23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub.
Ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, 1967-ci ildə yaradılan və 50 ildən artıq inkişaf yolu keçən Naxçıvan Dövlət Universiteti bu gün müasir təhsil infra­strukturuna görə bir çox xarici ölkə universitetləri ilə müqayisə olunur.

Bildirilib ki, 108 hektar sahədə yerləşən universitetdə 16 tədris korpusu, Elektron Kitabxana, Konservatoriya, Sosial Xidmət Mərkəzi, Xəstəxana, Olimpiya İdman Mərkəzi, Baytarlıq Təbabəti Klinikası, Tələbə evi və Universitet Media Mərkəzi yaradılıb. Universitetdə elektron idarə­etmə və tədris sistemi istifadəyə verilib, kadr hazırlığına diqqət artırılıb.
Görüş zamanı rektor universitetin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən davamlı islahatlar və yeniliklər, beynəlxalq əməkdaşlığın inkişafından danışıb.
Sonra Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov universitetdə mövcud olan elmi və texniki potensialı, yaradılan hər­tərəfli şəraiti yüksək dəyərləndirib, tələbələrə diplomatiyaya dair mühazirə deyib. Bu peşə üzrə təhsil alan gələcəyin diplomatlarına məsləhət və tövsiyələrini çatdıran səfir diplomatiyanın vasitələri, mərhələləri, diplomatik qaydalardan danışıb. Yaxşı natiqlik qabiliyyətinin, kütləni inandırmaq bacarığının bir diplomat üçün zəruri məziyyətlər olduğunu bildirən Bünyad Hüseynov diplomatların etik davranış qaydaları haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, görüşdə Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov və Tehran səfirliyinin müşaviri Cavid Musayev də iştirak ediblər.


Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR