23 Dekabr 2024, Bazar ertəsi

Fevralın 21-də Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev biznes forumda iştirak edib.

 

İtaliyada keçirilən biznes forumda Naxçıvan Muxtar Republikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov da iştirak edib.

Vüqar Abbasov iki tərəfli görüşdə Naxçıvan  Muxtar Respublikasının Sosial İqtisadi İnkişafı və sahibkarlığın inkişafı barədə İtaliyalı iş adamlarına geniş məlumat verib.

Vüqar Abbasov bildirib ki, Naxçıvan Muxtar Respubliksında İtaliyalı iş adamları ilə əməkdaşlıq üçün bir çox sahələr  mövcuddur.  Bu sahələr   imzalanan sazişlərdə öz əksini tapıb.

Konfederasiyanın sədri  biznes forum çərçivəsində muxtar respublikada  görülən və görüləcək işlər barədə İtaliya şirkətlərinə məlumat verərək  bildirib ki, turizmin qarşılıqlı inkişafı  insanlar arasındakı əlaqələrə də çox müsbət təsir göstərəcəkdir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR