23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Beynəlxalq Hava Limanında uçuşların təhlükəsiz təşkili məqsədilə mütəmadi tədbirlər görülür. Oktyabr ayında da bu məsələ diqqət mərkəzində saxlanılmış, əhaliyə nümunəvi xidmət göstərilmişdir.

Ötən dövrdə hava gəmilərinə müntəzəm texniki qulluq edilmiş, elektrik və işıq təchizatı sahəsində cari təmir işləri aparılmış, dizel generatorlarına, uçuş-enmə zolağında işıq, siqnal sistemlərinə texniki xidmət göstərilmiş, güc transformatorlarının çıxış cərəyanları yoxlanılmışdır. Hava limanının bazasında olan maşın-mexanizmlərin normal istismarına da diqqət göstərilmiş, xidməti avtomobillərin və digər texnikaların təmirə ehtiyacı olan hissələri yenisi ilə əvəz edilmişdir.
Payız-qış mövsümündə hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün zəruri tədbirlər yerinə yetirilmiş, təhlükəsizliyin təmin olunması üçün texniki işçilərlə məşğələ keçirilmiş və normativlər qəbul edilmişdir. Sərnişinlərin aeroporta daxil olduğu, təyyarəyə buraxılış və yük bölmələrində yerləşən monitorlara, metalaxtaranlara baxış keçirilmiş, postlarda yoxlama aparılmışdır. Aviasiya təhlükəsizliyinin təmin olunması məqsədilə təhlükəsizlik personalı tərəfindən qadağan olunmuş əşyalar aşkar edilmiş və aidiyyəti üzrə təhvil verilmişdir.
Ötən ay bütün reyslər vaxtında qarşılanmış və yola salınmış, yerli hava xətti ilə 19 min 623, beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva reysi üzrə 281, Naxçıvan-İstanbul reysi ilə 413 sərnişin daşınmışdır.

Naxçıvan Beynəlxalq Hava Limanı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR