Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursunun uğurla başa çatması münasibətilə mərasim təşkil olunub.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, mərasimdə Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Tehran Mənsimov Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təlimatçı qismində iştirak etdiyi kursda hədəfləri dəqiqliklə məhv etməyi bacaran peşəkar snayperlər yetişdirildiyini bildirib.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Abdullah Açık dostluq və qardaşlığı özündə əks etdirən kursda qazanılan nailiyyətlərdən danışıb.
Mərasimdə məzunlar adından çıxış edən kurs birincisi Rüfət Tağızadə ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hazır olduqlarını bildirib.
Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib.
Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub və məzunlarla xatirə şəkli çəkdirilib.
Nəriman Nəcəfov