23 Dekabr 2024, Bazar ertəsi
Kütləvi şəkildə yaşıllaşdırma və ekoloji problemlərin həlli indi prioritet məsələdir. Bu sahədə aparılan ardıcıl tədbirlər hesabına Şahbuz rayonunda son dövrlərdə yeni meyvə bağlarının salınması diqqət mərkəzində saxlanılır.
Tarixən rayonumuzda meyvəçilik daha çox üstünlük verilən təsərrüfat sahələrindən biri olub. Çünki dağlıq ərazidə yerləşən bölgəmizdə təmiz hava və su, torpağın münbitliyi meyvəçiliyin inkişafında başlıca amillərdir. Belə ünvanlarda yüz illər boyu bu amillərdən səmərəli istifadə olunub, növbənöv meyvə bağları salınıb. İndi bu dağ rayonu tamamilə başqa mənzərədir. Meyvə bağları öz yerində, həmişəyaşıl gül və dekorativ ağaclar rayonun və eləcə də onun kəndlərinin ərazisini tanınmaz edib. Yaşıllaşdırma tədbirləri hər il davam etdirilir. Elə bu günlərdə Daylaqlı kəndi ərazisində 1,5 hektar sahədə yeni üzüm bağı salınıb. Qeyd edək ki, rayonda iqtisadi əhəmiyyətə malik üzüm bağlarının salınması hər zaman diqqət mərkəzində saxlanılıb. Adətən üzüm bağları əkinəyararsız maili sahələrdə salınır. Buna görə də yeni üzüm bağının salınması üçün Daylaqlı kəndi ərazisindəki yamac sahələr seçilib. Əkin aparılmazdan əvvəl sahədə aqrotexniki tədbirlər görülüb. Əkin zamanı yerli üzüm sortlarından olan ağ və qara kişmişi, xəlili, qara şanı və digər sortlardan istifadə olunub. Yeni salınan meyvə bağları gələcəkdə meyvəçiliyin inkişafı üçün əlverişlidir. Təkcə son şənbə günü həyata keçirilən yaşıllaşdırma bunu deməyə əsas verir. Yeni salınan bağda suvarma tədbirlərinin aparılması üçün əraziyə 1 kilometr uzunluğunda yeni su xətti də çəkilib. Əkində üzvi gübrələrdən də istifadə olunaraq əraziyə 2 min üzüm tənəyi basdırılıb.

Qeyd edək ki, son dövrlərdə rayon ərazisində 5 hektar sahədə yeni üzüm bağı salınıb. Bu il payız aylarından etibarən isə 8 hektara yaxın sahədə yeni meyvə bağları salınıb. Badamlı qəsəbəsində yol kənarlarına 1200 çinar, Ağbulaq yolunun kənarlarına isə 1500 cəviz tingi əkilib. Qeyd edək ki, son illərdə rayonda aparılan yaşıllaşdırma tədbirləri sayəsində yaşıllıq sahələrinin ümumi həcmi xeyli artırılıb ki, bu sahələrin də əksəriyyəti məhsul verən meyvə bağlarıdır.

“Oğuz səsi” qəzeti

Nəzmiyyə Məmmədova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR