23 Dekabr 2024, Bazar ertəsi

Avropa Komissiyası Ermənistanda aviasiya uçuşlarına nəzarəti xüsusi müşahidə altına alıb.

Bu barədə məlumat komissiyanın Avropa İttifaqının (Aİ) hava məkanında uçuş təhlükəsizliyinə dair yeni siyahısında yer alıb. Aİ hava məkanında uçuşu qadağan olunan və ya məhdudlaşdırılan aviaşirkətlərin yer aldığı siyahıda, həmçinin müxtəlif ölkələrin aviasiya təhlükəsizliyi standartlarına nə dərəcədə cavab verməsi diqqət mərkəzində saxlanılıb. Məlumatda qeyd edilir ki, Ermənistanın uçuşlara nəzarət sistemində təhlükəsizlik şərtlərinə yetərincə riayət olunmaması və bu sahədə vəziyyətin pisləşməsi bu ölkədən olan uçuşlara xüsusi diqqət ayrılmasını tələb edir.

Qeyd edilməlidir ki, bu həftə qəbul edilən qərarla dünyanın müxtəlif ölkələrindən 115 aviaşirkətə Aİ hava məkanında uçuşlar həyata keçirmək qadağan edilib. Aİ-yə üzv ölkələrin hava nəqliyyatı ekspertlərinin rəyi əsasında və Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyinin dəstəyi ilə hazırlanmış siyahı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına cavab verir.

 Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR