23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanın Milli aviadaşıyıcısı martın 18-də Azərbaycan vətəndaşlarının Türkiyədən qaytarılması üçün daha bir çarter reysi yerinə yetirib.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən bildirilib ki, AZAL Antalya-Bakı reysi ilə 107 nəfər sərnişini vətənə gətirib. Bu təyyarə ilə Türkiyənin üç şəhəri - Antalya, Alanya və İzmirdə qalmış Azərbaycan vətəndaşları qayıda biliblər.

Daha əvvəl Türkiyədən beş çarter reysi ilə 1098 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR