23 Dekabr 2024, Bazar ertəsi

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya könüllülərin iştirakı ilə “Səyyar dövlət qulluğu xidməti könüllüyü” startap layihəsini 2019-cu il ərzində uğurla həyata keçirmişdir.

Əvvəlcə könüllülər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Gənclər Fondunun əməkdaşları tərəfindən keçirilən təlimlərə cəlb olunmuş və onlara “Etik davranış qaydaları”, “Könüllülərin vəzifələri və məsuliyyətləri”, “Sənəd qəbulunun həyata keçirilməsinin üsul və qaydaları”, “Ünsiyyətin düzgün qurulması” və “Vətəndaşlarla ünsiyyət” mövzularında təlim keçirilmişdir.
Komissiyanın əməkdaşları və könüllülərdən ibarət səyyar xidmət qrupu il ərzində Şərur, Şahbuz, Ordubad və Culfa rayonlarında yaşayan və müsabiqələrdə iştirak etmək üçün qeydiyyatdan keçməkdə çətinlik çəkən 109 vətəndaşa yaşadıqları yerlərdə operativ köməklik göstərmişdir ki, bu xidmət də vətəndaşlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Xidmətin məqsədi rayonlarda yaşayan, informasiya-kommunikasiya texnologiyalarından və elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlara yaşadıqları yerlərdə köməklik göstərilməsindən, eləcə də rayonlarda yaşayan şəxslərin sənəd təqdim etmək üçün mərkəzə gəlməsinin və bunun nəticəsində yaranan vaxt və maliyyə itki­sinin qarşısının alınmasından ibarətdir. Xidmətin həyata keçirilməsi zamanı Dövlət Qulluğu Məsələləri üzrə Komissiya əməkdaşının müşayiəti ilə könüllülər vətəndaşlarla birbaşa ünsiyyətdə olmuş, lazımi sənədləri qəbul etmiş, həmin sənədlərin düzgünlüyünü yoxlayaraq skan edilmiş surətlərini şəxsi kabinetə yükləmiş və onların müsabiqədə iştiraklarını təmin etmişlər.
Cari ildə rayonlarda vətəndaşlara göstərilən səyyar xidmət 2020-ci ildə də uğurla davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR