23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri yanvar ayında da davam etdirmişdir.

Ötən ay dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilmiş, dövlət orqanının qanunvericiliyə uyğun olmayan bir qərarı dəyişdirilmişdir.
Yanvar ayında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən şəxslər üçün keçirilən sınaq imtahanında 13 namizəd iştirak etmişdir. Dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqəyə 229 vakant vəzifə çıxarılmış, 130 vəzifənin tutulması üçün 283 sənəd təqdim olunmuşdur. Test imtahanlarında 266 namizəd iştirak etmiş, 131 nəfər müvafiq keçid balını toplamışdır. Həmçinin dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan olunmuş müsabiqənin Naxçıvan Musiqi Kollecində keçirilən müsahibə mərhələsində 12 nəfər iştirak etmiş, onlardan 8-i müvafiq keçid balını toplamışdır.
Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün təşkil olunmuş 5 daxili müsahibədə və sektor müdiri vəzifələrinin tutulması üçün keçirilmiş test imtahanlarında müvəffəqiyyət qazanaraq sertifikat almış şəxslərin müsahibəsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiya əməkdaşlarının nümayəndə qismində iştirakları təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR