23 Dekabr 2024, Bazar ertəsi

Lyon İnzibati Məhkəməsi Sənt-Etyen və Desin-Şarpyö şəhərləri ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış iki “xartiya”nı ləğv edib.

Bu barədə Lyon İnzibati Məhkəməsinin saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilib ki, 2018-ci il oktyabrın 21-də Sənt-Etyen və Şuşa, eləcə də 2017-ci il sentyabrın 25-də Desin-Şarpyö və Çartar şəhərləri arasında imzalanmış “dostluq xartiyaları” Luar (Loire) və Ron (Rhone) prefekturaları tərəfindən ləğv olunub.

Məhkəmə hesab edib ki, aidiyyəti şəhərlər arasında münasibətlərin inkişafını nəzərdə tutan “dostluq xartiyaları” əməkdaşlıq fəaliyyətindən ibarətdir. Buna görə də Fransanın beynəlxalq öhdəliklərinə riayət edilməsi baxımından bu “xartiyalar” imzalanıla bilməz.

Hakimlər bildiriblər ki, Fransa ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağı tanımamaq öhdəliyi götürüb. Buna görə də həmin öhdəlik Fransa hakim dairələrindən bu münaqişə ilə bağlı neytral mövqe tələb edir. Nəticədə Fransa kommunalarının merləri Fransanın beynəlxalq öhdəliklərini bilmədən bu “dostluq xartiyaları”nı imzalayıblar.

Məhkəmə bu “xartiyalar”ın ləğv olunması ilə bağlı qərar qəbul edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR