23 Dekabr 2024, Bazar ertəsi

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə bu günə kimi icra edilmir.

 AZƏRTAC xəbər verir ki, bu fikri Kiyevdə GUAM PA-nın Siyasi məsələlər və regional təhlükəsizlik komitəsinin iclasında çıxışı zamanı Milli Məclisin bu qurumdakı nümayəndə heyətinin rəhbəri, deputat Azər Kərimli söyləyib.

Deputat bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində Dağlıq Qarabağ problemi hələ də öz ədalətli həllini tapmır. Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü qeyd edən A.Kərimli vurğulayıb ki, münaqişə ilə bağlı mövcud status-kvo bu cür davam edə bilməz. Çıxış zamanı Ermənistanın işğalçılıq siyasəti pislənilib.

Ukrayna tərəfi isə GUAM-a üzv ölkələrin kibertəhlükəsizliyi üçün xüsusi bir mərkəzin yaradılmasını vacib sayıb. İclasda, həmçinin bu sahədə müzakirələrin aparılması və qərarların verilməsi üçün mərkəzin yaradılmasında GUAM+ formatının cəlb edilməsinin vacibliyi vurğulanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR