Noyabrın 21-dən 26-dək Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı təşkil olunub. Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, bu sahənin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.
Festivalda muxtar respublikamızı “Naxçıvan” Universitetinin Riyaziyyat və informatika kafedrasının müəllimi Şamil Hümbətov təmsil edib.
Qeyd edək ki, festival çərçivəsində digər tədbirlər də keçirilib.
Festivalı özündə startaplarla bağlı problemləri və onların həlli yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsi ilə əhəmiyyət kəsb edir.
Seyfur Hacımuradov