23 Dekabr 2024, Bazar ertəsi

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatında 2019-cu il ərzində görülmüş işlərin yekunları, qarşıda duran vəzifələrlə bağlı keçirilən şura iclasında təşkilatın sədri Arif Qasımov hesabat məruzəsi ilə çıxış edib.
Bildirib ki, ölkəmizin bugünkü inkişafında Yeni Azərbaycan Partiyasının böyük xidmətləri var. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu siyasətin nəticəsində ölkəmiz güclü dövlətə çevrilib.

Qeyd olunub ki, yüksək inkişaf yolunda inamla addımlayan Naxçıvan Muxtar Respublikasında da əldə olunan nailiyyətlər ulu öndərin yolunun və ideyalarının uğurla davam etdirilməsinin bariz ifadəsidir. İnkişaf və tərəqqiyə qovuşan Sədərək rayonu da həyata keçirilən quruculuq tədbirləri nəticəsində başdan-başa abadlaşıb, infrastruktur ən müasir səviyyədə yenidən qurulub, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm işlər görülüb.
Qeyd olunub ki, partiya üzvlərinin qarşısında duran əsas vəzifələr qazanılan uğurları təbliğ etməkdən, əhali arasında ideya-siyasi işi gücləndirməkdən ibarət olmalıdır. Hər bir partiya üzvü Proqram və Nizamnamənin tələblərinə, prinsiplərinə əməl etməli, siyasi proseslərdə, rayonda gedən quruculuq-abadlıq işlərində, yaşıllaşdırma tədbirlərində və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsində fəallıq göstərməlidir. Təşkilati işlər bundan sonra da diqqət mərkəzində saxlanılmalı, vətənpərvər, ictimai işlərdə fəal və təşəbbüskar gənclərin partiya sıralarına cəlb edilməsinə nail olunmalıdır.
Vurğulanıb ki, təşkilatın idarə heyətinin 12, şurasının 4 iclası keçirilib. Ötən dövr ərzində partiya sıralarına qəbulda keyfiyyət tərkibinin yaxşılaşdırılmasına böyük önəm verilib. Hesabat dövründə rayon partiya təşkilatının sıralarına 75 nəfər üzv qəbul edilib. Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının əhatə etdiyi 23 ərazi ilk partiya təşkilatının qeydiyyatında 1597 üzv var. Onlardan 341-i qadın, 423-ü isə gəncdir.
Təşkilat sədri diqqətə çatdırıb ki, qarşıdan Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər gəlir. Göstərilən diqqət və qayğıya əməli işimizlə cavab verməklə 9 fevral 2020-ci il tarixdə keçiriləcək seçkilərdə fəal iştirak etməliyik.
Sonra məruzə ətrafında çıxışlar olub.
Şura iclasında müzakirəyə çıxarılan məsələ ilə əlaqədar qərar qəbul edilib.

Sərxan İSMAYILOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR