23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Bəstəkarlar İttifaqının tərəfdaşlığı ilə Parisdə fəaliyyət göstərən “Dimitri Şostakoviç” adına müasir musiqi mərkəzində təşkil olunan konsertdə Dmitri Şostakoviç, Qara Qarayev və Firəngiz Əlizadənin əsərləri səsləndirilib.

 Xalq artisti, UNESKO-nun “Sülh artisti” fəxri adına layiq görülmüş Firəngiz Əlizadə piano üçün musiqi əsərini səsləndirərək konserti açıb.

Sonra F.Əlizadə musiqisevərlərə Dmitri Şostakoviç və Qara Qarayev haqqında məlumat verib. Bildirib ki, Dmitri Şostakoviçi ölkəmizə bağlayan tellər çoxdur. O, azərbaycanlı dahi bəstəkar Qara Qarayevin müəllimi olub. Görkəmli bəstəkar Üzeyir Hacıbəyli iki gənc istedadlı azərbaycanlı tələbəni - Qara Qarayevi və Cövdət Hacıyevi Moskvaya musiqi təhsili almağa göndərib. Dmitri Şostakoviçin tələbəsi olan həmin gənclər yazdıqları “Vətən” operasına görə hələ üçüncü kursda həmin dövrün ən yüksək mükafatına layiq görülüblər. Dmitri Şostakoviçin çətin günlərində Qara Qarayev daim onun yanında olub.

Sonra gənc azərbaycanlı musiqiçilər Vurğun Vəkilov (piano), Səidə Tağızadə (piano), Umida Abbasova (skripka) Dmitri Şostakoviçin, Qara Qarayevin və Firəngiz Əlizadənin əsərlərini ifa ediblər.

Parisdə Mstislav Rostropoviç adına beynəlxalq skripka müsabiqəsi (2005) üçün Firəngiz Əlizadənin bəstələdiyi “Oyan” musiqi əsərini həmin müsabiqənin iştirakçısı Matyö Löjön kontrabasda ifa edib.

Şəhla Ağalarova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR