Ordubad rayonunun Vənənd kəndində “Ordubad Qənnadı Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyət göstərir.
Ordubadın yerli nemətlərini tanıtmaq və daxili bazarı keyfiyyətli məhsullarla təmin edən müəssisə 2013-cü ildə Vənənd kəndində yaradılıb və 7 ildir ki, fəaliyyətini uğurla davam etdirir.
Məhsul rayon və ətraf kəndlərdən, həmçinin müəssisənin Qoruqlar kəndində yerləşən bağ sahələrindən toplanılır. 13 nəfər işçi ilə fəaliyyət göstərən müəssisədə 150-dək adda məhsul istehsal edilir, Naxçıvan və Bakı şəhərlərində fəaliyyət göstərən Ordubad nemətləri adlı mağazalarda satışa çıxarılır.
Xanım Rüstəmzadə