Belarusda süni intellekt hesab edilən robot-jurnalist hazırlanır.
“HostFly.by” hosting provayderinin rəhbəri Aleksandr Xmıl Belarusda insan müdaxiləsi olmadan həmsöhbətlərə suallar verə biləcək və cavablara əsaslanan mətnlər hazırlayacaq süni intellektin artıq ilk sınaqdan keçirildiyini deyib. Robot-jurnalist ilk olaraq yerli nəşrlərin birində fəaliyyət göstərəcək.
Süni intellekt həmsöhbətini qiymətləndirəcək və müəyyən bir şəxs haqqında məlumatlara əsaslanan suallar yarada biləcək. Eyni zamanda, robot-jurnalist həmsöhbətin psixoloji qiymətləndirməsini aparmaq və ona emosional reaksiya verəcək sualları seçmək iqtidarında olacaq.