23 Dekabr 2024, Bazar ertəsi

Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Dövlət Gömrük Komitəsinin birgə elan etdiyi "Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər" mövzusunda müsabiqənin nəticələri açıqlanıb və qaliblər mükafatlandırılıblar.

 Naxçıvan televiziyasının baş redaktoru Nihad Bayramlı "Nuhçıxan" İnformasiya Agentliyində yayımlanan "Naxçıvanın müasir gömrük xidməti"  başlıqlı yazısı ilə müsabiqədə II yerin qalibi olub.

Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Fondun icraçı direktoru Vüqar Səfərli, komitənin rəhbər vəzifəli şəxsləri, habelə müsabiqənin qalibi olmuş jurnalistlər iştirak ediblər.

Müsabiqəyə ümumilikdə 27 KİV-dən 38 yazı, o cümlədən 3 televiziyadan 4 süjet təqdim edilib. Müsabiqənin şərtlərinə əsasən, qəzet, agentlik və onlayn mediada çalışan jurnalistlərə 6 əsas, 10 həvəsləndirici, eləcə də televiziyalarda çalışan jurnalistlərə isə 3 əsas, 3 həvəsləndirici mükafat verilib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR