Hər bir xalq özünün və ölkəsinin tarixini yazır. Hər bir xalq özünün və ölkəsinin tarixini sabahlara, gələcəyə aparır. Zaman məfhumu tarix üçün əsas şərtdir. Çünki günlər, aylar, illər tarixin bir anıdır. Lakin elə aylar, illər olur ki, onlar millətin tarixində əbədi olaraq yaşayır və həmin millətin keçmişini gələcəyə maqdan qürur duyur
Naxçıvanı yenidən quran cənab Vasif Talıbov fevralın 24-də keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında yenidən Ali Məclisin Sədri vəzifəsinə seçildi. Bu seçim xalq birliyinin və ən əsası RƏHBƏRimizə olan sevginin bariz nümunəsi idi. Çünki qədim Naxçıvanımızın əziz oğlu, qəlbi hər zaman xalqı ilə döyünən sabaha cavabdehlik hissini özünün vətəndaşlıq borcuna çevirmiş Cənab Sədrimiz naxçıvanlılara 25 ildir ki, xoş, işıqlı günlər bəxş edib.
Qoca Şərqin qapısında məğrurla dayanan cənnətməkanımda, Gəmiqaya möhtəşəmliyi, Əlincə məğrurluğu ilə hər zaman qamətini dik tutan, Xan Arazın pıçıltıları ilə nəfəs alan qədim diyarımızda, Əlincə qeyrətli, Gəmiqaya sirli, Möminə-xatın şöhrətli Naxçıvanımızın hər qarışında Cənab Sədrimizin töhfələri vardır. Bu töhfələr yuxusuz gecələrin, axtarışların, qədin diyarı xoş görmək arzularının ifadəsidir.
Bu gün qürur hissi ilə deyə bilirik ki, muxtar respublikamızda sosial-iqtisadi inkişaf , əldə olunan gəlirlər hər bir vətəndaşımızın həyat şəraitinin yüksəldilməsinə sərf olunub. Muxtar diyarımızın sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən bütün tədbirlər bu məqsədə xidmət edir. Təkcə bir fakta diqqət edək ki, bu gün qədim və qədim olduğu qədər də müasir Naxçıvanda yüzlərlə ümumtəhsil məktəbi, mədəniyyət obyektləri, səhiyyə müəssisələri, istehsal və xidmət sahələri, idman və saymaqla bitməyən quruculuq ünvanları istifadəyə verilib.
Naxçıvanın blokada şəraitində yaşamasına baxmayaraq qədim məmləkətimizin gecələri çil-çıraqlı, gündüzləri nurludur. Vaxtilə öz nefti ilə dünyaya həyat verən bir ölkə, elə bizə doğmadan-doğma olan Naxçıvan da zülmətin pəncəsində, qaranlıqda qalmışdı. Ancaq elə bir dövr gəlib çatdı ki, bu diyarın xalqsevər rəhbərləri, qədirbilən oğulları, yurdsevər vətəndaşları zülmətə, qaranlığa qarşı mübarizəyə başladı, bu yolda böyük zəhmətlər, əziyyətlər çəkildi və nəticədə Naxçıvan gecələri nur işığına boyandı. Bəli, bu gün Naxçıvan gecələri, sözün əsl mənasında, nurlu sabahlara elçilik edir. Təbii ki, bütün bu gözəlliklər isə asanlıqla yaradılmayıb, min bir zəhmətlə başa gəlib. Bütün bunlar nəyin hesabına əldə olunub? Ulu öndər Heydər Əliyev siyasətinin, Heydər Əliyev yolunun uğurla davam etdirilməsi hesabına.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çox böyük uğurlar əldə etmiş, lider dövlətə çevrilib. Ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası da tarixin heç bir mərhələsində bugünkü qədər gözəl, abad və güclü olmayıb. Dövlət başçısının dediyi kimi: “Naxçıvanda hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir. Bu məni çox sevindirir. Çünki bu, Heydər Əliyev siyasətinin təntənəsidir”.
Bu günün həqiqətidir ki, doğma diyarımızın hər bir guşəsinə sonsuz məhəbbətdən yaranan səmərəli dövlətçilik fəaliyyətin nəticəsində blokada vəziyyətinin çətinliklərinə baxmayaraq bu qədim diyar qərinələrə, əsrlərə bərabər inkişafa nail olunub.İnsanlarımızı bundan da gözəl sabahlara aparan estafet isə davam edir. Qazanılan nə varsa, hamısı ulu öndərimizin ideyalarının ardıcıllıqla həyata keçirilməsinə sədaqətin canlı nümunələridir.
Ümummilli liderimiz Heydər Əliyev doğma Azərbaycanımız haqqında, Naxçıvan haqqında düşünür və deyirdi: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım arzularım yerinə yetirilsin”. Ulu öndərin arzu və istəkləri dönmədən həyata keçirilir. Bu gün muxtar respublikanın hər bir sakini qazanılan uğurlarla fəxr edir, vətəndaşlıq qüruru duyur, bütün bu quruculuq tədbirlərini ulu öndər Heydər Əliyev ideyalarının və arzularının Naxçıvan Muxtar Respublikasında çiçək açması kimi qiymətləndirir.
Bir sözlə, Naxçıvan sakini olaraq bu diyarada yaşadığım, boya-başa çatdığım üçün qürur duyuram. Bu gün əmin-amanlığın bərqərar edildiyi doğma Naxçıvanımızda gələcəyimiz olan gənclərimiz mükəmməl səviyyədə təhsil ala bilirlərsə, tibbi xidmətdən yararlanırlarsa, müasir texnologiyalardan yüksək səviyyədə istifadə edə bilirlərsə, körpə fidanlarımızı məktəbəqədər müəssisəslərə rahatlıqla həvalə ediriksə, firəvan yaşayırıqsa muxtar respublika rəhbərinə borcluyuq. Qədim Naxçıvanımızın bugünkü, müasir səviyyəsi cənab Sədrimizin yorulmaz fəaliyyətinin canlı ifadəsidir. Bundan sonra da RƏHBƏRimizə uzun ömür, sağlam həyat və möhkəm cansağlığı arzulayırıq.
Nuray CƏFƏROVA