Türkiyənin Ərzurum Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Türkiyənin Ərzurum Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə general-mayor Elman Orucov ulu öndər Heydər Əliyevin zəngin ömür yolundan və ordu quruculuğu istiqamətindəki tarixi fəaliyyətindən danışıb. Bildirilib ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
23 dekabr 2019-cu il Azərbaycan Respublikasında bələdiyyə seçkiləri günüdür.
Seçki məntəqəsinin açılması
Seçki günü səhər saat 700-dan gec olmayaraq MnSK-nın üzvləri seçki məntəqəsini səsvermə prosesinə hazırlamaq üçün toplaşırlar. MnSK-nın bütün üzvləri işə hazır olmalıdırlar. Seçki məntəqəsi açılmazdan əvvəl MnSK-nın sədri komissiya üzvləri arasında aparılan vəzifə bölgüsünü təsdiqləyir və onlar öz iş yerlərini tuturlar. MnSK üzvlərinin vəzifə bölgüsü sədrin razılığı ilə komissiya üzvlərinin fikirləri nəzərə alınmaqla dəyişdirilə bilər. Seçki məntəqəsinin açılışına hazırlıq üçün sədr və ya onu əvəz edən komissiya üzvü aşağıdakı tapşırıqları verir:
“Naxçıvan”Universitetinin Xarici dillər fakültəsinin tələbələrinin iştirakı ilə Heydər Əliyev Muzeyində “Ümummilli lider Heydər Əliyev və Azərbaycan” mövzusunda açıq dərs keçirilib.
Avropa Komissiyası Ermənistanda aviasiya uçuşlarına nəzarəti xüsusi müşahidə altına alıb.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin bədii obrazı müasir təsviri sənətimizin çox maraqlı, aktual, rəngarəng əsərlərlə zəngin olan mövzularındandır. Azərbaycan və dünyanın bir çox rəssamları Ulu öndərin bədii – estetik baxımdan mükəmməl portretlərini yaradıblar. Onların içərisində dünya miqyasında tanınmış, korifey fırça ustalarından tutmuş, incə zövqə və bənzərsiz sənət duyumuna malik həvəskarlara qədər, Ulu öndərlə ta uşaqlıq illərindən yaxın olan qocaman sənətkarlardan ibtidai siniflərdə oxuyan istedadlı məktəblilərə qədər fərqli simalar vardır.
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyindən verilən məlumata görə, noyabrın 15-dən başlayan səyyari xidmət dekabr ayının 10-da ilk mərhələsini başa çatdırıb.
Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnısı Ulu Öndərin dahi şəxsiyyət kimi böyüklüyünü və yenilməzliyini, onun xatirəsinə ümumxalq ehtiramını dolğun şəkildə ifadə edən bir sənət əsəridir.
2019-cu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin kollektivi dekabrın 11-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərlə bağlı konkret münasibət bildirib:
Türkiyənin Ərzurum Universitetində (ƏU) ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr edilən anma mərasimi keçirilib.
Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyasının qərarı ilə bu il dekabrın 23-də keçiriləcək.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.
Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
Almaniyanın “fräulein-draußen” internet portalında yerləşdirilən “Kiçik ölkə, böyük müxtəliflik – Azərbaycana səyahət” adlı məqalədə Azərbaycana səfər etmiş alman turistlərinin ölkəmiz haqqında təəssüratları əks olunub.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi mühafizə olunan təbiət ərazilərində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə nazir Mayis Əliyev açaraq qeyd edib ki, muxtar respublikada ən mühüm ekoloji tədbir kimi yaşıllaşdırma, meşəsalma və meşəbərpa işlərinə daim diqqət yetirilir. Qədim diyarımızda ekologiyanın zənginləşdirilməsi istiqamətində aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir. Yaşıllaşdırma tədbirləri payız aylarında da davam etdirilib, yeni meyvə bağları salınıb.
Dekabrın 2-dən 6-dək Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Gənclər Festivalı keçirilib.
Türkiyə Respublikası Gənclər və İdman Nazirliyi və Türk Şurasının birgə təşkil etdiyi festival Dünya Etno Sport Federasiyasının Prezidenti Bilal Erdoğan, Türk Şurası Baş Katibi Bağdad Əmrəyev və Türkiyə Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər şöbəsinin müdir müavini Serdal Eralcinin rəsmi protokol çıxışları ilə başlayıb. Tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov Azərbaycan, o cümlədən Naxçıvanla bağlı geniş məlumat verib və ölkə gənclərinin fəaliyyətini əks etdirən slayd nümayiş olunub.
Naxçıvan Muxtar Respublikasında dekabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Almaniyanın “Qafqazda siyasət və cəmiyyət” adlı elmi jurnalında AZƏRTAC-ın Siyasi və rəsmi xəbərlər redaksiyasının əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Allahverdinin və Cənub-Şərqi Avropa və Qafqaz Araşdırma Mərkəzinin rəhbəri doktor Xristian Yohannes Henrixin həmmüəllifi olduqları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə dərc olunub.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.
Xidməti və xüsusi pasport sahibi olan Türkiyə vətəndaşları 2020-ci ildən etibarən Avropa İttifaqına üzv ölkələrə səyahət edərkən xüsusi “icazə” alacaqlar.
Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Cakartada təşkil edilən silsilə tədbirlərin davamı olaraq Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “İndoneziya Poçt” dövlət şirkəti tərəfindən poçt markaları nəşr edilib.
Avronest Parlament Assambleyasının (PA) Tbilisidə keçirilən VIII sessiyasında və qurumun komitə iclaslarında Ermənistan nümayəndə heyəti təxribata əl atıb.
Dekabrın 9-da Bakıda keçirilən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclası çərçivəsində 3 sənəd imzalanıb.
Tədbirdə iclasın protokolu, Azərbaycan və Rusiya arasında 2020-2022-ci illər üzrə aqrar sənaye kompleksində əməkdaşlıq proqramı və 2020-2022-ci illər üçün turizm sahəsində əməkdaşlıq proqramı imzalanıb. Sənədləri komissiyanın həmsədrləri - Baş Nazirin müavini Şahin Mustafayev və Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin imzalayıblar.
Azərbaycanda helikopterlərin təmiri və texniki xidmət mərkəzi inşa olunacaq.
Bu barədə Baş Nazirin müavini, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Şahin Mustafayev dekabrın 9-da Bakıda Rusiyanın İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinlə görüşdə deyib.
9 dekabr Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günüdür. Bu xatirə günü 1948-ci ildə “Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” haqqında Konvensiyanın qəbul edilməsi ilə bağlı seçilib. Onun keçirilməsindən məqsəd soyqırımı qurbanlarının xatirəsini anmaqla yanaşı, dünya ictimaiyyətinin diqqətini bu ağır cinayətin təqsirkarlarının cəzalandırılması və onların qarşısının alınması məsələlərinə cəlb etməkdir.
Serbiyanın “Danas” qəzetində ulu öndər Heydər Əliyevin vəfatından ötən 16-cı ilə həsr olunmuş məqalə dərc olunub.
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov və nümayəndəliyin əməkdaşları görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Tofiq Bakıxanovun müəllif gecəsində iştirak ediblər. Gecə Ərtoğrul Cavidin 100 illik yubileyinə həsr edilib.
2019-cu ildə baş verəcək sonuncu Günəş tutulmasının vaxtı açıqlanıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən hərbi hissə, tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodiki toplantı keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi qeyd edilib. Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə keçirilən tədbirdə liseyin rəisi, general-mayor Məhəmməd Həsənov dahi mütəfəkkirin zəngin yaradıcılığından, Nəsimi irsinə göstərilən dövlət qayğısından danışıb.
Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev demişdir: “Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir”.
Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza Tuna Turaqayın Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində dekabrın 7-də Duzdağ Fizioterapiya Mərkəzinə gələn Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza Tuna Turaqaya Mərkəz haqqında məlumat verilib ki, dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar.
Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza Tuna Turaqay Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində əvvəlcə Sədərək Gömrük İdarəsi üçün tikintisi davam edən yeni komplekslə tanış olub. Məlumat verilib ki, 18 hektar ərazidə inşa olunan kompleks yük xətti və anbarlardan, sərnişinlərin keçid zallarının da yerləşdiyi inzibati binadan, yoxlama-baxış sistemləri bölməsindən və sürətli keçidin təmin edilməsi üçün nəzərdə tutulan VİP və CİP zallarından ibarət olacaq. Gömrük nəzarəti və rəsmiləşdirilməsinin texnoloji sxeminə uyğun olaraq giriş-çıxış zolaqları bir-birindən ayrı nəzərdə tutulub. Üç zolaqla avtobus və minik, iki zolaqla isə yük nəqliyyat vasitələri hərəkət edəcək. Bir zolaq isə sürətli keçid üçün istifadə olunacaq.
Dünya Şotokan Federasiyasının prezidenti Esat Delihasanın rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Naxçıvan Muxtar Respublikasında səfərdə olublar. Səfər çərçivəsində əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyulub, ulu öndərin xatirəsi dərin ehtiramla yad edilib. Qonaqlar Heydər Əliyev Muzeyini ziyarət edərək ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşəbbüsü ilə Avropa İttifaqının (Aİ) siyasi mərkəzi Brüsseldə yerləşən Avropa Siyasət Mərkəzində (EPC) dəyirmi masa keçirilib.
2019-cu ildə AMEA Naxçıvan Bölməsi əməkdaşlarının 18 monoqrafiyası, 8 kitabı, 1 kitabçası, 3 metodik vəsaiti, 549 elmi məqaləsi, 222 konfrans materialı, 7 tezisi olmaqla, 808 elmi əsəri çap olunub, 4 buklet və bir xəritə tərtib edilib. Monoqrafiyalardan 4-ü, elmi məqalələrdən 73-ü, konfrans materiallarından 57-si, tezislərdən 1-i xaricdə nəşr olunub. “Naxçıvan Duzdağı” kitabı, “Nemətullah Naxçıvani: taleyi və sənəti” və “Ərtoğrol Cavid: taleyi və sənəti” məqalələr topluları çap edilib, “Naxçıvan tarixi mənbələrdə” kitabı isə çapa təqdim olunub.
Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov və Naxçıvan Muxtar Respublikasının Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov Asiya İnkişaf Bankının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Nariman Mannapbekovun dəvətilə, Azərbaycan və Asiya İnkişaf Bankı arasında əməkdaşlığın 20 illiyi münasibətilə Bakıda təşkil edilən rəsmi tədbirdə iştirak ediblər.
Yaponiyanın Xarici İşlər Nazirliyi və Yaponiya Fondunun birgə təşkilatçılığı ilə 2019-cu il sentyabrın 25-dən 2020-ci il mayın 22-dək xarici xidmət orqanları və dövlət qulluqçuları üçün “yapon dili” kursu təşkil edilib. Kurs ölkənin ikinci böyük şəhəri olan Osaka şəhərində yerləşən Yaponiya Fondu-Yapon dili İnstitutu, Kansai təhsil müəssisəsində keçirilir. Bu il təşkil olunan kursda Azərbaycan da olmaqla müxtəlif ölkələrdən 29 diplomat və 2 dövlət qulluqçusu qatılıb.
ATƏT Nazirlər Şurasının Bratislavada keçirilən 26-cı iclasında növbəti illərdə ATƏT-ə sədrlik edəcək ölkələrin adları müəyyənləşib.
Otuz ildir, blokada şəraitində yaşamasına baxmayaraq, gündən-günə çiçəklənən müasir Naxçıvan öz dinamik sosial-iqtisadi tərəqqisi ilə müstəqil dövlətimizin ən böyük uğurlarından hesab edilir. Heydər Əliyev siyasətinin bütün istiqamətlər üzrə davam etdirilməsi nəticəsində qədim Naxçıvan XXI əsrə qədər keçdiyi yolda ən uca zirvəyə yüksəlib. Əminliklə deyə bilərik ki, bu gün diyarımızın hərtərəfli inkişafına layiqli töhfə verənlər Azərbaycanın şanlı tarixində özünəməxsus yerə sahib olacaqlar. Çünki Prezident cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Naxçıvan strateji mövqedə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır. Bu mənada, muxtar respublikaya göstərilən diqqət və qayğı, burada aparılan genişmiqyaslı quruculuq, abadlıq işləri Azərbaycan dövlətinin milli maraqlarının tələbidir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 9 aprel tarixli Sərəncamına əsasən Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin isə 40 illik yubileyi Naxçıvan Muxtar Respublikasında da yüksək səviyyədə qeyd olunub, yubiley tədbiri çərçivəsində Ordubad rayonunun Dırnıs kəndində Allahşükür məscidi istifadəyə verilib. Yubiley tədbiri iştirakçılarından bir qisminin səfər təəssüratlarını oxucularımıza da təqdim edirik.
Allahşükür Paşazadə – Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam: – Mən həyatda çox hədiyyələr almışam. Onlardan ən dəyərlisi isə ümummilli lider Heydər Əliyevin adına olan ordendir. Onu da deyim ki, ilk dəfədir, mənim adıma bir məscid tikilib. Bu hədiyyə üçün, eyni zamanda yubileyimin Naxçıvanda yüksək səviyyədə qeyd olunmasına görə Ali Məclisin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığımı bildirirəm. Buradakı həmvətənlərimizə, məscid tikintisində bütün zəhməti keçənlərə təşəkkür edirəm. Bu məscid mənim üçün ən böyük hədiyyədir.
20 Yanvar hadisələri zamanı Mixail Qorbaçova dediyim sözlərin arxasında məhz Naxçıvan sakinləri, Naxçıvana qazi seçilərək buraya gəldiyim vaxtdan etibarən yerli əhali ilə görüşlərdə onlardan aldığım güc, eləcə də Naxçıvandan SSRİ Ali Sovetinə və Azərbaycan Milli Məclisinə deputat seçilməyim kimi səbəblər dururdu. Mən qorxmurdum. Ona görə ki, Naxçıvan camaatı mənə etibar edərək mandat vermişdi. Bu etimada görə də seçicilərimin sözlərini lazım olan yerlərə çatdırırdım. Mənim dünyada tanınmağımda, nüfuz qazanmağımda Naxçıvanın böyük rolu və mən deyərdim ki, xüsusi yeri var. Mən bu diyara gələndə adıma məscid veriləcəyini bilmirdim. Bu məsciddə insanların namaz qılması, ibadət edə bilməsi mənim üçün böyük bir xoşbəxtlikdir. Allah bu xoşbəxtliyi hər insana nəsib etmir.
Dekabrın 5-də “Naxçıvan” Univerisitetinin rektoru vəzifəsinə təyin edilən Nurlana Əliyeva ali məktəbin kollektivinə təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Seymur Talıbov bildirib ki, muxtar respublikamızda bütün sahələrin inkişafı diqqət mərkəzindədir. Təhsilin inkişafına göstərilən böyük diqqət və qayğının nəticəsidir ki, bu sahədə qazanılan uğurlar ildən-ilə artır. Təhsil müəssisələri üçün yeni binalar tikilir, ümumtəhsil məktəbləri ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilir. Bu tədbirlər paytaxt şəhərimiz Naxçıvandan tutmuş ən ucqar dağ və sərhəd kəndlərini əhatə edir. Ali təhsil müəssisələrinə göstərilən diqqət və qayğıdan ətraflı danışan Seymur Talıbov əminliyini bildirib ki, bundan sonra da “Naxçıvan” Universiteti həmişə olduğu kimi qabaqcıl təhsil müəssisələri sırasında öz layiqli yerini tutacaq.
Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı xüsusilə iri məbləğdə maliyyə vəsaitinin mənimsənilməsi ittihamı irəli sürülüb.