Sarıkamış şəhidlərinin anma tədbirləri başlayıb.
Osmanlı dövləti Rusiya imperiyasının hərbi təcavüzünü dəf etmək məqsədilə 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 15-dək Türkiyənin şərqində Sarıkamış əməliyyatını həyata keçirib. Bölgədəki "Allahu-Əkbər” dağında şaxtalı hava şəraitində Osmanlı ordusunun çoxlu sayda hərbçisi dəhşətli şaxtadan donaraq və aclıqdan həlak olub. Türk xalqına sarsıdıcı zərbə olan bu faciə Osmanlı dövlətinin Birinci Dünya müharibəsində məğlub olmasının əsas səbəblərindən biri kimi qəbul edilir.
1915-ci ilin dekabr-yanvar aylarında Ənvər paşanın komandanlığı ilə 125 minlik türk ordusu iliyə işləyən soyuğa baxmayaraq, strateji yüksəkliklərdən aşaraq plana əsasən iki istiqamətdən hücuma keçir. Onların arasında minlərlə azərbaycanlı könüllü də olur. Soydaşlarımız canı bir,qanı bir qardaşlarına köməyə getmişdilər.
Lakin 40 dərəcəni keçən şaxtaya əsgərlər 15 saat davam gətirə bilirlər. Sarıkamışa doğru hərəkət edən 90 mindən çox mehmetcik donub şaxtalı çöllərdə buz adamlara çevrilir...
Sarıkamış Türkiyənin cənub-şərqində, Qars əyalətində yerləşən və o qədər də böyük olmayan bir qəsəbədir. Dağlıq ərazidə yerləşdiyindən buraların qışı çox şaxtalı keçir, ilin altı ayı qar olur, yayı isə qısa və sərin olur.
Şanlı Türk ordusu bütün çətinliklərə baxmayaraq, 1920-ci ildə Sarıkamış torpaqlarını düşmən işğalından əbədi azad edib. Türkiyənin əsrarəngiz təbiətə malik Sarıqamış vilayətində indi geniş qış turizmi fəaliyyət göstərir.