Türkiyə koronavirus infeksiyasının daha çox yayıldığı ölkələrlə mülki uçuşları dayandırır.
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan məlumat verib. Nazir bildirib ki, yeni qadağa siyahısına Almaniya, Fransa, İspaniya, Norveç, Danimarka, Belçika, Avstriya, İsveç və Niderland daxildir. Türkiyə bu ölkələrlə uçuşları martın 14-dən aprelin 17-dək qadağan edib.
Səhiyyə naziri Fahrettin Kocanın məlumatına görə, artıq ölkədə beş nəfər virus daşıyıcısı aşkarlanıb. Virusu tutan şəxs Almaniyadan yeni qayıdıb və ətrafındakı şəxsləri də yoluxdurub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri