23 Dekabr 2024, Bazar ertəsi

Beynəlxalq tədqiqatçılar qrupu marsoxodların və orbital kosmik aparatların məlumatlarını təhlil edərək Marsda günəş şüalarının təsiri altında isinən və Qırmızı planetin səthindən su buxarını çıxararaq qaldıran toz qüllələri aşkar edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində səyyar xidmət davam edir. Daimi nümayəndəlikdən verilən məlumata görə, noyabrın 15-dən başlayan səyyari xidmətdə bu günə qədər 1130-dan çox vətəndaşa şəxsiyyət vəsiqələri verilib, 500 nəfərdən çox vətəndaş isə şəxsiyyət vəsiqəsinin alınması üçün növbə gözləyir.

Ardını oxu...

Noyabrın 29-da Milli Məclisin növbəti plenar iclasında Azərbaycan Respublikasının yeni ombudsmanının seçilməsi ilə bağlı məsələ müzakirə olunub.

Ardını oxu...

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Polşa Silahlı Qüvvələri arasında bağlanmış ikitərəfli əməkdaşlıq planına əsasən Polşanın Sülhməramlı Əməliyyatları Hərbi Təlim Mərkəzinin rəisi Pavel Çabaliskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Ardını oxu...

ABŞ-da yayımlanmış “Jewish Journal” nəşrində (https://jewishjournal.com/) Ryan Torokun müəllifi olduğu məqalədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev və Xocalı soyqırımının şahidi Dürdanə Ağayevanın yəhudilərin Los–Ancelesdəki Nessah sinaqoqunda keçirdikləri görüşdən bəhs edilir. Məqalədə tədbirin İrandan olan amerikalı Yəhudi Federasiyası ilə əməkdaşlıq nəticəsində keçirildiyi vurğulanır. Yazıda Dürdanə Ağayevanın ermənilərin hərbi təcavüzü nəticəsində müharibənin onun həyatında qoyduğu izlərdən danışdığı qeyd edilib. Vurğulanıb ki, SSRİ-nin süqutundan sonra meydana gələn münaqişə 1994-cü ildə atəşkəs elan edilməsinə baxmayaraq, hələ də davam edir. 

Ardını oxu...


Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosun dəvəti ilə,  28 noyabr- Beynəlxalq Fransız dili müəllimləri Günü münasibətilə Azərbaycan Dillər Universitetində keçirilən "İnnovasiya və yaradıcılıq" adlı konfransda iştirak edib. Eyni zamanda daimi nümayəndəliyin rəhbəri azərbaycanlı fransız dili müəllimlərinə səfir Zakari Qros tərəfindən bu ölkənin “Akademik Palma Ordeni” və diplomlarının təqdim edilməsi mərasimində iştirak edib. Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov adıçəkilən ordenlə təltif olunan Naxçıvan Dövlət Universitetinin Roman və german dilləri kafedrasının müdiri  Məhsəti Əsgərovanı təbrik edib.

Ardını oxu...

Kasıbların zibil qutularına üz tutması adi hala çevrilib


Ermənistanda ən böyük problemlərdən biri ağır sosial-iqtisadi durum fonunda ölkədə miqrasiya tempinin yeni vüsət alması, daha çox sayda insanın xaricə üz tutmasıdır. Ermənistanın gələcəyi ilə bağlı nikbin olmayanlar indiki durumda müxtəlif xarici ölkələrdə məskunlaşmağı ən yaxşı çıxış yolu sayırlar. Məhz bu səbəbdən miqrasiya ilə bağlı yenidən həyəcan təbili çalınır.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Ardını oxu...

Dünyanın bir çox ölkələrində kütləvi bayram, musiqi, teatr, kino sənətinə aid nailiyyətlərin nümayiş etdirilməsi festivallar vasitəsilə həyata keçirilir. Onlar həm iri, bağlı məkanlarda, həm də müasir formatda, açıq havada – tarla, meydan, park və digər görməli yerlərin tarixi interyerlərində təşkil edilir. XX əsrdən başlayaraq beynəlxalq festivallar populyarlıq qazanıb. Təbii ki, hər bir ölkə özünün təbii ehtiyatlarını, sahib olduğu mədəni zənginliyini dünyaya nümayiş etdirmək üçün müəyyən metod və vasitələrdən istifadə edir. Belə festivalların ən unikal və orijinal forması məhz Naxçıvanda keçirilən və ənənə şəklini alan festivallardır.

Ardını oxu...

Muxtar respublikamızda uzun illərdir, davam edən ənənəyə uyğun olaraq sağlamlıq imkanları məhdud şəxslər tərəfindən hazırlanmış isti qış geyimləri çətin dağlıq şəraitdə Vətənimizin müdafiəsində və sərhədlərimizin qorunmasında ayıq-sayıq dayanan əsgərlərimizə hədiyyə edilir. Əsgərlərə növbəti isti qış geyimlərinin təqdim edilməsi də xalq-ordu birliyinin növbəti ifadəsidir.

Ardını oxu...


Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Slovakiya Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri  Peter Priputenin dəvəti ilə bu ölkənin respublikamızda fəaliyyət göstərəcək səfirliyinin rəsmi açılış mərasimində iştirak edib. Bəxtiyar Əsgərov yeni səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Ardını oxu...

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) bir il əvvəl yaratdığı qalmaqal nəhayət ki, həllini tapıb. Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas təşkilatın Bişkekdə keçirilən iclasında baş katib vəzifəsinə təsdiq olunub. O, vəzifəsinin icrasına 2020-ci il yanvarın 1-dən başlayacaq.

Ardını oxu...

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda baş tutan “Türkmentel 2019” 12-ci Beynəlxalq Telekom və IT Sənayesi sərgisi çərçivəsində Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş imzalanıb.

Ardını oxu...

 

Naxçıvan Dövlət Universitetinin bir qrup müəllim və tələbələri Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində olublar.

Ardını oxu...

Ölkə ərazisində noyabrın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Ardını oxu...

Noyabrın 28-də Slovakiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycanın və Slovakiyanın dövlət himnləri səsləndirilib

Ardını oxu...

2019-cu ilin noyabrınadək olan məlumata əsasən, “Web of Science” indeksli elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son illərdə artım dinamikasına görə Azərbaycan regionda birinci yerdədir.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Ardını oxu...

İki ildən artıqdır ki, Bakıdan Naxçıvana gələn sərnişin qatarları erməni millətçilərinin təqsiri üzündən fasilələrlə işləyir. İndi ümid qalıb Bakıdan Naxçıvana uçan “Yak-40” təyyarələrinə. Bu təyyarələr isə muxtar respublika əhalisinin tələbatını ödəmir. Axı hər gün yüzlərlə sərnişin Bakıya, yaxud suveren respublikaların ayrı-ayrı şəhərlərinə getmək və oradan vaxtında qayıtmaq istəyir. Ancaq necə? İndi bu məsələ böyük problemə çevrilmişdir. Fürsətdən istifadə edən möhtəkirlər və bəzi əliəyri aeroport işçiləri qabaqcadan bilet ala bilməyən sərnişinlərə təyyarə biletlərini 5-10 qat bahasına sırıyırlar. Onlara isə “gözün üstdə qaşın var”, – deyən yoxdur.
Deyəsən, mətləbdən uzaqlaşdıq. Bu yazıda məqsədimiz başqadır. İndi respublika əhalisi “Tu-134” və “Tu-154” təyyarələrinin Naxçıvan aeroportuna enəcəkləri günü səbirsizliklə gözləyirlər. Axı uçuş zolaqlarının tikintisi və mühəndis-texniki qurğuların quraşdırılması keçən il başa çatdırılmışdır. Görəsən səbəb nədir ki, böyüktutumlu təyyarələrin Naxçıvana uçuşu ləngidilir? Bu sualla tikintinin baş icraçısına müraciət etdik. O, belə cavab verdi:
– Düzdür, əsas işlər başa çatdırılmışdır. İndi radioqurğularda tənzimləmə işləri gedir. Bu iş də qurtarmaq üzrədir. Kerçdən, Penzadan, Novokuznetskdən və Bakı şəhərindən tikintiyə təyyarə-laboratoriya ilə birgə mütəxəssislər dəvət etmişdik. Sazlama işlərinin 80 faizini başa çatdırıblar. Keçən ilin 30 dekabrında ailələrinə baş çəkmək üçün gediblər. Yanvar ayının 10-da gəlməlidirlər. Düzünü bilmək istəyirsinizsə, birhəftəlik sazlama işləri qalır. Sağlıq olsun, yanvar ayının üçüncü ongünlüyündə Naxçıvan aeroportu böyüktutumlu təyyarələri qəbul edə biləcəkdir.
Təki baş icraçının dedikləri gerçək olsun. Axı hamının gözü yoldadır...

“Şərq qapısı”
1992-ci il

Səmadan-səmaya sürət uçuşu

Bəli, 27 il bundan öncə – yaxın keçmişimizdə hamının gözü yolda idi. Bu, həmin vaxtlar idi ki, həm müharibənin, həm də blokadanın çətinliklərinə qalib gəlməyə çalışırdıq. Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması nəticəsində bütün sənaye müəssisələri bağlanmış, paytaxt Bakıya gediş-gəliş olduqca çətinləşmiş, necə deyərlər, Allah ümidinə qalmışdıq. Aviasiya nəqliyyat əlaqəsi üçün yeganə vasitə olmuşdu. Belə bir vaxtda xalqımızın dahi oğlu Heydər Əliyevin naxçıvanlılarla birgə burada ağır şəraitdə yaşaması, çıraq işığında imzaladığı sərəncam və fərmanlar bu gün də həyatımızın bütün sahələrinə nur salır, yolumuzu aydınladır. Hər zaman öz xalqının yanında olan, ən çətin məqamlarda belə, Vətəni üçün əlindən gələni edən böyük şəxsiyyətin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra aviasiya ilə bağlı vacib məsələ də öz həllini tapdı.

Ardını oxu...

Noyabrın 21-dən 26-dək Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı təşkil olunub. Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, bu sahənin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə bu günə kimi icra edilmir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib.

Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi məlumat yayıb.

Ardını oxu...

Ermənistan tərəfinin guya Azərbaycan Ordusu bölmələrinin cəbhənin Ağdərə istiqamətində təxribat törətmək cəhdi barədə yaydığı məlumat yalandır, əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.

Ardını oxu...

Böyük Britaniyanın Koventri Universitetində “Study Inn Limited” şirkətinin “Burges House” adlı yataqxana binasının girişindəki dünya ölkələrinin bayraqlarından ibarət böyük stenddə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma qurumun bayrağının da şəklinin daxil edildiyi azərbaycanlı tələbələr tərəfindən müəyyənləşdirilib.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Ardını oxu...

23 dekabr 2019-cu il Azərbaycan Respublikasında bələdiyyə seçkiləri günüdür.

Hörmətli seçicilər!

Vətəndaşların və siyasi partiyaların, qanunun yol verdiyi formalarda və üsullarla seçiciləri seçkilərdə iştirak etməyə və ya etməməyə, namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın lehinə və ya əleyhinə səs verməyə çağırışlar formasında seçkiqabağı təşviqat aparmaq hüququ vardır.

Seçkiqabağı təşviqat – vətəndaşların və siyasi partiyaların seçiciləri seçkilərdə iştiraka, bu və ya digər namizədlərin lehinə səs verməyə (səs verməməyə) çağıran və ya çağırmaq məqsədi daşıyan fəaliyyətdir.

Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun aparılır.
Seçkiqabağı təşviqat aparmaq
hüququna aşağıdakılar malikdirlər:

Ardını oxu...

Azərbaycan Bəstəkarlar İttifaqının tərəfdaşlığı ilə Parisdə fəaliyyət göstərən “Dimitri Şostakoviç” adına müasir musiqi mərkəzində təşkil olunan konsertdə Dmitri Şostakoviç, Qara Qarayev və Firəngiz Əlizadənin əsərləri səsləndirilib.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktorunun müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov ABŞ-ın Kaliforniya Universitetinin kitabxanasından İmadəddin Nəsiminin ardıcılı, hürufi şair Sürurinin ana dilindəki divanının avtoqraf nüsxəsinin surətini əldə edib.

Ardını oxu...

18-19 noyabr 2019-cu il tarixlərdə Türkiyənin İstanbul şəhərində “Layiqli idarəetmə prinsipləri və Ombudsman” mövzusunda II İstanbul Beynəlxalq Ombudsmanlar Konfransı keçirilmişdir.

Ardını oxu...

Bu gün informasiya və kommunikasiya texnologiyalarının inkişafı müasir çağırışların fəal iştirakçısı olan, innovativ düşüncəli gənclərin formalaşmasını tələb edir. Məhz bu səbəbdən muxtar respublikamızda gənc sahibkarların inkişafına diqqət göstərilir, gənclərin intellektual səviyyəsinin artırılması, onların elmə, təhsilə, innovativ düşüncəyə, texnologiyalara və rəqabətədavamlı biliklərə yiyələnməsinə xüsusi önəm verilir. Onlar informasiya texnologiyalarından, internetdən yalnız əyləncə, bilik almaq üçün yox, həmçinin biznes ideyalarının reallaşdırılması üçün də istifadə edirlər. Nəticədə, yeni ideyanın reallaşdırılması və ya daha əvvəldən mövcud olan hər hansı bir ideyanın təkmilləşdirilməsini tələb edən davamlı, dayanıqlı, inkişafa meyilli təşəbbüslər – startaplar ortaya çıxır. Muxtar respublikamızda “Startap Naxçıvan” hərəkatını genişləndirmək üçün ali və orta ixtisas təhsili müəssisələrində təlimlər, müsabiqələr keçirilir, yeni layihələrin icrası diqqət mərkəzində saxlanılır. Bu məqsədlə istifadəyə verilən “Startap Naxçıvan” portalı da həyata keçirilən tədbirlərin davamı kimi diqqəti cəlb etdi.

Ardını oxu...

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamın icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları və könüllülərdən ibarət səyyar xidmət qrupu dünən Şərur Rayon Təhsil Şöbəsində olub, xidmət zamanı müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu, eləcə də ədliyyə orqanlarında vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqələrdə vətəndaşların iştirakını təmin etmək məqsədilə qeydiyyatdan keçməkdə çətinlik çəkənlərə operativ köməklik göstərilib.

Ardını oxu...

Naxçıvan Beynəlxalq Hava Limanında uçuşların təhlükəsiz təşkili məqsədilə mütəmadi tədbirlər görülür. Oktyabr ayında da bu məsələ diqqət mərkəzində saxlanılmış, əhaliyə nümunəvi xidmət göstərilmişdir.

Ardını oxu...

Bu sıraya Muğanlı və Alışar kəndləri də daxil olub

Son illərdə muxtar respublikamızda ilin bu fəsli bir neçə təmtəraqlı, el bayramına çevrilən hadisələrlə xarakterizə olunur. Onlardan biri də diyarımızın ayrı-ayrı yaşayış məntəqələrini müasirliyə qovuşduran yeni obyektlərin istifadəyə verilməsidir. Muxtar respublikada əmin-amanlığın, sosial-iqtisadi inkişafın təzahürü olan belə tədbirlər hər bir naxçıvanlını ürəkdən sevindirir, qədim diyarımıza xarici ölkələrdən, ölkəmizin digər bölgələrindən gələn qonaqlarda yüksək və zəngin təəssüratlar yaradır. Söhbət etdiyimiz belə insanlar muxtar respublikanın blokada şəraitində olduğuna inanmır, belə bir kiçik inzibati ərazidə yüksəliş və tərəqqinin sürətinə təəccüblərini gizlətmirlər. Ancaq bu, günün reallığıdır və naxçıvanlılar xoşbəxtdirlər ki, o reallığı yaşayırlar, ən kiçik və ən ucqar dağ kəndində də, rayon mərkəzlərində də. Bu sevinc ötən ay Şərur rayonunun Muğanlı kəndində də yaşanıb. 

Ardını oxu...

Muxtar respublikada daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi 2019-cu ilin oktyabr ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqətdə saxlanılmışdır.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Orduda növbəti zabit heyətinin təkmilləşdirilməsi kursunun uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra mərasimdə çıxış edən polkovnik Mehman Gülməmmədov bildirib ki, kurs zamanı təyin olunmuş tədris proqramına uyğun olaraq nəzəri, praktik və göstərici məşğələlər keçirilib. Məşğələlər zamanı kursa cəlb edilmiş zabitlərin peşəkarlıqlarının artırılması məqsədilə silahlanmaya yeni daxil edilmiş ən müasir silah və hərbi texnika nümunələri real döyüş şəraitində tətbiq edilib.

Ardını oxu...

İkinci Dünya müharibəsi veteranı Cəfər Əliyevə  "Belarus Respublikasının faşizm işğalından azad edilməsinin 75 illiyi" yubiley medalı verilib. Qeyd edək ki, Belarus Respublikasının ölkəmizdəki səfirliyi gələn il faşizm üzərində qələbənin 75 illiyi münasibətilə, bu ölkənin müdafiəsində iştirak edən, Naxçıvan Muxtar Respublikasından olan, hazırda yaşayan 4 nəfər Böyük Vətən Müharibəsi veteranını "Belarus Respublikasının müdafiəsinin 75 illiyi" medalı ilə əvvəlcədən təltif edib. Həmin 4 nəfərdən biri də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kənd sakini Cəfər Vəli oğlu Əliyevdir.

Veterana yubiley medalını Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov təqdim edib.

Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq üçün müraciət edən namizədlər liseydəki təlim-tədris şəraiti ilə tanış olublar.

Gələcəkdə zabit olmaq istəyən şagirdlərin hərbi liseydə mövcud olan şəraitlə tanış olması artıq ənənə halını alıb.

Ardını oxu...

Milli Məclisin noyabrın 25-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanununun layihəsi ikinci oxunuşda müzakirə olunub.

Ardını oxu...

Qışın vazkeçilməzi olan mandarin çox faydalı meyvədir. Lakin istənilən digər məhsullarda olduğu kimi bu meyvəni də həddindən çox yemək olmaz.

Gün ərzində neçə dənə mandarin yemək olar?

Ardını oxu...

Qədim yer-yurd adlarımızdan biri də Qarxundur. Türk məskənlərində geniş yayılan bu adı tədqiqatçılar yekdilliklə oğuzların karkın tayfasının adı ilə bağlayırlar. Bəlli olduğu kimi, Mahmud  Kaşğarinin müəyyən etdiyi 22 oğuz boyunun içində karkın adı yoxdur. Tədqiqatçıların fikrinə görə, bu adı ilk dəfə Fəzlullah Rəşidəddin oğuz tayfa adlarına əlavə edib.

F.Rəşidəddin Karkını Oğuz xanın üçüncü oğlu Ulduz xanın dördüncü övladı kimi təqdim edir və bu adın mənasını “yeməyi bol, xalqı doyuran”  kimi izah edir. F. Rəşidəddinin məlumatına görə, Oğuz xanın altı oğlu varmış və onların da hər birinin dörd övladı (oğlu) olub ki, həmin oğlanların hər birinə ləqəb və ad verilib. Onların qəbiləsindən olan hər kəs bu ləqəblə çağırılırdı.

Ardını oxu...

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında keçirilən voleybol birinciliyi başa çatıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Voleybol Federasiyası və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkil etdikləri birincilikdə 18 komanda mübarizə aparıb.

Ardını oxu...

"Google" şirkəti "Android" əməliyyat sistemində boşluqların aşkarlanması üçün mükafatların ödənilməsi proqramını genişləndirərək maksimal məbləği 1,5 milyon dollaradək artırıb.

"Google" şirkəti "Pixel" qurğularında "Titan M" məsafədən müdaxilə təhlükəsizlik modulu üçün kod zəncirini aşkarlayan hakerlər üçün mükafatı 5 dəfə (1 milyon dollaradək) artırıb. "Android Security Rewards" proqramı "Pixel 4", "3a", "3a XL", "3" və 3 "XL" qurğuları üçün nəzərdə tutulub.

Ardını oxu...


Əlahiddə Ümumqoşun Orduda növbəti zabit heyətinin təkmilləşdirilməsi kursunun uğurla başa çatması münasibəti ilə buraxılış mərasimi keçirilib.

Ardını oxu...


Yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində növbəti açıq dərs keçirilib. Naxçıvan şəhərinin 11, 12 və 17 nömrəli, Babək rayonunun Cəhri kənd 1 və 2 nömrəli tam orta məktəblərinin hərbi rəhbərləri və yuxarı sinif şagirdləri açıq dərsə cəlb ediliblər. Tədbirdə məktəblilərə Naxçıvan Döyüş Şöhrəti Muzeyində nümayiş olunan və müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilərək döyüş yolu keçmiş eksponatlar haqqında ətraflı məlumat verilib.  Bildirilib ki, ötən il 26 adda eksponatla fəaliyyətə başlayan Naxçıvan Döyüş Şöhrəti Muzeyində hazırda 37 adda silah, texnika və qurğu mövcuddur.

 Nəriman Nəcəfov

Qədim və müasir Naxçıvan bu gün ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində özünün yeni inkişaf mərhələsini yaşayır. Bir neçə gün bundan əvvəl – noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovu qəbul edərkən muxtar respublikanın hərtərəfli inkişafını yüksək qiymətləndirərək demişdir: “Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir”.

 Həmin görüşdə ölkə başçısı muxtar respublikadakı müxtəlif sahələrin fəaliyyəti ilə bağlı məlumatları dinlədikdən sonra Azərbaycanın əsas torpaqlarından ayrı düşmüş, ölkəmiz üçün mühüm geostrateji əhəmiyyət daşıyan Naxçıvanın inkişafının bundan sonra da diqqət mərkəzində olacağını bildirmişdir: “Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik”.

Ölkənin ən ali vəzifəli şəxsinin səsləndirdiyi bu fikirlər cəmi dörd gün sonra imzalanan sərəncamlarla bir daha öz təsdiqini tapdı. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 22-də “Əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı tədbirlər haqqında” Sərəncamına görə 500 min manat, “Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına görə 4 milyon 800 min manat, “Pivot layihəsi çərçivəsində əkin sahələrində müasir suvarma  (yağışyagdırma) sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına görə 2 milyon manat və nəhayət, “Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncamına görə 34 milyon 300 min manat vəsaitin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılması nəzərdə tutulub. Adıçəkilən sərəncamlar muxtar respublika sakinləri tərəfindən də böyük rəgbətlə qarşılandı və hər kəs bunu ölkə Prezidentinin Naxçıvana böyük qayğısı kimi qiymətləndirdi: 

Nuriyyə ORUCƏLİYEVA – Naxçıvan şəhər sakini, şəhid anası: – İllərdir blokadada yaşayan muxtar respublikamız dövlət başçımızın həmişə diqqət və qayğısı ilə əhatə olunub. Bu isə öz növbəsində  çətinliklərə sinə gərməyimizə kömək edib, həm də gənc nəslin dövlətçiliyə sadəqət, vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol oynayır. 2016-cı ilin Aprel döyüşlərində oğlum Qabil Orucəliyev ölümsüzlüyə qovuşdu.  O,  şanlı zəfər tarixi yazanlardan biri, mən isə şahid anası kimi yüksək, dünyada heç bir var dövlətlə əvəz edilməyən bir ada sahib oldum. Həmin günlərdə tək-tənha qaldığımı düşünür, bundan sonrakı həyatımda onsuz nə edəcəyimi bilmirdim. Amma həyatımın ən çətin anlarında muxtar respublika rəhbərliyinin və sakinlərinin dərdimə şərik olmaları yanan ürəyimə su səpdi.

Ardını oxu...

Güclü, qüdrətli Azərbaycan dövlətinin inkişaf dinamikasını əks etdirən Naxçıvan Muxtar Respublikası ölkə Prezidentinin diqqət və qayğısı ilə yeni inkişaf və quruculuq dövrünü yaşayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  2019-cu il 22 noyabr tarixli Sərəncamları ilə əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi, Naxçıvan Muxtar Respublikasında “Pivot” layihəsi çərçivəsində əkin sahələrində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması, Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması və Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması məqsədilə ümumilikdə 41 milyon manatdan artıq vəsaitin ayrılması da muxtar respublikanın inkişaf dinamikasına daha bir töhfə kimi mühüm əhəmiyyətə malikdir.

Ardını oxu...

Çin Xalq Respublikasının ölkə­mizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olub.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” mövzusunda elmi konfrans keçirilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR