23 Dekabr 2024, Bazar ertəsi

Prezident İlham Əliyev özünün rəsmi sosial şəbəkə hesablarında 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə videoçarx paylaşıb.

Vvideoçarx “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir!” cümləsi ilə təqdim olunub.

Avropanın Statistika Agentliyi Avropanın ən təhlükəli və təhlükəsiz ölkələrinin siyahısını tərtib edib.

Ardını oxu...

Azərbaycanda çox uğurlu sosial iqtisadi layihələr həyata keçirilir. Dünya Bankı bu islahatları yüksək qiymətləndirir.

Bu sözləri Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus jurnalistlərə müsahibəsində söyləyib.

Ardını oxu...

Noyabrın 8-də İranda maqnitudası 6 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 02:47-də qeydə alınıb.

Ocağı 5 kilometr dərinlikdə yerləşən zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Ordubad, Culfa, Beyləqan, Horadizdə 4-3 bala qədər hiss olunub.

Xəbərlər şöbəsi

Tədbirdə daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək qeyd etmişdir ki,müqəddəs rəmzlərimizdən olan üçrəngli bayrağımız xalqımızın,millətimizin dünyada varlığının, mövcudluğunun göstəricisi,verilən can,tökülən qan bahasına müstəqil dövlət qurmaq və onu yaşada bilmək bacarığının əsas göstəricisidir.Odur ki, özünütəsdiq simvolu olan bayraq təkcə bizim üçün deyil,dünyada dövlətə sahib olan bütün xalqlar,millətlər üçün qürur və güvənc yeri sayılır.Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir.

Ardını oxu...

Ötən ayın ümumi mənzərəsini də belə ifadə etmək olar


Naxçıvan Muxtar Respublikasında ötən 25 ildə həyata keçirilən və alternativi olmayan inkişaf konsepsiyasının uğurlu nəticələri müstəqil Azərbaycan Respublikasının qazandığı ən böyük tarixi nailiyyətlərdən biridir. Xalqımızın böyük oğlu, fenomenal şəxsiyyət Heydər Əliyevin siyasi xəttinə, ideallarına sədaqət nümunəsi olan naxçıvanlılar dövlət vəsaitindən daha böyük inkişafa xidmət göstərmək baxımından həmişə yaradıcılıqla və maksimum qənaətlə istifadə etməyin, mümkün qədər çox və keyfiyyətli işlər həyata keçirməyin də nümunəsini göstəriblər. Naxçıvanın daxili imkanlarından, ehtiyatlarından, iqtisadi əlaqələrindən əldə olunan resurslar ardıcıl olaraq böyük inkişafa, sosial rifahın daha da yaxşılaşdırılmasına, insan kapitalının formalaşdırılmasına ünvanlanıb ki, bu da qazanılması vacib olan ən dəyərli nailiyyətdir. Bu diyarda böyük quruculuq proseslərinin əsas hərəkətverici qüvvəsi olan insan amilinin, mənəviyyat faktorunun, məsuliyyət duyğusunun əsas prinsiplər səviyyəsində formalaşması inkişafa dərin ictimai məzmun gətirib. Dövlət proqramlarının, infrastruktur layihələrin reallaşdırılması, lazımi islahatların vaxtında aparılması 30 ilə yaxındır, blokada vəziyyətində yaşayan bir məkanın yüksəlişini təmin edib. Sosial-iqtisadi inkişafı ilə yanaşı, ərzaq, enerji, müdafiə və informasiya təhlükəsizliyi də tam təmin edilən muxtar respublikanın qonşu ölkələrlə iqtisadi-humanitar əlaqələri genişlənib. 

Ardını oxu...

Veteran polislər razılıq edirlər

Xüsusi xidmət orqanlarının qarşısına qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinin başlıca şərtlərindən birini  ixtisaslı kadrların  hazırlanması  təşkil edir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi sistemində də xüsusi  təhsili olmayan şəxslərin xidmətə qəbul edilməsinin xidmətin sonrakı mərhələsində müəyyən çətinliklər yaratdığını burada uzun illər çalışmış zabit kimi dəfələrlə görmüşəm. Həmin əməkdaşların ixtisaslı kadrlar kimi formalaşdırılması məqsədilə əlavə ixtisasartırma kursları  təşkil edilir və kurslarda fənlər digər polis əməkdaşları tərəfindən tədris olunurdu. Bu isə bəzi hallarda gözlənilən nəticələri vermir, səriştəli polis əməkdaşlarının yetişdirilməsi üçün uzun zaman tələb edilirdi. Həmçinin muxtar respublika sakinlərinin əksəriyyəti xüsusi təhsil almaq üçün digər yerlərə getmək məcburiyyətində qalır, bununla da onlar həm əlavə vaxt  itirir, həm də artıq maliyyə vəsaiti xərcləyirdilər.

Ardını oxu...

Oktyabr ayı Babək rayonunun tarixində xüsusi yer tutur. Ona görə ki, xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin təşəbbüsü sayəsində 1978-ci il oktyabr ayının 23-də bu rayon təşkil olunub və ötən il həmin tarixi hadisənin 40 illiyi geniş abadlıq-quruculuq işləri ilə qeyd edilib. 2019-cu ilin oktyabr ayı da Gülşənabad kəndinin abadlaşdırılması, həmin yaşayış məntəqəsində yeni sosial obyektlərin istifadəyə verilməsi ilə yadda qaldı. Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin tərkibində olan və 600-dən çox sakinin yaşadığı Gülşənabad bu gün, sözün həqiqi mənasında, gülüstana çevrilib, müasir kəndlər sırasına daxil olub.

Ardını oxu...

Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Fransanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosla görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə iqtisadiyyat, mədəniyyət, elm, təhsil və digər sahələrdə əməkdaşlıq, şəhərlərin qardaşlaşması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və başqa məsələlərlə  bağlı müzakirələr aparılıb.

Xəbərlər şöbəsi

 

 

 

 

Naxçıvan Muxtar Respublikasında noyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.

Saniyədə 5-10 metr sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə -3-2°, gündüz 14-19° isti olacağı gözlənilir.

Xəbərlər şöbəsi 

 

 

 

Almaniyada Dağlıq Qarabağla bağlı növbəti təxribatın qarşısı alınıb.

Azərbaycanın bu ölkədəki səfirliyi “EuroSchein Souvenir GmbH” şirkəti tərəfindən üzərində “Republic of Artsakh” yazısı olan 0 avro suvenirinin dövriyyəyə buraxılmasının qarşısını alıb.

Səfirliyin müdaxiləsindən sonra şirkətin rəhbərliyi Azərbaycandan üzr istəyib, suvenirin dövriyyəyə buraxılmayacağını bildirib və bu barədə məlumatı internet saytından silib.

Xəbərlər şöbəsi 

 

 

 

Bakıda keçirilən Azərbaycan-Türkiyə 12-ci yüksək səviyyəli hərbi dialoq iclası işini başa vurub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın vəziyyəti, inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas istiqamətlər müəyyənləşdirilib və 2020-ci il üçün fəaliyyət planı razılaşdırılıb.

Görüşün sonunda iclasının yekunlarına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında protokol imzalanıb.

Bu formatda növbəti görüşün gələn il Türkiyədə keçirilməsi planlaşdırılır.

Xəbərlər şöbəsi

 

 

 

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Daxili İşlər nazirinin müavini İsmail Çataklının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DMX-dən bildiriblər ki, Xidmət rəisi Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq bağlarının tarixi köklərindən, münasibətlərin möhkəmləndirilməsində dövlətlərimizin başçılarının əvəzsiz fəaliyyətindən bəhs edib. O, qardaş ölkələrimiz arasındakı sıx əməkdaşlıq əlaqələrinin ən yüksək səviyyədə olmasının türkdilli dövlətin münasibətlərinin inkişafına da müsbət təsir göstərdiyini bildirib.

Xidmət rəisi Azərbaycanın turizm baxımından cəlbediciliyinin artırılması, əcnəbilərin rahatlığının və bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə miqrasiya qanunvericiliyinin sadələşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Vurğulanıb ki, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə vətəndaşlarına viza tələbinin ləğvi iki ölkə arasında qarşılıqlı münasibətlərin daha da güclənməsinə xidmət edir.

Vüsal Hüseynov “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında miqrasiya, readmissiya və vətəndaşların qarşılıqlı səyahətlərinin sadələşdirilməsinə dair Saziş” və “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyi arasında miqrasiya sahəsində Anlaşma Memorandumu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar bir sıra işlərin görüldüyünü bildirib.

Türkiyə Respublikasının Daxili İşlər nazirinin müavini İsmail Çataklı Azərbaycan və Türkiyə vətəndaşlarının hüquq və vəzifələrinin tam təmin olunmasında birgə layihələrin həyata keçirilməsinin, eləcə də miqrasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə gələcəkdə iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Xəbərlər şöbəsi 

Noyabrın 5-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 19:23-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Haramı düzü ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Quşçu Ayrım kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ardını oxu...

Həyat qısa deyil, məna qatdığımız günlər azdır. Ömrümün ən mənalı üç günü Naxçıvanda keçdi. Üç gündə həm mənəvi saflığın ətrini duydum, həm də korlanmamış təbiəti ciyərlərimə çəkdim.

Ardını oxu...

Bələdiyyə seçkiləri - 2019

23 dekabr 2019-cu il Azərbaycan Respublikasında bələdiyyə seçkiləri günüdür.

Hörmətli seçicilər!

– Azərbaycan Respublikasında bələdiyyə seçkilərində siyasi partiya və siyasi partiyaların blokları tərəfindən bələdiyyə üzvlüyünə namizəd və ya namizədlərin irəli sürülməsi qaydası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54-cü, 212-ci və 214-cü maddələri ilə tənzimlənir.

Siyasi partiya öz nizamnaməsinə uyğun olaraq namizədin və ya namizədlərin irəli sürülməsi haqqında qərarı səsvermə yolu ilə kollegial qaydada qəbul edir.

– Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd və ya namizədlər bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilir. Siyasi partiyaların blokları tərəfindən namizəd və ya namizədlərin irəli sürülməsi haqqında qərar siyasi partiyaların nümayəndələrinin iclasında (qurultayında, konfransında, rəhbər orqanının iclasında) qəbul edilir. Siyasi partiyaların bu səlahiyyətli nümayəndələri partiyaların qurultayında (konfransında, rəhbər orqanının iclasında) müəyyənləşdirilir.
– Namizəd və ya namizədlərin irəli sürülməsi barədə siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı protokolla rəsmiləşdirilir. Həmin protokolda aşağıdakılar göstərilir:
a) iclasda (qurultayda, konfransda, rəhbər orqanın iclasında) iştirak etmək üçün qeydə alınmış iştirakçıların sayı;
b) siyasi partiyalar blokunun yaradılması haqqında sazişdə nəzərdə tutulan qərarın qəbul edilməsi üçün lazım olan iştirakçıların sayı;
c) namizədin irəli sürülməsi barədə qərar və bu qərar üzrə səsvermənin nəticələri;
ç) qərarın qəbul edilməsi tarixi.
Siyasi partiyalar tərəfindən bələdiyyə üzvlüyünə namizəd və ya namizədlər irəli sürülərkən siyasi partiyanın səlahiyyətli nümayəndəsi müvafiq dairə seçki komissiyasına namizədin adı ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:
- Siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti;
- Siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti;
- Namizəd və ya namizədlərin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarı və müvafiq iclasın protokolu;
- Hər bir namizədin irəli sürülməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildiriş. Bu bildirişin surəti dairə seçki komissiyası tərəfindən təsdiq edilərək müvafiq səlahiyyətli nümayəndəyə verilir.
– Bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş hər bir şəxsin məhkumluğuna, vətəndaşlığına dair və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmaması barədə məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir.

Siyasi partiya, siyasi partiyaların bloku bloka daxil olan partiyaların üzvü olmayan şəxsləri namizəd kimi irəli sürə bilərlər.

- Səlahiyyətli nümayəndələrin təyin edilməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanı iclasının) qərarı;
- Siyasi partiyanın səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələri;
- Siyasi partiyaların səlahiyyətli nümayəndələrinin siyahısı.
Siyasi partiyaların səlahiyyətli orqanı səlahiyyətli nümayəndənin səlahiyyətinə xitam verdiyi halda, bu barədə qərarın surəti Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyasına təqdim edilməlidir. Dairə seçki komissiyasına təqdim edilmiş sənədlərin alınması barədə yazılı arayış siyasi partiyanın səlahiyyətli nümayəndəsinə verilir.
Siyasi partiyalar bloku tərəfindən namizəd və ya namizədlər irəli sürülərkən siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi müvafiq dairə seçki komissiyasına namizədin adı ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:
- Siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların qurultaylarının (konfranslarının, rəhbər orqanının iclasının) namizəd və ya namizədləri irəli sürmək barədə ­qərarları ilə birlikdə müvafiq iclasların protokolları;
- Siyasi partiyaların blokuna daxil olan siyasi partiya nümayəndələri iclasının (qurultaylarının, konfranslarının) siyasi partiyaların bloku adından namizəd və ya namizədlərin irəli sürülməsi haqqında qərarı və müvafiq iclasın protokolu;
- Siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada və ya notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri;
- Siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin siyahıları;
- Bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxsin məhkumluğuna, vətəndaşlığına dair və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmaması barədə məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsi;
- Hər bir namizədin irəli sürülməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildiriş. Bu bildirişin surəti dairə seçki komissiyası tərəfindən təsdiq edilərək müvafiq səlahiyyətli nümayəndəyə verilir.
Dairə seçki komissiyasına təqdim edilmiş sənədlərin alınması barədə yazılı arayış siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir.
Siyasi partiyalar tərəfindən Mərkəzi Seçki Komissiyasına aşağıdakı sənədlər təqdim edilməlidir:
- Siyasi partiyaların səlahiyyətli nümayəndələrinin, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin siyahıları;
- Siyasi partiyaların səlahiyyətli nümayəndələrinin, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin razılıq məktubları.
Mərkəzi Seçki Komissiyasında qeydə alındıqları zaman, habelə qeydə alındıqdan sonra səlahiyyətli nümayəndə və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilibsə, siyasi partiyalar bloku da müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Bələdiyyə üzvlüyünə namizədlər gəlirlərinin miqdarı, məbləği və mülkiyyət hüququ əsasında onlara məxsus olan əmlak haqqında məlumat verirlər

Bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi qaydaları:
- Namizədin müdafiəsi məqsədilə seçici imzalarının toplanması üçün imza vərəqələrinin verilməsi dairə seçki komissiyası tərəfindən namizədə və ya səlahiyyətli nümayəndəyə bələdiyyə üzvlüyünə namizədin irəli sürülməsini təsdiq edən qərarın təqdim edildiyi gündən başlanır.
- İmza vərəqələri namizədə və ya səlahiyyətli nümayəndəyə verilərkən hər bir imza vərəqəsinin yuxarı sağ küncü dairə seçki komissiyasının möhürü ilə möhürlənməlidir.
- Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi nümunəyə uyğun olaraq namizədə və ya səlahiyyətli nümayəndəyə imza vərəqələri verilməsi barədə 2 nüsxədən ibarət akt tərtib edilməlidir. Tərtib olunmuş akt dairə seçki komissiyasının sədri, namizəd və ya səlahiyyətli nümayəndə tərəfindən imzalandıqdan sonra komissiyanın möhürü ilə təsdiqlənir.
- İmza vərəqələrini qəbul etməsi haqqında aktda namizədin və ya səlahiyyətli nümayəndənin, həmçinin dairə seçki komissiyası sədrinin soyadı, adı, atasının adı, verilən imza vərəqələrinin növü və sayı göstərilməlidir.
- Tərtib edilmiş akt imzalanaraq möhürləndikdən sonra onun bir nüsxəsi dairə seçki komissiyasında qalır, digər nüsxəsi isə imza vərəqələri ilə birlikdə namizədə və ya səlahiyyətli nümayəndəyə təqdim edilir.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti

Əlahiddə Ümumqoşun Orduda xalq-ordu birliyini özündə əks etdirən növbəti tədbir keçirilib.

Ardını oxu...

Ölkəmizin ümumi daxili məhsulunda qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması və bu istiqamətdə ixracın daha da genişləndirilməsi son illərin iqtisadi hədəflərindən biri kimi qarşıya qoyulub. Sürətli iqtisadi islahatların aparılması, yeni investisiyaların cəlbi üçün təşviqedici tədbirlərin görülməsi, bütövlükdə, ölkə miqyasında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da arzuedilən nəticələrin əldə olunmasına imkanlar yaradıb. Belə ki, sənayenin, xüsusən yüksək əmək və elmtutumlu sənaye sahələrinin genişləndirilməsi yolu ilə son məhsulun hazırlanması və məşğulluğun təmin olunması prioritet sahə kimi diqqətdə saxlanılır. Ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu il 13 sentyabr tarixli Fərmanı ilə qəbul edilmiş Şərur Sənaye Məhəlləsinin yaradılması haqqındakı qərar da bu baxımdan Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının daha da şaxələndirilməsi və ixrac potensialının artırılması məqsədinə xidmət edir.

Ardını oxu...

“Boeing” şirkəti Ayın səthinə enəcək aparatın layihəsini ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinə (NASA) təqdim edib. spacenews.com portalına istinadla xəbər verir ki, layihə ilə bağlı məlumat şirkətin saytına yerləşdirilib.

Ardını oxu...

Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət naziri Biser Petkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Şəhidlər xiyabanı ziyarət olunaraq qəhrəman Vətən övladlarının xatirəsi anılıb.

Ardını oxu...

Noyabrın 6-sı Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür.

1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi yayılıb. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

Ardını oxu...

Qazaxıstanın Xarici İşlər Nazirliyində “Qazaxıstan dünya uşaqlarının gözü ilə” adlı birinci beynəlxalq rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Müsabiqə dünya uşaqlarını Qazaxıstan, onun tarixi, mədəniyyəti, coğrafiyası ilə tanış etmək, habelə uşaqların şəxsi və yaradıcılıq potensialının inkişafına şərait yaratmaq məqsədilə təşkil edilib.

Ardını oxu...

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 5-də İsveçrənin ən iri beyin mərkəzi hesab olunan Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzində “Azərbaycanın xarici siyasətinin regional meyarları” mövzusunda mühazirə ilə çıxış edib.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Ardını oxu...

“9 noyabr-Dövlət Bayrağı Günü” münasibəti ilə bir dəstə könüllü gənc “Gənclər bağı”nda yaşıllıqlara qulluq aksiyası keçirib. Gənclər bağda yeni tinglər basdırıb, əvvəl əkilən ağaclara aqrotexniki qulluq göstəriblər. Aksiya zamanı ümumilikdə 300-ə yaxın tut və ərik fidanları əkilib. 30 nəfər könüllü gəncin iştirak etdiyi aksiyanın məqsədi gənclərə təbiətə qayğı hisslərinin aşılanması, yeni yaşıllıqların salınması və diqqəti yaşıllıqların qorunmasına yönəltməkdir.

Tədbir Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Xəbərlər şöbəsi

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin 2019-cu ilin III toplanış ilkin hazırlıq kursunu bitirmiş gənc polis əməkdaşlarının andiçmə mərasimi keçirilib.

Ardını oxu...

Fransanın Strasburq şəhərində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 28-31 oktyabr tarixlərdə keçirilən 37-ci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.

Ardını oxu...

Bu məsələ noyabrın 5-də Bakıda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürakın başçılıq etdiyi nümayəndə heyətinin görüşündə müzakirə olunub.

İki ölkənin yerləşdiyi regionda baş verən son hadisələrin müzakirə olunduğu görüşdə Azərbaycan-Türkiyə ikitərəfli formatında, həmçinin Pakistan, Gürcüstan, eləcə də türkdilli dövlətlərin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlər şöbəsi

 

 

 

Əhalinin sosial təminatının yaxşılaşdırılması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm addımlar atılıb. Bu işlər 2020-ci ildə də davam etdiriləcək.

Bu sözləri Maliyyə naziri Samir Şərifov noyabrın 5-də Milli Məclisdə 2020-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir qeyd edib ki, növbəti ildə büdcədə sosial təminatla bağlı əhəmiyyətli artım olacaq. 2020-ci ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlar da daxil olmaqla, əməkhaqlarının artımı gözlənilir.

Xəbərlər şöbəsi

 

 Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Çin Xalq Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Guo Minlə görüşüb. Görüşdə iki ölkə arasındakı mövcud münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə yüksək səviyyəli, hərtərəfli əməkdaşlıq, həyata keçiriləcək yeni layihələr, rəsmi səfərlər, qarşıda duran vəzifələr və s. məsələlər ətrafında müzakirələr aparılıb. Görüşdə xanım səfiri 3-cü katib xanım Xu Qing müşayiət edib.

Xəbərlər şöbəsi 

 

 

 

 

Azərbaycanda noyabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14°, gündüz 15-18° isti, Bakıda gecə 12-14°, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 765 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Ardını oxu...

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini 2015-ci ildən həyata keçirir. Bu, Mərkəzin ən uğurlu və davamlı layihələrindən biridir. Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün gerçəkləşməsi məqsədilə BBMM-in apardığı ardıcıl və məqsədyönlü fəaliyyət nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi getdikcə daha geniş coğrafiyanı əhatə etməkdədir. Hazırda dünyanın 22 aparıcı universitetində (Bolqarıstan, Rusiya, Çexiya, Litva, Almaniya, İndoneziya, Gürcüstan, Portuqaliya, Polşa, Türkiyə, İtaliya, İsveçrə, Almaniya, Belarus, Ukrayna, İsveç, Yaponiya, Hindistan, Ruminiya, Braziliya) “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris olunur. Azərbaycan dili ilə yanaşı, ingilis dilində də nəşr olunan (2018) “Azərbaycan multikulturalizmi” dərsliyinin istifadəsi tədrisin keyfiyyətinin daha da yüksəlməsinə imkan yaradıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi və Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi bildirir ki, Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi pasport qeydiyyatında olan sakinlər istifadə müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişmək və yaxud yenisini almaq üçün noyabrın 15-dən dekabrın 5-dək  (Bazar günləri istisna olmaqla) Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində müvəqqəti  fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşlarına müraciət edə bilərlər.

Ünvan:  BAKI şəhəri, NƏRİMANOV rayonu,

MİRZƏBALA MƏMMƏDZADƏ KÜÇƏSİ-8. (AZ-1033)

(Bakı şəhəri, Nərimanov rayonu Polis İdarəsinin yanı).

Xəbərlər şöbəsi

Naxçıvanın turizm potensialı artıq dünyanın hər tərəfindən bura gələn turistlərin marağına səbəb olur. Təbii ki, qədim tarix, müasir şəhərsalma mədəniyyəti və təmizlik əcnəbiləri özünə bağlayan əsas amildir. Naxçıvanla bağlı növbəti material uzaq Asiya ölkəsi olan Tayvanın turizm saytı backpackers.com.tw-də işıq üzü görüb. “Naxçıvan –Azərbaycan əhalisindən qoparılan bir hissə” başlıqlı yazının müəllifi Da Shi Ol adlı istifadəçi bu ilin yayında Azərbaycanda olduğunu və Bakıdan Naxçıvana yollandığını qeyd edir. Tayvanlı izləyicilərə Naxçıvanın tarixi, coğrafiyası, bugünkü idarəçilik sistemi ilə bağlı ətraflı məlumat verilir. Naxçıvanın Ermənistan tərəfindən Azərbaycandan ayrı salındığı və bura paytaxt Bakıdan ancaq təyyarə ilə, o da İran ərazisinin üzərindən keçməklə getməyin mümkün olduğu deyilir. 

Ardını oxu...

Ermənistanda ictimai fikir get-gedə baş nazir Nikol Paşinyanın əleyhinə çevrilir. Onu xalqın keçmiş hakimiyyətə qarşı etiraz dalğası üzərində baş nazir postuna gələrkən verdiyi vədləri yerinə yetirməməkdə, ölkəni lazımınca idarə etmək əvəzinə, şəxsi ambisiyalarını həyata keçirməkdə, ölkə həyatının heç bir sahəsində irəliləyişə nail olmamaqda, əksinə, xalqın güzəranının daha da pisləşməsində ittiham edirlər. Bütün bunlar bir tərəfdən Paşinyan hökumətinə qarşı etimadsızlığın artmasına, digər tərəfdən, ölkədə narazılığın pik həddə çatmasına səbəb olur. Son nəticə isə Paşinyanın ölkə ictimaiyyəti qarşısında nüfuzunu itirməsi olur. 

Ardını oxu...

Düşdüyü ağır sosial-iqtisadi böhrandan hələ də xilas ola bilməyən Ermənistanda siyasi durum getdikcə daha gərgin xarakter almağa başlayır. Mövcud hakimiyyətə qarşı etiraz aksiyalarının çoxalması bunun ən real təsdiqi sayılır.

Ardını oxu...

Noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun tabeçiliyində olan hərbi hissələrdə əsgərlərin valideynləri və yaxınları üçün “açıq qapı” günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi təşkil olunacaq.

Ardını oxu...

Polşanın Vrotslav şəhərində yerləşən “3M” şirkətində keçirilən Beynəlxalq Gün çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Azərbaycan masası təşkil edilib.

Ardını oxu...

Noyabrın 4-də İsveçrə Konfederasiyasının paytaxtı Bern şəhərində Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edən Bern Yəhudi İcmasının Prezidenti Ralf Fridlender tədbirlə bağlı təəssüratlarını bölüşüb.

Ardını oxu...

Noyabrın 4-də İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə opera konserti və bu ölkənin arxivlərində aparılan araşdırmalar nəticəsində ərsəyə gələn, İsveçrə ilə Azərbaycan arasında diplomatik əlaqələrin tarixinə dair tamamilə yeni faktlar üzə çıxaran kitabın təqdimatı keçirilib.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Məzəm, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Ardını oxu...

Əsrlərin şahidi olan Əlincəqala illər idi ki, necə deyərlər, gözdən uzaq, könüldən iraq qalmışdı. Muxtar respublikada bərpa olunan digər tarixi abidələr kimi Əlincəyə də ikinci həyat verildi, tarixi araşdırıldı. Bir sözlə, Əlincəqala layiq olduğu əzəmətinə, möhtəşəm tarixinə qovuşdu. Bu gün artıq Haçadağ kimi, Əshabi-Kəhf kimi Əlincəqala da Naxçıvanın rəmzinə çevrilib. Əlincəqalanın tarixinin elmi əsaslarla yenidən yazılması və geniş şəkildə təbliği ona dünya əhəmiyyətli abidələr siyahısına daxil etmə haqqını qazandırmaqla yanaşı, həm də dünyaca məşhur etdi. Naxçıvana gələn çox az sayda turist tapılar ki, Əlincə qalanın əzəmətindən özünü məhrum etmiş olsun. O cümlədən də, Əlincə qala Naxçıvana gələn media nümayəndələrinin həmişə diqqət mərkəzində olub. Bu dəfə də Əlincəqala qapılarını Bakı, Kanada və Türkiyədən gələn media nümayəndələrinin üzünə açdı.

Əlincəqalanı Azərbaycanın Maçi-Piçusu adlandıran kanadalı xanım Karen Edge abidəyə heyranlığını belə ifadə etdi: “Mən səyahət etməyi çox sevirəm. Əvvəl nəinki Naxçıvanda, ümumiyyətlə, Azərbaycanda olmamışam. Burada əyləncəli vaxt keçirdik. Əlincə qalası bizi xüsusilə heyrətləndirdi. Bu abidə qeyri-adi bir mədəniyyət nümunəsidir. Bu gözəl diyarda gözəlliklərlə tanış  olmaq bizi heyrətləndirdi. Naxçıvanla bağlı danışacağımız çoxlu xatirələrimiz oldu”.

“Yeşil İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş Əlincəqalanın əzəmətinə məftun olduğunu bildirdi: “Qala məni xüsusilə heyrətləndirdi.  Qalanın elmi əsaslarla, təbiiliyi qorunaraq bərpa edilməsi diqqətimi çəkdi. Zirvədə insan özünü daha fərqli hiss edir. Bu hündürlükdən Naxçıvanın gözəl mənzərəsi açılır. İki gün Naxçıvanda bir çox yeri gəzdik. Artıq 1990-cı illərin Naxçıvanı yoxdur. Naxçıvanda gördüyüm dəyişikliklər, inanın, məni heyrətləndirdi. Naxçıvanın ən ucqar yerinə belə dövlətin bütün imkanları səfərbər edilmiş. İstər məktəbləri, istər yolları, istərsə də digər sahələrdəki inkişaf əhalinin rifahına hesablanıb. Əshabi-Kəhfdə sonuncu dəfə 1992-ci ildə olmuşdum. O zamanlar heç bir şey yox idi. Amma bu səfər gördüyümdə gözlərim qarşısında yeni mənzərə açıldı. Ziyarətə gələnlər üçün lazımi şərait yaradılıb. Naxçıvanda görmüş olduğum dəyişikliklər arasında məni ən çox valeh edən şəhərin təmizliyi oldu. Naxçıvanda heç zibil yox, küçədə yol kənarlarında plastik maddə yox. Küçələrin təmizliyinə nəzarət olunur. Məncə, Naxçıvan bu baxımdan Dünya Ətraf Mühitin Qorunması təşkilatının mükafatına layiq görülməlidir. Mən çox şəhərlərdə olmuşam. Elə yerlər var ki, gördüyün natəmizlikdən dolayı ikinci dəfə ora getmək istəməzsən. Batabatda olarkən siqaret kötüyünü atmaq üçün təmizlik qutusu axtardım. Çünki hər yer o qədər təmiz ki, zibilləmək günah olardı. Yəni bunun adı gerçəkdən mədəniyyət. Təhsil səviyyəsi yüksəlmiş, insanlar çox sürətlə dünyaya inteqrasiya etmişlər. Diqqətimi çəkən digər məsələ yol hərəkət qaydalarına həm sürücülərin, həm piyadaların riayət etməsi oldu. Avropada bu məsələ necə tənzimlənibsə, Naxçıvanda da eynidir. Mənim yaşadığım şəhərdə nəqliyyat bu qədər nizamlı deyil. Sanıram ki, bu cəza qorxusu deyil,  bu bir mədəniyyətdir. Ölkəniz əmin əllərdədir,  müşahidə etdiklərim onu deməyə əsas verdi  ki,  xalq bu inkişafın qiymətini bilir”. 

Dünya Əlincəqalanı tanımalıdır...

Ardını oxu...

Məktəblilərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və hərbi xidmətə düzgün istiqamətləndirilməsi məqsədi ilə muxtar respublikanın Şərur və Sədərək rayonlarında fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri praktiki məşğələlərə cəlb ediliblər.

Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzlərində keçirilən məşğələlər zamanı müxtəlif atıcı silahların, snayper tüfənglərinin, minaatan qurğularının, tank əleyhinə vasitələrin, əl qumbaralarının taktiki-texniki xüsusiyyətləri haqqında və eləcə də tibbi hazırlıqdan şagirdlərə ətraflı məlumat verilib.

Sonra məktəblilər avtomat və pulemyotlardan praktiki atışları yerinə yetiriblər.

Nəriman NƏCƏFOV

Xalqımızın  təsərrüfatçılıq ənənələri kimi etnoqrafiyası da zəngindir. Söz sandığı bol olan nənə-babalarımızın,etnoqrafların dediyinə görə, oktyabr-noyabr ayları ta qədimdən əkinçi və maldar ata-babalarımız üçün ən məhsuldar dövr hesab olunub.Çünki məhz ilin-günün bu vədəsində çəkilən zəhmətin bəhrəsi görülüb, bir çox meyvə-tərəvəzlərin tədarükünə başlanılıb,başqa sözlə,qış hazırlığı da görülüb. Elə bu vaxt etnoqarfiyamızda “Mihrican” – yəni, “Məhsul bayramı” qeyd olunarmış.İnsanlar bayram vaxtı  verdiyi bol ruzi-bərəkətə görə Uca Yaradan şükür edər, bunu el şənliyi halında qeyd edərmişlər.

Ardını oxu...


Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən məlumata görə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətinə davam edən zabitlərlə növbəti təlim-metodiki toplantı keçirilib. Əlahiddə Ümumqoşun Orduda keçirilən toplantıda kəşfiyyat hazırlığından maneələr zolağının dəf edilməsi, taktiki hazırlıqdan tanklarla mübarizə qaydaları və psixoloji zolağın dəf edilməsi, manqanın döyüş atışının təşkili, hazırlanması və keçirilməsi metodikası praktiki yerinə yetirilib.

Ardını oxu...

Oktyabrın 28-dən 31-dək Fransanın Strasburq şəhərindəki Avropa Şurasının mənzil qərargahında qurumun Yerli və Regional Hakimiyyətləri Konqresinin 37-ci Sessiyası keçirilib. Avropa Şurasının 47 üzv dövlətlərin 324 seçkili nümayəndəsinin iştirak etdiyi sessiyada "Azərbaycanda yerli və regional demokratiyanın vəziyyəti haqqında" keçirilmiş müzakirələrdə  Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov  çıxış edib. O, son illər aparılan işlərdən bəhs edib, iclas iştirakçılarını maraqlandıran məsələlərə və suallara aydınlıq gətirib. Qərara alınıb ki, 2020-ci ildə Azərbaycanda yerli və regional demokratiyanın vəziyyətinin monitorinqi çərçivəsində cari fəaliyyət davam etdirilsin.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrindəki vakant vəzifələrə (psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri) işə qəbul üçün 4 sentyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin test imtahanlarına start verilib.

Ardını oxu...

Bu gün qədim oğuz-türk yurdu, bəşəriyyətin beşiyi Naxçıvan hamının gəlib görmək istədiyi məkanlar sırasında ilk yerlərdə dayanır. Təmiz havası, qədim, tarixi abidələri, istirahət yerləri, digər turizm ehtiyatları, milli qonaqpərvərlik nümunəsi olması Naxçıvana gəlmək üçün əsas səbəblərdir. Bu dəfə də qədim diyarımız müxtəlif media nümayəndələrinə ev sahibliyi etdi. Qonaqlarla Naxçıvanın mübarizlik, qəhrəmanlıq, yenilməzlik simvolu olan Əlincəqalada görüşüb həmsöhbət olduq. 

Ardını oxu...

Bu günlərdə jurnalist həmkarlarımdan birinin “Yerli və xarici media nümayəndələri ilə birlikdə Əlincəqalaya gəzinti təşkil oluncaq. Getmək istəyirsənmi?”, - deyə təklif etməsi, doğrusu,lap yerinə düşmüşdü. Gərgin iş rejimindən bir neçə saat olsun uzalaşmaq, həmin tarixi məkanda olarkən  qazanacağım zəngin təəəssüratı, mənəvi zövqü qaçıra bilməzdim. Yaxşı xatirimədir,qalada ilk dəfə tələbəikən-2011-ci ildə olmuşdum və bura heç də yaddaşımda xoş iz buraxmamışdı. Qalanın bərpadan əvvəlki vəziyyətini görənlər yəqin ki, mənə haqq verər. Çünki daha öncə tarixi abidənin zirvəsinə qədər olan o çətin yolu qalxmaq insandan sözün əsl mənasında, peşəkar alpinist olmaq bacarığı tələb edirdi.Mətləbdən uzaqlaşmadan deyim ki, tələbə yoldaşlarımdan biri qalaya qalxan yolda (əgər bunu yol demək mümkün idisə...) sürüşüb yıxılmışdı və səfərimiz narahatçılıq, nigarançılıqla başa çatmışdı.Bundan 3 il sonra – 2014- cü ildə hərbi xidməti yenicə başa vurub Naxçıvan Televiziyasında fəaliyyətə başlamıdım ki,qədim diyarın müasir inkişaf tarixinə qızıl hərflərlə yazılan, Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən ən mühüm sərəncamlardan biri imzalandı.Bu mühüm dövlət sənədində “Əlincəqala” tarixi abidəsinin bərpa olunması nəzərdə tutulurdu və bu addım nəinki Naxçıvan tarixinə, ümumlikdə, ölkə mədəniyyətinə, tarixşünaslıq elminə, dövlətçilik ənənələrinə olan himayə və qayğıdan xəbər verirdi.Qalanın bərpa prosesinə şəxsən şahdilik edənlərdən biri kimi deyə bilərəm ki,bu iş heç də asan başa gəlmirdi.Qala bərpa etməyi, onun tarixi görünüşünü özünə qaytarmağı hər hansı bir binanın, ticarət mərkəzinin  tikintisi ilə müqayisə etmək olmaz. Bunun üçün öncə zəngin memarlıq ənənələri tələb olunur.İndi bu ənənə tarixi Əlincəqalanın hər daşında, divarında, pilləsində, bürcündə yaşayır....

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR