23 Dekabr 2024, Bazar ertəsi

Polşanın Vrotslav şəhərində yerləşən “3M” şirkətində keçirilən Beynəlxalq Gün çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Azərbaycan masası təşkil edilib.

Masada ölkəmizin tarixinə, mədəniyyətinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə aid 60-dan çox kitab və müxtəlif çap materialı, habelə müxtəlif suvenirlər təqdim olunub.

Azərbaycandan başqa, Türkiyə, İspaniya, İtaliya, Hindistan, Ukrayna, İngiltərə və Macarıstana da aid masalar qurulub. Tədbirdə Vrotslavda yerləşən müxtəlif şirkətlərin əməkdaşları iştirak ediblər.

 Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Vrotslav

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR