23 Dekabr 2024, Bazar ertəsi

Bu gün biz məşhur Hayligenberq qəsrini ziyarət edəcəyik.

Bu qəsr İntibah üslubunda tikilib və Hayligenberq ərazisində yerləşir. Memarlar özlərinin gələcək yaradıcılıq əsəri üçün dəniz səviyyəsindən 730 metr hündürlükdə yerləşən qayalıq yaylanı seçiblər. Buradan aşağıdakı Lintsqau bölgəsinə, Boden gölünün hamar, güzgülü səthinə və Alpın “ağarmış” zirvələrinə vəsfəgəlməz mənzərə açılır.

Qəsrin əsası XIII əsrə aid edilir. Heç bir varisi olmayan, əfsanəvi qraf Bertold fon Hayligenberq həmin dövrdə qəsr tikməyi əmr edir. Onun fikrincə bu qəsr eyniadlı qraflığın mərkəzi olmali idi.

Qəsr 1277-ci ildə qraf Quqo fon Verdenberqə satılır. Yeni sahibin vərəsələri – Verdenberq-Hayligenberq qraflarının dövründə qəsr əhəmiyyətli dərəcədə genişləndirilib. 1516-cı ildə qrafinya Anna fon Verdenberq və qraf Fridrix su Fürstenberq evləndikdən sonra Hayligenberq Fürstenberq nəslinin malikanəsinə keçib və indiki gündə də onlara məxsusdur.

Qraf İoahim Fürstenberqin dövründə qəsr əsaslı şəkildə bərpa edilib. O, yeni İntibah üslubunda dəyişdirilib. Qəsr hətta knyazlıq iqamətgahından da dəbdəbəli görünürdü. Burada daxili həyət yenilənib və böyük qəbul zalı olan cənub tərəf tikilib. Həmçinin qəsrin orta əsrlərə aid qədim fasadı da dəyişdirilib. Nəticədə Hayligenberq özünün indiki zahiri görkəmini alıb.

XVI əsrin ortalarında içəri otaqlarda “Cəngavər zalı” düzəldilib. Bu, sonrakı alman İntibah dövrünün ən dəbdəbəli və bu günümüzədək gəlib çıxan zallarından biridir. Zəngin tərtib edilmiş qəsr kapellası daha əvvəl Konstansada, dominikanlıların kilsəsində yerləşən XIV əsrin vitraj şüşələri ilə bəzədilib.

1598-ci ildən sonra qəsr idarəetmə mərkəzi tədricən Donaueşingenə yerləşən Fürstenberqlərin daimi iqamətgahı kimi daha istifadə olunmadı. Malikanədə yalnız ara-sıra məskunlaşırdılar.

Hayligenberq qəsri alman İntibah dövrünün ən əhəmiyyətli memarlıq abidələrindən biridir. O, Fürstenberqlərin şəxsi malikanəsi olmaqda davam edir. Ziyarət üçün yalnız bəzi otaqları, ilk növbədə, “Cəngavər zalı” və qəsr kapellası açıqdır. Qəsrin bu hissələrini də yalnız yay fəslində ziyarət etmək mümkündür.

AZƏRTAC

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR