Ümumdünya Səhiyyə Təşkilatı (DST) insanları koronavirus infeksiyasına yoluxma şübhəsi ilə əlaqədar həkim rəyi olmadan ibuprofen qəbul etməməyə çağırıb.
Beynəlxalq təşkilatın nümayəndəsi Xristian Lindmayer Cenevrədə verdiyi açıqlamada ibuprofenin koronavirusa görə ölüm halları ilə əlaqəsi barədə hələlik elmi tədqiqatların olmadığını bildirib. Lakin o bildirib ki, bu dərman preparatı haqqında səslənən müxtəlif iddialar ehtiyatlı olmağı tələb edir. Ona görə də infeksiya şübhəsi olan insanlara ibuprofen əvəzinə parasetamol verilməsi tövsiyə olunur.
Qeyd edək ki, Fransanın Səhiyyə naziri ötən həftəsonu əhalini ibuprofen kimi qeyri-steroid iltihab əleyhinə preparatlardan (NSAR) uzaq durmağa çağırıb. Həmin maddələr qrupuna ibuprofenlə yanaşı, asetilsalisilli turşu (ASS, kütləvi satışda aspirin adı ilə tanınır) və diklofenak da daxildir. Tibb üzrə ixtisaslaşmış “Lanset“ dərgisində yer alan bir araşdırmada ibuprofenin arzuolunmaz təsirindən bəhs olunur, lakin məqalə müəlliflərinin istinad etdiyi araşdırmada testlərin sayı olduqca azdır.
Almaniyanın Tropik Təbabət üzrə Bernhard-Noxt İnstitutunun viroloqu Yonas Şmidt-Xanazit ASS və ibuprofenin COVID-19 infeksiyasına qarşı həqiqətən də kömək etmdiyini təsdiqləyib. O bildirib ki, ibuprofen qan laxtalanmasının qarşısını alan maddə kimi yoluxma halında daxili qanaxmalara yol aça bilər. Bu ehtimal parasetamolda yoxdur.
Artıq bir sıra ölkələrdə apteklərdə ibuprofenin sərbəst satışı dayandırılıb və yalnız resept əsasında təqdim olunur. Hazırda kifayət qədər elmi araşdırmaların olmadığını nəzərə alaraq, ÜST rəsmiləri koronavirusla əlaqədar yalnız həkim məsləhəti əsasında ibuprofen preparatından istifadəni tövsiyə edirlər.