23 Dekabr 2024, Bazar ertəsi


Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Tacikistan Respublikasının Azərbaycan Respublikasında və Gürcüstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə iqtisadi, mədəni əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı rəsmi səfərlər və digər məsələlər ətrafında müzakirələr aparılıb.


Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası bu ilin fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısını açıqlayıb.

Ardını oxu...


Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Tacikistan Respublikasının Azərbaycan Respublikasında və Gürcüstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə iqtisadi, mədəni əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı rəsmi səfərlər və digər məsələlər ətrafında müzakirələr aparılıb.


Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Tacikistan Respublikasının Azərbaycan Respublikasında və Gürcüstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə iqtisadi, mədəni əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı rəsmi səfərlər və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamına əsasən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın icrasına uyğun olaraq hərbi xidmətdən tərxis edilmiş şəxslərin də məşğulluqlarının təmin olunması diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ordubad rayonunun Unus kəndində ekoloji və hüquqi  maarifləndirmə tədbiri keçirib. “Ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmin olunması və xüsusi mühafizə edilməsinin əhəmiyyəti” adı altında baş tutan tədbirdə bildirilib ki, son illər  rayonda ekoloji mühitin saflaşdırılması, yeni meyvə bağlarının və yaşıllıq zolaqlarının salınması istiqamətində ardıcıl olaraq məqsədyönlü tədbirlər görülür.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Şıxlar, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi gəncliyin potensialından respublikamızın dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək baxımından mühüm əhəmiyyət kəsb edir

Ardını oxu...

Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi doğma yurdumuzun layiqli təmsilçisidir

Bu günlərdə Bakıda olarkən paytaxtımızda yaşayan və fəaliyyət göstərən hər bir naxçıvanlının üz tutduğu ünvana – Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinə yollandım.  Məqsədim nümayəndəliyin fəaliyyəti ilə maraqlanıb onu oxuculara təqdim etmək idi. Üçmərtəbəli yaraşıqlı binaya daxil olarkən özümü ulu Naxçıvanımızın hüdudları daxilində, doğma bir məkandaymış kimi hiss etdim. Doğrudur, gözəl və müasir Bakı ölkəmizin paytaxtı kimi hər birimizin baş tacı, doğma şəhərimizdir.  Buna baxmayaraq, təhsilimlə əlaqədar 1 aya yaxındır, Naxçıvandan ayrı düşdüyümdən doğma diyarım üçün yamanca darıxdığımı etiraf etməliyəm. Bəlkə də, buna görədir ki, Daimi Nümayəndəliyin binasına daxil olduğum anda qədim və müasir Naxçıvanın qəlbimdə tamam başqa məhəbbət dolu yer tutduğuna bir daha əmin oldum. İlk andan kollektivin məni gülərüz, səmimi qarşılaması və mehriban münasibəti məndə xoş təəssürat oyatdı. Əmin oldum ki, burada Daimi Nümayəndəliyin rəhbəri və onun müavini ilə yanaşı, sektorlar üzrə fəaliyyət göstərən bilikli, savadlı, təcrübəli gənclər də paytaxtımızda doğma Naxçıvanımızı layiqincə təmsil edirlər. Əməkdaşlarla qısa tanışlıqdan sonra Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərovla görüşümüz isə daha yaddaqalan oldu. Bəxtiyar müəllimlə söhbətimizə bu qurumun fəaliyyət istiqamətləri barədə başladıq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən iclası nazir Mayis Əliyev açıb. Bildirilib ki, hesabat ilində ətraf mühitin mühafizəsi sahəsində 87 yoxlama-reyd aparılıb, hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 39 protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Atmosfer yağıntıları, torpaq və səth suları, o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi üzrə monitorinq fəaliyyəti davam etdirilib. Səth sularının çirklənməsinin monitorinqi çərçivəsində 19 çay, 171 içməli su (kəhriz, bulaq, subartezian quyuları) mənbəyindən, ümumilikdə, 190 su nümunəsi götürülərək üzərində 2850 analiz aparılıb, nəticədə, yüksək və ekstremal çirklənmə halları qeydə alınmayıb.

Ardını oxu...

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Avropa üzrə 2019-cu ilin ən punktual aviaşirkəti adına layiq görülüb.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazir­liyində 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib.
Təhsil naziri Rəhman Məmmədov iclasda məruzə edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi­-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2019-cu ildə də davam etdirilib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” 2019-cu il 20 iyun tarixli Sərəncamı ilə bu kateqoriyadan olan 7 mindən çox müəllimin əməkhaqqısı sentyabrın 1-dən 20 faiz artırılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilən kollegiya iclasını komissiyanın sədri İsmayıl Qəribli açaraq bildirib ki, 2019-cu il ərzində dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib, 6 dövlət orqanının qanun­vericiliyə uyğun olmayan 7 qərarı ləğv etdirilib.

Ardını oxu...

İtaliyanın nüfuzlu “Eurasiaticanews.altervista.org” portalında “European News Agency” agentliyinin müxbiri Karlo Marinonun “İlham Əliyev-müasir Azərbaycanın Prezidenti” başlıqlı yazısı dərc olunub.

Ardını oxu...

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yanvarın 7-də Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində açılan snayper atəşi nəticəsində sərhədçimiz Fərzalı Fərzəliyevin qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.

Ardını oxu...

Azərbaycanın şəhid olan sərhədçi əsgəri dəfn edilib.

Ardını oxu...

Bu ilin yayında Naxçıvana səyahət edən 22 yaşlı Almaniya vətəndaşı, sosial şəbəkələrdə Lemon kimi tanınan videobloger Naxçıvanın gəzməli-görməli yerləri ilə bağlı Youtube kanalında maraqlı videomaterial yerləşdirib. Turist Naxçıvanı memarlıq abidələri və təbiətinə görə dünyanın ən gözəl bölgəsi kimi təqdim edir və hazırladığı videoçarxın bu yerlərə səyahət etmək istəyən turistlərə ilham verəcəyindən əmin olduğunu bildirir.

Ardını oxu...

İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Ardını oxu...

Azərbaycan neftinin qiyməti ucuzlaşır.

Ardını oxu...

İranda qəzaya uğrayan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsində sağ qalan olmayıb.

Ardını oxu...

Yanvarın 7-də Rusiya Prezidenti Vladimir Putin İstanbula səfər edib.

Ardını oxu...

İranda Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

Ardını oxu...

Məşhur filosoflardan biri insan ömrünü əbədi zamanla müqayisədə bir göz qırpımına bərabər tutur. Və bir qədər dərindən düşünəndə bunun həqiqət olduğuna inanmaya bilmirsən. “Kitabi-Dədə Qorqud”dakı bu sətirləri xatırlayırsınızmı?

Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya.

Məsələ də bax, bu gəlimli-gedimli dünyada sənə verilən bir göz qırpımı boyda ömrü necə yaşamaqdır. Bu barədə düşünəndə günlərlə ac-susuz qalaraq qazandığı qəpik-quruşu qələmə, kağıza, zərfə verərək yazdıqlarını qəzet və jurnal redaksiyalarına göndərən Martin İdenin özünü təsdiq etməsindən bəhs olunan Cek Londonun “Martin İden”, ayaqları ilə gözəl rəsmlər çəkən Vinset Van Qoq haqqında İrvinq Stounun qələmə aldığı “Yaşamaq yanğısı”, dünya və Azərbaycan ədəbiyyatına məxsus bir sıra gözəl əsərləri xatırlayıram: Həyat insanı hər cür sınağa çəkə bilər, onu əzabla yaşamağa məhkum edə bilər. Bunlar fiziki ağrılarla yanaşı, insana həm də mənəvi ağrılar gətirən hallardır. O insan övladı həyatda özünü təsdiq edə bilir ki, həmin həyatın ona “bəxş etdiyi” çətinliklərə qalib gəlir... Bu düşüncələr ötən ilin son günlərində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində olarkən məndə yarandı.

Ardını oxu...

2019-cu ilin son ayının ümumi mənzərəsində də bu, aydın görünür

30 ilə yaxın dövrün blokadalı, eyni zamanda inkişaf və tərəqqili növbəti ilinin – 2019-cu ilin dekabr ayını da Naxçıvan ictimai-siyasi, sosial-iqtisadi uğurlarla başa vurdu. Ölkənin ən strateji bölgəsi olan muxtar respublikada son 25 ildə əldə olunan nailiyyətlər deməyə əsas verir ki, prinsipiallıq əsas hədəf kimi seçiləndə istənilən çətinliyi aşmaq, qarşıya qoyulandan daha çox uğura imza atmaqla çağdaş dövrün tarixini qürurverici hadisələrlə zənginləşdirmək mümkündür. Təməlində ulu öndərimiz Heydər Əliyevin inkişaf konsepsiyası dayanan və hələ illər öncədən gələcəyə hesablanmış mərhələli strateji hədəflər muxtar respublikanın hərtərəfli tərəqqisi ilə nəticələnib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov 2019-cu ildə daxili işlər orqanları tərəfindən görülmüş işlərin nəticələri barədə geniş məruzə ilə çıxış edib.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu “Vikipediya” qrup könüllüləri tərəfindən “Azərbaycan dendrflorası”nın I-V cildləri “Vikipediya” virtual ensklopediyasında yerləşdirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2019-cu ilin yekunu və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.

Ardını oxu...

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı" təsdiq edilib.

Ardını oxu...

Çilinin məşhur xəbər portalı olan “Epicentro Chile”də Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Yasin Cəfərovun Azərbaycan, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti və Dünya Azərbaycanlılarının Həmrəylik Günü barədə məqaləsi dərc olunub.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Ardını oxu...

 

Dünyanı dolaşan əcnəbi turistlər Naxçıvanda olandan sonra öz təəssüratlarını məmnuniyyətlə bölüşürlər. Onları burada təəccübləndirən tarixi abidələr, coğrafi məkanlar haqqında sosial şəbəkələrdə foto və videomateriallar paylaşırlar.

 Xanım Rüstəmzadə

Muxtar respublikada turizmin ən gözəl ünvanlarından biri olan Şahbuz rayonunun Ağbulaq kəndində yerli sakinlərin və turistlərin istirahətini mənalı təşkili məqsədilə bayram tədbiri təşkil edilib.

Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun Mədəniyyət Evinin “Batabat” instrumental ansamblının, uşaq musiqi məktəblərinin bir-birindən maraqlı ifaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Milli birliyimizə, həmrəyliyimizə, sarsılmaz dövlətçiliyimizə, müstəqilliyimizə, yurdumuza həsr edilmiş şeirlər, mahnılar səsləndirilib və rəqslər ifa olunub.

Şaxta baba və Qar qız balacalara hədiyyələr paylayıblar. Tədbirdə ailə təsərrüfatları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib. İsti təndir lavaşı, çöçə və şirniyyatlar, sacda bişirilmiş kətələr və kəndin bir çox təbii nemətləri qonaqlara təqdim olunub.

Tədbirdə qədim dövlətçilik tariximizi özündə əks etdirən antik əşyaların sərgisi də təşkil edilib. Bayram şənliyində iştirak edən yerli əhali və turistlər ictimai-iaşə xidmətinin təşkilindən və Ağbulaqda yaradılan şəraitdən razılıqlarını bildiriblər.


Müasir dünya iqtisadiyyatında mühüm yer tutan turizm gəlirliliyinə və mədəniyyətlərarası dialoqdakı roluna görə xüsusilə əhəmiyyətlidir. Xalqlar arasında humanitar əlaqələrin və tolerantlığın bir göstəricisi olan turizmin inkişaf etdirilməsi bu baxımdan diqqəti cəlb edir. Ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da böyük potensialı olan dini-ziyarət turizmi belə səyahət növlərindəndir.

Ardını oxu...

Bu gün muxtar respublikada gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin zərərli vərdişlərdən uzaq durmasına, asudə vaxtlarını daha səmərəli keçirməsinə, həmçinin ölkəmiz üçün beynəlxalq səviyyəli idmançıların yetişməsinə şərait yaradır.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu “Naxçıvan MR-nın su ehtiyatlarının qiymətləndirilməsi və onlardan səmərəli istifadəsi” mövzusunda tədqiqat aparıb.

Ardını oxu...

Şərur rayonunun daha iki yaşayış məntəqəsi - Muğancıq Mehrab və Məmmədsabir kəndləri də yeniləşən kəndlərimiz sırasına daxil edilməkdədir. Hər iki kənddə bir sıra sosial obyektlər tikilib, yaxud yenidən qurulub, infrastrukturlar yenilənib.

Ardını oxu...

  

 

2020-ci ildə Naxçıvanda doğulan ilk uşaq oğlandır.

Ardını oxu...

Bayram günlərində şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən tədbirlər planı hazırlanıb və həmin tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilib.

Ardını oxu...

Şərur rayonu

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qətiyyətli və ardıcıl siyasəti Şərur rayonunun da simasını günü-gündən dəyişir. İl ərzində rayonda sənaye məhsulları istehsalının həcmi artıb, xidmət sahələrinin fəaliyyəti genişlənib, əhalinin həyat səviyyəsi yüksəldilib. Dövlətin diqqət və qayğısı ilə sahibkarlar, ailə təsərrüfatçıları üçün açılan geniş meydan bu sahə ilə məşğul olanlara hərtərəfli imkanlar yaradıb.

Ardını oxu...

-Əziz həmvətənlər. 

Ardını oxu...

2019-cu il arxada qalır. Bu il ölkəmiz üçün uğurlu il olub. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz inkişaf yolu ilə uğurla gedib.

Ardını oxu...

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün aparıcı beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərarlar, qətnamələr qəbul etmişlər, öz mövqeyini ortaya qoymuşlar.

Ardını oxu...

2019-cu il tarixdə dərin islahatlar ili kimi qalacaq. Siyasi islahatlar, kadr islahatları, struktur islahatları, iqtisadi, siyasi və sosial sahələrdə aparılan islahatlar bizim gücümüzü artırmışdır.

Ardını oxu...

Keşməkeşli tariximizin dolaylarına yazılan günlərə qızıl hərflərlə həkk olunmuş bir tarix var: 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü. Bu mənzilin yolu çox-çox uzaqlardan başlayıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Ardını oxu...

Gözəl diyarım Naxçıvan, istəyirəm, yenə səndən danışam. Amma bu dəfə haqqında dünyada danışılanlardan söhbət açmaq istəyirəm. Deyirlər, musiqinin dili yoxdur, onu ayrı-ayrı dillərdə danışan bütün insanlar eyni cür duyur. Deyərdim ki, möcüzə də belədir. Bunu hamı olduğu kimi görür, sadəcə, ondan hər kəs öz dilində danışır...

Ardını oxu...

Sarıkamış şəhidlərinin anma tədbirləri başlayıb.

Osmanlı dövləti Rusiya imperiyasının hərbi təcavüzünü dəf etmək məqsədilə 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 15-dək Türkiyənin şərqində Sarıkamış əməliyyatını həyata keçirib. Bölgədəki "Allahu-Əkbər” dağında şaxtalı hava şəraitində Osmanlı ordusunun çoxlu sayda hərbçisi dəhşətli şaxtadan donaraq və aclıqdan həlak olub. Türk xalqına sarsıdıcı zərbə olan bu faciə Osmanlı dövlətinin Birinci Dünya müharibəsində məğlub olmasının əsas səbəblərindən biri kimi qəbul edilir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR