Milli Məclisə fevralın 9-na təyin olunan növbədənkənar seçkilərlə əlaqədar müraciət edən 2431 nəfərdən 1623-ün deputatlığa namizədliyi qeydə alınıb.
Milli Məclisə fevralın 9-na təyin olunan növbədənkənar seçkilərlə əlaqədar müraciət edən 2431 nəfərdən 1623-ün deputatlığa namizədliyi qeydə alınıb.
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir açıq elan edildikdən sonra torpaqlarımız uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar günü xalqımızın öz azadlığı,suverenliyi uğrunda apardığı mübarizə tarixinin şərəfli bir səhifəsidir. Azərbaycan xalqının qəhrəmanlıq,mübarizlik tarixi kimi yaddaşlara həkk olunmuşdur. 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş bu mənfur cinayət əməli,əslində,bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş açıq,dəhşətli terror aktı idi".- deyən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov 20 yanvar hadisələri ilə bağlı ərtaflı çıxış edib. Bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə danışan daimi nümayəndəliyin rəhbəri bildirib ki, Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm də unudulmaz qəhrəmanlıq səhifəsi kimi yaşayıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet hakimiyyətinin qəddar rəhbərlərinin əmri ilə, qana susamış Sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridilmiş, tanklar və digər ağır hərbi texnikadan istifadə edilməklə, dinc əhali atəşə məruz qoyulmuş, silahsız mülki şəxslər, o cümlədən uşaqlar, qadınlar və yaşlı insanlar hərbi gəmilərlə gətirilmiş desant qrupları tərəfindən amansızcasına öldürülmüşdür. Bütün bunlar beynəlxalq hüquq normalarının, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının, fundamental insan hüquqlarının kobudcasına pozulması, ayaqlar altına atılması demək idi. 1990-cı il 20 yanvar hadisələrində doğma yurdunun müstəqilliyi, azadlığı və öz hüquqları uğrunda müdafiəyə qalxmış Azərbaycan xalqına qarşı, əslində, insanlıq əleyhinə qatı cinayət törədilmişdir-desək, daha doğru olar. Bütün bunlara baxmayaraq, bu qanlı cinayət aktı, qəlbi müstəqillik həsrəti ilə döyünən vətəndaşlarımızın, insanların azadlıq eşqini söndürə bilmədi və xalqımız canı, qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşdu.
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov “Azərbaycan Respublikası Prezidentinin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb.
(Əvvəli qəzetin 16 yanvar tarixli nömrəsində)
… Ermənilərin iddiaları böyükdür. Bəzən düşünürsən ki, bu iddiaları başa düşmək üçün onlar kimi düşünmək lazımdır. Düşünə bilmirsənsə, özünü buna məcbur etməlisən. Heç olmasa bir anlıq. Məsələn, onlar bütün dünyaya car çəkirlər ki, “seçilmiş millətdirlər”. Elə bu “seçilmiş olmaları” səbəbindən Tanrı onları Nuh tufanı ilə sınağa çəkib və ermənilər bu sınaqdan uğurla çıxaraq əzmli bir xalq olduqlarını ortaya qoyublar. İkinci sınaqları isə onların “soyqırıma məruz qalmalarıdır” və bu “hadisə”dən sonra da onlar həyatda qalmağı bacarıblar. Birinci sınaqda səbəb tufandırsa, ikinci sınaqda səbəb türklərdir. Bu üzdəniraq millətə görə, onlara “dənizdən-dənizə Böyük Ermənistan” qurmaq üçün torpaqlar vəd edilib (?!). Ona görə də hər bir erməni nəfəs aldığı müddətcə bu mübarizəni davam etdirməlidir. Belə xəstəliyə yoluxmuş millət torpağa, geyimə, mətbəxə, ümumiyyətlə, hər şeyə iddia edir. Məsələn, təxminən, bir ay bundan əvvəl Ermənistanda türkcə yayımlanan “Western Armenian” telekanalı Türkiyənin İqdır vilayətini Qərbi Ermənistan şəhəri kimi təqdim etmişdi. İqdırda yaşayan əhalinin böyük hiddətinə səbəb olan bu hadisəyə Türkiyə Azərbaycan Dostluq Dərnəkləri və Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyi tərəfindən sərt reaksiya verilmişdi. Yaxud qonşu Gürcüstanda Samsxe-Cavaxetiya və Abxaziya bölgələrinə də ermənilər zaman-zaman torpaq iddiası irəli sürürlər. Rusiya Federasiyasının Krasnodar və Stavropol vilayətlərinə də iddialar ara-sıra mətbuatda öz əksini tapıb. Yaxud başqa misal: ermənilərə görə, Nuh Peyğəmbər quruya çıxdıqdan sonra ilk üzüm kolunu becərib və ondan ilk şərabı hazırlayıb, buna görə də üzüm və şərab ermənilərə aiddir və onların əli ilə bütün dünyaya yayılıb. Və yaxud ərik. Bu xəstə təxəyyüllü millətə görə, ilk əriyi ermənilər yetişdirib. Rusdilli Vikipediyanı zəbt etmiş ermənilər yazırlar ki, ərik bizdən Avropa və Asiyaya yayılıb. Bu meyvənin narıncı rəngdə olması bizim bayrağımızda da əks olunub. Çünki həmin narıncı rəng bizim “zəhmətkeş, bolluq torpaqlara malik olduğumuzu” göstərir. Buna görə ərik milli simvolumuzdur.
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2019-cu ildə fəaliyyətinin yekunları haqqında keçirilən iclasda çıxış edən xidmətin rəisi Bəxtiyar İsmayılov bildirib ki, uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil, səhiyyə müəssisələrinin yerli məhsullarla təmin olunmasına, alınan qida məhsullarının keyfiyyətinə müntəzəm nəzarət edilib. Belə ki, 68 məktəbin bufetində, 10 təhsil müəssisəsinin bufet və yeməkxanasında və 19 məktəbəqədər tərbiyə müəssisəsinin yeməkxanasında monitorinqlər, 16 səhiyyə müəssisəsinin yeməkxanasında yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılıb, aşkar olunmuş nöqsanlar aradan qaldırılıb. Təhsil və məktəbəqədər tərbiyə müəssisələri üçün hazırlanmış 59 yemək menyusu xidmət ilə razılaşdırılıb. Məktəbli və tələbə geyim formaları istehsal edən 4 təsərrüfat subyektində istifadə olunan parçaların keyfiyyət göstəriciləri yoxlanılıb və müvafiq məhsullar sertifikatlaşdırılıb. Muxtar respublikada fəaliyyət göstərən məktəbli yarmarkalarında satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarət üzrə monitorinqlər aparılıb və 23 halda məktəbli ləvazimatları sertifikatlaşdırılıb.
Qış tüğyan edib bəndi-bərəni bağlamış, böyük çillənin ortalarında yağan qar artıq bütün cığırları tutmuşdu. Şaxtanın iliyə işlədiyi, gediş-gəlişin çətin olduğu Kərki bu çətinliklərlə bərabər, erməni quldurlarının hücumuna da məruz qalmışdı. Kərkililər dizə çatan qarın içində öz sinələrini düşmənə sipər edib yurd yerlərini qoruyurdular. Onların ürəyini göynədən, yuxularını ərşə çəkən isə təkcə qonşularının xəyanəti, gözlənilməz hücumu deyildi. Ölkəyə, respublikaya başçılıq edən səriştəsiz rəhbərlərin soyuqqanlılıqla mənfur düşmənin millətimizə divan tutmasına rəvac vermələri idi.
Yanvarın 16-da Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasında ötən ilin yekunları və qarşıya qoyulan vəzifələrlə bağlı yığıncaq olmuşdur.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov yığıncaqda çıxış edərək demişdir ki, muxtar respublikada idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə yaradılan idman federasiyaları, eləcə də yeni tikilən və ya əsaslı təmir olunan idman obyektləri idmanın inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Mövcud idman infrastrukturu gənclərin idmana olan marağını artırır, istedadlı idmançıların yetişməsini təmin edir. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası 18 il bundan əvvəl – 2002-ci ildə yaradılmışdır. Ötən müddət ərzində federasiya tərəfindən güləş idman növlərini inkişaf etdirmək, kütləviliyə nail olmaq sahəsində bir sıra işlər görülmüşdür. Federasiyada yunan-roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə bölmələr yaradılmış və bu bölmələrdə, ümumilikdə, 101 qrupda 1485 idmançı güləş idman növləri üzrə məşğələlərdə iştirak edirlər. 2019-cu ildə Güləş Federasiyası tərəfindən muxtar respublika, şəhər, rayon birincilikləri və çempionatları təşkil olunmuş, yarışların qaliblərinə diplom və hədiyyələr verilmişdir. Həmçinin idmançıların müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakları təmin edilmişdir. Ötən il Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançıları 7 beynəlxalq, 3 respublika turniri, 11 Azərbaycan birinciliyi, 35 Naxçıvan Muxtar Respublika və rayon birinciliklərində, Azərbaycan milli və dövlət bayramları ilə əlaqədar birinciliklərdə iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə 2020-ci ilin ilk ayının əmək pensiyalarının ödənişi vaxtından əvvəl maliyyələşdirilib. Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, təyin olunan əmək pensiyalarının ödənişi plastik kartlar vasitəsi ilə pensiyaçılara çatdırılıb. Muxtar respublika kəndlərində yaşayan əmək pensiyaçıları isə bununla yanaşı, yaşadığı ərazidə yerləşən poçt bölmələri vasitəsilə də pensiyalarını əldə ediblər. Eyni zamanda, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi üçün müvafiq işlər görülüb. Həmin şəxslərin hesablarına və ya poçt ünvanlarına vəsaitin köçürülməsi təmin edilib.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb. Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 16-da Ağdam rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən verilən məlumata görə,muxtar respublikada 2020-ci ilin ilk ayı üçün əmək pensiyalarının ödənişi vaxtından əvvəl maliyyələşdirilmişdir.
Azərbaycan ordusunun güclənməsi, dünyanın ən güclü orduları sırasında yer alması Ermənistan hərbi-siyasi rəhbərliyini narahat edir.
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı idarə heyətinin iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.
İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev açaraq 2019-cu ildə muxtar respublika məhkəmələri tərəfindən vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, ötən il də Naxçıvan Muxtar Rеspublikasında hüquq institutlarının inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, rayonlarda vətəndaşların qəbulu həyata keçirilib, eləcə də qаnunvеriciliyə еdilən əlаvələr və dəyişikliklər barədə müntəzəm olaraq əhali аrаsındа hüquqi təbliğat və izahat işləri aparılıb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 yanvar tarixli 5 nömrəli Qərarı ilə “Aqrar Sığorta Fondunun Nizamnaməsi” təsdiq edilmişdir. Fondun yaradılmasında məqsəd aqrar sığorta sisteminin təşkilini, inkişafını, dayanıqlılığını və fasiləsiz fəaliyyətini təmin etməkdən ibarətdir.
13 il bundan əvvəl – 2007-ci ilin dekabr ayında erməni yeparxiyası tərəfindən Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Novo-Naxiçevanskaya Armyanskaya Tserkov” kilsə binasının tikilməsi barədə mətbuatda məlumat yayılır. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Moskva şəhərinin ozamankı meri Yuri Lujkova məktub göndərir. Məktubda “Yeni Naxçıvan” adı ilə kilsə binası tikintisinin dini missiyadan çox siyasi motivlərə xidmət etdiyi diqqətə çəkilərək bu vəziyyətin xalqlarımız arasında tarixən formalaşmış dostluğa xələl gətirəcəyi bildirilir. Ali Məclisin Sədri tərəfindən məktubla bərabər rus yazıçısı R.İ.İvanovun “Bəyazitin müdafiəsi: həqiqətlər və yalanlar”, “Əlahəzrətin general yavəri” və general Cəmşid Naxçıvanskiyə həsr olunmuş “Sovet İttifaqı adından” kitabları, rus dilində Naxçıvan Muxtar Respublikasına həsr olunmuş “İrs” jurnalı da Moskvaya göndərilir. Bundan əlavə, muxtar respublikanın elm və ictimaiyyət nümayəndələri, Naxçıvandakı rus icması tərəfindən də 422 teleqram, 204 faks göndərilməklə kilsə binasının tikintisinə etiraz edilir…
Bu gün ölkəmizdə sosial və iqtisadi sahələrdə qazanılan uğurlar müasir və qüdrətli milli ordunun formalaşmasına imkan verir. Ordu quruculuğuna müstəqillik qazandığımız ilk illərdən başlanılsa da, ümummilli liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqəti regionda ən güclü və peşəkar ordunun formalaşması ilə nəticələnib. Ölkə Prezidentinin çıxışlarından birində qeyd etdiyi kimi: “Azərbaycanda ordu quruculuğu işlərinə də çox böyük diqqət veririk. Son illərdə bu istiqamətdə çox böyük nailiyyətlər əldə edilib. Bizim artıq peşəkar ordumuz var. Ordunun döyüş qabiliyyəti çox yüksəkdir. Ordumuzun maddi-texniki bazası son illər ərzində yüksək dərəcədə gücləndirilibdir. Heç kim bu gün Azərbaycana döyüş meydanında öz iradəsini diktə edə bilməz”.
Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ucalığa yüksələn qəhrəmanların ömür yolu qısa olsa da, şərəflidir. Qəhrəmanlıq bir anın bəhrəsi deyil, xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan keyfiyyətdir. Elə bir keyfiyyət ki, onun mahiyyətində təsadüf adlanan heç nə yoxdur... Torpağın qorunması, Vətənin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu zirvəyə gedən yol Vətən, torpaq, millət sevgisindən keçir.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 2019-cu il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib. İclası xidmətin rəisi Müslüm Cabbarzadə açaraq bildirib ki, göstərilən dövlət qayğısı nəticəsində informasiya infrastrukturu təkmilləşdirilib, yeni server, təhlükəsizlik və şəbəkə avadanlıqları alınaraq quraşdırılıb. Ordubad Rayon İdarəsi müasir iş şəraiti ilə təmin olunmuş inzibati binaya köçürülüb.
Ölkə ərazisində yanvarın 16-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi isə gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4°, gündüz 7-9° isti, Bakıda gecə 2-4°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 776 millimetr civə sütunundan 779 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Yanvarın 16-da Atatürk Mərkəzində yazıçı, tədqiqatçı Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabının xarici dillərdə nəşrinin təqdimat mərasimi olacaq.
Əsər ingilis, rus və Azərbaycan dillərində yayımlanacaq. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türk Tarix Qurumu tərəfindən yüksək dəyərləndirilən vəsaitin Türkiyədə çap olunması da nəzərdə tutulub.
Kitab Birinci Dünya müharibəsi fonunda Qafqaz, Anadolu və Orta Asiya bölgələrində yaşayan türklərin, müsəlmanların (habelə xristianların və yəhudilərin) soyqırımını sənədli qaynaqlar əsasında işıqlandıran əsərdir. Kitabda Mart Soyqırımı ilə bağlı beynəlxalq sənədlər də yer alır.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 16-da Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Saymon Tiller və Martin Şuster keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru aparacaqlar.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin hazırladığı “İnkişaf edən Naxçıvan” filminin nümayişi olub.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü Pol Qosar 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanatla çıxış edib.
Bəyanatda Azərbaycanda “Qara Yanvar” kimi yadda qalan faciənin 1990-cı ilin yanvar ayında baş verdiyi, o zamankı SSRİ rəhbərliyinin ölkəmizdə azadlığı boğmağa və Azərbaycan xalqına öz siyasi iradəsini yeritməyə cəhd göstərdiyi diqqətə çatdırılır. O vaxt Azərbaycan xalqının sovet əsarətindən təngə gəldiyi və onunla mübarizə əzmini nümayiş etdirdiyi bildirilir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2019-cu ildə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının xidməti-döyüş fəaliyyətinin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrin icrası ilə bağlı yığıncaq keçirilib.
Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də həyatımızın bütün sahələrini əhatə edən yeniləşmə prosesi davam etdirildi, kompleks quruculuq tədbirlərinin coğrafiyası genişləndirildi, emal və istehsal sahələrinin inkişafına dəstək göstərildi, yeni iş yerlərinin yaradılması diqqət mərkəzində saxlanıldı. Həyata keçirilən məqsədyönlü tədbirlər uğurlu nəticələr qazanılmasını təmin etdi. Yenə də görülən işlərin təməlində insana qayğı amilinin dayandığını gördük.
Bir haşiyə çıxaraq onu xüsusilə vurğulamağı lazım bilirəm ki, xidməti işimlə əlaqədar tez-tez muxtar respublikanın ayrı-ayrı bölgələrində olur, müxtəlif insanlarla görüşürəm. Onlarla söhbətdə başlıca mövzu Naxçıvanın dünəni və bu günüdür. Ordubad şəhərində yaşayan təqaüdçü müəllim Südeyif Xəlilov deyir ki, insanın həmişə qayğıya ehtiyacı var. Bəziləri bunu dilinə gətirmir, susmağa üstünlük verir, bəziləri məcburiyyət qarşısında müəyyən ehtiyacının ödənilməsi üçün kimlərəsə üz tutur. Bu gün Naxçıvanda buna ehtiyac qalmayıb. Muxtar respublikamızın ən ucqar dağ kəndləri də abadlaşdırılıb, sakinlərin rahat yaşayışı təmin olunub. Bağlar diyarı Ordubad da muxtar respublikanın müasirliyə qovuşmuş bölgələrindən biridir. Son illərdə həm rayon mərkəzində, həm də kənd yaşayış məntəqələrində həyata keçirilən tədbirlərin həcmi o qədər genişdir ki, saatlarla danışsaq da, qurtarmaz. Belə quruculuq tədbirləri həyatımızın hər bir sahəsini əhatə edir. Təhsil, mədəniyyət, səhiyyə, rabitə və digər infrastrukturların normal fəaliyyətini təmin etmək, həmin təşkilatlarda çalışanlara müasir iş şəraiti yaratmaq insanlara qayğının ən böyük ifadəsidir.
Digər bir həmsöhbətim – Culfa rayonunun Teyvaz kənd sakini, müəllim Həsənqulu Həşimov deyir ki, illər əvvəl səhər kənddən yola düşəndə günortadan sonra rayon mərkəzinə çatırdıq. Çünki yollarımız bərbad vəziyyətdə idi. Belə çətinlikləri hər sahədə görmək olardı. Etiraf edim ki, elə bu səbəbdən doğma kəndi tərk edənlər də az olmadı. Onlar da artıq kəndə qayıdıblar. Çünki hazırda Teyvaz ölkəmizin müasir yaşayış məntəqələrindən birinə çevrilib. Kənddə kompleks quruculuq tədbirləri həyata keçirilib, yollarımız abadlaşdırılıb. Bunların hamısı muxtar respublikamızda insan amilinə verilən dəyərin bariz nümunəsidir və əsrin dörddəbirinə bərabər bir zaman kəsiyində buna nail olmaq inqilabi sıçrayışdır. Biz də yaxşı başa düşürük ki, qazanılanlar elə-belə, asanlıqla əldə olunmayıb, yollar axtarılıb, çətinliklərlə üzləşilib. Hədəfə çatmaq üçün bütün imkanlardan istifadə olunub. Bu gün naxçıvanlılar, çox haqlı olaraq, qürur hissi duyurlar ki, seçilən düzgün yolun yolçularıdır.
Mətləbdən uzaq düşmədən 2019-cu ilə nəzər salsaq, belə qayğının davamlı xarakter aldığının şahidi olarıq. Düzdür, atalar deyib ki, görünən dağa nə bələdçi? Ancaq o da var ki, indiki nəsil dünənimizlə bu günümüzü müqayisə etməyi bacarmalıdır. Dünən insanlar necə yaşayırdılar? Onların qayğıları, problemləri nə idi? Bu problemlərin həllinə dövlət səviyyəsində necə yanaşılırdı? Belə suallar çoxdur. O dövrü yaşayan insanlar həmin suallara çox dolğun cavab verə bilərlər.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 60 illik yubileyinə həsr olunmuş “İnkişaf və tərəqqinin 25 ili” adlı sərgi keçirilib.
Antik yunan filosofu Aristotel “Politika” əsərində yazır ki, inam uğuru təmin edən mühüm vasitə kimi siyasətin ayrılmaz hissəsidir. Bu mənada, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri Vasif Talıbov da böyük siyasətdə və dövlət idarəçiliyində bütün uğurlara məhz xalqın böyük sevgisi, mənəvi dəstəyi, etimadı sayəsində nail olub. Ən mühüm fakt odur ki, cənab Vasif Talıbov blokada şəraitində yerləşən Naxçıvanda iqtisadi uğurlarla yanaşı, cəmiyyətin mənəvi bütövlüyünü yarada bilib. Əsl rəhbər digər insanlardan onunla seçilir ki, ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış etmir, hadisələrə biganəlik-laqeydlik göstərmir. Öz iradəsi, qətiyyəti, hadisələrə operativ qiymət vermək bacarığı, heç bir riskdən çəkinməməsi ilə sübuta yetirir ki, onun hədəfləri xalqın xoşbəxt gələcəyi, işıqlı sabahıdır.
XX əsrin doxsanıncı illərinin başlanğıcında ölkəmizin dövlət müstəqilliyi qazanması Azərbaycanın çoxəsrlik tarixinin ən mühüm hadisələrindən biridir. Görkəmli dövlət xadimi Heydər Əliyevin SSRİ rəhbərliyindən istefa verməsindən bir neçə il sonra nəhayət ki, Azərbaycana qayıdışı, əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, sonra isə Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışaraq xalqımızın və müstəqil dövlətimizin xilaskarlığı missiyasını qətiyyətlə həyata keçirməsi həm də ölkəmizdə milli dövlətçilik məktəbinin formalaşmasına səbəb olmuşdur.
Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin çoxillik və zəngin dövlətçilik təcrübəsi, azərbaycançılıq andına sədaqəti, bütün məqamlarda qəti qərarlar qəbul etməsi, uzaqgörənliyi, aydın və dəqiq mövqe nümayiş etdirməsi onun əhatəsində çalışanlar üçün əsl məktəb nümunəsi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu böyük dövlətçilik məktəbini yeni dövrün reallıqlarından və müasir çağırışlardan doğan qiymətli əlavələrlə, əhəmiyyətli yeniliklərlə zənginləşdirib daha da möhkəmləndirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan üçün ən məsuliyyətli dövrdə görkəmli dövlət xadimi Heydər Əliyev məktəbinin əsl dərslərini keçmiş, onun adı ilə bağlı olan milli dövlətçilik prinsiplərini dərindən mənimsəmiş, həyatda və idarəetmədə tətbiq etməklə Ulu Öndərin milli dövlətçilik yolunun əbədiyaşarlığına öz töhfəsini vermişdir. Naxçıvan Muxtar Dövlətinin başçısı Vasif Talıbovun keçdiyi şərəfli yol, istinad etdiyi prinsiplər, qazandığı nailiyyətlər Heydər Əliyev - İlham Əliyev epoxasının mühüm inkişaf göstəricilərindən biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Vasif Talıbovun Ulu Öndərin müstəqil dövlətçilik məktəbindən yaradıcı şəkildə öyrənib, cəmiyyətin bütün sahələrində Heydər Əliyev yolu ilə gedərək yeni-yeni uğurlara imza atması bu mükəmməl dövlət müstəqilliyi təliminin Azərbaycanın hərtərəfli inkişafı üçün əbədilik strategiyası olmasının daha bir nümunəsidir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbovun 60 illik yubileyidir. Bu münasibətlə İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi adından sədr Samir Adıgözəlli Ali Məclisin sədrini təbrik edib.
Azərbaycanın qədim torpağı Naxçıvan şəhərsalma tarixinin 5 min, muxtariyyətinin 95 yaşlı qocamanıdır. Böyük İpək yolu üzərində yerləşməsi və bəşər tarixinə misilsiz töhfələr verməsi ilə bu diyar zamanın bütün dövrlərində maraq dairəsində olmuşdur. Bu maraq sahiblənmək istəyənlərin daim həmlələri, yürüşləri ilə diyarımızı əldə etmək arzularına çevrilsə də, Naxçıvan əzmkarlıq nümayiş etdirməklə hər zaman özünü müdafiə etməyi, var olmağı bacarmışdır. Tarixin təkrar olunaraq XX yüzilliyin sonunda böyük çətinliklərlə üz-üzə qoyduğu muxtar respublika xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti, misilsiz dühası sayəsində qorunmuş, yaşamış, üstəlik daha yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Serbiyanın www.pressserbia.com portalında Azərbaycanın turizm potensialı barədə məqalə dərc olunub.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan öz tarixinin çətin günlərini yaşayırdı. İşğalçı ermənilər tərəfindən blokadaya alınmış Naxçıvan daha ağır vəziyyətdə idi. Yollar bağlanmış, əlaqələr kəsilmiş, insanların yaşaması üçün vacib olan zəruri vasitələr problemə çevrilmişdi. Məhz belə bir zamanda dünya şöhrətli siyasətçi, qüdrətli dövlət xadimi Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdı. 1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevin bütün fəaliyyəti muxtar respublikanın düşdüyü ağır vəziyyətdən çıxarılmasına, təhlükəsizliyinin təmin edilməsinə yönəlmişdir. Qarşıya qoyulan bütün məsələlər ulu öndər Heydər Əliyev uzaqgörənliyi, cəsarət və qətiyyəti sayəsində həll edildi, Naxçıvan qorundu, onun düşmən əlinə keçməsinə imkan verilmədi.
Yanvarın 14-ü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun doğum günü – 60 illik yubileyidir. NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri, YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü Sahil Tahirlinin bu münasibətlə qələmə aldığı “Dünya boyda Naxçıvan sevgisi” məqaləsini öz izləyicilərinə təqdim edir:
Bu yazını yazmaq üçün xeyli düşündüm. Amma yazmalıydım, hökmən yazmalıydım. Həyatının 60-nın 25-ni blokadalı Naxçıvana həsr edən, gözlərimizlə gördüyümüz, yaşadığımız dözülməz əziyyətli illərin önündə gedən, o qara günlərin bütün ağırlıqlarını çiyninə götürən, bu yolda sağlamlığından keçən, muxtar respublikanın dörd bir tərəfindəki qurulanların, yaradılanların hər biri üçün dəfələrlə o ərazilərə gedən, saatlarla ayaq üstündə qalan və nəhayət, bugünkü Naxçıvanı naxçıvanlılara bəxş edən Cənab Vasif Talıbovun ömür yolunun 60-cı dayanacağına çatdığı gün hökmən yazmalıydın. Bunu bir naxçıvanlı kimi özümə mənəvi borc bildim. Əvvəl bu, mənə çox çətin gəldi. Nə üçün? Fikirləşdim ki, bu yazını necə qura bilərəm ki, Cənab Sədrimizə layiq olsun. Son qərarım belə oldu ki, rəsmiyyəti tamamilə bir kənara qoyub yazımın fədakar qəhrəmanının muxtar respublikamıza 25 illik rəhbərliyi dövrünü onun 25 insani xüsusiyyətləri ilə səciyyələndirməklə səmimi bir yazı ortalığa çıxara bilərəm. Beləliklə bütün naxçıvanlıların sonsuz sevgisini qazanan Cənab Sədrimizi xarakterindəki 25 qiymətli məziyyətlə yazımı başlayıram…
Müasir dünyamızda qlobal iqtisadi böhranın mənfi təzahürlərinin meydana gəldiyi, tarazlaşma proseslərinin ağrılı keçdiyi bir dövrdə sosial-iqtisadi inkişafa nail olmaq və ya mövcud inkişafın dayanıqlığını təmin etmək yalnız elmi əsaslara söykənən düzgün iqtisadi siyasət nəticəsində mümkündür.
Belə bir şəraitdə ölkəmizlə quru yolu ilə birbaşa əlaqəsi olmayan, əlverişsiz geopolitik transformasiyalar nəticəsində ana vətəndən ayrı düşərək blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının daxili resurslar hesabına yüksəlişini inamla davam etdirməsi, yeni-yeni nailiyyətlərə imza atması müstəqil Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir.
Bütün bunların başlıca səbəbi ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının muxtar respublikada Naxçıvan Ali Məclisinin sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsidir. Vasif Talıbov Azərbaycanda müstəqil dövlətçiliyin qurulması,respublikanın ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi dövlətin bərqərar olması kimi ali məqsədlər naminə ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı uğrunda mübarizənin öncüllərindən olmuş və müdrik rəhbərin yanında olmaqla əsl mənada onun məktəbini keçmiş, yaxın silahdaşı olmuş, həyata keçirilən siyasi kursun reallaşmasında fəal iştirak etmişdir. Cənab Vasif Talıbovun bütün fəaliyyəti Azərbaycanda, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında cərəyan edən mühüm siyasi, ictimai və mədəni proseslərlə sıx bağlıdır. Habelə, onun apardığı məqsədyönlü iş sayəsində qonşu xarici dövlətlərlə - Türkiyə Cümhuriyyəti və İran islam Respublikası ilə normal münasibətlər inkişaf etdirilmiş, çoxsaylı müqavilələr imzalanmışdır. Belə münasibətlər Naxçıvanda sərbəst ticarətin, iqtisadi əlaqələrin, elm, təhsil və mədəniyyətin daha da inkişaf etməsinə kömək etmişdir.
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanın dağ çaylarının sülb axımı tədqiq olunur və hesablama metodikası hazırlanır.
İnstitutdan bildirilib ki, ilkin mərhələdə Naxçıvan dağ çaylarının sülb axımı tədqiq olunub. Müəyyən edilib ki, su sərfi üzərində aparılmış müşahidələrin davamiyyəti eyni olmayıb və 4-68 il arasında dəyişir. Tədqiqatlara əsasən çay məntəqələri seçilib. Belə çay məntəqələrinə Naxçıvançay-Qarababa, Cəhriçay-Payız, Əlincəçay-Ərəfsə, Gilançay-Başdizə, Ordubadçay-Nüsnüs aiddir.
Salam, 2020! Salam, Ağbulaq kəndi! Bir zamanlar ağbulaqlılara xəyal kimi görünən, bu gün isə reallığa çevrilən Azərbaycanın ən müasir kəndlərindən biri olmusan. 31 dekabr gecəsi səmanda atəşfəşanlıq oldu. Bu təkcə yeni ilə xoş gəldin mesajı deyildi, həm də yeni günlərinin başlanmasının müjdəsi idi.
Əslində bu xoş günlərin əsası 2013-cü ilin yanvar ayında qoyuldu və muxtar respublikanın kənd turizminin tətbiq olunduğu ilk yaşayış məntəqəsi kimi Ağbulaqda mühüm tədbirlərin görülməsinə başlanıldı. İstifadəyə verilən Ağbulaq İstirahət Mərkəzi, məktəb binası, kənd və xidmət mərkəzləri, yolların müasir səviyyədə yenidən qurularaq asfaltlanması, internetdən istifadə imkanı hər bir ağbulaqlını sevindirir. 2018-ci ildə hər bir kənd sakininin evində yenidənqurma işləri aparıldı, həyətlər abadlaşdı, yeni təsərrüfat binaları tikildi.
Bir qədər əvvələ qayıdaraq deyim ki, 2013-cü ildən Ağbulaq naxçıvanlıların ən çox üz tutduğu ünvanlardan birinə çevrilib. Hazırda Ağbulaq İstirahət Mərkəzində populyar istirahət növləri təşkil edilir. Gənclərin burada keçirdikləri günlər daha yaddaqalan olur. Mərkəz muxtar respublikanın dövlət qulluqçularının ailələri ilə birlikdə şənbə, bazar günləri mənalı istirahətinə ev sahibliyi edir.
“İRS-Herıtage” beynəlxalq jurnalın növbəti sayında AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Xristianlığın ilk şəhid milləti” ermənilərdirmi?” mövzusunda məqaləsi dərc olunub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən bildirilib ki, rus dilində çap olunan məqalədə “böyük erməni tarixi”ni yaratmaq üçün “Nuhun nəvələri və varisləri”, “vəd olunmuş torpaqlar”, “yer üzünün ilk xristian etnosu və dövləti” kimi iddialar ortaya atan, tarixlərini real olaraq deyil, görmək istədikləri kimi dəyişdirməyə çalışan saxtakar erməni yalanlarından bəhs edilir.
Belarusda süni intellekt hesab edilən robot-jurnalist hazırlanır.
2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı Şahbuz Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni İcra Hakimiyyətinin başçısı Rəfael Babayev açaraq bildirib ki, ötən il rayonda quruculuq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilib, Şahbuz şəhərində Mədəniyyət Sarayı və Aviakassanın inzibati binası istifadəyə verilib. Badamlı qəsəbəsində abadlıq işləri aparılıb, yeni xidmət mərkəzi, Türkeş kəndində 66 yerlik məktəb binası, kənd və xidmət mərkəzləri, 343 hektar ərazinin suvarılmasını təmin edən qapalı suvarma şəbəkəsi, Badamlı kəndində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən aprel döyüşlərində sağlamlığını itirən Vahid Hüseynov üçün yaşayış evi tikilib, 4,2 km Sələsüz-Türkeş avtomobil yolu əsaslı şəkildə yenidən qurulub, 5,4 km Sələsüz-Badamlı qəsəbə yolu genişləndirilərək eni 10 metrə çatdırılıb, üzərində iki körpü əsaslı şəkildə yenidən qurulub, asfalt örtük salınaraq istifadəyə verilib. Hazırda Badamlı qəsəbəsində “Badamlı” Mineral Sular zavodunun, Ağbulaq kəndində Xizək Mərkəzinin və Şahbuz şəhərində çoxmənzilli yaşayış binasının tikintisi işləri sürətlə davam etdirilir. Kolanı, Aşağı Qışlaq, Sələsüz və Mahmudoba kəndlərində mərasim evləri istifadəyə verilib, Kükü, Keçili və Badamlı kəndlərində isə mərasim evlərinin tikintisində son tamamlama işləri görülür.
Naxçıvan Şəhər İcra Hakimiyyətində “Naxçıvan Muxtar Respublikasında İcbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 26 dekabr 2019-cu il tarixli Sərəncamından irəli gələn məsələlərlə əlaqədar müşavirə keçirilib.
“Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Oksigen, Azot və Asetilen İstehsalı Müəssisəsində yeni maye-azot istehsal edən avadanlıq quraşdırılıb.
Ərhan Novuzov
Artıq muxtar respublikada “Odun tədarükü və odun kömürünün istehsalı” müəssisəsi fəaliyyət göstərir. Bu müəssisə sayəsində kömür idxalı aradan qaldırılıb.
Xanım Rüstəmzadə
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasını ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, ötən dövr ərzində nazirlik əsas fəaliyyət istiqamətlərindən olan hüquqi maarifləndirmə, hüquqi təbliğat və profilaktika işlərini davam etdirib. Muxtar respublikanın şəhər və rayonlarında bələdiyyə fəaliyyəti ilə bağlı 16, notariat və qeydiyyat fəaliyyəti ilə bağlı 8, icra və probasiya xidməti ilə bağlı 6 tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2019-cu ildə görülmüş işlər və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında qarşıya qoyulan vəzifələr barədə keçirilən kollegiya iclasını Baş Nazirin müavini - Maliyyə naziri Səbuhi Məmmədov açaraq geniş məruzə edib. Bildirilib ki, 2019-cu ildə Naxçıvan Muxtar Respublikasında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman sahəsində həyata keçirilən dövlət siyasətinin dəstəklənməsi, muxtar respublikada müasir infrastrukturun qurulması, yeni yolların inşası, içməli su və kanalizasiya sistemlərinin yaradılması məqsədilə etibarlı maliyyəşmənin təmin edilməsinə nail olunub.
Bu gün Yer kürəsi öz məhvərində
Ulu bir diyarla öyünür hər an.
Dünyanın döyünən düz ürəyində
Özünə yer tutub durur Naxçıvan!
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2019-cu ildə görülmüş işlər və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında qarşıya qoyulan vəzifələr ilə əlaqədar keçirilən kollegiya iclasında komitə sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, 2019-cu il 1 iyul tarixə olan məlumata əsasən muxtar respublikada 97 min 358 ailə vardır. Bu da əvvəlki illə müqayisədə 699 və ya 0,72 faiz çoxdur.
“Naxçıvan” Universitetində 2019-cu ilin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə maddi-texniki bazanın müasirləşdirilərək daha da möhkəmləndirilməsi, tədris prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər ötən il də davam etdirilib. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı universitetdə də uğurla icra olunur.