Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Sual: Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə hansı məsuliyyət nəzərdə tutulub?
Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinə 17 mart 2020-ci iltarixli Qanunla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ilə əlaqədar 139-1-ci maddə əlavə edilmişdir. Edilmiş əlavəyə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycana yaz fəsli qədəm qoydu.
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, yazın gəlişi martın 20-si Bakı vaxtı ilə saat 07:49:36-da baş verib.
Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan digər sahələrdə olduğu kimi, elm sahəsində də həmişə öz nailiyyətləri ilə seçilmiş, dünya elminə töhfələri ilə diqqəti cəlb etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyət göstərdiyi dövrlərdə Naxçıvan Muxtar Respublikasında elm və təhsil sahəsində də davamlı inkişaf və dirçəlişə nail olunmuşdur.
Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, xəstəliyin profilaktikası, əhalinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən məlumat portalı (www.koronavirusinfo.az) istifadəyə verilib.
Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb.
Sosial şəbəkədə koronavirus infeksiyasının guya respublikamızda geniş yayılacağı barədə provokasiya xarakterli paylaşımlar edən paytaxt sakininə xəbərdarlıq olunub
Cəmiyyətdə təşvişə səbəb olan koronavirus infeksiyası ilə (COVID-19) ölkəmizdə qabaqlayıcı mübarizə tədbirlərinin gedişi, habelə xəstəliyə yoluxma ehtimalı olan şəxslərin tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ictimaiyyətə mütəmadi olaraq ətraflı məlumatlar verilməsinə, eləcə də sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmaması məqsədilə səlahiyyətli qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirmələrin aparılması tələb edilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən ictimai rəyi çaşdırmaq və əhali arasında təşviş yaratmaq məqsədi güdən məlumatların yayılması hallarına rast gəlinməkdədir.
Martın 19-da Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti iclası keçirilib.
Operativ Qərargahdan verilən məlumata görə, iclasda koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər, tətbiq olunmuş məhdudiyyətlərə nəzarət, xaricdəki Azərbaycan vətəndaşlarının təxliyəsi, karantindəki şəxslərin vəziyyəti, xəstələrin müalicəsi və sair məsələlər müzakirə edilib və yeni qərarlar qəbul olunub.
Bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşmənin iki növü mövcuddur:
1. Apostilin verilməsi 2. Konsul leqallaşdırması
Sənədlərin leqallaşdırılması prosedurunu sadələşdirmək məqsədi ilə 1961-ci ildə Haaqa şəhərində “xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya” imzalanmışdır. Konvensiyanı imzalamış və ona qoşulmuş dövlətlər sənədləri sadə qaydada leqallaşdırmaq hüququ əldə edirlər. Belə leqallaşdırma dövlətin müəyyən etdiyi səlahiyyətli orqanlar tərəfindən sənədlərə apostil vermək yolu ilə həyata keçirilir. Apostil rəsmi sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, həmin şəxsin səlahiyyətini, eləcə də rəsmi sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir.
İki yüz mindən çox yoluxma halı və səkkiz min ölüm hadisəsi. Koronavirusla bağlı son məlumatlar belədir. Ölkələrin bəzilərində COVID-19 hələ də sürətlə yayılır, digərlərində isə azalmağa doğru gedir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru vaksin və müalicə üsulları tapılana qədər vaxt udmaqdan ötrü bütün dövlətləri epidemiya qarşı tədbirlər görməyə çağırıb.
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində koronavirus infeksiyasının dünyada yayılması məsələsinə də toxunub.
Dövlətimizin başçısı koronavirus xəstəliyinin dünya gündəliyinin bir nömrəli məsələsi olduğunu söyləyib. “Artıq Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan edibdir və bəyan edibdir ki, pandemiyanın mərkəzi Avropa məkanıdır. Bu xəstəliyin geniş yayılması onu göstərir ki, hətta inkişaf etmiş ölkələr onun qarşısını ala bilmirlər. Bu xəstəliyə qarşı heç bir dərman, vaksin yoxdur və nə vaxt olacaq, heç kim bilmir. Ona görə bu xəstəliyin məhdudlaşdırılması və yayılmaması üçün biz bəri başdan, ən ilk günlərdən praktik addımlar atmağa başlamışıq”, – deyə Prezident qeyd edib.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Dünya Səhiyyə Təşkilatı yeni növ koronavirusla bağlı (COVID-19) martın 19-na olan vəziyyəti açıqlayıb.
2019-cu ilin dekabrında Çində baş qaldırmış yeni koronavirus artıq 176 ölkəyə yayılıb.
Azərbaycanın Milli aviadaşıyıcısı martın 18-də Azərbaycan vətəndaşlarının Türkiyədən qaytarılması üçün daha bir çarter reysi yerinə yetirib.
Son aylarda Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan mövzu - Milli Məclisə VI çağırış növbədənkənar seçkilərin keçirilməsi söhbətləri artıq arxada qalmışdır. Buna birinci səbəb Azərbaycan Respublikasının müstəqillik tarixində ən çox namizədin iştirak etdiyi deputat seçkilərinin uğurla başa çatmasıdır. Azərbaycan beynəlxalq ictimaiyyətin gözü qarşısında ölkəmizdə çoxpartiyalı əsaslarla azad və demokratik seçkilərin keçirilməsinə nail olmuşdur.
Naxçıvan diyarının əlverişli təbii-coğrafi mühiti qədim Daş dövründən insanların burada məskən salmasına şərait yaratmışdır. Arxeoloji tədqiqatlar zamanı Sabir-Dizə (Ordubad rayonu), Şahtaxtı (Kəngərli rayonu) və Ovçular təpəsi (Şərur rayonu) yaşayış yerlərində Daş dövrünə aid əldə edilmiş maddi mədəniyyət nümunələri Naxçıvanda qədim insanların milyon il bundan əvvəl məskunlaşdığını təsdiq edir. Qazma mağarasındakı tədqiqatlar Paleolit dövrünün orta və son mərhələsində Naxçıvanda həyatın davam etdiyini göstərir. Üst Paleolit dövrü üçün xarakterik əlamətlərin izlənməsi qədim Qazma sakinlərinin qəbilə icmalarının yaranması ərəfəsində olduğunu təsdiq edir.
Naxçıvanda Neolit dövrü e.ə. VII-VI minilliyi əhatə edir. Babək rayonunun Kültəpə kəndində yerləşən I Kültəpə abidəsinin araşdırılması onun Neolit dövründə Cənubi Qafqazın ən qədim yaşayış məskəni olduğunu göstərmişdir. I Kültəpədən aşkar olunan tikinti qalıqları Neolit dövründə insanların dördkünc və dairəvi formalı evlərdə yaşadığını, başlıca olaraq əkinçilik və maldarlıqla məşğul olduğunu göstərir. I Kültəpədən aşkar olunmuş skeletlərin tədqiqi onların antropoloji cəhətdən müasir azərbaycanlılara bənzər olduğunu sübut edir.
Qafqaz Müsəlmanları İdarəsində Qazilər Şurası və səlahiyyətli şəxslərin iştirakı ilə iclas keçirilib.
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, iclasda koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın ölkə üzrə bütün kütləvi tədbirlərin təxirə salınması haqqında qərarına əsasən, məscid və ziyarətgahlarda ibadətlər dayandırılıb.
İclasda dindarların bu qərara əməl etmələri xahiş olunub.
Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş daha 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ qərargahından məlumat verilib.
Ümumdünya Səhiyyə Təşkilatı (DST) insanları koronavirus infeksiyasına yoluxma şübhəsi ilə əlaqədar həkim rəyi olmadan ibuprofen qəbul etməməyə çağırıb.
Beynəlxalq təşkilatın nümayəndəsi Xristian Lindmayer Cenevrədə verdiyi açıqlamada ibuprofenin koronavirusa görə ölüm halları ilə əlaqəsi barədə hələlik elmi tədqiqatların olmadığını bildirib. Lakin o bildirib ki, bu dərman preparatı haqqında səslənən müxtəlif iddialar ehtiyatlı olmağı tələb edir. Ona görə də infeksiya şübhəsi olan insanlara ibuprofen əvəzinə parasetamol verilməsi tövsiyə olunur.
Nazirlər Kabinetində 2020-ci ilin 2 mart tarixində “Naxçıvan Muxtar Respublikasında əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Naxçıvan Muxtar Respublikasında tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 may tarixli 51 nömrəli Qərarının ləğv edilməsi barədə və “Naxçıvan Muxtar Respublikasında əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 mart tarixli 27 nömrəli Qərarının ləğv edilməsi haqqında qərarlar qəbul edilmişdir. Qərar Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, muxtar respublika ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir.
Qəbul edilmiş digər qərarlardan biri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 sentyabr tarixli 158 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi”nə dəyişiklik edilməsi haqqındadır. Sözügedən qərara uyğun olaraq komissiya avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılmasına icazə verir, dövlət əhəmiyyətli yollarda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar qəbul edir, eləcə də, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yol hərəkəti təşkilinin perspektiv proqramlarını və digər məsələləri həyata keçirir.
Nazirlər Kabinetinin 2020-ci il 2 mart tarixli 43 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının cəzaçəkmə müəssisələrində cəzaçəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nda dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən tərtib edilən məcburi müalicə tədbirləri yalnız narkoloji xəstə məhkumların səhhətinin yaxşılaşdırılmasına, həmin xəstəliyin doğurduğu digər fəsadların qarşısının alınmasına, narkoloji xəstə məhkumların normal həyat tərzinə qaytarılmasına və digər şəxslərin hüquqlarının pozulması hallarına yol verilməməsinə yönəldilir.
Bundan başqa, həmin tarixdə Nazirlər Kabinetinin 46 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativlər”i təsdiq edilmişdir. Adıçəkilən qərara görə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ümumi təhsil müəssisəsində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxemi və məbləğləri “Naxçıvan Muxtar Respublikasının dövlət ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2016-cı il 3 avqust tarixli 79 nömrəli Qərarı ilə müəyyən edilir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 7 və 13 mart tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən muxtar respublikaya idxal olunmuş steril və qeyri-steril əlcəklər və tibbi maskalar və respiratorların idxalı cari ilin iyun ayının 1-dək idxal gömrük rüsumundan azad edilmişdir. Digər dəyişikliyə görə reaktiv mühərrik yanacaqlarının idxal gömrük rüsumlarının dərəcələrində dəyişiklik olunmuşdur.
Qəbul edilmiş digər bir qərara görə “Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 3 may tarixli 46 nömrəli və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2016-cı il 22 avqust tarixli 81 nömrəli qərarlarında dəyişikliklər edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 mart tarixli 57 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumtəhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nda dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən müəllimlər diplom üzrə ixtisaslarına uyğun qiymətləndirilmədə iştirak edə bilərlər. Müvafiq ixtisaslı pedaqoji kadr çatışmazlığı səbəbindən müəllimə qiymətləndirilmədən keçdiyi ixtisas üzrə, eləcə də məzmun və mahiyyət etibarilə yaxın fənlər üzrə dərs saatları verilərsə, bu zaman əməkhaqqı artımı bütün dərs saatlarına şamil olunur.
Nazirlər Kabinetinin 2020-ci il 13 mart tarixli 53 nömrəli Qərarı ilə Naxçıvan Muxtar Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri təsdiq edilmişdir. Qərara əsasən bir sıra spirtli və energetik içkilər və siqaretlərin idxalına görə ödənilən aksizin müəyyən hissəsinin icbari tibbi sığorta fonduna ödənilməsi müəyyən edilmişdir.
Bundan başqa, Nazirlər Kabinetinin 13 mart tarixli 55 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında ümumtəhsil müəssisələrinin psixoloq ştat sayının müəyyən edilməsi haqqında” Qərar qəbul olunmuş və “Ümumtəhsil məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 22 avqust tarixli 81 nömrəli Qərarında dəyişiklik edilmişdir.
Ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, martın 17-də Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda koronavirus epidemiyası ilə bağlı ölkədəki vəziyyət və hadisələrin mümkün inkişafı variantları, müxtəlif variantlarda hansı tədbirlərin görüləcəyi müzakirə olunub.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi tədbirləri davam etdirilir.
Nazirlər Kabineti yanında operativ qərargahdan bildiriblər ki, bu məqsədlə martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılır.
Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.
Prezident İlham Əliyev dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: “Dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində respublikada çoxşaxəli işlər görülməkdədir. Müasir dövrün çağırışlarından biri kimi, dövlət orqanları və qurumlarının fəaliyyətinin səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsi sisteminin mərhələlərlə işlənməsi və tətbiqi dövlətimizin diqqət mərkəzindədir.
Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti ilə bağlı vətəndaşların müraciət və sorğularının operativ şəkildə cavablandırılması üçün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətində 16-58 qısa nömrəli “Qaynar xətt” xidməti fəaliyyətə başlayıb.
DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, sabit telefon şəbəkəsinin abunəçiləri üçün yığım qaydası, Bakı şəhəri üzrə - 16-58, bölgələr üzrə - 012-16-58, mobil telefon şəbəkələrinin abunəçiləri üçün - 16-58 təyin edilib.
Hər bahar gələndə… Təbiətin ilıq nəfəsini duyan kimi anası torpağın qoynundan sıyrılıb çıxan yaşıl çəmən tarlaları, düzləri bu rəngə boyayanda, əlvan güllər-çiçəklərsə bu yaşıla öz çalarları ilə başqa bir gözəllik qatanda, ağacların budaqlarında düyməciklər bir andaca partlayıb başına ağappaq kəlağayı salanda Bahar xanım xatırlanır. Şərur rayonunun Aralıq kəndində 1927-ci il martın 17-də – baharın astanasındaca doğulan, baharı sevən, həyatı baharla bağlı olan, bahar çiçəklərindən rənd alan ağ kəlağayısı ilə həmişə xatirələrimizdə canlanan, Azərbaycan qadınına məxsus qüruru ilə seçilən Bahar xanım. Ömrünün 33-cü baharında SSRİ Ali Soveti Rəyasət Heyətinin 1960-cı il 7 mart tarixli Fərmanı ilə SSRİ-nin ən yüksək fəxri adına – Sosialist Əməyi Qəhrəmanı adına, Lenin ordeni və “Oraq və çəkic” qızıl medalına layiq görülən ilk naxçıvanlı qadın olan Bahar xanım.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Xalqımızın pak ruhundan od alan ocağımız gur yansın, süfrələrimizdən ruzi-bərəkət əskik olmasın
Xalqımızın çoxəsrlik milli-mənəvi dəyərlərini, mədəniyyətini özündə əks etdirən Novruz bayramı çox qədim tarixə malikdir. Baharın gəlişini – varlığın canlanmasını, ana təbiətin “dirilmə”sini yeni ilin, yeni günün başlayacağını müjdələyən Novruza xalqımız Kiçik çillə çıxdıqdan sonra, bayrama bir ay qalmış hazırlaşmağa başlayır. Ev-eşikdə, həyət-bacada səliqə-sahman işləri görülür, arxlar, çay kənarları təmizlənir, əkiləcək toxumlar saf-çürük edilir, çərşənbə tonqalları üçün çır-çırpı, odun yığılıb saxlanılır.
Koronavirus təhlükəsi nəinki ölkə vətəndaşlarını, bütövlükdə dünya ictimaiyyətini narahat edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aidiyyəti dövlət orqanları, o cümlədən TƏBİB, Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə koronavirusun yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı və profilaktik tədbirlər, eləcə də virusa yoluxmuş və karantinə alınmış şəxslərin sayı, onların müalicəsi və görülmüş işlər barədə mütəmadi olaraq ictimaiyyətə məlumat verilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri və ayrı-ayrı sosial şəbəkə istifadəçiləri Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun xəbərdarlıqlarından nəticə çıxarmayaraq, həqiqəti əks etdirməyən və cəmiyyətdə süni ajiotaj yaratmağa hesablanmış şayiələr yayırlar.
Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində 212 yaşayış məntəqəsinin adı dəyişdirilərək erməniləşdirilib.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Geodeziya və Kartoqrafiya MMC”nin direktor müavini Müqabil Bayramov deyib.
İstedadlı, yaradıcı tədqiqatçı olmağın kökündə qüdrətli əmək,fədakar zəhmət,zəkalı elm-təhsil, prinsipiallıq kimi davamlı, səmərəli yaradıcılıq anlayışları dayansa da o, həm də böyük Allah vergisidir. Bəxtiyar Əsgərovu mən dərs dediyim illərdən tanıdığım üçün, “istedad-yaradıcılıq” anlayışının, adlarını çəkdiyim fədakarlıq,əmək-zəhmət-prinsipiallıq və məsuliyyət hissindən savayı onun tanrı vergisi olduğuna bir daha inandım, şəkkim-şübhəm qalmadı. Zəhmət-əmək-məsuliyyət hissi o zaman daha qüvvətli,cəlbedici, daha səviyyəli sayılır ki, o, müasir tələb və prinsiplərə uyğun yaradıcı xarakteri ilə fərqlənir. Mən bunu,hələ on beş il əvvəl gənc tədqiqatçı alim Bəxtiyar Əsgərovun yaradıcılıq fəaliyyətində yarım əsrdən artıq elmi sahədə çalışan insan kimi daha dəqiq,aydın hiss etdim. Həm də dərs dediyim illərdən yaxşı tanıdığım üçün deyə bilərəm ki, o, Bakı Dövlət Universitetinin filologiya fakültəsini həm bakalavr,həm magistratura,həm də aspirantura pillələrini əyani şöbədə uğurla başa vurdu. İş elə gətirdi ki, onun filologiya üzrə fəlsəfə doktoru dissertasiya işinin elmi rəhbəri mən oldum. O, XX əsrin böyük nasiri, şairi, dramaturqu, ictimai-siyasi xadimi M. S. Ordubadinin yaradıcılığından mövzu götürmüşdü,onun dramaturgiyasından yazırdı. Bu da faktdır ki, böyük ustad M. S. Ordubadidən çox yazılıb. Onun böyük yazıçı portretini elmi cəhətdən əsaslandıran səviyyəli tədqiqat işləri görülüb. Bu sahədə böyük alim Yavuz Axundovun xidmətləri əvəzolunmazdır. Bəxtiyar Əsgərovun yenidən M. S. Ordubadi mövzusuna qayıtması, onun dram yaradıcılığını mövzu kimi götürməsi böyük cəsarət və müasir ədəbiyyatşünaslıq elmi üçün,doğrudan,yenilik idi. Belə ki, M. S. Ordubadinin səkkiz cildlik “Əsərləri”ndə onun cəmi 6 dram əsəri olduğu göstərilir. Bəxtiyar Əsgərov isə müntəzəm olaraq M. S. Ordubadi arxivini onun əlyazmalarından izləyərək,əksəriyyəti hələ də çap üzü görməyən otuza qədər irili-xırdalı pyesini-dramatik libretto mətnlərini də üzə çıxartdı, hər biri haqda elmi-nəzəri səviyyəli mülahizələr söylədi; bir növ M. S. Ordubadi irsinin tamamlanması üçün elmi fəaliyyətini əsirgəmədi. Bununla yanaşı haqsız süründürməçiliyə,təxribatlara məruz qaldı,get-gələ salındı,yerli-yersiz, lüzumsuz iradlarla üzləşdi. Yolundan, səmərəli tədqiqatçılıq fəaliyyətindən dönmədi,sınmadı, yeni dəlil,əldə etdiyi elmi nəticə və faktlarla haqlı olduğunu sübut edə bildi. Bu əsl elm, yaradıcılıq prinsipiallığı, böyük məsuliyyət hissi idi. Maraqlısı odur ki, Bəxtiyar Əsgərov bundan sonra da “dinc” durmadı. Səmərəli və yorulmaz tədqiqatçılıq fəaliyyətini uğurla davam etdirərək elmi-nəzəri tələblərə cavab verən yeni tədqiqat əsəri ilə müasir ədəbiyyatşünaslığa töhfə verdi. “Azərbaycan tarixi romanlarında gerçəklik və bədii təxəyyül” adlanan ikinci tədqiqat əsəri-filologiya elmləri doktorluğu dissertasiya işində öz obyekti-mövzu dairəsi ilə olduqca geniş, əhatəli və təxminən iki əsrin tarixi roman janrının inkişaf xətləri və meylləri ilə bağlı olan araşdırmasını ortaya qoydu. Təxminən üç yüz səhifəlik bu elmi əsər dörd fəsildə işlənmişdir. Mövzunun aktualliği, əhatəliliyi və genişliyi, həmçinin internet materiallarını nəzərə almasaq, iki yüz qırx altı adda elmi ədəbiyyat siyahısı belə bir fikir deməyə imkan verir ki, tıdqiqatçı son dərəcə vacib, zəruri, eyni zamanda çətin bir mövzuya girişmiş və onu əsasən müasir elmi tələblərə cavab verə biləcək bir səviyyədə həll edə bilmişdir. Təxminən iki əsrdə (XIX-XX əsrlər) yaranan, say etibarilə o qədər də az olmayan, çoxsaylı yazıçılar və tarixi romanların bağlı olduğu, ərsəyə gəldiyi zamanın, dövrün ictimai münasibətlərinin psixologiyasını qarışıq salmadan ümumiləşdirib elmi həqiqət şəklində təqdim etmək,heç şübhəsiz,böyük əməyin, böyük məsuliyyət hissinin, müasir ədəbiyyatşünaslıq elminin tələb və prinsiplərinə ciddi riayət etməyin nəticəsində mümkün olmuşdur. Bunları qeyd etməkdə məqsədimiz sözügedən elmi tədqiqat əsərini tam genişliyi ilə təhlil etmək deyil. Bununla yanaşı,belə bir ciddi elmi tədqiqatın bəzi ümumi məziyyətlərindən danışmağı məsləhət bildik. İndiyədək həm ayri-ayri tarixi roman müəllifləri; məsələn,M. S. Ordubadi, Y. V. Çəmənzəminli, Mir Cəlal, M. Hüseyn, M. İbrahimov, İ. Şıxlı, İ. Muğanna, F. Kərimzadə,Ə. Cəfərzadə və s. haqda geniş tədqiqat işləri aparılıb, həm də “yazıçı və tarix” mövzusunda elmi əsərlər yazılıb, Azərbaycan ədəbiyyatı tarixində geniş yer tutan “Dumanlı Təbriz”, “Qılınc və qələm”, “Yolumuz hayanadı”, “Pərvanə”, “Məşhər”, “Dəli Kür”, “Qan içində” və s. əsərlər haqda səviyyəli mülahizələr deyilmişdir. Əvvələn,adını çəkdiyimiz tədqiqat əsəri əhatə dairəsinə və çoxsaylı tarixi romanlar və yazıçılarla bağlı olduğu üçün dörd fəslin hər biri ayrıca tədqiqat mövzusu kimi götürülə və işlənə bilərdi... Digər tərəfdən, Azərbaycan ədəbiyyatşünaslığında tarix və tarixi bədii nəsr –xüsusilə tarixi romanlar haqda çox yazılıb, özü də geniş tədqiqat işləri görülüb. Bu da faktdır ki, ədəbiyyatşünaslıqda “yazıçı və tarix” mövzusunda yazılan əksər əsərlər düzgün olaraq “tarixdə insan və insanda tarix” faktı kontekstində tədqiqata cəlb olunub. Bununla yanaşı, tədqiqatçılığın başqa yaradıcılıq sahələrinə nisbətən tarixi mövzulara münasibətin nisbətən ləng inkişaf etdiyi, hətta tarixi mövzuda əsər yazmağın son dərəcə çətin, böyük zəhmət tələb etdiyi göstərilməklə, tarixi romanlardan yazmağın daha çətin olduğu qeyd edilib. Onda bəs nə üçün Bəxtiyar Əsgərovun bu sahəyə yenidən müraciət etməsi elmi ictimaiyyətin diqqətini bu qədər cəlb edir? Əvvəla,Bəxtiyar Əsgərovun qeyd etdiyimiz belə bir mövzuya girişməsi böyük bir cəsarət idi. Əsəri oxuduqca ona çəkilən zəhmət insanı,həqiqətən,valeh edir. Böyük ustad,alim-yazıçıların “yazıçı və tarix” kəlamları yada düşür. “Tarixdə insan, insanda tarix” faktı haqda yenidən düşünməyə məcbur olursan. İlk yada düşən tarixi romanlarda bəhs olunan zamanı, həmin şəraitdə formalaşan insanların psixologiyasını axtarmaq, görmək istəyirsən. Bəxtiyar Əsgərov bəhs etdiyi tarixi romanlarda bu fakta xüsusi diqqət yetirmiş, tarixçi kimi yalnız qabarıq hadisə, əhvalat və vəziyyətləri yox, yazıçı kimi zamanın psixologiyasının necə araşdırılmasını, bununla da “yazıçı və tarix” faktına aydınlıq gətirməyi elmi cəhətdən əsaslandırmağa çalışmışdır.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Tədris və beynəlxalq əlaqələr şöbəsinin müdiri Səfər Aşurov və həmin şöbənin əməkdaşları Naxçıvan Muxtar Respublikasında elmi ezamiyyətdə olublar.
AMEA-dan bildirilib ki, ezamiyyətin məqsədi Böyük Britaniyadan ölkəmizə səfər edən arxeozoologiya üzrə mütəxəssis, London Arxeologiya İnstitutunun elmi əməkdaşı Qvendolin Maurer tərəfindən 2009-2015-ci illərdə I Maxta yaşayış yerində aparılan qazıntılar zamanı əldə edilən heyvan sümüklərinin elmi təhlilinin aparılması olub.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Ayqepar, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Füzuli rayonunun Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində Azərbaycan və Türkiyə arasında qarşılıqlı razılıq əsasında sərnişinlərin hava və quru yolu ilə səfərlərinin müvəqqəti olaraq dayandırılmasından sonra Türkiyədə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi üçün bu gün Türk Hava Yolları və Azərbaycan Hava Yollarının İstanbul-Bakı istiqaməti üzrə uçuşları həyata keçirilib.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq. Həmin strukturlar bunlardır:
Koronavirus infeksiyası (COVID-19) ilə mübarizə sahəsində alış-veriş mərkəzlərinin fəaliyyətinə dair qaydalar açıqlanıb.
Bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN-a bildiriblər ki, koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq.
Həmin strukturlar bunlardır:
•Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
• Azərbaycan Respubikasının Nazirlər Kabineti
• Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri)
• Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)
• Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
• Azərbaycan Respublikasının Baş Prokurorluğu
• Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
• Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti
• Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
• Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
• Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
• Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
• Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
• Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
• Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
• Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
• Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
• Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
• Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
• Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
• Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları
• Azərbaycan Respublikasının Mərkəzi Bankı
• “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
• “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
• “Azəriqaz” İstehsalat Birliyi
• “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
• Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)
• “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
Siyahıda qeyd olunan strukturlardan başqa gündəlik həyat təminatı əhəmiyyətı olan digər qurumların Novruz bayramı günlərində iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda əlavə məlumat veriləcək.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus (COVID-19) infeksiyasının qlobal xarakterli pandemiya elan olunduğu nəzərə alınaraq, COVID-19 virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində 15 mart tarixindən etibarən “Azərbaycan Hava Yolları”nın Bakı-Paris-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Nursultan-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Almatı-Bakı istiqamətləri üzrə uçuşları müvəqqəti olaraq dayandırılır. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
“Operativ Qərargahın 2020-ci il 12 mart tarixli məlumatına əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının səfirlik və baş konsulluqları tərəfindən ölkəyə giriş vizalarının rəsmiləşdirilməsi müvəqqəti olaraq məhdudlaşdırılmış əsasda veriləcək”, - deyə məlumatda qeyd edilir.
Azərbaycan Ordusunda valideyn görüşləri dayandırılıb.
Bu barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirədə tapşırıq verib.
Moskva müqaviləsi Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi yolunda imzalanan çox mühüm sənəddir.
Azərbaycanın bölgələri içərisində yalnız Naxçıvan müasir tariximizdə muxtar qurum kimi ayrılmışdır. Bunun əsas səbəbi Naxçıvan diyarının 1918-1920-ci illərdə düşdüyü hərbi-siyasi vəziyyətdir. Muxtariyyət statusunu rəsmiləşdirən isə Moskva müqaviləsidir. Moskva müqaviləsi 1921-ci il martın 16-da “Dostluq və qardaşlıq müqaviləsi” adı ilə Türkiyə ilə Rusiya arasında bağlanmışdır.
Naxçıvan Türk dünyasını bir-birinə bağlayan koridor və əlaqələri təmin edən körpü vəzifəsini icra edir. Məhz bu baxımdan XX əsrin əvvəllərində “Türk qapısı”nı aradan qaldırmağa çalışan böyük güclər ermənilərə hərtərəfli hərbi və maddi yardım göstərərək bölgədəki türk izlərini silməyə çalışmışlar.
Hər dəfə Şahbuzdan, onun gözəlliklərindən söhbət düşəndə, heç şübhəsiz, dağların qoynunda səngərlənmiş, tarixi keçmişi və bugünkü inkişafı ilə hamının marağını çəkən iri kəndlərin adları ilk sırada gəlir. Biçənək, Ağbulaq, Kükü, Keçili, Badamlı, Nursu… İlin istənilən vaxtında Şahbuza gəldiyimizdə, sanki bir-birinə arxa-dayaq kimi səf tutmuş sərkərdə dağların zirvəsinə doğru qıvrılaraq aparan yollar boyunca yerləşən bu kəndlər haqqında qonaqlarımıza ağızdolusu danışacağımız hekayələr vardır.
“Şərəfli zabit həyatı yaşayaraq gələcək nəsillərə örnək olmaq arzusu bu gün hər bir kursantın həyat amalına çevrilib. Hər bir gənc Heydər Əliyev adına Hərbi Liseydə təhsil aldığına görə fəxr hissi ilə özünü əsl Vətən müdafiəçisi hesab edir. Hazırda liseyin 3 mindən çox məzunu müxtəlif qoşun növlərində şərəflə xidmət edir”. Bu fikirlər Heydər Əliyev adına Hərbi Liseyin yaranmasının 22-ci ildönümü münasibətilə keçirilən tədbirdə vurğulanıb.
Türkiyə koronavirus infeksiyasının daha çox yayıldığı ölkələrlə mülki uçuşları dayandırır.
Martın 13-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya arasında telefon danışığı olub.
Sosial şəbəkələrdə və “WhatsApp” ani mesajlaşma əlavələri vasitəsilə koronavirus infeksiyasının yayılmasına yol verməmək üçün Bakı şəhərində ərzaq mağazalarının bağlanacağı və onların iş rejiminə ciddi fasilələr tətbiq olunacağı barədə səs yazısı yayılır.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Martın 13-də Azərbaycan Milli Məclisinin 2020-ci il yaz sessiyasının iclası keçirilir.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.
Apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,65% artaraq 1,85 ABŞ dolları təşkil edib.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.
Müdafiə Nazirliyinin saytına istinadən xəbər veririk ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonunun Berkaber, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Acarlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.