23 Dekabr 2024, Bazar ertəsi


Prezident İlham Əliyev vurğulayıb ki, nəqliyyat sahəsində də böyük nailiyyətlər var: “Birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi uğurla fəaliyyət göstərir. Bu dəmir yolunun gələcək fəaliyyəti barədə bu gün danışıldı. Bir önəmli sənəd də imzalandı. O da Qars-Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumudur. Bu, xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki Ermənistanın işğalçı siyasətinə görə Naxçıvan uzun illərdir, demək olar ki, blokada, mühasirə şəraitində yaşayır. Naxçıvanda istehsal edilən məhsulların xarici bazarlara çıxarılması böyük problemdir. Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi bu problemi aradan qaldıracaq. Beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı, rifah halı daha da yaxşılaşacaq. Bu anlaşmaya görə minnətdaram. Eyni zamanda Naxçıvanın gələcək uğurlu inkişafı barədə də fikir mübadiləsi aparıldı. 3 il əvvəl Naxçıvandan Türkiyəyə ixrac edilə biləcək malların siyahısı da tutulub. Buna görə də minnətdarıq. Əminəm ki, gələcəkdə Naxçıvandan Türkiyəyə ixrac əməliyyatlarının sayı artacaq”.

Fevralın 25-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztekin rəhbərliyi ilə Türkiyədən gəlmiş elm adamlarından ibarət nümayəndə heyətinin və azərbaycanlı tarixçi alimlərin iştirakı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Bu barədə  daimi nümayəndəlikdən məlumat verilib.

Ardını oxu...

Orda bir yurd yeri vardı: doğma diyarımızın ayrılmaz guşəsi olan Qarabağda. Yaz, yay aylarında yaşıllığa bürünürdü. Elə bir yaşıllığa ki, uzaqdan baxanda meşəyə bənzədirdin. Möhrədən işlənmiş kipcərək evləri yaşıllıq gözəgörünməz etmişdi. Payızda qızılı rəngdən don geyirdi. Elə ki, qış qapının ağzını aldı, donunu dəyişirdi.

          Bu yurdun ərənləri qurşaq tutar, at minər, cıdıra çıxardılar. Xanım-xatın gözəlləri oğlanlardan geri qalmazdılar.

Ardını oxu...

 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

 

 

 


Hər bir xalq özünün və ölkəsinin  tarixini  yazır.  Hər bir xalq özünün  və ölkəsinin  tarixini  sabahlara, gələcəyə aparır. Zaman məfhumu tarix üçün əsas şərtdir. Çünki günlər, aylar, illər  tarixin bir anıdır. Lakin elə aylar, illər olur ki, onlar millətin tarixində əbədi olaraq yaşayır və həmin millətin keçmişini gələcəyə maqdan qürur duyur

Ardını oxu...


Rumıniyanın “Amosnews” xəbər agentliyi bu ölkədəki xüsusi müxbiri İqbal Hacıyevin rumın dilində “Xocalı soyqırımı” sərlövhəli məqaləsini yayıb. Məqalədə Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğu göstərilib, Ermənistanın ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasəti, onun ağır nəticələri barədə bəhs edilib, soyqırımının insanlığa sığmayan hərəkət olduğu vurğulanıb. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı qüvvələri dinc azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törədiblər. Erməni silahlı qüvvələrinin keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdikləri qanlı qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq olmaqla 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 197 nəfər itkin düşüb. Müəllif Xocalı soyqırımının əsl mahiyyətinin üzə çıxarılmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib, 1994-cü ilin fevralında Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini bildirib. Məqalədə vurğulanıb ki, Xocalı soyqırımını törədənlər cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

Yaradılmasının 96 ili tamam olan doğma muxtar respublikamız bu gün özünün intibah və çiçəklənmə dövrünü yaşayır. Möhtəşəm şəkildə yenidən qurulan, gözəlləşən, gözlərimizin önündə günü-gündən dəyişən qədim Naxçıvan Şərqdə yeni doğulmuş Günəş timsalındadır. O Günəşin şəfəqləri hər bir naxçıvanlının yoluna işıq salır, hər birimizi qurmağa, yaratmağa sövq edir, nail olduğumuz inkişafa öz töhfəmizi verməyə ruhlandırır. Bu yolla böyük inam və qətiyyətlə addımlayan diyarımızda inkişafın təməli böyük öndər Heydər Əliyevlə başlayıb. O yol bütün naxçıvanlıları xoşbəxtliyə, işıqlı sabahlara qovuşdurub.

Ardını oxu...


Bu gün – fevralın 24-də keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında  Vasif  Talıbov yenidən Ali Məclisin Sədri seçdi.

Ardını oxu...

Fevralın 21-də Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev biznes forumda iştirak edib.

Ardını oxu...

Yаnvаr ayında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qоrunması, yanğın təhlükəsizliyinin, tikintidə, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin оlunması istiqamətində qarşıya qоyulmuş vəzifələr icra edilmişdir.
Əlahiddə Ümumqoşun Orduda keçirilən toplantılara nazirliyin aid qurumlarının komandir (rəis) heyəti cəlb olunmuş, Təlim-Tədris Mərkəzində hərbi qulluqçular ixtisasartırma kursu keçmişlər.
Nazirliyin hаzırlıq plаnınа uyğun оlаrаq Bаbək Rаyоn Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi tərəfindən Mоdul Еlеktrik Stаnsiyаsındа yanğın-tаktiki təlimi keçirilmiş, xüsusi təyinatlı nəqliyyat vasitələrinin müxtəlif istiqamətlərdə yürüşləri təşkil edilmişdir. Həmçinin 15 təhlükə potеnsiаllı obyеktdə texniki təhlükəsizliyə nəzarət olunmuş, 36 qurğu sınaqdan keçirilərək texniki təhlükəsizlik sertifikatı ilə təmin edilmişdir.

Ardını oxu...

Ölkəmizdə dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Öz əxlaqı, bacarığı, dəyanət və mətanəti ilə örnək olan, vətənpərvərliyi, nəcibliyi və müdrikliyi ilə seçilən Azərbaycan qadını qəhrəman övladlar böyütməklə yanaşı, həm də həyatımızın bütün sahələrində uğurlu fəaliyyət göstərir, cəmiyyət quruculuğuna öz dəyərli töhfələrini verir. Zəngin mədəni irsin daşıyıcısı olan xalqımız qadının ailədə və cəmiyyətdəki mövqeyinə böyük ehtiramla yanaşır.
Ölkəmizdə, o cümlədən muxtar respublikamızda da qadın əməyinə yüksək qiymət verilir, müxtəlif sahələrdə onların uğurlu fəaliyyətinə hərtərəfli şərait yaradılır. Bütün dövlət strukturlarında olduğu kimi, iqtisadi təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan gömrük orqanlarında da qadın əməkdaşların sayının ildən-ilə artması onların cəmiyyətimizdə fəal iştirakına göstərilən böyük etimaddan xəbər verir. Bu gün muxtar respublika gömrük orqanlarında 50 rütbəli qadın əməkdaş xidmət edir ki, onlardan da 30-u gəncdir.
Qeyd edək ki, ulu öndərimizin 1992-ci il 24 fevral tarixli Qərarı ilə yaradılan və ötən dövrdə böyük inkişaf yolu keçən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi doğma diyarımızın iqtisadi təhlükəsizliyinin qorunmasına, xarici ticarət əlaqələrinin inkişafına xidmət edir.

Ardını oxu...

“Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”, – deyən Ali Məclis Sədrinin fəaliyyət proqramı sayəsində bu gün qədim yurd yerinin hər bir yaşayış məntəqəsi öz inkişafı ilə nümunə gücündədir.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Sarvanlar” məscidində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə dini icma rəhbərlərinə və din xadimlərinə pulsuz geyimlər verilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev bildirib ki, din xadimlərinə dövlət vəsaiti hesabına hər il geyimlərin verilməsi muxtar respublikada dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinin, dövlətin dinə və dindarlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Ardını oxu...

Türkiyənin İstanbul Universitetinin professoru Haluk Tanrıverdi “Naxçıvan” Universitetində 3 aylıq pedaqoji fəaliyyətə başlayıb. Dünən universitetin kitabxanasında bununla bağlı keçirilən tədbiri giriş sözü ilə ali təhsil ocağının prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq bildirib ki, Türkiyənin İstanbul Universiteti ilə “Naxçıvan” Universiteti arasındakı mövcud əməkdaşlığa uyğun olaraq həmin ali təhsil ocağının professoru Haluk Tanrıverdi burada 3 aylıq pedaqoji fəaliyyətə başlayıb. O, turizm sahəsi üzrə bir neçə fənnin tədrisini həyata keçirəcək. Haluk Tanrıverdi həm özünün müəllifi olduğu, həm də digər yazarların qələmə aldığı turizm və iqtisadiyyat sahələrini əhatə edən 60-dan artıq kitabı “Naxçıvan” Universitetinə hədiyyə edib.

Ardını oxu...

Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib.

Səfirlikdən verilən məlumata görə, Ali Radanın hakim “Xalqın xidmətçisi”nin deputatı Darya Volodinanın təqdim etdiyi “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi müzakirə edilmədən geri qaytarılıb.

Ardını oxu...

Dil - bir millətin millət kimi formalaşıb özünün dünyanın digər xalqları arasında təsdiqləməsində xüsusi əhəmiyyət daşıyan ünsürlərdən biridir. Dil bütün millətləri birləşdirən, onun tarixin müxtəlif ağır sınaqlarından keçməsində müstəsna rol oynayan, varlığını bütün bəşəriyyətə çatdıran, onun müstəqilliyinin, suverenliyinin simvollarından biridir.

YUNESKO 1999-cu ildə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü kimi təsis edib. Bu günün qeyd olunmasında məqsəd ana dilinin təbliği, inkişafı və öyrənilməsinin bütün formalarını müdafiə etməkdən ibarətdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidinə daxil olan Sədərək həm də bölgənin qeyrət qalası adlanır. Sədərək 1990-cı illərdə mərdliklə qorunaraq öz adını tarixin qəhrəmanlıq və mübarizə dolu səhifələrinə yazdırdı. Qala qapısı rolunu oynayaraq Naxçıvanın erməni işğalından müdafiə olunmasına öz töhfəsini verən Sədərək rayonunun yaranmasının bu il 30 ili tamam olur. Ucubiz, Əjdəkan, Vəlidağ və Tejqar dağ silsilələri ilə əhatələnən Sədərək ərazisi iki xarici ölkə ilə – Türkiyə və Ermənistanla həmsərhəddir. Rayon özündə bir qəsəbə, üç kəndi birləşdirir.

Ardını oxu...

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 18 sentyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə 20 fevral 2020-ci il tarixdən start verilib.
Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (203 nəfər), Dövlət Statistika Komitəsi (95 nəfər), Təhsil Nazirliyi (67 nəfər) və Maliyyə Nazirliyi (37 nəfər) üstünlük təşkil etmişdir. Müsahibədə ilk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləmək istəyən namizədlər iştirak ediblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında” 1 fevral tarixdə keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrlə bağlı Sədərək rayonunda müşavirə keçirilib.

Ardını oxu...

 

 

 

Ermənistanda əsgər anaları hökumət binasının qarşısında etiraz aksiyası keçirirlər.

Erməni KİV-lərinə istinadla xəbər verilir ki, hökumət binası qarşısında aksiyaya başlayan analar baş nazir Nikol Paşinyan ilə görüşmək istədiklərini bildirirlər. Onlar hökumətdən əsgərlərin öldürülməsinə son qoyulmasını tələb edirlər: “Tələbimiz odur ki, övladlarımızın hərbi xidmətdə öldürülməsinə son qoyulsun. N.Paşinyan bizi qəbul etməlidir və ciddi danışmalıyıq. Bu, belə davam edə bilməz. Nə qədər laqeyd olmalıyıq? Şənbə, bazar və ya gecə olsun, kitabı paylamağa vaxtı varsa, qoy, bizi qəbul etsin. Əsgər kitabdan daha vacibdir”.

 

 

 

Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olaraq keçirilən konfransda dünya siyasətinin maraqlı və aktual məsələləri geniş müzakirə olunub. Qlobal geosiyasi proseslərlə regional proseslərin uyğunlaşdırılması üzərində dayanılıb. Həmin sırada regional münaqişələrin həlli də aktual mövzu kimi diqqət mərkəzində olub. O cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ayrıca panel təşkil edilib. Orada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan açıq debata çıxıblar. Debatın gedişi, müzakirə edilən məsələlərin məzmunu və tərəflərin ifadə etdiyi fikirlərin geosiyasi kontekstdə təhlili üzərində geniş dayanmağa ehtiyac görürük.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Peşəkar ofisiant” layihəsi çərçivəsində keçirilən təlimlər davam edir.

Ardını oxu...

baycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü haqqında Sərəncamının icrası ilə əlaqədar Müdafiə Nazirliyində tədbirlər planı təsdiq edilib.

Ardını oxu...

Nikol Paşinyan üçün ən yaxşı resept Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaqdır.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev parlaq çıxış etdi:

“Bu çıxışda ermənilərin tarixi manipulyasiyaları və son otuz il ərzində Azərbaycana qarşı dezinformasiya kampaniyası ifşa olunub. Prezident İlham Əliyev yüksək ixtisaslı, unikal demokratik dövlət xadimidir. Çiçəklənmə, multikulturalizm və heyrətamiz tarixi irs Azərbaycanı hər kəsi ruhlandıran müstəsna məkana çevirir”.

P.Teys qeyd edib ki, N.Paşinyan qarşısıalınmaz korrupsiyadan, mütəşəkkil cinayətkarlıqdan, iqtisadi azalmadan və yüksək işsizlik səviyyəsindən əziyyət çəkən ölkəni təmsil edir:

“Bu cür qaranlıq reallıqlar Ermənistanı Avropanın ən təhlükəli yerlərindən biri, eyni zamanda Cənubi Qafqazda qeyri-sabitliyin mənbəyi edir”.

Ekspert əlavə edib ki, mövcud status-kvo dayandırılmalıdır və BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzünün humanitar və ekoloji nəticələrini aradan qaldırmalıdır:

“Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir. Yerevan danışıqlarda ciddi şəkildə iştirak edənədək Ermənistana beynəlxalq borcların və qrantların verilməsi dayandırılmalıdır. Ermənistanın Azərbaycana qarşı qlobal miqyasda dezinformasiya kampaniyası və siyasi manevrlərinə son qoyulmalıdır, əks halda Avropa təhlükəsizlik sahəsində ciddi problemlərlə üz-üzə qalacaq. Paşinyan üçün ən yaxşı resept Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaq və səylərini ölkənin iqtisadiyyatının möhkəmlənməsinə yönəltməkdir”.

Tula Dövlət Silah Muzeyində olan Azərbaycan xəritəsindəki xətalar aradan qaldırılıb.

Ardını oxu...

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Ukraynanın “lb.ua” informasiya portalında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrə dair yazısı dərc edilib.

Ardını oxu...

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr Misir mətbuatında da geniş şəkildə işıqlandırılıb.

Dərc olunan məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin dəmir məntiqi, tarixi faktlara əsaslanan çıxışına yer ayrılıb, ölkəmizin haqlı mövqeyi nümayiş etdirilib.

Ermənistanın Baş Hərbi İstintaq İdarəsində orduda əsgər ölümlərinin sayının artmasına dair müşavirə keçirilib.

Bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, yanvarın əvvəlindən bu günə kimi qeyri-döyüş şəraitində 15 erməni hərbi qulluqçusu öldürülüb. Bəzi hadisələrlə bağlı intihar həddinə çatdırma maddələri üzrə cinayət işləri qaldırılıb.

Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədovun bu ölkənin “aa-news.iq” saytında Xocalı soyqırımı haqqında məqaləsi dərc olunub.

Məqalədə Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddialarından bəhs olunub. Nəzərə çatdırılıb ki, Ermənistan Dağlıq Qarabağı işğal edərkən azərbaycanlılara qarşı amansız olub və Xocalı şəhərində soyqırımı törədib. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri ağır hərbi texnika ilə Azərbaycanın Xocalı şəhərinə daxil olaraq dinc sakinləri amansızcasına qətlə yetirib. Şəhər yerlə yeksan edilib, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılıb və yandırılıb. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib, yüzlərlə mülki insan ağır yaralanıb, 1275 nəfər girov götürülüb.

Ardını oxu...

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasedici bölmələrinin cəlb edildiyi təlim şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqlarının və həyatda qalma vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilib.

Ardını oxu...

Yaxın günlərdə ön xətdə yerləşən bölmələrə idarə, müəssisə və təşkilatlar tərəfindən sovqat aparan zaman yolumuz ucqar dağ və sərhəd kəndi olan Yuxarı Buzqovdan düşmüşdü. Mənfur ermənilərin ötən əsrin 90-cı illərindəki həmlələrinə qarşı mətin dayanan kənd bu gün müasirlik donundadır. Etibarlı qorunan, təhlükəsizliyi igid Azərbaycan əsgərinə əmanət edilən, turizm mövsümündə yaxından-uzaqdan gələn dosta-qonağa qucaq açan, rahat yolu, abad məktəbi ilə diqqətçəkən yurd yeridir Yuxarı Buzqov...

Ardını oxu...

Pakistanın “dailytimes.com.pk” internet saytında “Azərbaycanı tanıyaq” sərlövhəli məqalə yerləşdirilib. Məqalənin müəllifi, “Hum news” kanalının təqdimatçı-prodüseri və müxbiri Şiffa Zakriya Naxçıvanın dini turizm məkanlarından olan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və Nuh Peyğəmbərin məzarüstü türbəsi ilə bağlı məlumatlar verib.

Ardını oxu...

Fevralın 10-da Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq Komitəsinin Fransanın Metz şəhərində keçirilən iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov iştirak etmişdir.

Ardını oxu...

Fevralın 15-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində İran və Azərbaycan üzrə İkinci İxtisaslaşmış Turizm Simpoziumu keçirilib.
Azərbaycanın İrandakı səfirliyi ilə “Aysan Pərvaz” şirkətinin təşkil etdiyi simpoziumda İranda fəaliyyət göstərən turizm şirkətlərinin rəhbərləri, İqtisadi Əməkdaşlıq Təşkilatının əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Ardını oxu...

İranın “kotahonline.ir”, “khabarban.com”, “iraneconumist.com” və “kalaaghnews.ir” saytlarında “Xocalı soyqırımı tarixin ən dəhşətli faciəsidir” başlıqlı məqalə dərc olunub.

Ardını oxu...

Martın əvvəllərində İran, Rusiya və Türkiyə prezidentlərinin Tehranda üçtərəfli görüşü gözlənilir.

Görüşdə Həsən Ruhani, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Suriya probleminin həlli yollarını müzakirə edəcəklər.

 

 

 

Ermənistanın ekspert icması hələ uzun müddət düşdüyü rüsvayçı şokdan özünə gələ bilməyəcək. Bu vəziyyət Prezident İlham Əliyevin Münxen debatları zamanı baş nazir Nikol Paşinyanı darmadağın etməsindən sonra yaranıb.

Beləliklə, politoloq Aleksandr Manasyan (bax: http://yerkramas.org/article/166535/zayavleniya-pashinyana-byli-ne-samymi-ubeditelnymi) hesab edir ki, Paşinyan özünün ilk ictimai debatına hazırlıqsız gəlib. O yazır: “Bağlı qapılar arxasında müzakirələr asan olur, lakin iki dövlət başçısının rəqabət apardığı mətbuat konfransının gedişində hər şey başqa cürdür. Birinci halda konkret nəyin müzakirə olunduğu məlum deyil, lakin ehtimal etmək mümkündür. Mətbuat konfransı isə mitinqə bənzəyir. Amma bu mitinq Yerevanda keçirilmir və ona yaxşı hazırlaşmaq lazımdır”.

Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın şəxsində erməni tərəfinin bəyanatı “çox da inandırıcı deyildi”. Ekspert əlavə edir: “Paşinyanın Böyük Tiqran haqqında və Ermənistanda inqilabla bağlı söylədiyi tarixi sübutlar zəif olub”. Onun fikrincə, bunu hətta aparıcı da başa düşdü və o, təəccüblənmişdi.

Eyni zamanda, Manasyan qeyd edib ki, bu cür sübutlar ABŞ, Rusiya və Aİ kimi böyük aktorların xoşuna gəlmir. Belə ki, həmin vaxt bir çox dövlət mövcud deyildi və belə bəyanatlar onların qüruruna və şərəfinə toxunur.
Öz tərəfimizdən əlavə edək ki, indi erməni etnosunun həmin Tiqranın Ermənistanına heç bir aidiyyəti yoxdur. Çar Tiqran Parfiya mənşəli idi, indiki haylara isə həmin qədim dövlətdən yalnız sırf coğrafi ad qalıb. Amma bu ad heç də etnik xarakter daşımır.

Yeri gəlmişkən, Manasyan elə buradaca dəqiqləşdirir ki, “əgər hökumət başçısı bu yolla getməyə qərara veribsə, onda həmin sübutları da ağılla və daha dəqiq təqdim etmək lazım idi. Bu, mənfi reaksiya doğurmazdı”.
O, tarixi faktlara müraciəti yersiz hesab edir: “Ümumiyyətlə, Paşinyanın etdiyi kimi, tarixə bu qədər dərin ekskursiyanın heç bir mənası yox idi. Çünki həmin vaxt hüquqi aspektlər tarixi sübutlardan heç də az əhəmiyyətli deyildi”, - deyən politoloq nəhayət bunu anlayıb.

Öz növbəsində, David Mkrtçyan hesab edir ki, Paşinyanın uğursuzluğu hazırkı hökumətin də imicini zərbə altına qoyub (bax: http://yerkramas.org/article/166549/uzhe-vsem-yasno--kem-na-samom-dele-yavlyaetsya-pashinyan). O yazır: Paşinyanın rüsvayçı hazırlıqsızlığı hətta onun tərəfdarları üçün də aydın oldu, hazırkı hakimiyyəti çətin vəziyyətə saldı. İndi vəziyyəti düzəltmək üçün Paşinyan növbəti populist addım atmağa qərar verib. O, Qarabağ probleminin nizamlanması üzrə özünün “Münxen prinsipləri” barədə bəyanat verib. Yəqin ki, Paşinyan öz tərəfdarlarına onların təbliği barədə göstəriş verəcək ki, hansısa üsulla Münxendəki davranışını unutdursun. Lakin bu, növbəti populist addımdır. Onun 6 maddəsi yalnız tosta bənzəyir. Bundan başqa, artıq tamamilə aydındır ki, o, saman çöpündən tutaraq bu rüsvayçı vəziyyətdən çıxmağa can atır”.

Paşinyanın öz ölkəsini gülməli vəziyyətə salması Mkrtçyanı utandırıb. O, təəssüflə qeyd edib: “Təəssüf ki, Paşinyanın sözləri təkcə Məmmədyarovda yox, hər halda, Münxen, Moskva, Vaşinqton, Parisdə və digərlərində də gülüş doğurub. Artıq Paşinyanın kim olduğu hamıya məlumdur. Reallıq belədir”.

Ardını oxu...

Münxen Təhlükəsizlik Konfransında boks rinqində Prezident İlham Əliyevin bir-birini əvəzləyən sərrast zərbələri altında əzilən, küncə qısılan baş nazir Nikol Paşinyan hərdənbir əl-qol ölçməyə çalışır, lakin onun, görünür, zəif əllərə geyildiyini “hiss edən” əlcəkləri dünya auditoriyasının birgə qəhqəhəsinin sədaları altında elə hey əllərindən çıxıb yerə düşürdü. Oğlunun Qarabağda xidmət etməsi və bu addımı, - indi gəl nəzakətlə de də, - “könüllü” atması barədə bu “mikroinqilabçı”nın bəyanatı belə “əlcək uçuşlarından” biri oldu.

Ardını oxu...

Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb: “Baş aça bilmirəm, siz daha çox patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?”

Ardını oxu...

Fevralın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Televiziya və Radio Verilişləri Redaksiyasının fəaliyyətinin yenidən təşkil olunması ilə bağlı tədbir keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri yanvar ayında da davam etdirmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər yanvar ayında da davam etdirilmişdir.
Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 35 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülmüşdür.

Ardını oxu...

Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!

Ardını oxu...

Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, o cümlədən Xocalı soyqırımını törədib.

AZƏRTAC Prezidentin köməkçisi Hikmət Hacıyevin Tvitter səhifəsinə istinadla xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə deyib.

Ermənilər işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Onlar işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər. Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur.

AZƏRTAC Prezidentin köməkçisi Hikmət Hacıyevin Tvitter səhifəsinə istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə söyləyib.

Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır.

AZƏRTAC Prezidentin köməkçisi Hikmət Hacıyevin Tvitter səhifəsinə istinadla xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə bildirib.

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil. Heç bir ölkə Dağlıq Qarabağı tanımayıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti fevral ayının ilk 15 günündə müəyyən qərarlar qəbul etmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti 2020-ci il ­ 6 fevral tarixdə “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi tərəfindən apostil şəhadətnaməsinin verilməsi ilə bağlı məsələlərin tənzimlənməsi haqqında” Qərar qəbul etmişdir.

Ardını oxu...

Prezident İlham Əliyevin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” növbəti beş ildə məşğulluq sahəsində mühüm irəliləyişlərə imkan yaradır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Tədbirlər Planına əsasən əmək bazarının tənzimlənməsi istiqamətində hüquqi aktlarda dəyişikliklər edilməsinə, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflər hazırlanacaq, nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və “DOST” mərkəzlərində müasir standartlara cavab verən yeni məşğulluq xidmətləri modeli formalaşdırılacaq, nazirliyin “Məşğulluq” altsistemi inkişaf etdiriləcək, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi işi gücləndiriləcək. İşsiz və işaxtaran şəxslər üçün regional peşə təhsili mərkəzləri, həmçinin əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsi genişləndiriləcək.

Ardını oxu...

Ermənistanın Muratsan hərbi hospitalından Sisiana əsgər aparan avtomaşın yolların buz bağlaması nəticəsində aşıb.

Hadisə nəticəsində avtomobildəki altı əsgərdən üçü ağır xəsarətlər alıb. Xəsarət alanlar Muratsan hərbi hospitalına yerləşdiriliblər.

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR