23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” və 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamları ilə dövlət orqanlarının üzərinə gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində fəal iştiraklarına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensiallarının üzə çıxarılmasını dəstəkləmək vəzifəsi qoyulub.

Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr arasında könüllülük fəaliyyətini tətbiq etməyə başlayıb. 2019-cu il noyabr ayının 5-dən etibarən həmin ixtisasın 3-cü, 4-cü kurs tələbələri və magistrantları “Məhkəmə könüllüləri” layihəsi çərçivəsində üç ay müddətində Ali Məhkəmədə könüllü fəaliyyət göstəriblər. Tələbələr bu müddət ərzində qruplara bölünərək şöbələrdə hakimlərin iş təcrübəsini öyrənib, məhkəmə tərəfindən qəbul olunan qərarlarla tanış olub, məhkəmə iclaslarında və vətəndaşların qəbulunda bilavasitə iştirak ediblər. Layihə çərçivəsində tələbələr “Elektron məhkəmə” sistemi ilə də yaxından tanış olublar. Onlar üçün Ali Məhkəmədə müxtəlif hüquqi mövzularda seminarlar və səhnələşdirilmiş mülki məhkəmə icraatı üzrə məhkəmə prosesləri də təşkil edilib.
Layihənin sonuncu günü Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev tələbələrlə görüşüb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan hüquqi islahatların tərkib hissəsi kimi hüquq-­mühafizə orqanlarında çalışacaq yüksək peşəkarlığa malik, layiqli və humanist kadrların formalaşdırılmasının vacibliyini vurğulayıb. Qasım Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarının gələcəyin fəal, təşəbbüskar, vətənpərvər ruhlu kadrlarının yetişdirilməsi istiqamətində atılmış əhəmiyyətli addımlardan biri olduğunu bildirib.
Ali Məhkəmənin sədri gənclərə zəruri təcrübə toplamaları, milli və vətənpərvərlik ruhunda tərbiyə almaları, xalqa və dövlətə bağlı­lığı, müstəqilliyimizin möhkəmləndirilməsi, məhkəmə sistemində şəffaflığın artırılmasında fəal iştirak etmələri barədə tövsiyələr verib, həyata keçirilən tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR