23 Dekabr 2024, Bazar ertəsi

Dekabrın 23-də səhər saat 8.00-da Naxçıvan Muxtar Respublikasında da bələdiyyə seçkilərinə səsvermə başlayıb. Həmin saatdan etibarən paytaxt Naxçıvan şəhərində və muxtar respublikanın bölgələrində yerləşən seçki məntəqələrində seçici fəallığı müşahidə olunur.

Muxtar respublika üzrə 170 bələdiyyəyə 1452 nəfər üzvün seçilməsi nəzərdə tutulur. Qeydə alınmış namizədlərin ümumi sayı 2122 nəfərdir ki, bunlardan 535-i ali, 1587-si isə orta təhsilli, 306-sı qadındır. Siyasi partiya mənsubiyyətinə görə namizədlərdən 1477-si Yeni Azərbaycan Partiyasının üzvü, 475 nəfəri bitərəfdir, qalanları isə digər partiyalar tərəfindən irəli sürülüb.

Qeyd edək ki, seçkilərin demokratik, obyektiv və şəffaf şəkildə keçirilməsi üçün lazımi şərait yaradılıb.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR