Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov “Azərbaycan Respublikası Prezidentinin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, Tədbirlər Planında nəzərdə tutulan icraçılar müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin etməli və görülmüş işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Tədbirlər Planında maliyyə-bank sektoruna, iqtisadi artımın dayanıqlılığına, beynəlxalq iqtisadi əməkdaşlığa, sosial tədbirlərin gücləndirilməsinə və gömrük sahəsinə dair məsələlər nəzərdə tutulub.