23 Dekabr 2024, Bazar ertəsi

Biz Naxçıvan Muxtar Respublikasında seçkilərə hazırlıq barədə uzunmüddətli missiyanı həyata keçiririk. Əsas vəzifəmiz Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkiləri müşahidə etməkdir.

 Bu sözləri Naxçıvan bürosuna müsahibəsində ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün muxtar respublikaya təyin olunmuş ATƏT-in uzunmüddətli müşahidə qrupunun rəhbəri İnqo Büttner deyib.

İnqo Büttner qeyd edib ki, Naxçıvanda Mərkəzi Seçki Komissiyasının, medianın, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşür, seçkilərin ədalətli keçirilməsi üçün yaradılan şəraiti öyrənir. O vurğulayıb ki, bu istiqamətdə keçirilən görüşlərin hamısından razı qalıb. Bəzi seçki məntəqələrində olub. Seçki məntəqələrində yaradılan şərait Seçki Məcəlləsinə uyğundur.

İnqo Büttner deyib: “Bura gəlməmişdən əvvəl mənə siyahı təqdim etdilər və bildirdilər ki, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına ezam olunuram. Bu diyara gəlmək məndə böyük maraq oyatdı. Burada olmağımdan çox şadam. Hər yerdə qonaqpərvərliklə qarşılanmışam”.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR