23 Dekabr 2024, Bazar ertəsi

Türkiyə Respublikasının Van şəhərində 26-29 sentyabr tarixlərdə ənənəvi olaraq keçirilən “10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi” başa çatıb.
16 ölkədən 350 şirkətin iştirak etdiyi sərgidə Naxçıvan Muxtar Respublikası da nümayəndə heyəti ilə təmsil olunub.
Artıq 10-cu ildir, keçirilən sərgidə Ermənistanın saxta, oğurluq mədəniyyətinin nümayiş etdirilməsinin qarşısı nümayəndə heyətimiz tərəfindən alınıb. Ermənistan öz yalançı və saxta mədəniyyətini, turizmini Azərbaycan Respublikasının nümayəndə heyəti tərəfindən ifşa olunacağını bildiyi üçün bu il sərgidə iştirak etməkdən imtina edib.

Ölkəmizin ilk dəfə olaraq iştirak etdiyi sərgidə “Naxçıvan Muxtar Respublikası” stendi, diyarımızın turizm potensialı ilə bağlı videoçarxlar sərgi iştirakçılarının marağına səbəb olub. Həmçinin Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanmış 1000-ə yaxın turist marşrutlarının bukletləri və diyarımızın turist xəritəsi sərgi iştirakçılarına təqdim olunub.
Muxtar respublikada istehsal olunan yerli məhsullarımızdan “Sirab”, “Badamlı”, duz və Naxçıvanın digər brend məhsulları beynəlxalq sərgidə nümayiş etdirilib. Sərgi iştirakçılarına Naxçıvan Muxtar Respublikasının turizm potensialı barədə ingilis və türk dillərində geniş məlumatlar verilib, görüşlər keçirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR