləri ilə desək :

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yenilənmiş internet saytı istifadəyə verilib. Sayt ümumi dizaynı, məzmunu, istifadəçi rahatlığı, texniki imkanları baxımından müasir standartlara tam cavab verir. Onun strukturu təkmilləşdirilib, yeni funksional bölmələr əlavə edilib və ən son internet texnologiyaları əsasında yeni dizayn verilib.

Ardını oxu...

“Sərhəd xalqımız və müstəqil dövlətimiz üçün müqəddəsdir. Azərbaycanın dövlət sərhədi Azərbaycanın müstəqilliyini, suverenliyini nümayiş etdirən mühüm amildir”. Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi bu fikirlər bir daha ölkə sərhədlərinin toxunulmazlığının əhəmiyyətini vurğulamaqla bərabər, onun etibarlı qorunmasını da qarşıya müqəddəs vəzifə olaraq qoyur.

Ardını oxu...

Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub.
Ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, 1967-ci ildə yaradılan və 50 ildən artıq inkişaf yolu keçən Naxçıvan Dövlət Universiteti bu gün müasir təhsil infra­strukturuna görə bir çox xarici ölkə universitetləri ilə müqayisə olunur.

Ardını oxu...

Konnektikut ştatının Bredli beynəlxalq aeroportunda İkinci Dünya müharibəsi dövründən qalmış təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub. Federal Mülki Aviasiya İdarəsinin nümayəndələri bildiriblər ki, “Boeing B-17” markalı klassik təyyarə yerli vaxtla saat 09:54 dəqiqədə yerə enməyə cəhd edərkən uçma-enmə zolağında qəzaya uğrayıb.

Təyyarədə 13 nəfər – 10 sərnişin və 3 heyət üzvü olub. Onlardan 7 nəfər həlak olub, 6 nəfər (o cümlədən üçü böhranlı vəziyyətdə) Hartford xəstəxanasına çatdırılıb.

Ardını oxu...

Bu gün terrorizm dünya ölkələri üçün kədərli həqiqətə çevrilib. Son illər ərzində Avropa Şurasının bir neçə ölkəsi terrorla üzləşib və indi terroru məğlub etmək üçün antiterror siyasətimizi əlaqələndirməliyik. Terror qurbanlarının qorunması onların ləyaqətini və insan haqlarını müdafiə edən vacib addımdır. Bu baxımdan Avropa dövlətləri terror qurbanlarının hüquqları ilə bağlı Avropa xartiyasının qəbul edilməsi imkanını yekdilliklə dəstəkləməlidirlər.

Bu fikirləri AŞPA-nın payız sessiyası çərçivəsində “Terrorizm qurbanlarının müdafiəsi və dəstəklənməsi” mövzusunda məruzənin müzakirəsinə qatılan qurumdakı nümayəndə heyətimizin üzvü Elşad Həsənov çıxışında söyləyib. O bildirib ki, Azərbaycan da Avropa İttifaqının bir sıra dövlətləri kimi terrora məruz qalıb. 1990-cı illərin əvvəllərində erməni hərbi birləşmələri və terror qruplaşmaları Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı rayonları işğal ediblər. Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi hələ də işğal altındadır, 1 milyondan çox insan qaçqın və köçkün vəziyyətinə düşüb. Terror qurbanları problemi Azərbaycanın müasir tarixinin bir hissəsidir. Bu insanlar uzun illərdir ləyaqətləri və insan hüquqları uğrunda mübarizə aparırlar.

Ardını oxu...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) təşkilatın təsis olunmasının onuncu ildönümü münasibətilə açıqlama yayıb.

Türk Şurasının Baş katibi Bağdad Amreyevin adından yayılan acılamada diqqətə çatdırılır ki, 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin imzalandığı 3 oktyabr tarixi əlamətdar bir gündür. Bu münasibətlə 3 oktyabr Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd olunur.

Ardını oxu...

Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ-da səfərdə olan nümayəndə heyəti Nyu-Yorkda yaşayan azərbaycanlılarla görüş keçirib.

Onlarla soydaşımızın iştirak etdiyi görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Azərbaycan dövlətinin diaspor siyasəti barədə məlumat verib. O, bu siyasətin reallaşmasında ABŞ-dakı Azərbaycan diasporunun böyük rola malik olduğunu diqqətə çatdırıb.

Görüşdə Dövlət Komitəsinin son dövrlərdəki fəaliyyətini əks etdirən videotəqdimat olub və Azərbaycan Diasporuna Dəstək Fondu barədə ətraflı məlumat verilib. Beynəlxalq siyasətin mərkəz nöqtəsi olan Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlıların ana Vətənlə əlaqələrinin möhkəm olmasının əhəmiyyəti barədə danışılıb. Qeyd olunub ki, son illər burada yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində ciddi addımlar atılıb və bu da artıq öz bəhrəsini verir. Görüşdə diaspor nümayəndələri ilə geniş fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib.

Daha sonra Azərbaycan Prezidentinin Sərəncamı əsasında Cümhuriyyətin 100 illiyi medalı ilə təltif olunmuş Tomris Azəriyə, Zöhrə Şərifiyə və Əbülfəz Bahaduriyə medallar təqdim edilib. Təltif olunanlar bu yüksək mükafata görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Ardını oxu...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 26-cı ildönümü qonşu Gürcüstanda qeyd edilib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin və konsulluğun əməkdaşları oktyabrın 3-də Ulu Öndərin səfirlikdəki büstü önünə əklil və gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Sonra səfir və səfirliyin əməkdaşları Tbilisinin mərkəzindəki Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri düzüblər.

Dursun Həsənov Ulu Öndərin xalqımız qarşısındakı xidmətlərindən, o cümlədən müasir müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmlənməsindəki misilsiz rolundan danışıb.

 AZƏRTAC

 

 

 

Oktyabrın 3-də Bakıda "Türk Şurası: Naxçıvan müqaviləsinin 10 illik yubileyi" mövzusunda konfrans işə başlayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən konfransda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv və müşahidəçi ölkələrdən nümayəndələr, rəsmi şəxslər, deputatlar, “beyin mərkəzləri”nin rəhbərləri iştirak edirlər. Tədbirdə 2009-cu ildə Naxçıvan Sazişinin imzalanmasından sonra görülən işlər, Türk Şurasının gələcək fəaliyyət istiqamətləri barədə müzakirələr aparılır.

Konfrans çərçivəsində BMTM ilə Türkiyənin Xarici İşlər Nazirliyi və Macarıstanın Xarici Əlaqələr və Ticarət İnstitutu arasında anlaşma memorandumları imzalanacaq.

Xəbərlər şöbəsi

 

Bəşəriyyətin bəlasına çevrilən terrorizm son zamanlar daha da genişlənir. Terror aktları insanların ölümünə, habelə əzab-əziyyət çəkməsinə, əmlaklarının yox edilməsinə, eləcə də mülki obyektlərin və yaşayış yerlərinin məhvinə səbəb olur. Bununla yanaşı, terrorizm qanunun aliliyinə, dövlətin milli təhlükəsizliyinə xələl gətirir, sosial sistemin nizamını pozaraq xalqların təhlükəsiz yaşaması üçün maneə yaradır. Dünyada bu dəhşətdən heç bir ölkə sığortalanmayıb.

Bu fikirləri AŞPA-nın payız sessiyasında “Terrorizm qurbanlarının müdafiəsi və dəstəklənməsi” məruzəsinin müzakirələrinə qoşulan qurumdakı nümayəndə heyətimizin üzvü Sevinc Fətəliyeva deyib. O vurğulayıb ki, Azərbaycan terrorizmdən əziyyət çəkən ölkələrdən biridir. 80-ci illərin sonundan erməni terror təşkilatları və kəşfiyyat orqanları ölkəmizin nəqliyyat sistemində və digər ictimai obyektlərində 32-dən çox terror aktı törədiblər. Minlərlə günahsız insan bu hücumların qurbanları olub. ASALA qrupunun iştirakı ilə xüsusi qəddarlıqla günahsız insanlara qarşı törədilən Xocalı soyqırımı Ermənistanın milli səviyyədə terror siyasəti yürütməsinin ən bariz nümunəsidir. Xocalı qətliamında öldürülən 613 nəfər arasında 63 uşaq, 106 qadın və 70 qoca olub. Səkkiz ailə tamamilə məhv edilib, 130 uşaq bir valideynini, 25 uşaq hər iki valideynini itirib. 487 mülki şəxs əlil olub, 1275 günahsız sakin girov götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil.

Ardını oxu...

Ermənistan beynəlxalq təşkilatların qətnamələrinə və beynəlxalq çağırışlara məhəl qoymayaraq sülh danışıqlarını pozmaqda davam edir və işğalçılıq siyasətindən əl çəkmir.

Bu fikri Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində “Terror qurbanlarının müdafiəsi və dəstəklənməsi” mövzusunda məruzənin müzakirələri zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib. O bildirib ki, son illər dünyada, o cümlədən Avropada terror təhlükəsi və terror hadisələri artıb. Avropa Şurasının bir neçə üzv dövləti ayrı-ayrı qruplar və şəxslər tərəfindən terror hücumlarına məruz qalıb. Avropa Şurasının üzvü olan ölkələrdə terror qurbanlarının müdafiəsi və dəstəklənməsi üçün daha ardıcıl və sistemli yanaşma tələb olunur.

Terrorizmin Avropada yeni hadisə olmadığını xatırladan nümayəndə heyətinin üzvü terrorizmdən ən çox əziyyət çəkən ölkələrdən biri kimi Azərbaycanın adının hesabatda yer almamasına təəssüfləndiyini bildirib. O vurğulayıb ki, Azərbaycan XX əsrin əvvəllərindən qonşu Ermənistanın terror hücumlarına məruz qalıb: “Hələ ötən əsrin əvvəllərində - 1905-1907 və 1918-1920-ci illərdə ermənilər azərbaycanlılara qarşı kütləvi terror aktları həyata keçiriblər. Həmin hadisələrdə erməni terrorçuları qocaları, qadınları və uşaqları xüsusi amansızlıqla qətlə yetiriblər. 1980-ci illərin sonundan etibarən Azərbaycan yenidən erməni terrorunun əsas hədəfinə çevrilib. Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü ölkəmizin ərazisinin 20 faizinin işğalı və minlərlə insanın, o cümlədən qadın və uşaqların öldürülməsi, 1 milyondan çox insanın doğma torpaqlarını və evlərini tərk etmək məcburiyyətində qalması ilə nəticələnib”.

BMT, Avropa Parlamenti, ATƏT və digər beynəlxalq təşkilatların münaqişənin ədalətli həlli və Azərbaycanın ərazi bütövlüyünün qorunması ilə bağlı bir sıra qətnamələr qəbul etdiyini vurğulayan Sahibə Qafarova deyib ki, həmin sənədlərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və Ermənistanın etnik təmizləmə siyasəti pislənilir, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Ancaq Ermənistan bu qətnamələrə məhəl qoymayıb və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunması istiqamətində heç bir iş görməyib.

Ardını oxu...

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində Avropa Şurasının mənzil-qərargahında Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib. Ölkəmizin AŞPA-dakı nümayəndə heyəti və Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə təşkil edilən tədbirdə AŞPA üzvləri, katibliyin əməkdaşları və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tədbiri giriş sözü ilə açaraq, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğunda çağdaş dəyərləri əsas götürdüyünü və cinsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara eyni hüquqlar verdiyini bildirib. O, müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara seçki hüququnun verilməsini tarixi hadisə kimi qiymətləndirib. Bir sıra Qərb ölkələrindən əvvəl qadınlara seçki hüququnun verilməsinin mühüm nailiyyət olduğunu diqqətə çatdırıb. Azərbaycan parlamentinin tərkibində qadınların nisbətinin hər çağırışda artdığını və bunun cəmiyyətdə qadınların rolunun artması ilə bağlı yaxşı göstərici olduğunu qeyd edib.

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova bildirib ki, Azərbaycan qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması baxımından nümunəvi ölkədir. O, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra qadın hüquqlarının qorunmasını əsas prioritetləri sırasına daxil etdiyini, bu sahədə bir çox qanun və qərarlar qəbul edildiyini, ölkəmizin bu sahə ilə bağlı beynəlxalq sənədlərə qoşulduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra bu təşkilatla fəal əməkdaşlıq edir, AŞPA-da ölkəmiz on iki parlament üzvündən ibarət nümayəndə heyəti ilə təmsil olunur, onlardan altı nəfəri - yarısı qadındır.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin müdiri Rövzət Qasımov Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin tarixi və qadınların hazırda ölkənin ictimai-siyasi həyatında, xüsusən seçki prosesində rolundan danışıb. O, qadınlara seçki hüququ verilməsinin Cümhuriyyətin təsis sənədi olan İstiqlal Bəyannaməsində əksini tapmasına və bu hüququn qanunvericilikdə təsbit olunmasına dair tarixi məlumatları iştirakçıların diqqətinə çatdırıb. MSK Katibliyinin müdiri, həmçinin müasir dövrdə Azərbaycanda qadınların seçki prosesində iştirakından və buna dair statistik məlumatlardan söz açıb.

Ardını oxu...

Bu gün ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti seçilib

İllər bir-birini əvəz etdikcə Heydər Əliyev dühasının, onun gələcəyə ünvanlanmış işıqlı ideyalarının, dövlət quruculuğu və idarəetmə məharətinin əzəməti daha aydın görünür. Bu gün dünyanın siyasət aləmində Heydər Əliyev fenomeni öyrənilir və böyük siyasi məktəb kimi qəbul edilir. Xalqımızın müdrik oğlu dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi, ölkəmizi tənəzzül və vətəndaş müharibəsi təhlükəsindən azad edən böyük xilaskar, ölkəmizi beynəlxalq aləmdə ali nüfuz məqamına yetirən dahi şəxsiyyət kimi əbədiyaşarlıq qazanıb.

Ardını oxu...

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması nəinki jurnalistlər, ümumilikdə, muxtar respublika ictimaiyyəti, ziyalılar tərəfindən böyük rəğbət və sevinclə qarşılandı. Çünki belə bir fondun yaradılması kütləvi informasiya vasitələrinə dövlət qayğısının növbəti ifadəsi olmaqla yanaşı, həm də muxtar respublikada informasiya idarəçiliyinin də düzgün tənzimlənməsinə xidmət edəcək mühüm siyasi addımdır. Sentyabrın 27-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının ilk iclası və media nümayəndələri ilə görüş keçirildi ki, bu tarixi görüş həmin dövlət sənədinin medianın inkişafında yeni bir mərhələnin başlanğıcını qoyduğunu bir daha təsdiqlədi. 

Ardını oxu...

Türkiyənin məşhur Avrasiya Sənət Kültür və Elm Federasiyasının (ASKEF) nümayəndələri yaxın günlərdə Naxçıvanda olublar. Türk dünyasının müxtəlif ölkələrində mədəniyyət və incəsənətlə bağlı layihələr həyata keçirən qurum üzvləri muxtar respublikada qarşılaşdıqları maraqlı və yaddaqalan məqamlar ilə bağlı mamakhavadis.com saytında fikirlərini bölüşüblər. Həmin rəy və fikirləri təqdim edirik:

Savaş Ünal – ASKEF rəhbəri: – Üç gün davam edən səfərimiz zamanı Naxçıvanda Əshabi-Kəhf mağarası, Duzdağ, Hüseyn Cavid məqbərəsi, Heydər Əliyev Muzeyi, Heydər Əliyev Sarayı və digər yerləri gəzdik. Nuh Peyğəmbərin türbəsi, Möminə xatın məqbərəsi və digər tarixi abidələri gəzən zaman bir şey hamımızın diqqətini çəkdi: Bu günə qədər gördüyümüz ən təmiz şəhərdəyik. Yerdə bir dənə də olsun tullantı yoxdur, hər yer olduqca təmizdir. Yaşadığı yeri bu qədər sevən və təmiz tutan naxçıvanlılara, sadəcə, həsəd apardıq.
Demet Şahin – aktyor: – Naxçıvanı sözlə anlatmaq mümkün deyil, gərək bu hissləri yaşayasan. Buranın təbiəti böyük sevgi ilə qorunur. Bu məmləkət ulu babalarına, torpağına, bayrağına sevdalı, gözəl ürəkli insanları, tərtəmiz ətraf mühiti ilə insana rahatlıq verir. Həmişə belə qal, canım Naxçıvan, sevgilərlə!
Umut Tutcu – tələbə: – Naxçıvan təbii gözəllikləri ilə mənə çox təsir etdi. Sadəcə, gözəlliyi deyil, ondan da artıq əfsunlayıcı bir coğrafiyası var Naxçıvanın. Görülməsi mütləq lazım olan bir məkandır. Xüsusilə də insanların sənətə verdiyi dəyər məni çox sevindirdi. Çünki mədəniyyətin ən yüksək mərtəbəsi incəsənətdir və bu mərtəbədə Naxçıvandan olan ziyalıların izi görünməkdədir. Addım atdığım hər yerdə keçmişin izlərinə rast gəldim. Hər yerində bir səmimiyyət gördüm. Şəhərin gözəl ürəkli insanları, sizi heç unutmayacağam.
Qonca Aydemir – şair-publisist: – Gözəlliklər ölkəsi... Haqqında nə desəm azdır. Gözəl insanları ilə daha da gözəlləşir Naxçıvan. Tarixinə, mədəniyyətinə sahib çıxan dostlarıma çox təşəkkür edirəm.

Ardını oxu...

Türkiyə Respublikasının Van şəhərində 26-29 sentyabr tarixlərdə ənənəvi olaraq keçirilən “10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi” başa çatıb.
16 ölkədən 350 şirkətin iştirak etdiyi sərgidə Naxçıvan Muxtar Respublikası da nümayəndə heyəti ilə təmsil olunub.
Artıq 10-cu ildir, keçirilən sərgidə Ermənistanın saxta, oğurluq mədəniyyətinin nümayiş etdirilməsinin qarşısı nümayəndə heyətimiz tərəfindən alınıb. Ermənistan öz yalançı və saxta mədəniyyətini, turizmini Azərbaycan Respublikasının nümayəndə heyəti tərəfindən ifşa olunacağını bildiyi üçün bu il sərgidə iştirak etməkdən imtina edib.

Ardını oxu...

Naxçıvan Qarnizonunda gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarının başa çatması münasibətilə keçirilən mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən polkovnik Mehman Gülməmmədov bildirib ki, kurslar zamanı əsas diqqət kursantların ən müasir silah və texnikaları dərindən öyrənmələrinə, real döyüş şəraitində bacarıqla istifadələrinə yönəldilib. Bu məqsədlə keçirilən məşğələlərdə kursantlar müxtəlif növ atıcı və iriçaplı silahlardan praktiki atışlar, bütün növ zirehli tank texnikalarında sürücülük və atış çalışmalarını yerinə yetiriblər. Nəticədə isə məzunların əksəriyyəti kursları əla qiymətlərlə başa vurublar.

Ardını oxu...

Astronomlar “21/Borisov” adlı nəhəng planetlərarası kometanın quyruğunda sianid molekulları, karbon və azot qazları birləşmələri aşkar ediblər. Bu göy cisminin tullantılarının analizi onun nüvəsinin ölçüsünü müəyyən etməyə imkan verir.

Ardını oxu...

Mərakeşin “Əl-İslah və Ət-Tənmiyə” qəzetində “Qoşulmama Hərəkatının Zirvə Görüşü və Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri” sərlövhəli məqalə dərc edilib.

Məqalədə qeyd edilir ki, Azərbaycanın paytaxtı Bakı şəhəri 25-26 oktyabr tarixlərində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi etməyə hazırlaşır. Azərbaycanı ərəb və İslam ölkələri daxil olmaqla Qoşulmama Hərəkatına üzv dövlətlərlə tarixi əlaqələr bağlayır. 2019-2022-ci illər üçün sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olunması üzv dövlətlərin Azərbaycana qarşı etimadının artmasının aydın göstəricisidir. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olub və bu qurumun əsas məqsəd və prinsiplərinə sadiqliyini bəyan edib.

Ardını oxu...

Regionda davam edən ardıcıl zəlzələlər Ermənistandakı istismar vaxtı keçmiş Metsamor Atom Elektrik Stansiyasının (AES) yaratdığı təhlükəni yenidən gündəmə gətirib. Türkiyə ictimaiyyəti, xüsusilə də ölkənin şərq və cənub-şərq bölgəsinin ictimai fəalları yenidən həyəcan siqnalı səsləndirməyə başlayıblar.

Ardını oxu...

Xəyanətkarlıqları, qorxaqlıqları və xəstə təxəyyüllərindən doğan dəhşətli əməlləri ilə özlərini ifşa edən ermənilər heç vaxt döyüş meydanında azərbaycanlılara qalib gələ bilməyiblər. Onlar həmişə ya havadarlarından dəstək alıb, ya da real hakimiyyətsizliyi, anarxiyanı, xaosu fürsət bilərək torpaqlarımızı işğal ediblər. Xocavənd rayonu da məhz bu yolla, 1992-ci il oktyabr ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal olunub.

Ardını oxu...

İcmaların iştirakı ilə Şahdağ Milli Parkı üçün ekoturizm proqramı hazırlanıb. Həmin proqramın tərkibində ekocığırların inkişafı komponenti də yer alıb.

Bu sözləri Regional Ekoloji Mərkəzin Azərbaycan nümayəndəliyinin direktoru Mələk Şükürova jurnalistlərə açıqlamasında deyib.

Ardını oxu...

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovun rəhbərliyi ilə nümayəndə heyəti İran İslam Respublikasına səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfərin məqsədi hər iki ölkənin Hərbi Dəniz qüvvələri arasında əlaqələrin daha da möhkəmləndirilməsidir.

Türkiyə Respublikasının Van şəhərində 26-29 sentyabr tarixlərdə ənənəvi olaraq keçirilmiş “10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi” başa çatıb.
16 ölkədən 350 şirkətin iştirak etdiyi sərgidə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Beynəxalq Diaspor Mərkəzinin və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin dəstəyi ilə bir qrup nümayəndə heyəti təmsil edib.
Artıq 10-cu ildir keçirilən sərgidə Ermənistanın saxta, oğurluq mədəniyyətinin nümayiş etdirilməsinin qarşısı nümayəndə heyəti tərəfindən alınıb və Ermənistan bu il öz yalançı və olmayan mədəniyyətini, turizmini Azərbaycan Respublikasının nümayəndə heyəti tərəfindən ifşa olunacağından qorxduğu üçün bu il sərgidə iştirak etməkdən imtina edib.
Sərgidə 52 kvadrat metrlik sahədə “Naxçıvan Muxtar Respublikası” stendi təmsil olunub. Ölkəmizin ilk dəfə olaraq iştirak etdiyi sərgidə “Naxçıvan Muxtar Respublikası” stendi turistlərin marağını xüsusilə cəlb edib. Stenddə muxtar respublikanın tarix-mədəniyyət abidələrinin böyükölçülü fotoşəkilləri nümayiş etdirilib, quraşdırılmış monitor vasitəsilə diyarımızın turizm potensialı ilə bağlı videoçarxlar sərgi iştirakçılarının böyük marağına səbəb olub. Həmçinin Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanmış 1000-ə yaxın Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Ağbulaq Kənd Turizm İstirahət Bölgəsi, Naxçıvan-Gülüstan, Naxçıvan-Duzdağ turist marşrutlarının bukletləri və Naxçıvan Muxtar Respublikasının turist xəritəsi sərgi iştirakçılarına təqdim olunub.
Muxtar respublikada istehsal olunan yerli məhsularımızdan “Sirab”, “Badamlı”, duz və Naxçıvanın digər brend məhsulları beynəlxalq sərgidə nümayiş etdirilib. Turizm Departamentinin əməkdaşları tərəfindən sərgi iştirakçılarına Naxçıvan Muxtar Respublikasının turizm potensialı barədə ingilis və türk dillərində geniş məlumatlar verilib. Sərgi çərçivəsində xairici ölkə nümayəndələri ilə çoxsaylı görüşlər də keçirilib, muxtar respublikaın turizm potensialı təbliğ edilib.

Xəbərlər şöbəsi

 

Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında mühüm tədbir olan əhalinin siyahıyaalınmasına başlanılmışdır. Siyahıyaalma oktyabr ayının 1-dən 10-dək vahid prinsiplər və proqram əsasında bütün ərazidə, eyni zamanda adbaad, mərkəzləşdirilmiş qaydada aparılacaqdır.
Müstəqil Azərbaycan Respublikasında əhalinin birinci siyahıyaalınması ümummilli lider Heydər Əliyevin 1996-cı il 22 fevral tarixli Sərəncamı ilə 1999-cu ildə, ikinci siyahıyaalma Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 7 iyun tarixli Fərmanı ilə 2009-cu ildə keçirilib. Növbəti siyahıyaalma isə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən keçirilir.
Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıyaalınmasının təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 26 dekabr tarixli Sərəncamı ilə əhalinin siyahıyaalınmasına yardım komissiyası yaradılmış və Komissiyanın qərarı ilə iş planı təsdiq edilmişdir.
Muxtar respublikanın şəhər və rayonlarında siyahıyaalma ilə əlaqədar hazırlıq işlərinin və nəzərdə tutulmuş digər tədbirlərin vaxtında yerinə yetirilməsi, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılması və onun mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə şəhər və rayon icra hakimiyyəti başçısı müavinlərinin sədrliyi ilə əhalinin siyahıyaalınmasına yardım komissiyaları yaradılmışdır.

Ardını oxu...

 

Azərbaycan diplomatik xidmətinin 100 illik yubileyi Acarıstan Muxtar Respublikasının Batumi şəhərində təntənəli şəkildə qeyd edilib.

Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğunun təşkil etdiyi tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Batumidəki baş konsulu Pərviz İsmayılzadə tədbirdə çıxış edərək deyib ki, Azərbaycan diplomatiyasının 100-cü ildönümü deyəndə 1919-cu ilin 9 iyulunda dövlətimizin peşəkar diplomatik xidmətinin yaranmasının təməlini qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyinə dair qərarın qəbul edilməsindən ötən dövr nəzərdə tutulur. 101 il əvvəl, 1918-ci il mayın 28-də Tbilisidə Müsəlman Şərqində ilk demokratik respublika yaranıb və Müstəqillik Bəyannaməsi qəbul edilib. Azərbaycan Demokratik Respublikasının özünün parlamenti, hökuməti, ordusu, milli pul vahidi və digər dövlətçilik atributları mövcud idi. Həmin dövrdə ADR-in müxtəlif şəhərlərdə, o cümlədən Batumidə diplomatik nümayəndəliyi açılıb. 1918-ci il iyun ayının 4-də ADR ilə Osmanlı imperiyası arasında sülh və dostluq haqqında müqavilə məhz Batumi şəhərində imzalanıb. Eyni zamanda, 1896-cı ildə Bakı-Batumi ilk neft kəmərinin Batumidən Xaşuriyə qədər olan hissəsinin inşasına başlanılıb və 1906-cı ildə başa çatdırılıb.

Ardını oxu...

Bu gün biz məşhur Hayligenberq qəsrini ziyarət edəcəyik.

Bu qəsr İntibah üslubunda tikilib və Hayligenberq ərazisində yerləşir. Memarlar özlərinin gələcək yaradıcılıq əsəri üçün dəniz səviyyəsindən 730 metr hündürlükdə yerləşən qayalıq yaylanı seçiblər. Buradan aşağıdakı Lintsqau bölgəsinə, Boden gölünün hamar, güzgülü səthinə və Alpın “ağarmış” zirvələrinə vəsfəgəlməz mənzərə açılır.

Qəsrin əsası XIII əsrə aid edilir. Heç bir varisi olmayan, əfsanəvi qraf Bertold fon Hayligenberq həmin dövrdə qəsr tikməyi əmr edir. Onun fikrincə bu qəsr eyniadlı qraflığın mərkəzi olmali idi.

Qəsr 1277-ci ildə qraf Quqo fon Verdenberqə satılır. Yeni sahibin vərəsələri – Verdenberq-Hayligenberq qraflarının dövründə qəsr əhəmiyyətli dərəcədə genişləndirilib. 1516-cı ildə qrafinya Anna fon Verdenberq və qraf Fridrix su Fürstenberq evləndikdən sonra Hayligenberq Fürstenberq nəslinin malikanəsinə keçib və indiki gündə də onlara məxsusdur.

Qraf İoahim Fürstenberqin dövründə qəsr əsaslı şəkildə bərpa edilib. O, yeni İntibah üslubunda dəyişdirilib. Qəsr hətta knyazlıq iqamətgahından da dəbdəbəli görünürdü. Burada daxili həyət yenilənib və böyük qəbul zalı olan cənub tərəf tikilib. Həmçinin qəsrin orta əsrlərə aid qədim fasadı da dəyişdirilib. Nəticədə Hayligenberq özünün indiki zahiri görkəmini alıb.

Ardını oxu...

Taras Şevçenko adına Kiyev Milli Universitetində “İnformasiya cəmiyyətində Azərbaycanın iqtisadi təhlükəsizliyi” mövzusunda elmi iş müdafiə olunub.

Azərbaycanlı Kənan Salayevin elmlər namizədi elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyanın müdafiəsində Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, Ukrayna Elmlər Akademiyasının, Kiyev Milli Universitetinin və digər ali təhsil ocaqlarının professor heyəti iştirak edib.

Tədbir Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Müdafiəyə çıxarılan elmi iş barədə ətraflı məlumat verildikdən sonra K.Salayev Azərbaycanın iqtisadi uğurları, inkişaf dinamikası, təhlükəsizliyi barədə geniş məruzə ilə çıxış edib. Qeyd olunub ki, xarici ölkələrlə əməkdaşlığın inkişafı fonunda Azərbaycanın iqtisadi təhlükəsizliyi əhəmiyyətli dərəcədə artmaqdadır. Ölkənin makro və mikro iqtisadi layihələrində iqtisadi təhlükəsizlik, milli maraqlar ön planda dayanır. Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsir edən amillərdən biri də əlverişli demoqrafik vəziyyətdir.

Daha sonra elmi işin rəhbəri, iqtisadi elmlər doktorlu, professor Oksana Jilenska çıxış edərək dissertasiyanın mövzusu haqqında fikirlərini bildirib. Digər çıxışlardan sonra K.Salayev professor heyətinin elmi işlə bağlı suallarını cavablandırıb.\

AZƏRTAC

Ölkənin tanınmış Lider televiziyasında efirə gedən “Səs” verilişinin növbəti sayı Naxçıvana həsr olunub. Jurnalist, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Bəhruz Quliyevin  təqdim etdiyi veriliş Naxçıvan Muxtar respublikasının muxtariyyət qazanmasının 95 illiyinə həsr olunub. Müəllif  Naxçıvanın qazandığı bu nailiyyəti ölkə tarixində müstəsna əhəmiyyətli bir hadisə kimi dəyərləndirir. Naxçıvanda yerli camaatın 1918-24-ci illərdə muxtariyyət qazanması üçün apardığı şanlı mübarizə, həmin dövrün ictimai-siyasi xadimlərinin fəaliyyəti, həmin dövrdə Naxçıvanın gələcək taleyində xüsusi rol oynayan Qars müqaviləsi  və  ümummilli liderimiz Heydər Əliyevin 1990-cı illərdə yenidən bu məsələni gündəmə gətirməsi ilə bağlı geniş məlumat izləyicilərə çatdırlır. Verilişdə Naxçıvanın tarixini, son illər sürətlə inkişaf edən  iqtisadi mənzərəsini özündə əks etdirən videomateriallar, süjetlər verilib. Müsahibə verən akademik İsa Həbibbəyli muxtar respublikada son illər  görülən işlərdən danışıb.

Xəbərlər şöbəsi

Hər il oktyabrın 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını təntənə ilə qeyd edirlər.

Bu günün qeyd olunması tarixi zərurətdən yaranıb. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 1998-ci il 17 iyul tarixli Sərəncam imzalayıb.

Mövcudluğu bir çox dövlətlərdə qədim dövrlərdən məlum olan məhkəmə orqanlarından fərqli olaraq, prokurorluq müstəqil institut kimi xeyli sonralar yaranıb.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Orduda maddi-texniki təminat üzrə komandir müavinlərinin, zirehli tank xidməti və texniki nəzarət məntəqə rəislərinin cəlb edilməsi ilə nümayiş-məşğələ keçirilib.

Məşğələ zamanı hər növə məxsus zirehli tank texnikalarının avtomobil parkından çıxması və parka qayıtması, texnikalara göstərilən gündəlik texniki xidmətin ardıcıllığı və praktiki yerinə yetirilməsi nümayiş etdirilib.

Ardını oxu...

 “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi başlayıb.

Təlimin keçirilməsində məqsəd birləşmə və hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanılması, mühafizədən müdafiəyə keçərkən uzlaşmış fəaliyyətə nail olunması, müdafiə döyüşünün aparılması zamanı döyüş düzülüşü elementlərinin yerinə yetirilmə fəaliyyətinin təkmilləşdirilməsidir.

Komanda-qərargah təlimi oktyabrın 5-dək davam edəcək. 

 Nəriman NƏCƏFOV

Naxçıvan Qarnizonu Qoşunlarında istismarda olan avtomobil texnikalarının qış mövsümünə hazırlığı yoxlanılıb.

Ordu, birləşmə və hissələrə təhkim edilmiş müxtəlif markalı və təyinatlı minik avtomobillərinə, mikroavtobus və avtobuslara baxışın keçirilməsində əsas məqsəd avtomobil texnikalarının qış aylarında fasiləsiz və dayanıqlı istismarını təmin etmək olub. 

Nəriman NƏCƏFOV

  

XIV Beynəlxalq Böyük Türk Qurultayı maraqlı və yaddaqalan oldu. Qurultayın Bakıda təşkil olunması xüsusi məna kəsb edir. Bu gün Azərbaycan kimi qüdrətli və özünün misilsiz inkişaf dövrünü yaşayan qardaş ölkədə olmaqdan çox məmnunuq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21 sentyabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 mart tarixli 46 nömrəli Qərarında dəyişikliklər edilmişdir.

Ardını oxu...

Lyon İnzibati Məhkəməsi Sənt-Etyen və Desin-Şarpyö şəhərləri ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış iki “xartiya”nı ləğv edib.

Bu barədə Lyon İnzibati Məhkəməsinin saytında məlumat yerləşdirilib.

Ardını oxu...

Azərbaycanın Almaniya ilə əməkdaşlığı çərçivəsində 14 Tvinninq layihəsi yekunlaşıb, 1 layihə isə davam edir.

Bu barədə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sentyabrın 27-də Bakıda keçirilən Almaniya-Azərbaycan biznes forumunda deyib.

Ardını oxu...

Ölkəmizdə əhalinin növbəti siyahıya alınması keçirilir

Məlum olduğu kimi, ölkə Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən bu gündən etibarən oktyabrın 10-dək əhalinin növbəti siyahıya alınması aparılacaqdır. BMT-nin tövsiyələrinə uyğun olaraq 10 ildən bir keçirilməsi nəzərdə tutulan əhalinin siyahıya alınması ölkəmizdə, eləcə də muxtar respublikamızda demoqrafik inkişafın bir sıra mühüm istiqamətlərini öyrənməyə imkan verəcək. Burada məqsəd ölkə ərazisində yaşayan bütün şəxslər haqqında sosial-iqtisadi, coğrafi-demoqrafik və etnik-mədəni əlamətlərə görə məlumatların toplanması, ümumiləşdirilməsi və yayılmasıdır. 

Qeyd edək ki, Azərbaycanda ilk dəfə demoqrafik vəziyyət haqqında məlumatların əldə edilməsi çar Rusiyası dövründə – 1897-ci il Birinci Ümumrusiya siyahıya alınmasının keçirilməsi vaxtı mümkün olub. SSRİ dövründə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmaları 1926, 1939, 1959, 1970, 1979, 1989-cu illərdə keçirilib. Müstəqillik dövründə isə bu proses 1999-cu və 2009-cu illərdə baş tutub. Bəs əhalinin siyahıya alınması hansı sosial-iqtisadi tərəfləri ilə seçilir və ümumiyyətlə, bu prosesə ölkəmizin baxışı necədir?

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR