Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Qətər dövlətinin Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabla görüşüb. Görüşdə iki ölkə arasındakı iqtisadiyyat, mədəniyyət və digər sahələrdə qurulmuş yüksək səviyyəli əlaqələr, Naxçıvan Muxtar Respublikası ilə münasibətlər, həyata keçiriləcək layihələr, rəsmi səfərlər və digər mühüm məsələlər ətrafında ümumi müzakirələr aparılıb.