23 Dekabr 2024, Bazar ertəsi

Fevralın 10-da Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq Komitəsinin Fransanın Metz şəhərində keçirilən iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov iştirak etmişdir.

İclasda Türkiyə, Ermənistan və Portuqaliyada yerli və regional demokratiyanın vəziyyəti, Avropa Yerli Özünüidarəetmə Xartiyasının üzv dövlətlərdə implementasiyası, eləcə də bəzi ölkələrdə konqresin fakt araşdırıcı missiyalarının hesabatları dinlənilmişdir. Eyni zamanda bir sıra dövlətlərdə keçirilmiş yerli və regional seçkiləri izləmiş Avropa Şurası Konqresinin müşahidə missiyalarının məlumatları, yerli və regional səviyyədə insan haqları, “Venesiya Komissiyası” ilə əməkdaşlığın imkanları müzakirə olunmuşdur. Müzakirə olunan məsələlərin konqresin bu ilin mart ayında Strasburqda keçiriləcək 38-ci Sessiyasının gündəliyinə verilməsi qərara alınmışdır.
İclasda Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ilə bağlı Ali Məclisin deputatı Anar İbrahimovun məlumatı dinlənilmiş və ölkəmizdə yerli və regional demokratiyanın vəziyyətinə dair 2020-ci ildə təşkil olunacaq monitorinq missiyasının fəaliyyətinə dair müzakirələr aparılmışdır. Monitorinq missiyasına sentyabr ayında başlanması və bu barədə Azərbaycan hökumətinin məlumatlandırılması qərara alınmışdır.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR