23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanında düşüncələr

Naxçıvan şəhərinin müqəddəs bir məkanındayam – Dövlət Bayrağı Meydanında... Milli rəmzlərimizə böyük sevgi və dərin ehtiramın ifadəsi kimi bu meydan istifadəyə veriləndən həmişə insanlarla dolu olur. İlin bütün fəsillərində, qışın qarında, çovğununda qəlbimizə hərarət, yayın istisində bir ürək sərinliyi bəxş edir yurddaşlarımıza. Ölkəmizin digər bölgələrindən, yaxın və uzaq xarici ölkələrdən gələn qonaqlar da bu ünvanı böyük həvəs və maraqla ziyarət edirlər. Meydandan ətrafa, üzüaşağı baxanda qarşımızda qədim Naxçıvanın müasirliklə vəhdətdə olan panoramı açılır. Gözəllik qarşısında qalırsan. Ülvi bir gözəllik səni ovsununa alır. Buraya müqəddəslik qazandıran isə meydanda gecə-gündüz dalğalanan üçrəngli bayrağımızdır.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənc dövlət qulluqçuları arasında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş intellektual oyunlar üzrə çoxnövçülük turnirinə Naxçıvan Şahmat Mərkəzində start verilib.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən yarışların qaliblərinin mükafatlandırılması mərasimi olub.

Ardını oxu...

Noyabrın 15-də Naxçıvan Muxtar Respublikasında Dövlət orqanları, müəssisə və təşkilatlarında dövlət sirrinin mühafizəsi, kadr və kargüzarlıq işinin təşkili mövzusunda seminar keçirilib.

Ardını oxu...

Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimin sonuncu mərhələsində müxtəlif poliqon və təlim mərkəzlərinə çıxarılan birləşmə və hissələrin qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi, o cümlədən atışların praktiki icrası səviyyəsi yoxlanılıb.

Ardını oxu...


Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Kəngərli Rayon Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbində müəllimlər üçün solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə metodiki kurs təşkil edilib.

Ardını oxu...

Azərbaycanda noyabrın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Ardını oxu...

Qlobal neft təklifi oktyabrda sentyabr ayı ilə müqayisədə orta hesabla 1,5 milyon barrel artaraq sutkada 101 milyon barrel təşkil edib.

Ardını oxu...

 ADA Universitetinin əməkdaşları Naxçıvan Müəllimlər İnstitutunun buraxılış kurs tələbələri ilə görüşüblər. Görüşdə tələbələrə müxtəlif istiqamətlərdə bakalavriat və magistratura proqramları və video təqdimat əsasında ADA Universitetinin tədris imkanları haqqında məlumat verilib.

Ardını oxu...

Almaniyanın “Aller Zeitung” qəzetində dərc edilən “Yanardağ” başlıqlı məqalədə Azərbaycanın "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğundan bəhs olunur

Ardını oxu...

Polşanın paytaxtında işə başlayan Variety Bazaar festivalı çərçivəsində müxtəlif ölkələrin istehsalları olan ərzaq məhsullarının nümayişi və satışı həyata keçirilir

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Ardını oxu...


Naxçıvan nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib.

Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Dainis Qarançs və xanımının dəvətilə,Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov bu ölkənin milli bayramı-Müstəqillik Günü münasibətilə Bakıda təşkil edilmiş rəsmi qəbulda iştirak edib.

Xətai və Yeni Havuş... Azərbaycanımın bu kiçik kəndləri böyük sevinc yaşayır. Salamlamaq istədik bu yurd yerlərini. Yeni yolun mübarək olsun, – deyib, dayandıq Xətai və Yeni Havuş adlarının qarşısında. Bir fotoda əbədiləşdi bu adlar və hamar yollar. Gördüm iki gənc gəlir. Yaxınlaşdıq, salamlaşdıq. Xətai kəndindən olan bacı-qardaş – Əli və Xədicə ilə söhbətləşdik. Ali məktəbə hazırlaşan bu iki gəncə uğurlar arzulayaraq yola davam etdik.

Ardını oxu...

Naxçıvan Şəhər Nəqliyyat İdarəsində bu münasibətlə keçirilən seminar-müşavirəni giriş sözü ilə Dövlət Nəqliyyat Xidmətinin şöbə müdiri Elxan Novruzov açıb.
Xidmətin sektor müdiri Zaur Əliyev çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 22 ok­tyabr tarixli Fərmanında icrası nəzərdə tutulmuş məsələlərin həll edilməsi məqsədilə 2018-ci ilin noyabr ayının 1-dən etibarən lisenziyaların verilməsinə başlanılıb. Bununla əlaqədar maarifləndirici tədbirlər görü­lüb, muxtar respublika ərazisində avtomobil nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti göstərən 800-dən artıq sahibkara lisenziya verilib.

Ardını oxu...

Qanad çalan çərpələng formalı kosmik gəmi Venera planetinin qaranlıq tərəfini tədqiq etməyə kömək edəcək. ABŞ-ın Buffalo Universitetinin mühəndisləri tərəfindən hazırlanmış bu aparat Ekstremal Ətraf Mühit və Zonaların Kəşfi (BREEZE) layihəsi çərçivəsində bio-şüalanma texnologiyası əsasında ərsəyə gətirilib. Bu kosmik gəmi ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) İnnovasiyalı Qabaqcıl Konsepsiyalar (NIAC) proqramı daxilində seçdiyi 12 layihədən biridir.

Ardını oxu...

Almaniyanın “Kölnische Rundschau” qəzetində dərc edilən “Rəcəbov dünya çempionatında təəccübləndirməyi bacardı” başlıqlı məqalədə azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun Rusiyanın Xantı Mansiysk şəhərində keçirilən şahmat üzrə dünya çempionatında çinli şahmat ustası Dinq Lireni məğlub edərək turnirin qalibi olduğundan yazılıb.

Ardını oxu...

Yaponiyanın “Ekyo 3.0” internet telekanalında “Əsrin müqaviləsi”nin 25 illiyi və müstəqil Azərbaycan dövlətinin neft strategiyası barədə xüsusi veriliş yayımlanıb.

Verilişdə aparıcı Kazuyasu İşida və “Kakusei Space Innovation” şirkətinin prezidenti Yasuhiro İşibaşi Azərbaycanın müstəqilliyinin bərpasından sonra həyata keçirilən neft strategiyası nəticəsində qazanılan uğurlar barədə yapon tamaşaçılara ətraflı məlumat veriblər.

Qeyd edilib ki, bu il imzalanmasının 25-ci ili qeyd edilən “Əsrin müqaviləsi” nəticəsində Azərbaycanın karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına çıxarılması siyasəti uğurla həyata keçirilib. Bu gün dünya dövlətləri arasında etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində ərsəyə gələn bu müqavilə Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq, xalqımızın taleyində mühüm rol oynayıb. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı imzalanan “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatını sürətli inkişaf roluna çıxarıb. Bunun ardınca sonrakı illərdə dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb. Bildirilib ki, müqavilənin imzalanmasından qısa müddət sonra Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası nəticəsində Avropanın enerji təminatında yeni mərhələ başlayıb. Yaponiya şirkətlərinin də həmin layihənin reallaşmasında mühüm rol oynadığı xüsusi qeyd olunub. Bildirilib ki, müqavilə həm də Azərbaycanın gələcək inkişafının və dünya birliyinə inteqrasiyasının həlledici amili kimi çıxış edib.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ardını oxu...

Xəbər verildiyi kimi, bu ilin iyul ayından paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsi həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, görülən işlərin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində xeyli irəliləyişlər əldə olunub. Vətəndaşlarla aparılan izahetmə işləri, maarifləndirici tədbirlər və s. öz bəhrəsini verməkdədir. Nərimanov rayonunda 400 konteyner meydançası yaradılıb, tələbata uyğun miqdarda yeni, müasir konteynerlər yerləşdirilib. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.

Ardını oxu...

Bu xalq dövlətinə, millətinə məxsus olan bayrağını asanlıqla yüksəklərə ucaltmayıb. Bu yolda zaman-zaman qanlar axıdılıb, igidlər, ərənlər düşmən gülləsinə tuş gəlib, Vətən yolunda şəhid olublar. Elə qırmızı rəngi şəhid qanından alan bayrağımız zirvələrdə dalğalanarkən şəhid adını da özü ilə birlikdə zirvələrə qaldırıb. Vətənimizin adını, qüdrətini, qeyrətini də həmçinin.
Azərbaycanlıların canları qədər sevdikləri üçrəngli, ulduzlu, ayparalı bayraq... Lakin bu bayrağın da “taleyi” xalqın taleyi kimi keşməkeşli olub. 1918-ci ildə azadlıq uğrunda mücadilənin son nəticəsi olaraq qaldırılan üçrəngli bayrağımız Azərbaycan Xalq Cümhuriyyətində cəmi 23 ay dalğalandı, Vətənimizin göylərini üç rənglə – göy, qırmızı, yaşılla cəmi 23 ay bəzədi.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublika Xəstəxanası və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gənclərlə sağlam gələcəyə” adlı konfrans keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Zəbur Bağırov açaraq ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən bəhs edib. Bildirib ki, muxtar respublikamızda aparılan gənclər siyasətinin əsas istiqamətləri içərisində onların sağlamlığının qorunması və fiziki inkişafı da mühüm yer tutur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov gənclərə daim qayğı göstərir, sağlam gəncliyin yetişməsinə xüsusi əhəmiyyət verir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən Naxçıvan Dövlət Tarix Muzeyinə və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə hədiyyə edilmiş maddi mədəniyyət nümunələrinin təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açıb. 

Ardını oxu...

Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimində Naxçıvan Qarnizonu qoşunlarının fəaliyyətləri davam edir.
Təlimin ikinci günü qoşunların səfərbərlik ehtiyatları ilə komplektləşdirilməsi üçün şəxsi heyət və texnikanın qəbulu məntəqələri tam həcmdə açılaraq praktik fəaliyyət göstərib. Açılmış məntəqələrdə şəxsi heyət silah və maddi vəsaitlərlə təmin edilərək müxtəlif nəqliyyat vasitələri ilə birləşmə və hissələrin cəmləşmə rayonlarına çıxarılıb.

Ardını oxu...

Dövlət Bayrağı Muzeyində AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə keçirilən tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Qeyd edilib ki, dövlətimiz tərəfindən müstəqilliyimizin rəmzi olan bayrağımız həmişə uca tutulub, onun qorunması və mühafizəsi ilə bağlı bir çox qanun və sərəncamlar verilib. Belə ki, ulu öndər Heydər Əliyevin 1998-ci il martın 13-də imzaladığı “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncam dövlət atributlarının, o cümlədən bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyıb. Bundan əlavə, 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Qanun imzalanıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də Bayraq Meydanının yaradılması, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Ardını oxu...

Bələdiyyə seçkiləri - 2019 

23 dekabr 2019-cu il Azərbaycan Respublikasında bələdiyyə seçkiləri günüdür.

Hörmətli seçicilər!
Azərbaycan Respublikasında bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin qeydə alınması və namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi qaydası Azərbaycan Respublikası Seçki Məcəlləsinə müvafiq olaraq aşağıdakı qaydada tənzimlənir.

Bələdiyyə üzvlüyünə namizədin qeydə alınması üçün seçki sənədlərinin
təqdim edilməsi

Bələdiyyə üzvlüyünə namizədin qeydə alınması üçün namizəd və ya namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50, ən azı 30 gün qalmış saat 1800-dək dairə seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir:
1. Namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Üçrəngli bayrağınla məsud yaşa” foto-video, əl işləri müsabiqəsinə yekun vurulub.
Müsabiqədə fərqlənən tələbələrin mükafatlandırılması mərasimində çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov üçrəngli bayrağımızın tarixindən, onun əhəmiyyətindən danışıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildiyi vurğulanıb. Bildirilib ki, bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət bayrağına və digər dövlət atributlarına da yüksək diqqət göstərilir.

Ardını oxu...

Azərbaycan-Türkiyə qardaşlığının tərənnüm edən bütün tədbirlərdə iştirakçıların bayraq sevgisi qəlbləri riqqətə gətirir.

Ardını oxu...

İran prezidenti Həsən Ruhaninin ad günü təyyarədə qeyd olunub.

 Yəzd və Kirman vilayətlərinə səfərdən qayıdan Ruhani təyyarədə sürprizlə qarşılaşıb. Prezident təyyarəsinin heyəti tort hazırlayaraq onu təbrik ediblər.

Xatırladaq ki, İran İslam Respublikasının 7-ci prezidenti Həsən Ruhaninin dünən 71 yaşı tamam olub.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Ardını oxu...

Budəfəki tur-aksiyada 3190 nəfər iştirak edəcək

Artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.

Ardını oxu...

Naxçıvan Qarnizonu qoşunlarında andiçmə mərasimləri keçirilib.
Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səslən­dirildikdən sonra gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Mərasimdə çıxış edənlər gənc əsgərləri təbrik ediblər. Əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.

Ardını oxu...

Azərbaycan Ordusunda başlayan əməliyyat təlimində Naxçıvan Qarnizonu qoşunları da iştirak edir. Bu çərçivədə Naxçıvan Qarnizonu qoşunlarının birləşmə və hissələri aidiyyəti üzrə sərəncam qaydasında qaldırılaraq müvafiq döyüşə hazırolma dərəcəsinə gətirilib.

Ardını oxu...

Azərbaycan Ordusunda başlayan əməliyyat təlimində Naxçıvan Qarnizonu qoşunları da iştirak edir. Bu çərçivədə Naxçıvan Qarnizonu qoşunlarının birləşmə və hissələri aidiyyəti üzrə sərəncam qaydasında qaldırılaraq müvafiq döyüşə hazırolma dərəcəsinə gətirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Sədərək Rayon Mərkəzi Xəstəxanasında keçirilən taktiki xüsusi təlimin əsas məqsədi dinc və müharibə dövrlərindəki fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasına cəlb olunan qüvvələrin hazırlığını yoxlamaq, onların köməyi ilə zədələnmə (zəhərlənmə) ocaqlarında təxirəsalınmaz tibbi yardımın göstərilməsini təşkil etməkdir. Bununla yanaşı fövqəladə hallar zamanı kompleks müalicə-təxliyə, sanitar-gigiyenik və əksepidemik tədbirlərin təşkili və aparılmasında təlim iştirakçılarına təcrübə qazandırmaq da təlimin əsas məqsədləri sırasındadır.

Ardını oxu...

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Naxçıvan Muxtar Respublikasında qeyd olunub .
Ilk öncə Mustafa Kamal Atatürkün Naxçıvan Muxtar Respublikasındakı büstü ziyarət olunub, bir dəqiqəlik sükutla yad edilib və önünə Türkiyənin Naxçıvandakı Baş konsullu Mehmet Emin Kiraz tərəfindən əklil qoyulub.

Ardını oxu...

Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursunun uğurla başa çatması münasibətilə mərasim təşkil olunub.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, mərasimdə Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Tehran Mənsimov Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təlimatçı qismində iştirak etdiyi kursda hədəfləri dəqiqliklə məhv etməyi bacaran peşəkar snayperlər yetişdirildiyini bildirib.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı tank əleyhinə batareya” adı uğrunda keçirilən yarışın qalibləri müəyyənləşib.

Fərdi və qrup halında normativlərin götürüldüyü yarışda tank təhlükəli istiqamətdə açılma hədlərinin tutulması, şərti düşmənin hərəkətli və hərəkətsiz hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Yarışın ümumi nəticələrinə əsasən özüyeriyən tank əleyhinə raket kompleksi batareyası birinci olub.

Nəriman Nəcəfov

Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd olunub.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı mühəndis-istehkam və mühəndis-kəşfiyyat manqası” adı uğrunda keçirilən yarışa yekun vurulub.

Ardını oxu...

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında keçirilən hərbi   andiçmə mərasiminə hazırlıq barədə raport verildikdən sonra hərbi hissənind döyüş bayrağı sıra meydanına gətirilib. Mərasim ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ardını oxu...

Noyabrın 8-də Naxçıvan şəhərindəki “Came” məscidində Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə tədbir keçirilib. Tədbirdə “Qurani-Kərim”dən ayələr oxunub, xalqımıza əmin-amanlıq, ölkəmizə sülh, inkişaf və tərəqqi arzulanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından ehsan verilib.

Bildirilib ki, insanları humanizm və bəşəri ideyalar ətrafında birləşdirən İslam dini tarixən xalqımızın dünyagörüşünün formalaşmasında və dini-mənəvi dəyərlərimizin inkişafında müstəsna rol oynayıb, Azərbaycanda islami dəyərlərin qorunub yaşadılmasına xüsusi diqqət yetirilib. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-din münasibətləri bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, mütərəqqi dini dəyərlər və ənənələr həmişə uca tutulur. Naxçıvan Muxtar Respublikasında da islami dəyərlər qorunub yaşadılır, yeni məscid binaları tikilərək istifadəyə verilir, dini mərasimlər keçirilir. İslamın digər bayramları kimi, Məhəmməd Peyğəmbərin mövludu günü də hər il muxtar respublikada qeyd olunur.

Xəbərlər şöbəsi

 

 

 

Azərbaycan Respublikasının Prezidenti ­cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də hər il 9 noyabr tarixinin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır.
Xalqımız hər zaman qədim tarixi, zəngin mədəniyyəti, bütün dünyaya nümunə sayıla biləcək milli və mənəvi dəyərləri ilə qürur duyub. Dövlət rəmzlərimiz də mövcudluq nişanəsi kimi dünyaya xalqımızın inkişaf etdiyini, müstəqil ölkəyə sahib olduğunu bəyan edir. Dövlət atributlarımız dövlətçiliyimizin keçdiyi tarixi inkişaf yolunu əks etdirir, xalqımızın malik olduğu qüdrəti göstərir. Ulularımızdan bizə qalan tarixi irs isə bu gün də müasir Azərbaycanın inkişafında mühüm rol oynayır.

Ardını oxu...

Ailə təsərrüfatlarının inkişafı son illərdə muxtar respublikamızda ən çox təşviq edilən biznes modelidir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, son dövrlərdə muxtar diyarımızda yüzlərlə belə təsərrüfatlar fəaliyyətə başlayıb. Kəngərli rayonunda da bu təsərrüfat formasına maraq ildən-ilə artmaqdadır. Hazırda rayonda 68 ailə təsərrüfatı fəaliyyət göstərir ki, bu təsərrüfatlar da, əsasən,  aqrar yönümlüdür. Dövlətimiz tərəfindən yaradılmış şərait, ailə üzvləri üçün məşğul olduqları sahənin ənənəviliyi, istehsal olunan məhsulların bazarının olması ailə təsərrüfatlarının yaradılmasında təşviqedici rola malikdir. Rayondakı ailə-kəndli təsərrüfatlarının üzvləri də məhz kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olaraq öz dolanışıqlarını təmin edir, daxili bazarın yerli məhsullara olan ehtiyacını ödəyirlər. Artıq üçüncü ildir ki, Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalları isə bu təsərrüfatçılar üçün böyük əhəmiyyəti ilə seçilir.

Ardını oxu...

Noyabrın 8-də Naxçıvan Şəhər İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə şəhərdə sığorta işinin mövcud vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı tədbir keçirilib. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək son dövrlərdə şəhərdə sığorta sahəsində görülmüş işlərdən danışıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxışında vurğulayıb ki, cari il iyun ayının 28-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Dövlət Baş Sığorta Agentliyinə muxtar respublikada sığorta işini təkmilləşdirməsi, könüllü sığortanın tətbiqi və səyyar xidmətin əhatə dairəsini genişləndirməsi, insanların maarifləndirilməsi, sığorta bazarında aqrar sektorun xüsusi çəkisinin artırılması tapşırığı verilib. Qeyd olunub ki, buna görə də qüvvədə olan mövcud qanunlara əsasən hər bir vətəndaş və sahibkar sığorta işinə ciddi yanaşmalıdır. Belə ki, hər bir şəxs vaxtında sığorta olunmaqla sığorta hadisələri baş verdikdə insan sağlamlığına, daşınmaz əmlaka, müəssisə əmlakına avtomobillərə dəymiş maddi zərərlərə qarşı təminat verilir, vurulmuş zərərlərin qısa müddətdə bərpa olunmasına şərait yaranır.

Ardını oxu...

Azərbaycan Respublikasının Dövlət Himninin səsələndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, üçrəngli, aypara və səkkizgüşəli ulduz təsviri olan milli bayrağımız 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin dövründə yaradılaraq ölkəmizin səmasında dalğalanıb. Yalnız 70 il sonra 1990-cı ilin noyabr ayının 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunub Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması, Naxçıvan MSSR-in adından “sovet” və “sosialist”sözləri çıxarılaraq onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilib. Ulu öndərin milli mənafelərə əsaslanan siyasətinin bütün sahələrdə uğurla davam etdirildiyini diqqətə çatdıran rektor bildirib ki, ölkə başçısı İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur.

Ardını oxu...

Uşaq idim, babamgilə gedəndə divarda üçrəngli, kənarları qızılı pullarla işlənmiş parça gördüm. Rəngləri o qədər gözəl idi ki... Çox xoşuma gəldi. Evin ən gözəl yerində asılmışdı. Nə olduğunu soruşanda bunun bizim bayrağımız olduğunu dedilər. İlk dəfə bayrağımızı onda gördüm. Bilirsiniz, həmin bayraq bizim üçün çox dəyərli, müqəddəs və toxunulmaz idi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi elan olunub.

Müsabiqə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq 19 istiqamət üzrə elan edilib.

Ardını oxu...

Noyabrın 8-də Dövlət Bayrağı Günü münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi və Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR