23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri  və sahibkarlardan ibarət nümayəndə heyəti də iştirak edib.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Duzdağ” otelində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.

Ardını oxu...

Fevralın 3-də 25 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputatlığa namizəd Seymur Talıbovun seçicilərlə görüşü olub. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi münasibətilə 4 fevral – 16 iyul tarixlərində yaradıcılıq müsabiqəsi elan edir.

Müsabiqənin keçirilməsində məqsəd

Müsabiqənin keçirilməsində məqsəd milli mətbuatın 145 illik yubileyi ərəfəsində Naxçıvanın qədim tarixini, müasir inkişafını, turizm potensialını, ərzaq, enerji, müdafiə və informasiya təhlükəsizliyinin təmin olunması sahəsində görülən işləri jurnalistlərin təqdimatında geniş oxucu kütləsinə çatdırmaqdan və bu sahədəki yaradıcılıq fəaliyyətinə dəstək verməkdən ibarətdir.

Müsabiqədə iştirak

Muxtar respublikanın kütləvi informasiya vasitələrində çalışan şəxslər, eləcə də mətbuatla və teleradiolarla sıx əməkdaşlıq edən kənar müəlliflər müsabiqədə iştirak edə bilərlər.

Ardını oxu...

“Muxtar respublikada gənclərin sağlam, vətənpərvərlik ruhunda yetişmələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakı üçün hərtərəfli şərait yaradılıb”. Bu fikirlər Naxçıvan şəhərindəki “Duzdağ” otelində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib.

Ardını oxu...

Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə konsert proqramı ilə çıxış edib. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2 fevral – Gənclər Günü münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət, Gənclər və İdman nazirliklərinin, Gənclər Fondunun əməkdaşları, muxtar respublikada fəaliyyət göstərən ali və orta-ixtisas təhsili müəssisələrinin tələbələri, nazirliyin sistemində olan müəssisələrdə çalışan gənclər iştirak ediblər.

Ardını oxu...


Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətidən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Qarnizonu qoşunlarında 2019-cu tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində yanvar ayının ikinci 15 günü ərzində müəyyən Qərarlar qəbul edilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 iyun tarixli 70 nömrəli Qərarında dəyişiklik edilmişdir.
Bundan başqa, yanvarın 18-də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Naxçıvan Muxtar Respublikasında gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 29 iyun tarixli 114 nömrəli Qərarında dəyişiklik olunmuşdur.
Həmin tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarlarında da dəyişikliklər edilməsi barədə Qərar qəbul edilmişdir.
Həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 yanvar tarixli 22 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” təsdiq edilmişdir. Qərara əsasən icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta çərçivəsində sığortaolunanlara göstərilən tibbi xidmətlərin siyahısını və tariflərini növündən asılı olaraq tibbi xidmətlərin göstərilməsi şərtlərini, müştərək maliyyələşmə məbləğlərini, habelə gözləmə müddətlərini müəyyən edir.
Eyni zamanda “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nın təsdiq edilməsi barədə Qərar qəbul edilmişdir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin mətbuat xidməti

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Çinin Uxan şəhərində naməlum mənşəli pnevmoniyanın törədicisi kimi yeni koronavirus aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyatına başlanılıb. Hazırda xəstə­lik viruslarının artıq Tailand, Cənubi Koreya, Yaponiya və digər bir sıra ölkələrdə də yayılması davam etməkdədir.
Muxtar respublika ərazisində koronavirus infeksiyasının yayılma ehtimalı olmasa da, onun geostrateji mövqeyi, həmsərhəd olan ölkələrə gediş-gəlişlər zəruri qabaqlayıcı profilaktik tədbirlərin gücləndirilməsini tələb edir. Bu məqsədlə tibb müəssisələrində sanitariya-gigiyena, əks-epidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. Tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsi təmin olunub, dərman preparatlarının, dezinfeksiyaedici maddələrin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatı yaradılıb.
Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatları tərəfindən dezinfeksiya işlərinə başlanılıb. Bu tədbir, ilk növbədə, əhalinin sıx məskunlaşdığı yerləri əhatə etməklə Naxçıvan şəhər avtovağzalında, dəmiryol vağzalında, “Cahan” Ticarət Mərkəzində həyata keçirilib.
Xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasında gömrük və səhiyyə mütəxəssislərinin qarşılıqlı fəaliyyəti təmin olunub. Gömrük məntəqələrində, hava limanında monitorda muxtar respublikaya gələnlərin vizual tibbi müşahidəsi, hərarətinin ölçülməsi təşkil edilib. Gömrük-keçid məntəqələrinə yaxın olan səhiyyə müəssisələrində izolyatorlar ayrılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin
mətbuat xidməti

Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan son illər sosial-iqtisadi sahədə sürətlə inkişaf etmişdir. Naxçıvandakı genişmiqyaslı yenidənqurma işləri, inkişaf Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun adları ilə bağlıdır. Qədim Azərbaycan torpağı Naxçıvanın hərtərəfli olaraq tarixin bütün dövrlərində daha uğurla inkişaf etdiyi göz önündədir.

Ardını oxu...

1997-ci il fevralın 1-də ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə Gənc­lərin birinci Forumunun keçirildiyi gün – fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edilmişdir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının şura iclasını təşkilatın sədri Elman Cəfərli açaraq geniş hesabat məruzəsi ilə çıxış edib, muxtar respublikamızın 2019-cu ildəki inkişafından ətraflı danışıb.

Ardını oxu...

Fransanın ENDERİ (Entreprise, Defense, Relations İnternationales) strategiyalar portalında “Dağlıq Qarabağ: münaqişə həll olunmağa doğrudurmu?” adlı məqalə yerləşdirilib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan ədəbi prosesi – 2019” mövzusunda keçirilən elmi konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının şura iclası keçirilib. İclasda geniş hesabat məruzəsi ilə çıxış edən təşkilatın sədri Qadir İbrahimov 2019-cu ildə görülmüş işlər, buraxılan nöqsanlar və qarşıda duran vəzifələr barədə danışıb. Bildirib ki, muxtar respublikamızın son illər davamlı, çox sürətlə və hərtərəfli inkişaf etməsi Culfa rayonunun timsalında da özünü göstərib. Belə ki, həyata keçirilmiş abadlıq-quruculuq və yaşıllaşdırma tədbirlərindən bu rayona da xeyli pay düşüb. Kənd mərkəzlərində ərazi ilk təşkilatları üçün hərtərəfli iş şəraiti yaradılıb. Hazırda təşkilat bu il ölkəmizdə, muxtar respublikamızda keçiriləcək parlament seçkiləri ilə bağlı işlərini təqvim planına uyğun aparır.

Ardını oxu...


Epizootik tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Sədərək rayonunun  Arazboyu  ərazilərində monitorinqlər aparıblar. 

Ardını oxu...

Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Dövlət Gömrük Komitəsinin birgə elan etdiyi "Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər" mövzusunda müsabiqənin nəticələri açıqlanıb və qaliblər mükafatlandırılıblar.

Ardını oxu...

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) resurslarının sənayenin innovativ flaqmanı “Amadeus” platformasına köçürülməsi ilə əlaqədar rəsmi “www.azal.az” veb-saytın bəzi funksiyaları fevralın 5-dən (Bakı vaxtı ilə 20:00) etibarən müvəqqəti olaraq işləməyəcək.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən “Dövlət orqanlarında kargüzarlığın, dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması qaydaları” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda  36 dövlət orqanının bu sahə üzrə məsul əməkdaşları iştirak ediblər.  

Ardını oxu...

Ermənistan baş prokurorluğunun mətbuat katibliyinin məlumatına görə, prokuror iddianaməni təsdiqləyib.

Ardını oxu...

İsveçrənin Cenevrə şəhərində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Cenevrədə görüş başlayıb.

 Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın “Twitter” hesabına istinadla xəbər verir ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edirlər.

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatında 2019-cu il ərzində görülmüş işlərin yekunları, qarşıda duran vəzifələrlə bağlı keçirilən şura iclasında təşkilatın sədri Arif Qasımov hesabat məruzəsi ilə çıxış edib.
Bildirib ki, ölkəmizin bugünkü inkişafında Yeni Azərbaycan Partiyasının böyük xidmətləri var. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu siyasətin nəticəsində ölkəmiz güclü dövlətə çevrilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” və 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamları ilə dövlət orqanlarının üzərinə gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində fəal iştiraklarına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensiallarının üzə çıxarılmasını dəstəkləmək vəzifəsi qoyulub.

Ardını oxu...

Dünən “Duzdağ” otelində Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının icra etdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender həssaslı icrasında vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində həyata keçirilən “Qadın­ların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin rəsmi bağlanış mərasimi olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək muxtar respublikada uğurla aparılan dövlət qadın siyasətinin əhəmiyyətindən, qadınların sahibkarlıq fəaliyyətindən danışıb. Bildirib ki, hazırda Naxçıvanda qeydiyyata alınmış 940 ailə təsərrüfatının 67-si qadınlar tərəfindən idarə olunur. Ailə təsərrüfatlarının yaradılması qadınların məşğulluğunun təmin olunması ilə yanaşı, onların mikro və makro sahibkarlara çevrilməsində əsas faktordur. Hazırda muxtar respublikada qadın sahibkar­ların sayı 6000-dən artıqdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncaq olub.
Tədbiri giriş sözü ilə açan federasiyanın sədri Fazil Ələkbərov yığıncağın gündəliyində duran məsələlərlə bağlı məlumat verib.
Sonra federasiyanın sədr müavini Nəriman Quliyevin 2019-cu ildə görülən işlər və keçirilən yarışlar barədə hesabatı dinlənilib.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov Ali Məclis Sədrinin rəhbərliyi altında muxtar respublikamızda aparılan uğurlu idman siyasətindən danışıb.
Vurğulanıb ki, Gənclər və İdman Nazirliyi 2019-cu il ərzində kütləvi bədən tərbiyəsi və idman sahəsi üzrə 386 tədbir keçirib. Ümumilikdə, muxtar respublikadan kənar yarışlarda 369 medal qazanılıb.

Ardını oxu...

Yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabinetində, Dünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası (ÇXR) hökumətinin elan etdiyi kimi, Çinin Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.

Ardını oxu...

Çindəki epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) martın 28-dək yerinə yetirilən reyslərinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəklər.

Ardını oxu...

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2020-2021-ci tədris ili üçün kursant qəbulunun qaydaları açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, hərbi liseylərdə tədris Azərbaycan dilində olmaqla iki il əyani aparılır.

Ardını oxu...

Artıq “Şərq qapısı” qəzetində dərc olunan, tarixi əhəmiyyətli tədqiqatlar, jurnalist araşdırmaları xarici kütləvi informasiya vasitələri tərəfindən də böyük maraqla qarşılanır, dünya mediasının gündəmində yer alır. Qəzetin İqtisadiyyat və təhlil şöbəsinin müdiri Səbuhi Həsənovun Naxçıvanın tarixi keçmişinə işıq salan araşdırma xarakterli, “60 il sonra yazılan məktub, 90 illik fotoşəkil, bir ömür bitməyən həsrət...” və “Bolşeviklərlə bitməyən mübarizə, Türkiyəyə məcburi gediş, İstanbulda yaşadılan Naxçıvan” sərlövhəli məqalələri (“Şərq qapısı” qəzeti, 8-9 dekabr 2019-cu il) yaxın günlərdə qardaş ölkənin tanınmış, oxunaqlı www.dibace.net saytında da yerləşdirilib. Saytıb redaktoru Türkiyənin tanınmış yazarı, pulisist və başiri Muaz Ergüdür.

Ardını oxu...

Düşünürəm ki, qiymətlərin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir. Azərbaycana gəldikdə, bu il bizim büdcəmizdə neftin bir barrelinin qiyməti 55 dollar nəzərdə tutulub. Lakin indi qiymət xeyli yüksəkdir. Buna görə də düşünürəm ki, əgər hər hansı forsmajor vəziyyət yaranmasa, qiymət 55-65 dollar diapazonunda qalacaq.

Ardını oxu...


Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov  İran İslam Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlıq və bir sıra məsələlər ətrafında səmimi müzakirələr aparılıb.

Ölkəmizin demokratik dəyərlərinə, vətəndaş cəmiyyətinin maraqlarına əsaslanan növbədənkənar parlament seçkilərinə artıq sayılı günlər qalır. Ötən dövrdə keçirilən seçkilərin nəticələri belə deməyə əsas verir ki, budəfəki seçki prosesi də tam şəffaf və obyektiv şəkildə baş tutacaq. Fevralın 9-na təyin olunan seçkilərin demokratik prinsiplər əsasında, seçki qanunvericiliyinə uyğun keçirilməsi üçün hazırda muxtar respublikamızda da lazımi işlər görülür. Yanvar ayının 7-dən etibarən seçkilərlə əlaqədar ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu rəsmi olaraq müşahidə missiyasına başlayıb. Yanvarın 14-də isə həmin müşahidəçi missiyanın üzvlərindən ikisi muxtar respublikamıza gəlib. Səfər çərçivəsində onlar “Şərq qapısı” qəzeti redaksiyasında da olub, muxtar respublikanın bu əsas kütləvi informasiya vasitəsinin əhalinin seçkilərdə mütəşəkkil iştirakı üçün maarifləndirici materialların dərci, seçkiqabağı və seçki günü proseslərinin işıqlandırılması istiqamətində həyata keçirəcəyi işlərlə tanış olublar. Qonaqlar təəssüratlarını bölüşüblər:
ATƏT-in uzunmüddətli müşahidəçisi İnqo Büttner: – Seçki prosesi barədə onu deyə bilərəm ki, yanvarın 14-dən indiyədək Naxçıvanda Mərkəzi Seçki Komissiyasının, medianın və digər təşkilatların nümayəndələri ilə görüşmüşük, seçkilərin ədalətli, şəffaf keçirilməsi üçün yaradılan şəraitlə yaxından tanış olmuşuq. Bu istiqamətdə keçirilən görüşlərdən razıyıq. Bəzi seçki məntəqələrində də müşahidələr aparmışıq, yaradılan şərait Seçki Məcəlləsinə uyğundur. Seçkiqabağı, eləcə də seçki günü görülən işlər barədə məlumatları Bakıdakı missiya mərkəzinə ötürəcəyik və yekun nəticə orada müəyyənləşəcək.
Bildirim ki, mən Naxçıvana ilk dəfədir, gəlirəm. Təəssüf ki, vaxtın qısalığı və işin çoxluğundan, hələlik, buranı doyunca gəzmək imkanım olmayıb. Ancaq buna baxmayaraq, bizə bələdçilik edənlərdən Naxçıvanın tarixi, təbiəti barədə geniş məlumat əldə etmişəm. Qarşılaşdığımız insanlardan çox isti, mehriban münasibət görmüşük. Güman edirəm ki, seçkiyə bir-iki gün qalmış və yaxud da seçkidən sonra görməli yerləri gəzmək, buranın tarixi, mədəniyyəti, mənəvi dəyərləri barədə əyani surətdə bilgilər öyrənmək fürsətimiz olacaq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişi davam edir.
Yanvarın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyini ­ziyarət ediblər.

Ardını oxu...

Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif ixtisaslar üzrə keçirilən toplantılar davam edir.
Yeni tədris ilinə hazırlıq planına uyğun olaraq bölük, batareya komandirləri və müavinləri ilə keçirilən toplantıda zabitlərin döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları və ixtisas hazırlıqları yoxlanılıb.

Ardını oxu...

Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulluğunda Türkiyənin “TRT World” kanalı tərəfindən hazırlanmış “Qara Bağlar: Azərbaycan və Ermənistan müharibələri” (Black Orchards: Azerbaijan and Armenia’s Wars) sənədli filmi nümayiş etdirilib.

Ardını oxu...

Ordubad rayonunun Vənənd kəndində “Ordubad Qənnadı Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyət göstərir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında meyvəçilik aqrar sektorun perspektivli və kənd əhalisinin əsas məşğulluq sahələrindəndir. Ərazinin əlverişli ekoloji mühiti və qədim təsərrüfatçılıq ənənələri burada özünəməxsus dada, keyfiyyətə, əmtəə görünüşünə malik olan, ilin ayrı-ayrı vaxtlarında yetişən müxtəlif meyvə sortlarının yaranmasına və becərilməsinə imkan verib.

Ardını oxu...

Davit Tonoyanın Ermənistan Müdafiə Nazirliyinə rəhbərlik etdiyi dövrdə hərbi hissələrdə qeyri-döyüş şəraitində ölən əsgərlərin sayında durmadan artır.

Siyasi analitik Ehtiram Aşırlı jurnalistlərə bildirib ki, köhnə rejim tərəfindən əsası qoyulan bu ənənə - "dedovşina” bu gün də davam edir. Bu da düşmən ordusunda intihar və özünəqəsd hallarının getdikcə artmasına gətirib çıxarır.

Ardını oxu...

İtaliyanın heyvanlar aləmi, elmi yeniliklər və baş verən maraqlı hadisələr barədə yazan www.amoreaquattrozampe.it saytında Qarabağ atları barədə məlumat verilib.

Ardını oxu...

Türkiyənin zəlzələ baş verən bölgələrindən təxliyə edilən 102 azərbaycanlı tələbə və bir uşaq yanvarın 26-da səhər saatlarından etibarən 3 avtobusla Naxçıvana gətirilib.

Ardını oxu...

Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ baş verən bölgəsindən təxliyəsi davam edir. Elazığ-Naxçıvan marşrutu ilə vətəndaşlarımızı daşıyan birinci avtobus yanvarın 26-da yerli vaxtla saat 06:00 radələrində İğdıra çatıb və oradan Naxçıvana keçib.

Ardını oxu...


Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 28 il ötür.

Ardını oxu...

Ardını oxu...


Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyə edilməsinə başlanılıb.

Ardını oxu...

Bazar ertəsi axşam saatlarında aram-aram yağan qar gecədən xeyli keçmiş sürətlənməyə başlasa da, sübh tezdən zəhmətkeş insanların əməyi sayəsində yol kənarlarında tala-tala gözə dəyirdi. Həyətlərdə qar topu oynayan uşaqların yerə-göyə sığmayan sevincinə səbəb olan, böyüklərinsə ruzi-bərəkət adlandırdığı bu qismən “gecikmiş qonaq”, xüsusilə çölləri, əkilən əraziləri cana gətirəcək əsl bolluq müjdəçisi idi.

Ardını oxu...

Seminar-müşavirəni Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini Əli Qədimov açıb. Komissiyanın baş məsləhətçisi Xəlil Əliyev “Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası” mövzusunda çıxış edərək bildirib ki, Seçki Məcəlləsinin 112-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Qeyd olunub ki, bu haqda şikayət yazılı verilir. Onun yazılı şəkildə verilməsi mümkün deyilsə, müstəsna hallarda şifahi, telefonla və ya elektron poçt vasitəsilə verilə bilər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün 6 noyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin test imtahanları 9-24 yanvar 2020-ci il tarixlərdə keçirilib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na müvafiq olaraq müəllimlərin işə qəbulu üçün elan olunmuş müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi almış, habelə xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış muxtar respublikada yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak ediblər.

Ardını oxu...

Biz Naxçıvan Muxtar Respublikasında seçkilərə hazırlıq barədə uzunmüddətli missiyanı həyata keçiririk. Əsas vəzifəmiz Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkiləri müşahidə etməkdir.

Ardını oxu...

Səudiyyə Ərəbistanı Dünya İqtisadi Forumunun (WEF) Yaxın Şərq sammitinə ev sahibliyi edəcək. “Al Arabia” telekanalı xəbər verir ki, bu barədə Davosda keçirilən iclasda WEF-in prezidenti Borge Brende məlumat verib.

B.Brende qeyd edib ki, WEF-in növbəti Yaxın Şərq sammitinin aprelin 5-6-da Ər-Riyadda keçiriləcəyi nəzərdə tutulur. Onun sözlərinə görə, G20 ölkələri qrupunun katibliyi və onun rəhbərlik etdiyi forumun əsas məqsədi regionda iri sahibkarların fəaliyyətinin daha da genişləndirilməsi və onların qlobal bazarda fəallığının artırılmasıdır.

Eyni zamanda, ötən ilin dekabrında G20 qrupuna sədrlik etməyə başlayan Səudiyyə Ərəbistanı sammitə ev sahibliyi edəcək ilk ərəb ölkəsi olacaq. WEF-in Yaxın Şərq sammitinin mövzusu “Dördüncü Sənaye İnqilabı” olacaq. Sammit çərçivəsində keçiriləcək iclaslarda texnologiya sahəsində yeni nailiyyətlərin sənayeyə, hökumətlərin fəaliyyətinə və vətəndaş cəmiyyətlərinin işinə təsiri olacaq.

Diplomatlar və digər rəsmilər son on ildə G20 qrupunun fəaliyyətində Səudiyyə Ərəbistanının rolunun əhəmiyyətli dərəcədə artdığını vurğulayıblar.

 

 

 

Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Hindistanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavnanın dəvəti ilə bu ölkənin milli bayramı-Respublika Günü münasibətilə Bakıda təşkil edilmiş rəsmi qəbulda iştirak edib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR