23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin sədrliyi ilə AMEA-nın Rəyasət Heyəti yeni tərkibdə ilk iclasını keçirib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar tədbir keçirilib.

Ardını oxu...

“Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən dövlət orqanlarının binalarının lövhələrində və sərhəd nişanlarında istifadə olunması Qaydası” təsdiq edilib.

Ardını oxu...

Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf daha bir təkrarsız ifasını musiqisevərlərə təqdim edib.

Tanınmış müğənni Sami Yusuf özünün “YouTube” səhifəsində Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanda keçirilən silsilə tədbirlərdən daha bir video paylaşıb. Videoda Azərbaycan müğənnilərinin və xorunun iştirakı ilə Sami Yusuf "Azərbaycan"a həsr edilmiş mahnı ifa edir. Videonu tanınmış müğənni “Azərbaycan: Əbədi varlıq” başlığı ilə yayımlayıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 20 dəfə pozub.

Ardını oxu...

Ukraynanın tanınmış lb.ua portalında ölkəmizin səfiri Azər Xudiyevin “Azərbaycanın xarici siyasətində yeni strateji element: 2019 təcrübəsi” sərlövhəli məqaləsi dərc edilib.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində 2019-cu ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.

Ardını oxu...

Ölkənin inkişafına dair əsas göstəricilərdən biri regionların – yerli şəhər və rayonların mərkəzdən, başqa sözlə desəm, dövlət büdcəsindən nə dərəcədə asılı olması məsələsidir. 

Ardını oxu...

Nazirlər Kabineti “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nı təsdiqləyib.

Ardını oxu...

Nazirlər Kabineti "Dərman vasitələrinin farmakonəzarət Qaydası"nı təsdiqləyib.

Ardını oxu...

Bu gün Xankəndi şəhəri və ətraf ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 28 il ötür.

Ardını oxu...

Şahbuz Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il bayramı münasibətilə Ahıllar Evində tədbir keçirilib.

Ardını oxu...

Bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan Türkiyənin Ticarət naziri Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ardını oxu...

9 fevral 2020-ci il Azərbaycan  Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə növbədən­kənar seçkilər günüdür.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər muxtar respublikada 7 seçki dairəsi üzrə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər isə 45 seçki dairəsi üzrə keçiriləcəkdir.
İmza toplamaq məqsədilə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə və siyasi partiyanın səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi qaydaları Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Seçki Məcəlləsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə isə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu ilə tənzimlənir.

Namizədlərin müdafiəsi üçün seçici
imzalarının toplanması şərtləri

 Seçicilərin təşəbbüs qruplarının irəli sürdükləri və ya öz təşəbbüsləri ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədilə seçicilərin imzalarının toplanması seçki qanunvericiliyində göstərilən qərarın qəbul edildiyi gündən başlanır. Siyasi partiyalar tərəfindən irəli sürülmüş namizədlərin müdafiəsi məqsədilə seçicilərin imzalarının toplanması seçki qanunvericiliyində göstərilən qərarın qəbul edilməsi günündən başlanır.
 Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin imzaları toplanmalıdır.
 Hər bir imza vərəqəsində namizədin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri və ya tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü), yaşadığı yerin ünvanı, irəli sürüldüyü seçki dairəsinin adı (sıra nömrəsi) göstərilməlidir.
Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, imza vərəqəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddəsi ilə məhkum olunduğu, həmin maddənin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir.
 İmza vərəqəsində namizədin namizədliyinin irəli sürülməsinə razılıq ərizəsində göstərdiyi siyasi partiyanın adı göstərilə bilər.
 Namizədin müdafiəsi üçün imza toplanmasını müvafiq seçki dairəsi üzrə namizədi irəli sürmüş siyasi partiya həyata keçirirsə, imza vərəqəsində namizədə aid məlumatlarla yanaşı, bu namizədi irəli sürmüş siyasi partiyanın adı da göstərilir, namizədin ərizəsində belə məlumat olarsa, onun mənsub olduğu siyasi partiyanın adı və siyasi partiyada onun müvafiq statusu göstərilə bilər.

Namizədin müdafiəsi üçün seçici
imzalarının toplanması qaydası

 Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağana əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydiyyatından, qeydə alınmış namizədlərin qeydiyyatından imtina üçün əsas ola bilər.
 Seçici imzalarını Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaşı toplaya bilər. Namizəd və siyasi partiya seçici imzalarını toplayan şəxslə imza toplanması barədə müqavilə bağlaya bilər. Belə işin haqqı yalnız namizədin, siyasi partiyanın seçki fondu hesabına ödənilə bilər.
 Namizədin müdafiəsi üçün seçici imzaları tədris müəssisələrində, yaşayış yerlərində, eləcə də qanunla seçkiqabağı təşviqat aparılmasının qadağan edilmədiyi digər yerlərdə toplana bilər.
 Seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza etdiyi tarixi göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir.
 Namizədin müdafiəsi üçün seçici imzaları toplanarkən imzalar imza vərəqəsinin üz və ya arxa tərəfində qoyulur. Belə olduqda, arxa tərəf vərəqənin üz tərəfinin davamı hesab edilir və təsdiqedici imzalar vərəqənin arxa tərəfində qoyulur.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədin müdafiəsi üçün onun namizədliyinin irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə isə 300 imzası toplanmalıdır.

 

 İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir.
 Namizəd siyasi partiya tərəfindən irəli sürülübsə, imza toplandıqdan sonra imza vərəqəsi imzaları toplayan şəxs və siyasi partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. İmzaları toplayan şəxs imza vərəqəsində imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir, müvafiq səlahiyyətli nümayəndə isə soyadını, adını, atasının adını və imza qoyulması tarixini göstərir.

Bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər.

 Namizəd irəli sürmüş siyasi partiya, seçicilərin təşəbbüs qrupu müvafiq seçki komissiyasına eyni şəxsin namizəd irəli sürülməsi haqqında yazılı məlumat verdikdən sonra namizədin müdafiəsi üçün seçicilərin lazım olan sayda imzalarını birgə toplaya bilərlər. Bu halda namizədin irəli sürülməsinin müdafiəsi üçün müxtəlif şəxslərin topladığı seçici imzalarının cəmləşdirilməsinə icazə verilir.
 Namizədin irəli sürülməsinin təşəbbüsçüləri, namizədin və ya siyasi partiyanın səlahiyyətli nümayəndələri irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzalarının sayını hesablayır, seçici imzalarının toplanması nəticələri haqqında protokolu tərtib edir və imzalayırlar.
 Müvafiq seçki komissiyalarına təqdim edilən imza vərəqələri nömrələnməli və qovluq formasında səhifələnməlidir.
Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi
 İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 1800-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir:
1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;
2. seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi;
3. Seçki qanunvericiliyinin maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş;
4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat;
5. mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat;
6. namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə)

Seçki qanunvericiliyinin  maddələrində göstərilən sənədlərdə qəsdən buraxılmayan səhvlər aşkar edilərsə, müvafiq seçki komissiyası namizədi 48 saat müddətində məlumatlandırmalı və buraxılan səhvlərin düzəldilməsini təklif etməlidir.

 Namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi bəyannamə formasında, seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən əvvəlki bir illik dövr üçün təqdim olunur. Eyni zamanda gəlirlərin alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış təqdim edilir. Əmlak və gəlirlər haqqında dərc edilməli məlumatların siyahısını Mərkəzi Seçki Komissiyası müəyyənləşdirir.
 Seçki komissiyaları seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini və vaxtını qeyd edərək, namizədə və ya siyasi partiyanın səlahiyyətli nümayəndəsinə qəbul edilmiş imza vərəqələrinin sayını, oradakı imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı arayış verir. Həmin şəxslər tərəfindən müvafiq seçki komissiyasına müvafiq sənədlər seçki qanunvericiliyinin maddələrində göstərilmiş müddət başa çatanadək təqdim olunduqda, onların qəbul edilməsindən imtina edilə bilməz, namizədin, siyasi partiyanın səlahiyyətli nümayəndəsinin müvafiq binaya (otağa) daxil olmasına məhdudiyyət qoyula bilməz.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti

 

 

 

 

Digər nəqliyyat növlərindən fərqli olaraq müxtəlif növ daşımaların həyata keçirilməsində faydalı iş əmsalının yüksək olması ilə seçilən dəmiryol nəqliyyatının muxtar respublikamızda yük və sərnişindaşımalarında  öz rolu var. Buna görə yeni avadanlıqların, maşın və mexanizmlərin alınıb gətirilməsi, yolların əsaslı təmiri və yenidən qurulması, vaqonların istismara yararlı vəziyyətdə olması da diqqət mərkəzində saxlanılır, yük və sərnişindaşımalarının etibarlılığı təmin edilir. İnfra­strukturun daim yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi muxtar respublikada nəqliyyatın bu növündən istifadə edənlərin sayının ilbəil artmasına səbəb olub.

Ardını oxu...

Dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının əsgərləri ilə görüşüb, onlara bayram sovqatı təqdim ediblər.

Ardını oxu...

Dekabrın 27-də Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 2019-cu ilin yekunları ilə bağlı tədbiri keçirilib.

Ardını oxu...

Xarici İşlər naziri Elmar Məmmədyarov Sudan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Abbas Mustafa Əhməd Abdallanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə tərəflər Azərbaycan ilə Sudan arasında mövcud əməkdaşlıq münasibətləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Səfir Abbas Abdalla Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü çərçivəsində Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhanın Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayaraq, bunun ölkələrimizin əlaqələrinin inkişafına böyük töhfə verdiyini qeyd edib.

Nazir Elmar Məmmədyarov öz növbəsində Azərbaycanın Sudanla, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlərlə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirib, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin vacibliyini vurğulayıb.

Səfir Abbas Abdalla Azərbaycanda diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsində ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Nazir Elmar Məmmədyarov səfir Abbas Abdallanın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Xəbərlər şöbəsi 

 

 

 

Naxçıvan şəhərində yeni yaşayış binaları tikilir. Bəzi binalarda əsaslı təmir işləri aparılır, bəzilərində isə son tamamlama işləri görülür.

Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.

Xəbərlər şöbəsi 

 

 

 

Naxçıvan şəhərində nəqliyyat xidməti hər zaman diqqət mərkəzində saxlanılır, vətəndaşların mənzil başına vaxtında və təhlükəsiz çatması üçün mühüm addımlar atılır. Növbəti belə addım 9 nömrəli marşrutun istifadəyə verilməsi ilə atılıb.

Ərhan Novruzov

 

Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə beşinci və yeddinci qrup “hava azadlığı” ölkənin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətbiq ediləcək.

Ardını oxu...

Bu gün muxtar respublikamızda dövlət gənclər siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, geniş dünyagörüşə malik, savadlı və intellektual, müasir gənc nəsil formalaşıb. Sevindirici haldır ki, vətənpərvər, çalışqan və sağlam gənclik qədim diyarımızı ölkəmizdən kənarda da layiqincə təmsil edə bilir. Onlara göstərilən qayğının nəticəsidir ki, muxtar respublika gənclərinin fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Biz də artıq başa çatmaqda olan 2019-cu ildə müxtəlif sahələrdə qazandıqları uğurları ilə fərqlənən gənclərimizlə həmsöhbət olduq.

Nərgiz İsmayılova 1986-cı ildə Ordubad rayonunun Əndəmic kəndində anadan olub. İstər orta məktəb, istərsə də liseydə təhsil aldığı illərdə qələm hər zaman onunla yoldaş olduğundan duyğularını daim şeirlər, pritçalar, hekayələr şəklində ifadə edib. Ədəbiyyatı çox sevməsi səbəbindən də 2004-cü ildə Naxçıvan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyat ixtisası müəllimliyi üzrə təhsil almağa başlayıb. 2008-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib, təhsilini 2009-cu ildən Gəncə Dövlət Universitetinin Xarici ölkələr ədəbiyyatı ixtisasında magistr pilləsi üzrə davam etdirib. 2012-ci ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirib. Hazırda AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsində böyük elmi işçi vəzifəsində çalışan Nərgiz İsmayılova filologiya üzrə fəlsəfə doktoru elmi mərtəbəsinədək yüksəlib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət musiqi təhsili müəssisələrində vakant vəzifələrin tutulması üçün 18 oktyabr 2019-cu il tarixdə elan olunmuş müsabiqənin test imtahanları keçirilib. Müsabiqəyə çıxarılmış 186 vakant vəzifənin tutulması üçün 61 nəfər sənəd verib. Test imtahanlarında 60 namizəd iştirak edib, onlardan 13-ü keçid balını toplayıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının turizm potensialı, zəngin tarixi-mədəni irsi, müasir inkişafı haqqında məlumatların yayılması və təbliği məqsədilə Böyük Britaniyada fəaliyyət göstərən nüfuzlu “Regent Holidays” turizm şirkətinin 2020-ci il üçün hazırladığı yeni turizm broşuruna Naxçıvan Muxtar Respublikasına turlar da daxil edilmişdir. “Regent Holidays” turizm şirkəti tərəfindən nəşr olunan broşur Böyük Britaniyada fəaliyyət göstərən biznes mərkəzləri, turizm sərgiləri, qəzet köşkləri, alış-veriş mərkəzləri, restoranlar və turistlərin daha çox olduğu ərazilərə paylanır.

Ardını oxu...

İstanbulun Eyup Mədəniyyət və İncəsənət Mərkəzində 17-ci Beynəlxalq Aşpazlar festivalı keçirilir.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Ardını oxu...

Hər iki yurd yerinə muxtar respublikada həyata keçirilən genişmiqyaslı kompleks quruculuq tədbirlərindən pay düşüb, bu kəndlər müasirliyə qovuşub. Belə ki, ötən ay – noyabrın 8-də – Dövlət Bayrağı Günü ərəfəsində həmin yaşayış məntəqələrində yeni sosial obyektlər istifadəyə verilib, hər iki kəndin avtomobil yolu yenidən qurulub. Bu yolla irəlilədikcə yadıma paytaxt Bakı şəhərindən muxtar respublikamıza qonaq gəlmiş bir ziyalının sözləri düşdü: – Naxçıvanda sosial-­iqtisadi inkişafı görmək üçün elə onun 3-4 kəndinin yolundan keçmək kifayətdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən noyabr ayında gənclərin asudə vaxtlarının səmərəli təşkili, dünyagörüşlərinin formalaşdırılması, idmanın kütləviliyinə nail olunması istiqamətində ardıcıl tədbirlər görülmüş, idmançılarımızın ölkə və beynəlxalq turnirlərdə iştirakı təmin edilmişdir.
Ötən ay Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi ilə əlaqədar yeniyetmələr arasında oxunması zəruri olan kitablar əsasında “Nə? Harada? Nə zaman?” intellektual oyununun Kəngərli, Şərur-Sədərək rayon birincilikləri, “Muxtar respublikanın ən yaxşı Tələbə-Gənclər Təşkilatı” müsabiqəsi çərçivəsində “On/off” video, qısametrajlı film, “Naxçıvanda gənc olmaq” mövzusunda yazı müsabiqəsi, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Poliqon” Strateji İntellekt Oyunu üzrə III Universiadanın seçim mərhələsi keçirilmişdir. Həmçinin “Mən muxtar respublikanın inkişafı və tanıdılması üçün nə etmişəm?” adlı inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmış, “Muxtar respublikanı neçə tanıdırıq?” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.

Ardını oxu...

“Belqrad-Qış” festivalı çərçivəsində Serbiyanın paytaxtında yerləşən “Savov” mədəniyyət mərkəzində dünya bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil olunacaq.

Festivalın dekabrın 31-dəki konsertində yerli ifaçılarla yanaşı, xaricdən dəvət edilmiş musiqiçilər də iştirak edəcək. Konsertin klassik musiqi hissəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə görkəmli bəstəkarların əsərlərindən parçalar səsləndiriləcək.

Konsertə giriş pulsuzdur.

 

 

 

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2019-cu il dekabrın 24-də imzaladığı Sərəncam həmin kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının dövlət başçısının daim diqqət mərkəzində olduğunu bir daha təsdiq edir.

Ardını oxu...


Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Qətər dövlətinin Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabla görüşüb. Görüşdə iki ölkə arasındakı iqtisadiyyat, mədəniyyət və digər sahələrdə qurulmuş yüksək səviyyəli əlaqələr, Naxçıvan Muxtar Respublikası ilə münasibətlər, həyata keçiriləcək layihələr, rəsmi səfərlər və digər mühüm məsələlər ətrafında ümumi müzakirələr aparılıb.


“Əl-Cəzirə” media şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə birlikdə hazırladığı filmdə əvvəlcə izləyicilərə muxtar respublikanın qədim və zəngin tarixi, coğrafiyası, mədəniyyəti haqda ətraflı məlumat verilir. Filmdə Naxçıvanın maraqlı görüntüləri, müxtəlif rakurslardan, xüsusilə dron videokamera ilə çəkilən kadrları diqqəti çəkir. “Əl-Cəzirə müsafir” proqramının məşhur aparıcısı Hazim Abuvaftanın təqdimatında Nuh əfsanəsi ilə bağlı olan Haçadağ, əsrarəngiz təbiəti,  gözəlliyi və gölləri olan Batabat, Duzdağın qırmızı-boz rəng çalarları ilə dəniz dalğasını xatırladan təpələri, Duzdağ Fizioterapiya Mərkəzində yaradılan yeraltı müalicəxana, Möminə xatın türbəsi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzey Kompleksi, geniş əraziləri əhatə edən Naxçıvan Xanlığı haqqında geniş məlumat  izləyicilərə təqdim edilir.

Bundan başqa Şərurda bu gün də yaşayan aşıq sənəti, saz havaları, folklor nümunələri, Şərur Yallısı ilə bağlı nümayiş olunan maraqlı məqamlar da filmdə yer alıb. Filmdə həmçinin Əlincə qalasının tarixindən danışılır və mükəmməl görüntüsü təqdim edilərək  “Azərbaycanın Maçu Piçusu” adlandırılır.      

25 dəqiqəlik film ərəb dilində yayımlanıb.


Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə müharibənin hər ağrı-acısını görən, yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın, Qarabağ müharibəsi veteranları və Aprel döyüşlərinin qazilərinin iştirakı ilə məcburi köçkünlər üçün salınmış “Qobu Park 2” yaşayiş kompleksində “Qarabağ Azərbaycandır !” adlı fləşmob keçirilib. Flaşmob iştirakçıları tərəfindən Azərbaycan xəritəsi, ay-ulduz forması yaradılıb və “Qarabağ Azərbaycandır!” yazılıb.

Həmin fləşmobdan hazırlanan videomaterialı təqdim edir:

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər noyabr ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 34 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.

Ardını oxu...

Bosniya və Herseqovinanın Federal Xəbərlər Agentliyi (FENA) “Əliyev - Azərbaycanı doğru yolla irəliyə aparan lider” adlı məqalə yayıb.

Məqalənin müəllifi Bosniya və Herseqovinanın, Serbiya və Monteneqronun Yazıçılar Assosiasiyasının, Jurnalistlər Assosiasiyasının və bu ölkənin elm ictimaiyyətinin görkəmli nümayəndələrini özündə birləşdirən “Krug 99” Müstəqil İntellektuallar Assosiasiyasının üzvü professor Sabahudin Hadjialiçdir.

Ardını oxu...

Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkiləri saat 19.00-da başa çatıb və bütün məntəqələr bağlanıb. Seçkilər 1606 bələdiyyə üzrə 15 min 156 bələdiyyə üzvü yerinə 42 minə yaxın iddiaçının iştirakı ilə keçirilib. Ölkə üzrə bütün məntəqələr - 118 dairənin 5049 məntəqəsi vaxtında, səhər saat 8-də açılıb. Gün ərzində səsvermənin gedişi ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) 5 dəfə ictimaiyyəti məlumatlandırıb. Günün sonunda ölkə üzrə seçicilərin 32,72 faizinin səsvermədə iştirak etdiyi məlum olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun oğlu, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, üçüncü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov sosial şəbəkələrdə Prezident İlham Əliyevin doğum günü münasibətilə maraqlı paylaşım edib.

Qeyd edək ki, Rza Talıbov bu paylaşımının altına: “Doğum gününüzü təbrik edirəm!” şərhini də əlavə edib.

Həmin videoçarxı təqdim edirik:

1991-ci ildə ölkəmizin tarixi dövlət müstəqilliyi bərpa edildikdən və 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ­ictimai-siyasi həyatımızın bütün sahələrində əsaslı sosial-iqtisadi, həmçinin hüquqi islahatlar həyata keçirilib. Belə islahatların mühüm nəticələrindən biri də müstəqil Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə institutu olan bələdiyyələrin yaradılmasıdır.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan dövlətinə onun ideya və əməllərinin ən sadiq davamçısı Prezident ­ cənab İlham Əliyevin rəhbərlik etməsinin 16-cı ili tamam oldu. Xalqımız üçün taleyüklülüyü ilə önəmli olan, ölkəmiz üçün bir-birindən uğurlu keçən bu illər çağdaş Azərbaycan tarixinə müstəqil, qüdrətli dövlət quruculuğunun hərtərəfli yeniləşmə və ümumi tərəqqi mərhələsi kimi daxil olmuşdur. 

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Ardını oxu...

Mərakeş internet mediasında “Ərəb Məğribinin Sədaları” internet jurnalının baş redaktoru Rəşid Moulidin müəllifliyi ilə ümummilli lider Heydər Əliyevə həsr olunmuş məqalələr dərc olunub. Eyni zamanda, “Ərəb Məğribi Sədəları” internet jurnalında səfir Oktay Qurbanovun ümummilli lider Heydər Əliyev və Azərbaycan-Mərakeş münasibətləri haqqında müsahibəsi dərc edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında dekabrın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ardını oxu...

Dekabrın 23-də səhər saat 8.00-da Naxçıvan Muxtar Respublikasında da bələdiyyə seçkilərinə səsvermə başlayıb. Həmin saatdan etibarən paytaxt Naxçıvan şəhərində və muxtar respublikanın bölgələrində yerləşən seçki məntəqələrində seçici fəallığı müşahidə olunur.

Ardını oxu...

Dekabrın 23-də səhər saat 8:00-da Azərbaycan Respublikasının bütün ərazisində bələdiyyə seçkiləri başlayıb.

Ardını oxu...

Qazaxıstanın “Atameken BusinessTV” televiziya kanalında ölkəmizlə bağlı veriliş yayımlanıb.

Ardını oxu...

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə dəstəyilə ABŞ-ın Los Anceles şəhərində Azərbaycan mətbəxinə həsr olunmuş geniş tədbir keçirilib.

Ardını oxu...

Kütləvi şəkildə yaşıllaşdırma və ekoloji problemlərin həlli indi prioritet məsələdir. Bu sahədə aparılan ardıcıl tədbirlər hesabına Şahbuz rayonunda son dövrlərdə yeni meyvə bağlarının salınması diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri Lee Jae Vunqun muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.
Universitetin Cənubi Koreya Mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, 2012-2013-cü tədris ilindən etibarən Naxçıvan Dövlət Universitetində Koreya dilini öyrədən kurslar açılıb. Mərkəzin müasir informasiya texnologiyaları, Koreya dilində ensiklopediya, lüğət və digər məlumat nəşrləri ilə təmin olunması diqqətdə saxlanılır. Burada Koreyanın dövlət atributları, milli musiqi alətləri, eyni zamanda ölkənin tarixini, milli mədəniyyətini, ədəbiyyatını, ali təhsil strukturunu əks etdirən elmi-siyasi ədəbiyyatlar, elektron məlumat vasitələri toplanıb. Koreya Mərkəzində Cənubi Koreyanın əlamətdar tarixi günlərinə həsr olunmuş tədbirlər keçirilir.

Ardını oxu...

Müstəqillik illərində ölkəmizdə istər demokratiya, istərsə də vətəndaş cəmiyyəti quruculuğu sahəsində böyük işlər görülüb, Azərbaycan demokratik inkişaf yolunda irəliləyən aparıcı dövlətlər sırasında mühüm yerini tutub. Bu müsbət xüsusiyyətlər ötən müddət ərzində keçirilən bütün seçkilərdə özünü açıq şəkildə büruzə verib. Artıq növbəti bələdiyyə seçkilərinə çox az vaxt qalır. Dekabrın 23-də ölkəmizdə bu seçkilərin də demokratik prinsiplər əsasında, obyektiv və şəffaf şəkildə keçirilməsi üçün muxtar respublikamızda da lazımi işlər görülüb. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından aldığımız məlumata görə, muxtar respublika üzrə 170 bələdiyyəyə 1452 nəfər üzvün seçilməsi nəzərdə tutulur. Qeydə alınmış namizədlərin ümumi sayı 2122 nəfərdir ki, bunlardan 535-i ali, 1587-si isə orta təhsilli, 306-sı qadındır. Siyasi partiya mənsubiyyətinə görə namizədlərdən 1477-si Yeni Azərbaycan Partiyasının üzvü, 475 nəfəri bitərəfdir, qalanları isə digər partiyalar tərəfindən irəli sürülüb. Bəs ölkəmizdə bələdiyyə institutu, onun hüquqi bazası necə formalaşıb, ötən illər ərzində bu sahədə hansı yeniliklər tətbiq olunub? Bu və digər suallarımızı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Xəyal  Eyvazov cavablandırır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR