23 Dekabr 2024, Bazar ertəsi

Şərur rayonunun daha iki yaşayış məntəqəsi - Muğancıq Mehrab və Məmmədsabir kəndləri də yeniləşən kəndlərimiz sırasına daxil edilməkdədir. Hər iki kənddə bir sıra sosial obyektlər tikilib, yaxud yenidən qurulub, infrastrukturlar yenilənib.

 Muğancıq-Mehrab kəndindəki tam orta məktəb binasının əsaslı şəkildə yenidən qurulması, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının inşası başa çatıb. İnşaatçı və quraşdırıcılar yeni obyektlərdə layihəyə uyğun olaraq milli memarlıq ənənələrinə daha çox üstünlük verib, keyfiyyət amilinə xüsusi diqqət yetiriblər. Qarxun, Muğancıq-Mehrab, Məmmədsabir kəndlərini və Şərur şəhərini birləşdirən avtomobil yolu da əsaslı şəkildə təmir olunub, genişləndirilib və asfalt örtük salınıb.

Məmmədsabir kəndində də ötən ilin ortalarından başlamış quruculuq işləri yekunlaşıb. Bu yaşayış məntəqəsində də kənd və xidmət mərkəzləri tikilib.

Həm Muğancıq-Mehrab, həm də Məmmədsabir kəndlərində tikilən, yaxud yenidən qurulan bütün obyektlərin həyətlərində və ətrafda abadlıq, yaşıllaşdırma tədbirləri görülüb, suvarma və içməli su xətləri çəkilib, rabitə, elektrik və qaz xətləri təzələnib.

Beləliklə, muxtar respublikamızda əsası 1995-ci ildən qoyulmuş intibahın 25-ci ilində daha iki kəndin sakinləri yeni sosial obyektlərin sevincini yaşayacaqlar.  

             “Şərurun səsi” qəzeti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR