Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə 2020-ci ilin ilk ayının əmək pensiyalarının ödənişi vaxtından əvvəl maliyyələşdirilib. Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, təyin olunan əmək pensiyalarının ödənişi plastik kartlar vasitəsi ilə pensiyaçılara çatdırılıb. Muxtar respublika kəndlərində yaşayan əmək pensiyaçıları isə bununla yanaşı, yaşadığı ərazidə yerləşən poçt bölmələri vasitəsilə də pensiyalarını əldə ediblər. Eyni zamanda, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi üçün müvafiq işlər görülüb. Həmin şəxslərin hesablarına və ya poçt ünvanlarına vəsaitin köçürülməsi təmin edilib.
Qeyd edək ki, 2019-cu ilin əvvəlində ölkəmizdə pensiyaların minimum məbləği 116 manat idisə, hazırda bu göstərici 72 faiz artaraq 200 manat təşkil edir. Bu isə onu göstərir ki, əhalinin həssas qrupu sayılan pensiyaçıların maddi rifah halının yaxşılaşması üçun pensiyaların həcminin artırılması hər zaman diqqət mərkəzində saxlanılır.