23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2019-cu ilin yekunu və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.

 Qurumun mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Komissiyanın sədri İsmayıl Qəribli bildirib ki, 2019-cu il ərzində dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib, 6 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 7 qərarı ləğv etdirilib.

Dövlət qulluğuna, hüquq mühafizə orqanlarına, ümumi təhsil və musiqi təhsili müəssisələrinə işə qəbul üçün Komissiya tərəfindən keçirilmiş 11 test imtahanında 2391 nəfər iştirak edib, 1053 nəfər müvafiq keçid balını toplayıb.

İsmayıl Qəribli qeyd edib ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən iki startap layihəsinin - “DQMK.NMR.AZ” mobil tətbiqinin və “Vətəndaşların dövlət qulluğuna qəbulunun stimullaşdırılması” layihəsinin təqdimat mərasimləri keçirilib. “Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsi çərçivəsində Şərur, Ordubad, Culfa və Şahbuz rayonlarında yaşayan və elan edilmiş müsabiqələrdə iştirak etmək istəyən   109 vətəndaşa operativ köməklik göstərilib.

Məruzə ətrafında çıxışlardan sonra qarşıda duran vəzifələr müzakirə olunub, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2020-ci il üçün İş Planı təsdiq edilib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR