23 Dekabr 2024, Bazar ertəsi

Nazirlər Kabinetinin iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərarı bayram günləri ilə həftəsonu istirahət günlərini birləşdirərək bayram günlərinin fasiləsizliyini təmin edir ki, bu da vətəndaşların istirahət və bayramlarını daha səmərəli təşkil etməsinə imkan yaradır.

Ardını oxu...


Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Serjan Abdukərimovun dəvətilə , bu ölkənin Müstəqillik Günü münasibətilə Bakıda təşkil olunmuş rəsmi qəbulda iştirak edib.

Dekabrın 19-da Polşanın Xarici İşlər Nazirliyində Şərq Tərəfdaşlığı proqramının iştirakçı ölkələrində həyata keçirilən Tvinninq layihələrinin icrasına dair konfrans keçiriləcək.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Ardını oxu...

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə, ATƏT Nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində baş tutan və üç saat yarımdan çox davam edən görüşü zamanı tərəflər geniş müzakirələr aparıblar.

Ardını oxu...

“Arpaçay” Dövlət Təbiət Yasaqlığının ərazisində toxumla bərpa işləri aparılıb. Tədbir zamanı 5 hektarlıq sahəyə yemişan, həmərsin, badamça, iydə, armud və ardıc bitkilərinin toxumları əkilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərindəki – Görüş yeri kafesində 5 dekabr – Beynəlxalq Könüllülər Gününə həsr olunmuş tədbir keçirilib.

Ardını oxu...

Muxtar respublikamız öz füsunkar gözəlliyi və zəngin təbii sərvətləri, müasir infrastrukturu ilə çoxsaylı turistlərin sevimli istirahət və əyləncə məkanına çevrilib. Noyabr ayının əvvəllərində diyarımıza səfər edən malayziyalı turist Abdül Karim Abdül Qadir də Naxçıvandan zəngin təəssüratlarla ayrılıb. Onun “Şərq qapısı” qəzetinə ünvanladığı təəssüratlarla oxucularımızı da tanış edirik.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq dekabrın 1-dən ictimai yerlərdə, xüsusən məktəb və uşaq bağçalarında kəskin respirator infeksion xəstəliklərinin profilaktikası məqsədilə dezin­feksiya işlərinə start verilib.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı işinin daha da yaxşılaşdırılması məqsədilə Türkiyə Respublikasının istehsalı olan mühəndis texnikalarının növbəti hissəsi silahlanmaya daxil edilib.

Ardını oxu...


“Əsas məqsədlərimdən biri də gənclərin   görmək istədikləri ali təhsil müəssisələrində oxumalarıdır”.

Ardını oxu...

Azərbaycanın Almaniyadakı səfirliyi Kölndəki vətəndaşlarımız üçün səyyar konsul qəbulu təşkil edib.

Ardını oxu...

Əzəmətli layihələr xalqın milli qürurunu formalaşdıran və yüksəldən güclü amil kimi mühüm xüsusiyyətləri ilə seçilir. Hər bir xalqın reallaşdırdığı layihələrdə onun əzəməti, intellekti, böyüklüyü özünün təcəssümünü tapır. Bu gün ölkə həyatının bütün əhəmiyyətli sahələrində özünü göstərən uğurlar ölkəmizin “qan damarları” sayılan neft və qaz təminatı, enerji təhlükəsizliyi xalqın taleyində oynadığı müstəsna rolu əyani sürətdə göstərir. Ulu öndərimiz Heydər Əliyevin ciddi əsaslara söykənən yeni enerji strategiyası yaxın illərdə Azərbaycana daha böyük iqtisadi uğurlar vəd edir. İndi hər bir azərbaycanlı yeni neft və qaz strategiyasının gətirdiyi bu uğurları gündəlik həyatlarında qabarıq hiss edir və gələcəyə böyük ümidlə baxır. Son günlərdə isə Türkiyənin Əskişəhər şəhərində TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi Azərbaycanın beynəlxalq aləmlə hesablaşması deməkdir. Azərbaycanla Türkiyənin birgə təşəbbüsü olan və cənub qaz dəhlizinin həlledici təsirini göstərəcək TANAP Anadolu layihəsinin reallaşdırılmasındaTrans-Adriatik qaz kəmərinin reallaşdırılması üçün bütün məsələlər öz həllini tapıb. Və beləliklə, Bakıdan Avropaya, İtaliyaya qədər uzanacaq TAP layihəsidə iqtisadi münasibətlərin yeni layihəsi kimi ölkələr arasında əməkdaşlığı gerçəkləşdirir. Bütün bu uğurların möhkəm təməli keçmişdə düşünülmüş uğurlu siyasətin əsası ilə qoyulub. Bir az tarixə dönüb baxsaq Azərbaycanın indiki enerji ölkəsinə çevrilməsi böyük əziyyətlərlə və uzaqgörən siyasi düşüncələrlə başa gəlib.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünalıq və Aqrokimya İnstitutunun aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Azadə Zamanova, texnika üzrə fəlsəfə doktoru Əlibala Əlizadənin iştirakçısı olduqları “Azərbaycanın palçıq vulkanları yerləşən rayonlarında yüksək tutumlu ekoloji infrastrukturunun formalaşması” layihəsi Rusiya Təbiət Elmlər Akademiyası tərəfindən 3-cü dərəcəli laureat diplomuna layiq görülüb.

Ardını oxu...

 


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə və döyüş mövqelərində olublar.

Ardını oxu...

Dekabrın 2-dən 6-dək Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Gənclik Festivalı keçirilir. Tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov Azərbaycan, o cümlədən Naxçıvanla bağlı geniş məlumat verib və ölkə gənclərinin fəaliyyətini əks etdirən slayd nümayiş olunub.

Ardını oxu...

Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçiriləcək 26-cı illik görüşü ərəfəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair dövlətimizin mövqeyini təqdim edib.

Ardını oxu...

İki qardaş dövlət – Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 21 dəfə pozub.

Ardını oxu...


Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbov və Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Mohamad A. Al-Qubaisinin dəvətilə, bu ölkənin milli bayramı-Birləşmə Gününün 48-ci ildönümü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda iştirak ediblər.

  

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 noyabr tarixli 158 nömrəli Qərarı ilə “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Nizamnaməsi” təsdiq edilmişdir. Adıçəkilən qərara əsasən xəstəxana Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindədir və Şahbuz rayonunun əhalisinə çoxprofilli stasionar və ambulator tibbi yardım göstərən laborator müalicə və profilaktika təyinatlı diaqnostik müəssisədir.

Ardını oxu...

Azərbaycanın Belçikadakı səfirliyi tərəfindən "Mincə sənət" qalereyası və Brüsseldəki səfirliyimizdə "Bir dəfə Azərbaycanda" adlı incəsənət sərgisinin açılış mərasimi keçirilib. Sərgidə Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda yaşayan rəssamların və sənətkarların əsərləri və əl işləri nümayiş etdirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 18 sentyabr 2019-cu il tarixdə elan olunmuş müsabiqənin test imtahanları mərhələsinə dekabr ayının 2-dən start verilib. Müsabiqəyə çıxarılan 224 vakant vəzifənin tutulması üçün 573 namizəd sənəd təqdim edib.

Ardını oxu...

Arpaçay Dövlət Təbiət Yasaqlığının ərazisində toxumla bərpa işləri aparılıb. Tədbir zamanı 5 hektarlıq sahəyə yemişan, həmərsin, badamça, iydə, armud və ardıc bitkilərinin toxumları əkilib.

Ardını oxu...

23 dekabr 2019-cu il Azərbaycan Respublikasında bələdiyyə seçkiləri günüdür

Hörmətli seçicilər!

Seçki komissiyalarının üzvləri, müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər və onların səlahiyyətli nümayəndələri, yaxud onların vəkil edilmiş şəxsləri, siyasi partiyaların vəkil edilmiş şəxsləri seçki komissiyasının iclaslarını, habelə səslərin hesablanmasını, məntəqə və dairə seçki komissiyalarında seçki bülletenləri, seçici siyahıları ilə, səsvermənin nəticələri və yekunları haqqında protokollarla müvafiq işin aparılmasını müşahidə etmək və onlarla tanış olmaq, dairə və məntəqə seçki komissiyalarının qərarlarının və digər seçki sənədlərinin (seçici siyahıları, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələri istisna olmaqla) surətlərini almaq, seçki komissiyalarında digər seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək hüququna malikdirlər.

Seçki komissiyalarının fəaliyyəti seçicilər üçün şəffaf olmalıdır

Aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşları, o cümlədən Seçki Məcəlləsinin 44-cü maddəsində göstərilən xarici vətəndaşlar müşahidəçi qismində çıxış edə bilərlər.

Ardını oxu...

Rusiya həmsədr qismində Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərəcək.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyi (AYB) tərəfindən “Şərəf” medalı ilə təltif olunub.

Ardını oxu...

Dünən “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədovun anadan olmasının 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun Geoekologiya şöbəsinin rəhbəri Vaqif Məmmədov, Mühəndisi geofizika şöbəsinin rəhbəri Əvəz Salamov və Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dosenti Saleh Əliyevin həmmüəllifi olduqları “Azərbaycan Respublikası böyük göllərinin hidrobiokimyəvi xüsusiyyətləri və gölətrafı ərazilərin mühəndisi geofiziki şəraiti” kitabı çapdan çıxıb.

Ardını oxu...

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Azərbaycan Mətbuat Şurasının nümayəndələri Naxçıvan Muxtar Respublikasında səfərdə olublar. Qonaqlar səfərləri çərçivəsində media mərkəzlərində, tarixi memarlıq abidələrində, ali təhsil ocaqlarında olub, beynəlxalq konfransda iştirak ediblər. Konfrans çərçivəsində Naxçıvan mətbuat şurası Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv seçilib.

Ardını oxu...

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı fikirləri və hərəkətləri beynəlxalq hüquqa ziddir. Bu şəxs bir müddət əvvəl BMT tribunasından da məntiqəzidd ifadələr səsləndirməklə növbəti dəfə dünya birliyi qarşısında yalan və məsuliyyətsiz sözlər danışıb.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Ardını oxu...

Naxçıvanda keçirilən “Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün muxtar respublikaya səfər edən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Azərbaycan Mətbuat Şurasının nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Ardını oxu...

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya könüllülərin iştirakı ilə “Səyyar dövlət qulluğu xidməti könüllüyü” startap layihəsini 2019-cu il ərzində uğurla həyata keçirmişdir.

Ardını oxu...

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən, ümumqoşun poliqonlarında raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri başlayıb

Ardını oxu...

Dekabrın 2-də AMEA-nın Qadınlar Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.

Ardını oxu...

Rusiya Elmlər Akademiyasının “Riyazi oyun nəzəriyyəsi və tərkibi” jurnalında dərc edilmiş məqalədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun (İSİ) əməkdaşı, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Ağası Məlikovun elmi əsərlərinə istinad olunub.

Ardını oxu...

\

Bu gün “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədovun 60 illik yubileyidir.

Ardını oxu...

Dekabrın 2-də Milli Məclisin növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələ müzakirə edilib.

Ardını oxu...

Rusiyanın Xarici İşlər Nazirliyi bu ölkənin Xarici İşlər naziri Sergey Lavrovun dekabrın 2-3-də Azərbaycana rəsmi səfəri ilə bağlı şərh yayıb.

Şərhdə Sergey Lavrovun Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olacağı, habelə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla müzakirələr aparacağı qeyd olunur. Vurğulanır ki, bu müzakirələrdə beynəlxalq və regional problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə məsələnin detallı şəkildə müzakirəsi aparılacaq. Həmçinin, Rusiya və Azərbaycanın xarici siyasət idarələri arasında 2020-ci il üçün Məsləhətləşmələr Planı imzalanacaq.

Ardını oxu...

Ömrün 365-lərini  60 dəfə  yaşayan, bu 60-ların içərisinə neçə-neçə  baharlardan təravət, yaylardan hərarət, payızlardan çiskin, qışlardansa bəyazlıq qataraq onu duyğulu, həssas jurnalist ömrünə çevirən Muxtar Məmmədovdan  sizə danışmaq istəyirəm. Müəllimdir Muxtar müəllim‑Azərbaycan dili və ədəbiyyat müəllimi. Uzun illər müəllim işləyib. Lakin  istər müəllim, istər həkim, istər mühəndis  ol, o qəlbə ki, ədəbiyyat hakim kəsilir,  ürək səni vadar edir ələ qələm almağa... Muxtar müəllim kimi. 18 il öncədən də  imzaları ilə tanınan  bu ədəbiyyat vurğunu  düz 18 ildir ki,  muxtar respublikanın  aparıcı mətbu orqanı olan “Şərq qapısı” qəzetində çalışır, yazır-yaradır. Oçerk, məqalə, müsahibə, reportaj, esseləri ilə  lap çoxdan oxucularının qəlbində sözdən bir yuva qurub, bu yuvaya onların   sevgisini, məmnuniyyətini sığdırmaqdadır.

Muxtar müəllimi uzaqdan tanıyırdım, lakin iki ildir ki, lap yaxından tanıyıram-“Şərq qapısı” qəzetində çalışmağa başlayandan. Hər gün səhər işə gələndə onun otağının qarşısından keçərkən ayaq saxlayıb salamlaşmağı özümə borc bilmişəm. Axı o qapının ağzından biganə ötmək olmazdı. Çünki o otaqda mətbuatımızın qocamanı, qəzetimizin  ağsaqqalı əyləşirdi. Bu iki ildə o qapının önündən keçərkən hər dəfə  Muxtar müəllimin mütaliə etdiyini, qəzet oxuduğunu görmüşəm. Öz qəzetimizlə yanaşı, ölkə qəzetlərini. Sonralar  bildim ki, Muxtar müəllim hər dəfə işə gələndə  köşklərdən özü üçün qəzet alır. İndiki dövrdə çox maraqlıdır, deyilmi? Daha doğrusu, müasir dövrümüzdə belə insanlara çox az-az rast gələrik, desəm, daha doğru olar. Günlərin birində isə Muxtar müəllimin otağında olarkən masasının üstündəki qəzetlərdə yazıların bəzi cümlələrinin altından xətt çəkildiyini də gördüm. Deməli, Muxtar müəllim onu düşündürən, özü üçün maraqlı olanları işarəliyir. Bir neçə dəfə ondan aldığım kitablarda da bu işarələri görmüşəm. Bax, söylədiyim bu kiçik nüans elə bilirəm Muxtar müəllimin necə bir ziyalı olduğundan söhbət açır.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti bahalaşır.

Ardını oxu...

 

Oş şəhərindəki S.İbrahimov adına Milli Dram Teatrında “Oş-Türk dünyasının mədəniyyət paytaxtı-2019” ilinin təntənəli bağlanış mərasimi keçirilib

Ardını oxu...

Bu il qış fəslinin Azərbaycana gəlmə vaxtı məlum olub.

Ardını oxu...

Noyabrın 30-da  Naxçıvan şəhərində “Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Ardını oxu...

Gənc olmaq müstəqil, yeni həyata qədəm qoymaqdır. Gənc olmaq həm də həyatda öz yerini tapmaq üçün mübarizə aparmaqdır. Mübarizə isə arzu və məqsədləri gerçəkləşdirmək yolunda qarşıya çıxacaq maneələri aradan qaldırmaq üçün yeni üsulların axtarılıb tapılmasıdır. Gənc olmaq açıq dənizdə bir gəmidə olmaq kimidir: bəzən sakit, bəzən dalğalı bir mərhələdir. Burada yaşadığın ətraf mühit, ölkə, şəhər mühüm önəm daşımaqdadır. Azərbaycanda gənc olmaq qürurvericidir. Çünki mənim ölkəmdə gənclərin inkişafı üçün hər cür şərait yaradılıb. Mənim Vətənim gələcəyin yaxşı valideynini, savadlı müəllimini, məsuliyyətli rəhbərini, qanunlarını dərindən bilən hüquqçusunu, peşəkar sənətçisini, yaradıcı mühəndisini yetişdirir. Ölkəmizdə aparılan məqsədyönlü gənclər siyasəti qazanılan  uğurların təməlini təşkil edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarına əsasən Sədərək rayonunda mərkəzi stadionun yenidən qurularaq gənclərin istifadəsinə verilməsi Naxçıvanda idmana, idmançılara göstərilən qayğının növbəti töhfəsidir.

Ardını oxu...

Strasburqda Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun və Daimi Komitəsinin iclasları keçirilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR