Azərbaycan Ordusunda başlayan əməliyyat təlimində Naxçıvan Qarnizonu qoşunları da iştirak edir. Bu çərçivədə Naxçıvan Qarnizonu qoşunlarının birləşmə və hissələri aidiyyəti üzrə sərəncam qaydasında qaldırılaraq müvafiq döyüşə hazırolma dərəcəsinə gətirilib.
Üç mərhələdə icra ediləcək təlimdə birinci eşelon bölmələrinin şərti düşmənin qəfil hücumlarının dəf edilməsi üzrə fəaliyyətləri, birlik, birləşmə və hissələrin idarəetmə orqanlarının ərazidə açılması və idarəetməni öz üzərinə götürməsi, səfərbərlik ehtiyatlarından döyüş hazırlığını təyin edən mütəxəssislərin və texnikaların qismən qəbulunun təşkili, ümumqoşun, tank, desant və diversiya əleyhinə ehtiyatların döyüş atışlı taktiki təlimdə praktiki fəaliyyətlərinin məşq etdirilməsi planlaşdırılır.
Nəriman NƏCƏFOV